wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Dayanıqlı sınaq 5 mövzu

Total questions: 30

Worksheet time: 21mins

Name
Class
Date
1.

Aşağıdakılardan hansı dayanıqlı turizmin məqsədlərindən biri deyil?

a)

beşulduzlu otel sayını artırmaq

b)

Qəbul edən cəmiyyətin həyat keyfiyyətini yaxşılaşdırmaq

c)

Ziyarətçilərə yüksək keyfiyyətli təcrübə təqdim etmək

d)

İnkişafda bərabərliyin təşviq edilməsi

e)

Turist qəbul edən cəmiyyətin mahiyyətini qorumaq

2.

Roma klubunun qlobal problemlər siyahısına aid deyil:

a)

yeni ehtiyatlardan istifadənin genişlənməsi

b)

ozon qatının nazilməsi

c)

aclıq təhlükəsi

d)

ətraf mühitin çirklənməsi

e)

millətlərarası münaqişə problemi

3.

Dayanıqlı inkişaf konsepsiyasının 5 mərhələsindən biri yalnışdır:

a)

XIX əsrin 30-40-cı illəri

b)

XX əsrin 80-2000-ci illəri

c)

2000-2015 illər

d)

2015-2030 illər

e)

XX əsrin 60-80-illəri

4.

Bu mərhələ nüvə təhlükəsinin artması və nüvə silahından istifadənin yarada biləcəyi faciəvi təsirin müzakirəsi, məişət fəaliyyətinin ətraf mühitə mənfi təsiri barədə məlumatların toplanması, qlobal ekoloji şüurun və hərəkatın əsasının qoyulması dövrüdür.

a)

1-ci mərhələ

b)

2-ci mərhələ

c)

3-cü mərhələ

d)

4-cü mərhələ

e)

5-ci mərhələ

5.

"Artım həddi" nəzəriyyəsinə görə 5 qlobal problemdən biri səhvdir. 

a)

Əhalinin surətli azalması

b)

Sürətli sənayeləşmə

c)

Aclıq və ərzaq çatışmazlığının geniş yayılması

d)

Təbii ehtiyatların tükənməsi

6.

Dayanıqlılığın 3 əsas komponenti: 1. ekoloji 2. iqtisadi 3. sosial 4. texnoloji 5.hüquqi

a)

1 2 3

b)

2 3 5

c)

1 2 5 

d)

2 3 4

e)

3 4 5 

7.

İrq, cins, əlilliyə görə ayrı-seçkiliyə yol vermədən, əmək haqqı və xidmət keyfiyyətinin artırılması da daxil olmaqla, turizmin yaratdığı yerli məşğulluğun sayını və keyfiyyətini artırmaq.  Bu izah davamlı turizmin 12 məqsədindən hansına aiddir?

a)

məşğulluğun keyfiyyəti

b)

iqtisadi dayanıqlılıq

c)

yerli rifah

d)

sosial bərabərlik

e)

ziyarətçi məmnuniyyəti

8.

Ev sahibi icmalara xas olan mədəniyyətə, ənənəyə və tarixi irsə hörmət edin və gücləndirin. Bu izah davamlı turizmin 12 məqsədindən hansına aiddir?

a)

mədəni zənginlik

b)

sosial rifah

c)

yerli nəzarət

d)

məşğulluğun keyfiyyəti

e)

sosial bərabərlik

9.

"Ətraf Mühitin Təmizliyi" adlı turizmin dayanıqlı məqsədinin izahı hansı cavabda düzgün verilmişdir?

a)

Havanın, suyun, torpağın çirklənməsini və turizm müəssisələrindən və ya ziyarətçilərdən tullantıların əmələ gəlməsini minimuma endirmək. 

b)

Turizm şirkətləri və xidmətlərinin inkişafında və ya onun fəaliyyətində məhdud və bərpa olunmayan resurslardan istifadəni minimuma endirmək

c)

Təbii ərazilərin, yaşayış mühitinin və vəhşi təbiətin mühafizəsini dəstəkləmək və mümkün zərəri minimuma endirmək. 

d)

Şəhər və kənd yerlərinin keyfiyyətini qorumaq və gücləndirmək, ətraf mühitin fiziki və vizual pisləşməsinin qarşısını almaq

e)

Ev sahibi icmalara xas olan mədəniyyətə, ənənəyə və tarixi irsə hörmət edin və gücləndirin.

