wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Firmanın iqtisadiyyatı Mövzu 7

Total questions: 30

Worksheet time: 30mins

Name
Class
Date
1.

Oxşar və ya eyni məhsullar satan yalnız bir neçə satıcının olduğu bazar strukturu necə adlanır?

a)

Duopoliya

b)

Oliqopoliya

c)

Kartel

d)

İnhisar

e)

Monopsoniya

2.

Duopoliya nədir?

a)

yalnız iki üzvün mövcud olduğu oliqopoliyadır.

b)

iki və daha çox üzvün mövcud olduğu oliqopoliyadır.

c)

bir neçə üzvün mövcud olduğu oliqopoliyadır

d)

yalnız iki alıcının mövcud olduğu bazardır.

e)

yalnız iki üzvün rəqabət apardığı bazardır

3.

Duopolistlər arasında sövdələşmə nə deməkdir?

a)

Bazarda satışın həcmi haqda razılaşma.

b)

Bazarda gəlirin bölüşdürülməsi haqda razılaşma

c)

Bazardakı firmalar arasında istehsalın həcmi və ya qiymətin dəyişdirilməsi ilə bağlı razılaşma.

d)

Bazarda alıcıların sayı haqda razılaşma.

e)

Bazarda satıcıların sayı haqda razılaşma

4.

Nəş tarazlığı nəyə deyilir?

a)

Bir-biri ilə qarşılıqlı fəaliyyətdə olan iqtisadi subyektlərin satış strategiyasıdır.

b)

Bir-biri ilə qarşılıqlı fəaliyyətdə olan iqtisadi subyektlərin digərlərinin artıq seçdikləri strategiyanı nəzərə alaraq, hər birinin özünün ən yaxşı strategiyasını seçdiyi situasiyadır.

c)

Bir-biri ilə qarşılıqlı fəaliyyətdə olan iqtisadi subyektlərin heç kimdən asılı olmayan strategiyasıdır.

d)

Bir-biri ilə qarşılıqlı fəaliyyətdə olan iqtisadi subyektlərin alqı-satqı strategiyasıdır.

e)

Bir-biri ilə qarşılıqlı fəaliyyətdə olan iqtisadi subyektlərin bazar seçmək strategiyasıdır.

5.

Oyunlar nəzəriyyəsi nədir?

a)

insanların strateji situasiyalarda davranışının öyrənilməsidir.

b)

insanların davranışının öyrənilməsidir.

c)

bazara girmək üsullarının öyrənilməsidir.

d)

bazarda qalmaq üsullarının öyrənilməsidir.

e)

nəzəriyyəsi alıcıların davranışının öyrənilməsidir.

6.

Oyunlar nəzəriyyəsində Nəş tarazlığı nə deməkdir?

a)

Firmanın bazarda tarazlıq halıdır.

b)

Firmaların bazar qiymətlərində razılığa gəlməsi vəziyyətidir.

c)

İki və ya daha çox oyunçuların iştitrak etdikləri qeyri kooperativ oyunlar üçün həll üsuludur.

d)

Firmaların öz aralarında satışin miqdarı haqqında razılığa gəlməsidir

e)

Firmaların öz aralarında istehsalın miqdarı haqqında razılığa gəlməsidir

7.

İnsan davranışlarının oyunlar vasitəsilə izah ediləcəyi fikrini ilk düşünən kim olmuşdur?

a)

Oskar Morgenştern

b)

Con Meynard Keyns

c)

Con Forbes Nəş

d)

Con Von Neuman

e)

Milton Fridman

8.

Oliqopoliya üçün tarazlıq hansı halda mümkündür?

a)

Oliqopoliya qiyməti inhisar qiymətinəbərabər olduqda.

b)

Oliqopoliya qiyməti inhisar qiymətindən yüksək olduqda.

c)

Oliqopoliya qiyməti inhisar qiymətindən daha aşağı, rəqabət qiymətindən (marjinal maya dəyərinə bərabər olan) isə daha yüksək olduqda

d)

Oliqopoliya qiyməti rəqabət qiymətindən aşağı olduqda.

e)

Oliqopoliya qiyməti inhisar qiymətindən yuxarı, rəqabət qiymətindən isə aşağı olduqda.

9.

