NEW
Font size
WorksheetsVergi münasibəti iştirakçılarının hüquq və vəzifələri
Total questions: 14
Worksheet time: 12mins
Aşağıdakılardan hansı Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarına aid deyil?
vergi ödəyicisi hesab edilən hüquqi və fiziki şəxslər
Vergi Məcəlləsi ilə nəzərdə tutulan məsələlərin həlli ilə bağlı Azərbaycan Respublikasının maliyyə orqanları;
Azərbaycan Respublikasının gömrük orqanları
Azərbaycan Respublikasının ədliyyə orqanları
vergi agenti hesab edilən hüquqi və fiziki şəxslər
Aşağıdakılardan hansı vergi ödəyicisinin vəzifələrinə aid deyildir?
qanunla müəyyən edilmiş vergiləri ödəmək
vergi orqanlarının vergi qanunvericiliyinin aşkar edilmiş pozuntularının aradan qaldırılması haqqında qanuni tələblərini icra etmək,
habelə vergi orqanlarının vəzifəli şəxslərinin qanuni fəaliyyətinin icra edilməsinə maneçilik törətməmək
qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin [xərclərinin] uçotunu aparmaq
vergi münasibətlərində bilavasitə və ya öz nümayəndəsi vasitəsi ilə iştirak etmək
vergi orqanlarından VÖEN almaq
Aşağıdakılardan hansı vergi orqanlarının hüquqlarına aiddir?
Səyyar vergi yoxlaması zamanı vergi orqanlarının vəzifələrini öz səlahiyyətləri daxilində yerinə yetirmək
Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirlərini keçirmək;
Vergi ödəyicilərinin yazılı müraciətlərinə baxmaq, onları cavablandırmaq
Vergi ödəyicilərinə, onların nümayəndələrinə və vergi münasibətlərinin digər iştirakçılarına diqqət və nəzakətlə yanaşmaq
Fəaliyyət istiqamətlərinə uyğun təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq və təkliflər vermək
Aşağıdakılardan hansı vergi orqanlarının vəzifələrinə daxildir?
«Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanunla müəyyən olunmuş hallarda və qaydada nəzarət qaydasında mal alqısını həyata keçirtmək;
məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış malların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək;
aksiz markası ilə markalanmalı olan malların markalanmadan satışının həyata keçirilməsi aşkar edildikdə, həmin malları siyahıya almaq və vergi ödəyicisində məsul saxlamaya qoymaq;
hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmədə iddia qaldırmaq;
vergi ödəyicilərinə vergi yoxlamalarının nəticələri haqqında aktın, habelə qanunvericiliklə müəyyən edilmiş hallarda vergi orqanının qərarının surətini verməyə;
Aşağıdakılardan hansı vergi orqanlarının vəzifələrinə daxildir?
məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış malların satışını
qanunvericiliyə uyğun olaraq təşkil etmək;
hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmədə iddia qaldırmaq;
«Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanunla müəyyən olunmuş hallarda və qaydada nəzarət qaydasında mal alqısını həyata keçirtmək;
aksiz markası ilə markalanmalı olan malların markalanmadan satışının həyata keçirilməsi aşkar edildikdə, həmin malları siyahıya almaq və vergi ödəyicisində məsul saxlamaya qoymaq;
vergi ödəyicisindən verginin tutulmasının mümkün olmadığı hallarda, bu barədə və vergi ödəyicisinin vergi borcunun məbləği barədə vergi orqanlarına 15 gün müddətində öz qeydiyyat (uçot) yeri üzrə yazılı məlumat vermək
Xidməti fəaliyyətlə əlaqədar vergi orqanının işçisinin və ya onun ailə üzvlərinin əmlakına dəymiş zərər hansı vəsait hesabına ödənilir?
yerli [bələdiyyə] büdcəsinin vəsaiti hesabına
həmkarlar təşkilatının vəsaitləri hesabına
vergi orqanlarının büdcədənkənar fondunun vəsaiti hesabına
sonradan təqsirkar şəxsdən tutulmaqla tam həcmdə dövlət büdcəsinin vəsaiti hesabına
həm dövlət büdcəsinin, həm də vergi orqanlarının büdcədənkənar fondunun vəsaiti hesabına
Azərbaycan Respublikasında dövlət vergi orqanlarını hansı orqanlar təşkil edir?
yalnız müvafiq icra hakimiyyəti orqanları
vergi və gömrük orqanları
yalnız vergi orqanları
müvafiq icra hakimiyyəti orqanı və maliyyə orqanları
müvafiq icra hakimiyyəti orqanı və bilavasitə ona tabe olan vergi orqanları
Azərbaycan Respublikasında qeyri-rezident hüquqi şəxsin və ya qeyri-rezident fiziki şəxsin daimi nümayəndəliyi istənilən 12 ay ərzində
Azərbaycan Respublikasındakı fəaliyyəti üst-üstə neçə gündən az olmadıqda daimi nümayəndəlik vasitəsi ilə həyata keçirilən fəaliyyət
sayılır?
45 gün
183 gündən
60 gündən
90 gündən
30 gündən
Vergitutma məqsədləri üçün bir şəxsin digər şəxsin əmlakında bilavasitə və ya dolayısı iştirak payı və ya səs hüququ neçə faizdən az olmamalıdır?
15 faiz
25 faiz
5 faiz
20 faiz
10 faiz
Kimlər vergi agenti hesab olunur?
vergi ödəyicisinin kommersiya sirrini bilən şəxslər
özəl vergi xidməti fəaliyyəti ilə məşğul olan şəxslər
vergi ödəyicilərinin fəaliyyətini izləyən xüsusi şəxslər
vergi ödəyicisinin vergisini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə borclu olan şəxslər
vergi ödəyicisinin ailə üzvləri
Aşağıdakılardan hansı vergi orqanlarının hüquqlarına aid deyildir?
vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən şəxslərdən həmin müqavilənin tələblərindən irəli gələn sənədləri və məlumatları elektron və (və ya) kağız daşıyıcılarda tələb etmək;
vergi orqanlarında müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsi üçün nəzarət-kassa aparatının müəyyən olunmuş modelini sifariş vermək
vergi ödəyicilərinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, inzibati cərimələrin alınmasını təşkil etmək;
qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək
vergi ödəyicilərindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılmasını habelə vergi ödəyicisi auditor tərəfindən yoxlanılmalı olduğu halda auditor rəyini tələb etmək;
Vergi orqanlarının vəzifəli şəxslərinin aşağıda göstərilən fəaliyyət növlərindən hansı ilə məşğul olmağa ixtiyarı yoxdur?
pedaqoji
məsləhətçi
yaradıcılıq
belə bir məhdudiyyət nəzərdə tutulmamışdır
elmi
Gömrük orqanları vergitutma ilə əlaqədar onlarda olan məlumatı hansı orqana verməlidirlər?
Maliyyə Nazirliyinə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
Nazirlər Kabinetinə
İqtisadiyyat və Sənaye Nazirliyinə
Dövlət Statistika Komitəsinə
Dövlət vergi orqanlarının işçilərinin icbari qaydada sığorta olunmaları hansı vəsait hesabına həyata keçirilir?
vergi orqanı işçilərinin öz vəsaitləri hesabına
dövlət büdcəsinin vəsaiti hesabına
vergi orqanlarının işçiləri sığorta olunmurlar
həm dövlət büdcəsinin, həm də vergi orqanı işçilərinin öz vəsaitləri hesabına
vergi orqanlarında yaradılmış xüsusi fond hesabına