10.

"Ziyarətçi məmnuniyyəti" adlı turizmin dayanıqlı məqsədinin izahı hansı cavabda düzgün verilmişdir?

a)

İrqinə, cinsinə, əlilliyinə görə ayrı-seçkilik etmədən bütün ziyarətçilərə təhlükəsiz və məmnunedici təcrübə təmin etmək

b)

Turizmin digər maraqlı tərəfləri ilə məsləhətləşərək, yerli özünüidarə orqanlarını proseslərə cəlb etmək və onların regionda turizmin planlaşdırılması, idarə edilməsi və inkişafı üzrə səlahiyyətlərini artırmaqdır.

c)

Havanın, suyun, torpağın çirklənməsini və turizm müəssisələrindən və ya ziyarətçilərdən tullantıların əmələ gəlməsini minimuma endirmək. 

d)

Turizm şirkətləri və xidmətlərinin inkişafında və ya onun fəaliyyətində məhdud və bərpa olunmayan resurslardan istifadəni minimuma endirmək

11.

UNEP-in açılışı:

a)

Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı 

b)

Beynəlxalq Millətlər Təşkilatı Ümumdünya Turizm Təşkilatı

c)

Tarixi və mədəni Abidələrin qorunması təşkilatı

d)

İqtisadiyyatın mühafizəsi

e)

Cəmiyyətin mühafizəsi

12.

Dayanıqlı turizmin əsas prinsiplərindən biri deyil:

a)

Turizmin mövsümünün müddətinin azaldılması

b)

cəmiyyətə faydalı olma prinsipi

c)

planlaşdırma prinsipi

d)

investisiya prinsipi

e)

təbiilik prinsipi

13.

Turizmin dayanıqlı məqsədlərindən biri səhvdir:

a)

Texnoloji üstünlük

b)

ətraf mühitin təmizliyi

c)

resurs effektivliyi

d)

biomüxtəliflik

e)

fiziki tamlıq, bütövlük

14.

İqtisadi İnkişaf Prinsipi: 

a)

Yerli iqtisadiyyatı gücləndirərkən ətraf mühitin yaxşılaşdırılması və mühafizəsini dəstəkləmək.

b)

Gələcək nəsillərin istifadəsi üçün təbii, mədəni və digər sərvətlərin davamıdır.

c)

Turizmin fayda və qazanclarını yerli insanlara izah edərək, ətraf mühit haqqında yerli əhalini maarifləndirmək və onların cəmiyyətə faydalı olmasını təmin etməkdir.

d)

Turistlərə turizmi müxtəlif yerlərə və saat qurşaqlarına (12 aylıq turizm) yaymaq imkanı verməklə baş verə biləcək mənfi təsirləri minimuma endirməkdir.

e)

Turizm investisiyalarının çevik, inkişafa açıq və uzunmüddətli olmasını təmin etməkdir.

15.

İCOMOS tərəfindən hazırlanmış 7 dayanıqlılıq prinsipindən biri deyil:

a)

Hər bir destinasiyada ziyarətçilərin və yerli əhalinin ehtiyacları bir-birinin əksi olmalıdır. 

b)

Ətraf mühit turizm aktivi kimi mühüm dəyərə malikdir. 

c)

Turizm həm cəmiyyətə, həm də destinasiyalara və ziyarətçilərə fayda verə biləcək müsbət fəaliyyət sahəsi kimi tanınmalıdır.

d)

Turizm və ətraf mühit arasındakı əlaqə uzunmüddətli perspektivdə davamlı şəkildə idarə edilməlidir. 

16.