İstehsal həcmi effekti nədir?

a)

Məcmu mənfəətin artması inhisarçı mənfəəti artıracaq

b)

Qiymət marjinal maya dəyərindən yüksək olduğuna görə mövcud qiymətlə satılmış hər bir əlavə vahid mənfəəti artıracaq.

c)

Birgə istehsal inhisarçının istehsal həcmindən çoxdur, lakin rəqabətli sənaye istehsalının həcmindən kiçikdir.

d)

İstehsalın artırılması məcmu satış həcmini artırır, bu isə məhsulun qiymətini aşağı salacaq və satılmış bütün digər vahidlərdən gələn mənfəəti azaldacaq

e)

Qiymət marjinal maya dəyərindən aşağı olduğuna görə mövcud qiymətlə satılmış hər bir əlavə vahid mənfəəti artıracaq.

10.

Qiymət effekti nədir?

a)

Qiymət marjinal maya dəyərindən aşağı olduğuna görə mövcud qiymətlə satılmış hər bir əlavə vahid mənfəəti artıracaq.

b)

Oliqopoliyaların təklifi arltması qiyməti yuxarı qaldırır.

c)

Qiymət marjinal maya dəyərindən yüksək olduğuna görə mövcud qiymətlə satılmış hər bir əlavə vahid mənfəəti artıracaq.

d)

Oliqopoliya qiyməti inhisar qiymətindən aşağı olduqda, rəqabət qiymətindən yuxarı olacaq.

e)

İstehsalın artırılması məcmu satış həcmini artırır, bu isə məhsulun qiymətini aşağı salacaq və satılmış bütün digər vahidlərdən gələn mənfəəti azaldacaq.

11.

Oliqopoliyanın həcmi bazarda məhsul buraxılışına necə təsir göstərir?

a)

Oliqopoliyadakı satıcıların sayı artdıqca qiymət marjinal maya dəyərinə, istehsal həcmi sosial cəhətdən səmərəli səviyyəyə yaxınlaşır.

b)

İstehsalın artırılması məcmu satış həcmini artırır, bu isə məhsulun qiymətini aşağı salacaq və satılmış bütün digər vahidlərdən gələn mənfəəti azaldacaq

c)

Qiymət marjinal maya dəyərindən yüksək olduğuna görə mövcud qiymətlə satılmış hər bir əlavə vahid mənfəəti artıracaq.

d)

bütün cavablar döğrudur

e)

düzgün cavab yoxdur

12.

Oyunlar nəzəriyyəsinə görə oliqopolistik bazarda firmalar necə hərəkət etməlidir?

a)

firmalar düzgün marketinq siyasəti apparmalıdır.

b)

hər bir firma digərlərini nəzərə almalıdır.

c)

firmalar rəqabət mühitini təhlil etməlidir.

d)

firmaların sayı az olduğundan hər bir firma strategiya ilə hərəkət etməlidir.

e)

firmalar sərbəst hərəkət etməlidir.

13.

Dustaqların dilemması nə deməkdir?

a)

iki dustağın bir birinə güzəştə getməsidir

b)

iki yaxalanmış dustaq arasında hətta qarşılıqlı olaraq faydalı olduğu halda belə əməkdaşlığın qorunmasının nə üçün çətin olduğunu göstərən “oyundur”.

c)

iki dustaq arasında əməkdaşlıq formasırdır.

d)

iki dustağın razılaşmasıdır

e)

iki dustağın eyni cür cəzalandırılmasıdır

14.

Dominant strategiya nədir?

a)

rəqabət mühitini düzgün qiymətləndirməkdir

b)

digər oyunçuların seçdiyi strategiyalardan asılı olan strategiyadır

c)

hədəfin düzgün seçilməsidir.

d)

digər oyunçuların seçdiyi strategiyalardan asılı olmayaraq oyundakı oyunçu üçün ən yaxşı strategiyadır.

e)

oliqopolistik bazardakı firmaların sayı az olduğundan hər bir firmanın ümumi strategiya ilə hərəkət etməsidir.

15.

Oliqopoliyalar dustaqların dilemması kimi:

a)

Şəxsi maraq oliqopoliya üçün əməkdaşlıq edərək aşağı istehsal, yüksək qiymət və inhisar mənfəətinə nail olmağı çətinləşdirir

b)

Şəxsi maraq oliqopoliya üzvlərinin düzgün seçim etməsini çətinləşdirir

c)

Şəxsi maraq oliqopoliya üzvlərinin qiymət sövdələşməsin çətinləşdirir

d)

Şəxsi maraq oliqopoliya üzvlərinin kartel yaratmasını çətinləşdirir.

e)

Şəxsi maraq oliqopoliya üzvlərinin inhisar mənfəətinə nail olmağını çətinləşdirir.

