wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Azərbaycan iqtisadiyyatı - 8

Total questions: 10

Worksheet time: 8mins

Name
Class
Date
1.

Ərazidə fəaliyyət göstərən iqtisadi agentlərin hamısına , bu fəaliyyəti həyata keçirmək və onun məqsədlərinə nail olmaq üçün şəraitin və imkanların mövcudluğu:

a)

regionun investisiya cəlbediciliyi

b)

regionun qeinkişaf planı

c)

regionun dövlət proqramının icrası

d)

regionun sahibkarlıq iqlimi

e)

regionda resursların səmərəli bölgüsü

2.

Regionun əsas kapitalına investisiyaların cəlb edilməsinin intensivliyi:

a)

investisiya riski

b)

qeyri-kommersiya xarakterli investisiya

c)

investisiya aktivliyi

d)

kapital qoyuluşları və amartizasiya ayırmaları

e)

investisiya qoyuluşları

3.

Regionda mövcud olan iqtisadi, sosial şərtlərdən, onun coğrafi vəziyyətinin xüsusiyyətlərindən, maliyyələşdirmə mənbələrindən asılı olaraq mümkün olan investisiyaların həcmi:

a)

regionun investisiya riskidir

b)

qeyri-kommersiya investisiyasiyaları

c)

Yalnız daxili investisiya qoyuluşları

d)

regionun investisiya potensialıdır

e)

yalnız xarici investisiya aktivliyidir

4.

Regionda investisiya fəaliyyətinin şəraitindən asılı olaraq regionun investisiya potensialının natamam reallaşdırılması ehtimalı:

a)

regional investisiya səmərəliliyi

b)

Xarici investisiya intensivliyi

c)

Xarici investisiya faizi

d)

regional investisiya riski

e)

regional investisiya potensialı

5.

Gəncə-Qazax iqtisadi rayonunun iqtisadiyyatında hansı sahələr üstündür?

a)

pambıqçılıq və ipəkçilik

b)

sitrus meyvələri və çayçılıq

c)

ipəkçilik və xalçaçılıq

d)

balıqçılıq və çayçılıq

e)

qara və əlvan metallurgiyanın ilkin emal sahələri

6.

"Regionların 2009-2013-cü illərdə sosial inkişafı Dövlət Proqramı" hökumət üçün hədəflənən məqsədlərdən yalnış göstəriləni müəyyən edin

a)

Ölkənin tibbi və əmək potensialından istifadə effektivliyinin artırılması yolu ilə qeyri-neft iqtisadiyyatının inkişafı

b)

ixractutumlu istehsalın təşviqi, investisiyaların cəlb edilməsi

c)

İdxalın səviyyəsinin artırılması, neft sektorunun gəlirlərinin artırılması

d)

sahibkarlıq mühitinin inkişaf etdirilməsi yolu ilə iqtisadi şaxələndirmənin sürətlənməsi

e)

yoxsulluqla mübarizənin davam etdirilməsi

7.

Azərbaycan Respublikası "regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" iqtisadi inkiçafın tarazlaşdırılması məqsədi ilə həyata keçirdiyi istiqamətlərdən yalnış olanı müəyyənləşdirin.

a)

vergi və gömrük faizlərinin optimallaşdırılması

b)

ixrac yönümlü sahibkarlıq fəaliyyətinin stimullaşdırılması

c)

orta illik inflyasiya səviyyəsinin və milli vlyutanın məzənnəsinin məqbul səviyyədə saxlanılması

d)

aqrar sektorda istehsalın stimullaşdırılması

e)

büdcə gəlirlərində neft sektorunun həcminin daha da artırılması

8.

Qarşıdakı illərdə regional inkişaf siyasətinin əsas məqsədləri hansılardır?

a)

Ölkədə qeyri-neft sektorunun inkişafı;

b)

hamısı düzdür

c)

Kəndlərin inkişafı ilə bağlı infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması;

d)

İxracyönümlü və rəqabətədavamlı məhsul istehsalı istiqamətində sahibkarlığın inkişafının sürətləndirilməsi;

e)

İqtisadiyyatın diversifikasiyası;

9.

Regionların sosial-iqtisadi inkişafının III Dövlət proqramının əsas hədəfi:

a)

regionlarda alternativ enerji fəaliyyətinin gücləndirilməsi

b)

ərazi əmək bölgüsünün inkişafı

c)

Vergi islahatların aparılması

d)

Kimya və yeyinti sənayesinin inkişafı

e)

ölkə regionlarının tarazlı inkişafının davam edilməsi, sosial infrastruktur təminatının yaxşılaşdırılması

10.

Regionların sosial-iqtisadi inkişafının I Dövlət proqramının əsas məqsədi:

a)

Vergi islahatlarının aparılması ,səhiyyə islahatlarının aparılması

b)

iqtisadiyyatın liberallaşdırılması

c)

regionların mövcud potensialından səmərəli istifadəedilməsi və qeyri-neft sektorunun sürətli inkişafı və iqtisadiyyatın diversifikasiyası

d)

dövlət sektorunun inkişafı ,kimya sənayesinin inkişafı

e)

maşınqayırma və yanacaq energetika kompleksinin inkişaf