Dayanıqlı turizm konsepsiyasına aid olan turizm növlərindən biri səhvdir:

a)

kütləvi turizm 

b)

yaşıl turizm

c)

ekoturizm

d)

məsuliyyətli turizm

e)

yumşaq turizm

17.

Turizm sektorunun tənzimlənməsinə dair "Fiziki-ərazi yönümlü" yanaşmanın izahı:

a)

fiziki-mühitə olan mənfi təsirlərin minimallaşdırılması məqsədilə ərazinin tutumu

b)

turizmin inkişaf etdirilməsi ilə iqtisadi böyümə və inkişafa nail olmaq məqsədi qoyulur

c)

prioritet məqsəd nəyin bahasına olursa olsun, əraziyə mümkün qədər çox turist cəlb etməkdir.

d)

sosial və siyasi aspektlərə daha çox əhəmiyyət verilir. 

e)

həyata keçirilən bütün tədbirlər sosial, təbii və iqtisadi amilləri nəzərə alaraq ümumilikdə sektorun uzunmüddətli inkişafını təmin etməyi hədəfləyir.

18.

Bu yanaşmada həyata keçirilən bütün tədbirlər sosial, təbii və iqtisadi amilləri nəzərə alaraq ümumilikdə sektorun uzunmüddətli inkişafını təmin etməyi hədəfləyir.

a)

Dayanıqlı yanaşma

b)

İctimai yanaşma

c)

Fiziki-ərazi yönümlü yanaşma

d)

İqtisadi yanaşma

e)

Busterizm

19.

Turizmdə suyun səmərəli istifadəsi, çirklənməyə nəzarət və texnologiyanın səmərəliliyi ən qiymətli resursumuzu qorumaq üçün əsas ola bilər. Bu Dayanıqlı inkişaf məqsədlərindən hansıdır?

a)

Təmiz su və sanitariya

b)

gender bərabərliyi

c)

Yaxşı səhiyyə və rifah

d)

Aclığa son 

e)

sərfəli və təmiz enerji

20.

Turizm, xidmət ticarəti kimi, hazırda dünyada hər on iş yerindən birini təmin etməklə, qlobal miqyasda ən çox ixracat qazanan dörd sektordan biridir.  Bu Dayanıqlı inkişaf məqsədlərindən hansıdır?

a)

Layiqli əmək və iqtisadi artım

b)

sərfəli və təmiz enerji

c)

Təmiz su və sanitariya

d)

gender bərabərliyi

e)

Yaxşı səhiyyə və rifah

21.

Turizm insanlara yaşadıqları yerdə çiçəklənmə imkanı verməklə şəhərlərin yenilənməsinə və kəndlərin inkişafına töhfə verə bilər. Bu Dayanıqlı inkişaf məqsədlərindən hansıdır?

a)

Bərabərsizliyin azaldılması

b)

Sənaye, innovasiya və infrastruktur

c)

Layiqli əmək və iqtisadi artım

d)

sərfəli və təmiz enerji

22.

Sahil və dəniz turizmi sağlam dəniz ekosistemlərinə əsaslanır. Turizmin inkişafı kövrək dəniz ekosistemlərinin qorunub saxlanmasına kömək etmək və dəniz resurslarından davamlı istifadəyə töhfə verməklə mavi iqtisadiyyatı təşviq etmək üçün bir vasitə kimi xidmət etmək üçün İnteqrasiya edilmiş Sahil Zonası İdarəçiliyinin bir hissəsi olmalıdır. Bu Dayanıqlı inkişaf məqsədlərindən hansıdır?

a)

Dəniz ekosisteminin mühafizəsi

b)

Torpaq ekosisteminin mühafizəsi

c)

Dayanıqlı inkişaf naminə qlobal əməkdaşlığı canlandırmaq 

d)

Dayanıqlı şəhərlər və icmalar

e)

Bərabərsizliyin azaldılması

23.