16.

Oliqopoliya nədir?

a)

bazarda bir şirkətin hakimiyyətidir.

b)

bazarda müxtəlif məhsullar satan iki şirkət arasında razılaşmadır.

c)

oxşar və ya eyni məhsullar satan yalnız bir neçə satıcının olduğu bazar strukturudur.

d)

fərqli və ya müxtəlifməhsullar satan yalnız bir neçə satıcının olduğu bazar strukturudur.

e)

bazarda qiymətləri müəyyən edən bazar strukturudur.

17.

Satıcıların sayının artması məhsulun qiymətinə necə təsir göstərir?

a)

İstehsalın artırılması məcmu satış həcmini artırır, bu isə məhsulun qiymətini aşağı salacaq və satılmış bütün digər vahidlərdən gələn mənfəəti azaldacaq

b)

Oliqopoliyalar kartel formalaşdırmaqla inhisarçılar kimi fəaliyyət göstərməklə məcmu mənfəətlərini maksimallaşdırırlar

c)

Oliqopolistik bazardakı firmaların sayı az olduğundan hər bir firma strategiya ilə hərəkət etməlidir

d)

Oiqopolistlər qrupu qiyməti marjinal maya dəyərinə bərabər saxlamaqla gəlir əldə edirlər

e)

Düzgün cavab yoxdur

18.

Yalnız iki üzvün mövcud olduğu oliqopoliya necə adlanır?

a)

Polipoliya

b)

Oliqopsoniya

c)

Duopoliya

d)

İnhisar

e)

Monopsoniya

19.

Bir-biri ilə qarşılıqlı fəaliyyətdə olan iqtisadi subyektlərin digərlərinin artıq seçdikləri strategiyanı nəzərə alaraq, hər birinin özünün ən yaxşı strategiyasını seçdiyi situasiya necə adlanır?

a)

Nəş tarazlığı

b)

Pareto tarazlığı

c)

Miltontarazlığı.

d)

Keyns tarazlığı.

e)

Neuman tarazlığı.

20.

Belə bazarlara iştirakçı (rəqib) firmalar arasında əməkdaşlığa canatma ilə şəxsi (fərdi) maraqlar arasında münaqişə xasdır – bu hansı bazara quruluçuna xas əlamətdir?

a)

oliqopoliya bazarı

b)

xalis inhisar bazarı

c)

inhisarçı rəqabət bazarı

d)

təkmil rəqabət bazarı

e)

heç bir bazar quruluşu bu əlamətə malik deyil

21.

Mənfəəti maksimumlaşdıran istehsal (buraxılış) həcmində:

a)

ümumi orta gəlir son hədd xərclərinə bərabər olur

b)

son hədd gəliri son hədd xərclərinə bərabər olur

c)

ümumi orta gəlir ümumi orta xərclərə bərabər olur

d)

son hədd xərcləri sabit olur

e)

son hədd gəliri ümumi orta xərclərə bərabər olur

22.

Alıcının aldığı məhsulun miqdarından asılı olaraq qiymətlər fərqləndirilir, lakin bütün alıcılar eyni qiymət qrafiki ilə üzləşirlər – bu hal hansı qiymət ayrımçılığı hesab olunur?

a)

ikinci dərəcədən qiymət ayırımçılığı

b)

birinci dərəcədən qiymət ayırımçılığı

c)

üçüncü dərəcədən qiymət ayırımçılığı

d)

dördüncü dərəcədən qiymət ayırımçılığı

e)

bu halda qiymət ayırımçılığı yoxdur

23.

Lerner indeksi belə hesablanır:

a)

L = (MC – P)/MC

b)

L = (P + MC)/P

c)

L = (P – MC)/P

d)

L = (P +MC)/ MC

e)

L = (MC – P)/P

24.

Sahə bazarı nəyi ifadə edir?

a)

eyni yaxud bir-birini əvəz edə bilən mal və xidmətləri istehsal edən müəssisələrin ümumi sayını

b)

eyni yaxud bir-birini əvəz edə bilən mal və xidmətlər üzrə tələb və təklifin durumunu

c)

eyni yaxud bir-birini əvəz edə bilən mal və xidmətlərin ümumi istehsal həcmini

d)

eyni yaxud bir-birini əvəz edə bilən mal və xidmətlərə ehtiyacı olan bütün insanların sayını

e)

eyni yaxud bir-birini əvəz edə bilən mal və xidmətlərin çeşidini və sayını

25.

