WorksheetsVerbal və qeyri-verbal kommunikasiya vasitələri.
Total questions: 10
Worksheet time: 10mins
Kommunikasiyanın ekspressiv mimik vasitəsi deyil:
təbəssüm
tərs baxış
mimika
ifadəsiz hərəkətlər
vokal mimikası
Ünsiyyət tipologiyasını əks etdirmir:
işgüzar ünsiyyət
diaqnostik ünsiyyət
təqlidi ünsiyyət
tərbiyəvi ünsiyyət
şəxsi ünsiyyət
Ünsiyyət növü deyil:
şəxsiyyətlərarası
münaqişəli
mənfi
məxfi
vasitəli
Ünsiyyətin əsas funksiyalarından biri deyil:
informasiyaverici
interaktiv
perseptiv
ekspressiv
informasiyanın ötürülməməsi
Kommunikasiya növü deyil:
formal
qeyri-formal
müşahidə
şəxsiyyətlərarası
həmsöhbətlər arasında məlumat mübadiləsi
Biri kommunikativ rolu əks etdirmir:
qoruqçu
rəy lideri
rabitəçi
sərhədçi
yönləndirici
“Mimika” nə deməkdir?
Üz əzələlərinin mənalı hərəkətidir.
Razılıq bildirən nitq etiketidir.
Dialekt sözdür.
Əl-qol hərəkətlərindən məqsədyönlü istifadə etməkdir.
Düzgün nitqə verilən şərtlərdən biridir.
“Jest” nə deməkdir?
Razılıq bildirən nitq etiketidir.
Əl-qol hərəkətlərindən məqsədyönlü istifadə etməkdir.
Aydın, yığcam danışmaqdır.
Üz əzələlərinin mənalı hərəkətidir.
Nitqin ifadəliliyidir.
Jest və mimika haqqında doğru fikri göstərin:
Bütün natiqlər eyni jest və mimikadan istifadə edirlər.
Jestlə mimika psixoloji aktlardır.
Şifahi nitqi jest və mimikasız təsəvvür etmək mümkün deyil.
Natiqlər öz çıxışlarını hansı jest və mimika ilə başlayırlarsa, o cür də tamamlayırlar.
Lüzumsuz vasitələrdir.
Verilənlərdən biri şifahi nitqin xüsusiyyətlərinə aid deyil:
Şifahi nitq danışılır və eşidilir.
Şifahi nitqdə mimika, jest və s. verbal vasitələr özünü göstərmir.
Şifahi nitq leksikasında hamıya aydın, ümumişlək sözlərə daha çox yer verilir.
Şifahi nitqdə cümlələr, əsasən, qısa və sadə olur.
Şifahi nitqdə intonasiya, fasilə, vurğu və s. vasitələrdən istifadə olunur.