Dayanıqlı turizmin qiymətləndirməsində sakinlərin iqtisadi rifahı, Milli iqtisadiyyat üçün əlavə dəyər, Məşğulluq imkanları, Kapital ölçüləri hansı növ dayanıqlılığın ölçü meyarlarıdır?

a)

iqtisadi dayanıqlılıq

b)

ekoloji dayanıqlılıq

c)

sosial-mədəni dayanıqlılıq

d)

siyasi dayanıqlılıq

e)

texnoloji dayanıqlılıq

24.

Maraqların toqquşması, Legitim hakimiyyətin qəbul edilməsi, İnsan haqlarının pozulması Bu meyarlar hansı dayanıqlılıq istiqamətinə aiddir?

a)

siyasi dayanıqlılıq

b)

iqtisadi dayanıqlılıq

c)

ekoloji dayanıqlılıq

d)

sosial-mədəni dayanıqlılıq

e)

texnoloji dayanıqlılıq

25.

Destinasiyada siyasi ............... yoxdursa və ziyarətçilər üçün təhlükəli ərazi hesab olunursa, o zaman destinasiya cəlbediciliyini və rəqabət qabiliyyətini itirəcəkdir. Nöqtələri tamamlayın.

a)

sabitlik

b)

gərginlik

c)

korrupsiya

d)

qeyri-legitim hakimiyyət

26.

Monitorinq nədir?

a)

Cari vəziyyətin, eləcə də performans tendensiyalarının daha yaxşı başa düşülməsini təmin etmək üçün adətən göstəricilərdən istifadə edərək nəyinsə müntəzəm ölçülməsi prosesidir.

b)

bir bölgənin vəziyyətini və/və ya müəyyən xüsusiyyətlərinin yaxşılaşdırılmasını, turizm məhsulunu və ya ümumilikdə turizmin inkişafını təsvir edir.

c)

kriteriyanın vəziyyətinin dəyişməsini nümayiş etdirən xüsusiyyətlər və ya rəqəmlərdir.

d)

Dayanıqlı turizmin inkişafı ilə nail olmaq istədiyimiz məqsədləri ifadə edirlər.

27.

Meyarlara aid deyil:

a)

Cari vəziyyətin, eləcə də performans tendensiyalarının daha yaxşı başa düşülməsini təmin etmək üçün adətən göstəricilərdən istifadə edərək nəyinsə müntəzəm ölçülməsi prosesidir.

b)

bir bölgənin vəziyyətini və/və ya müəyyən xüsusiyyətlərinin yaxşılaşdırılmasını, turizm məhsulunu və ya ümumilikdə turizmin inkişafını təsvir edir.

c)

yerinə yetirilirsə və ya doğrudursa, turizmin davamlı şəkildə inkişaf etdiyini və/yaxud yerləşdiyini bildirmək olar.

d)

Dayanıqlı turizmin inkişafı ilə nail olmaq istədiyimiz məqsədləri ifadə edirlər.

28.

Destinasiyanın performansının monitorinqi üçün əsas göstəricilərdən turizm məlumatlarının həcmi və dəyəri dedikdə nəzərdə tutulur:

a)

bir destinasiyaya gələn ziyarətçilərin sayının və bu səfərlərin iqtisadiyyata dəyərinin qiymətləndirilməsi

b)

yaşayış təminatçılarının, karvan və düşərgələrin və onların ərazisindəki turistik yerlərin sayı.

c)

Turizm təchizatının auditi 

d)

destinasiyalarda müştərinin ehtiyaclarını müəyyən etmək üçün anlayışlar

e)

Ümumi ziyarətçi məmnuniyyəti 

29.

Dayanıqlı turizmin ölçü meyarlarından yerli icmaların uğuruna aiddir:

a)

qərarların qəbulunda və yerli nəzarətdə iştirak

b)

Təbii irsin qorunması

c)

Mədəni irsin qorunması

d)

Daşıma qabiliyyəti

30.

Turizmin idarə edilməsi planının mövcudluğu, sertifikatlaşma sisteminin olması hansı göstəricilərə aiddir?

a)

normativ göstəricilər

b)

kəmiyyət göstəriciləri

c)

keyfiyyət göstəriciləri

d)

məşğulluq göstəriciləri

e)

meyarlar