Bazar gücü nədir?

a)

firmanın öz məhsulunun qiymətini son hədd xərclərdən yüksək təyin edə bilmə qabiliyyətidir

b)

firmanın öz məhsulunun qiymətini son hədd xərclərə bərabər səviyyədə təyin edə bilmə qabiliyyətidir

c)

firmanın bazara çıxardığı malların çeşid müxtəlifliyidir

d)

irmanın öz məhsulunun qiymətini ümumi orta xərclərdən yüksək təyin edə bilmə qabiliyyətidir

e)

firmanın öz məhsulunu mənfəətli bir şəkildə sata bilməsidir

26.

Qaytarılmayan xərclər nədir?

a)

xammal və materialların alınması və əmək haqqı üçün artıq firmanın ödədiyi xərclərdir

b)

firmanın (biznesin) qurulmasına çəkilən xərclərdir

c)

alternativ istifadəsi mümkün olan aktivlərə qoyulan investisiyalardır

d)

alternativ istifadəsi mümkün olmayan aktivlərə qoyulan investisiyalardır

e)

spesifik aktivlərin əldə edilməsinə qoyulan investisilardır

27.

Korporativ idarəetmənin Amerikan modeli ilə Almaniya modelini fərqləndirən başlıca fərq nədir?

a)

Amerikan modelində Direktorlar Şurasında insayderlərin yüksək səviyyədə iştirakı olur; Almaniya modelində isə Direktorlar Şurası əsasən autsayderlərdən təşkil olunur

b)

lmaniya modeli monizm (vahidlik) prinsipinə, Amerikan modeli isə dualizm (ikililik) prinsipinə əsaslanır

c)

Amerikan modelində Direktorlar Şurası tamamilə şirkətin işçilərindən ibarət olur; Almaniya modelində isə Direktorlar Şurası əsasən səhmdarlardan təşkil olunur

d)

Amerikan modeli 3 pilləli idarəetməyə, Almaniya modeli isə 2 pilləli idarəetməyə malikdir

e)

Amerikan modelində Direktorlar Şurasında autsayderlərin yüksək səviyyədə iştirakı olur; Almaniya modelində isə Direktorlar Şurası əsasən insayderlərdən təşkil olunur

28.

Sahibkarlıq nədir?

a)

ölkədə mövcud qanun və qaydalar çərçivəsində fəaliyyət göstərərək gəlir əldə etmək məqsədi güdən iqtisadi fəaliyyətdir

b)

məqsədi cəmiyyətin ehtiyac duyduğu mal və xidmətləri istehsal edib təqdim etmək (satmaq) olan iqtisadi fəaliyyətdir

c)

cəmiyyətin ehtiyac duyduğu mal və xidmətləri istehsal edib təqdim etmək yolu ilə gəlir (mənfəət) əldə etmək məqsədi ilə həyata keçirilən iqtisadi fəaliyyətdir

d)

mal və xidmətlərin istehsalı və satışı məqsədi ilə firmanın yaradılması və içinin davamlı olaraq təşkili fəaliyyətidir

e)

öz ehtiyacları üçün mal və xidmətlərin istehsalının və istehlakının həyata keçirilməsi ilə bağlı iqtisadi fəaliyyətdir

29.

Biznes riski nədir?

a)

cəmiyyətin ehtiyac duyduğu mal və xidmətləri istehsal edib təqdim etməkdir

b)

məqsədi cəmiyyətin ehtiyac duyduğu mal və xidmətləri istehsal edib təqdim etmək (satmaq) olan iqtisadi fəaliyyətdir

c)

işə cəlb edilən resursların (mayanın) batması və zərərə düşmək ehtimalıdır

d)

hər-hansı bir ideyanın reallaışdırılmasına cəhd etmək, bu istiqamətdə real addımlar atmaqdır

e)

sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı ortaya çıxan hesabatdır

30.

X-səmərəlilik dedikdə nə başa düşülür?

a)

istehsalın səmərəliliyi

b)

resurslaırn allokativ səmərəliliyi

c)

dinamik səmərəlilik

d)

istehsalın səmərəliliyi və dinamik səmərəlilik

e)

allokativ və dinamik səmərəlilik