wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Marketinq 4

Total questions: 20

Worksheet time: 10mins

Name
Class
Date
1.

Marketinq baxımından məhsul:

a)

bir-birinə uyğun gələn bütün nemətlərdir

b)

bütün fiziki obyektlərdir

c)

tələbat ödəmə qabiliyyətinə malik bütün nemətlərdir

d)

yalnız fiziki formaya malik olmayan bütün nemətlərdir

e)

yalnız fiziki formaya malik olan bütün nemətlərdir

2.

Fərqləndirici xüsusiyyətlərə (keyfiyətə, dizayna, marka adına və s.) malik olan məhsul:

a)

məzmunca məhsuldur

b)

real məhsuldur

c)

gücləndirilmiş məhsuldur

d)

bir-birini tamamlayan məhsullardır

e)

rəqib məhsullardır

3.

Satışsonrası servis xidməti ilə müşayət olunan məhsul:

a)

bir-birini tamamlayan məhsullardır

b)

məzmunca məhsuldur

c)

real məhsuldur

d)

gücləndirilmiş məhsuldur

e)

rəqib məhsullardır

4.

Eyni tələbatları ödəmək üçün nəzərdə tutulan qohum, oxşar məhsulların məcmusu:

a)

məhsul kateqoriyasıdır

b)

məhsul çeşididir

c)

məhsul nomenklaturasıdır

d)

məhsul növüdür

e)

gücləndirilmiş məhsuldur

5.

Eyni bir məhsul kateqoriyasına daxil olan və fərqləndirici istehlak xüsusiyyətlərinə (ölçüyə, modelə, rəngə və s.) malik məhsulların məcmusu:

a)

məhsul kateqoriyasıdır

b)

məhsul çeşididir

c)

məhsul nomenklaturasıdır

d)

məhsul növüdür

e)

gücləndirilmiş məhsuldur

6.

Məhsul nomenklaturası:

a)

məhsulların müxtəlif növlülüyünü xarakterizə edir;

b)

müəssisə tərəfindən bazara təklif edilən bütün növ məhsulların məcmusudur;

c)

məhsulun istehlak xüsusiyyətlərini əks etdirir;

d)

məhsulun marka adını ifadə edir;

e)

onun xarici tərtibatının müxtəlifliyini əks etdirir

7.

Ticarət markası:

a)

istehsalçının məhsulunun identifikasiyası üçün istifadə olunan və tələffüz edilə bilən ad və sözlər və ya onların məcmusudur

b)

istehsalçının məhsulunun identifikasiyası üçün istifadə olunan simvol, işarə, ad və sözlər və ya onların məcmusudur

c)

müəyyən edilmiş qaydada qeydiyyatdan keçmiş, hüquqla müdafiə edilən və sahibinin ona müstəsna hüququ olduğu ticarət markasıdır

d)

istehsalçının məhsulunun identifikasiyası üçün istifadə olunan və tanına bilən, lakin tələffüz edilə bilmıyən ticarət markası hissəsidir

e)

ticarət markasının dəyəridir, pulla ifadəsidir

8.

Marka adı:

a)

istehsalçının məhsulunun identifikasiyası üçün istifadə olunan və tələffüz edilə bilən ad və sözlər və ya onların məcmusudur

b)

istehsalçının məhsulunun identifikasiyası üçün istifadə olunan simvol, işarə, ad və sözlər və ya onların məcmusudur

c)

müəyyən edilmiş qaydada qeydiyyatdan keçmiş, hüquqla müdafiə edilən və sahibinin ona müstəsna hüququ olduğu ticarət markasıdır

d)

istehsalçının məhsulunun identifikasiyası üçün istifadə olunan və tanına bilən, lakin tələffüz edilə bilmıyən ticarət markası hissəsidir

e)

ticarət markasının dəyəridir, pulla ifadəsidir

9.

Məhsul çeşidi:

a)

müəyyən məhsul kateqoriyasına daxil olan və eyni bir məhsul markası ilə buraxılan məhsulların məcmusudur;

b)

məhsul nomenklaturasından daha geniş anlayışdır və müəssisə tərəfindən istehsal edilən bütün məhsulları əhatə edir;

c)

məhsulun istehlak xüsusiyyətlərini əks etdirir;

d)

məhsulun müxtəlif növlülüyünü ifadə edir;

e)

məhsul çeşidi anlayışından istifadə edilmir

10.

Ticarət nişanı:

a)

hüquqi müdafiəsi təmin olunmuş marka və ya onun hissəsidir;

b)

patentləşdirilmiş marka adıdır;

c)

ticarət markasıdır;

d)

marka adıdır;

e)

ticarət markasında istifadə edilən simvollardır

11.

«Ümumi marka» strategiyasının üstünlüyü

a)

markasının şöhrətinin saxlanması və qorunmasına çəkilən xərclərin səviyyəsinin yüksək olmasıdır

b)

məhsulun yüksək keyfiyyətliliyini təmin etməsidir

c)

konkret məhsul çeşidinin uğursuzluğunun digər çeşidlərin mövqeyinə təsir etməməsidir

d)

hər bir çeşidin bazara yeridilməsi ilə əlaqədar olan xərclərin səviyyəsinin aşağı olmasıdır

e)

markaya ad verilməsi prosesinin sadəliyidir

12.

Məhsulların qablaşdırılmasında məqsəd:

a)

onların xarab olmasının qarşısını almaqdır;

b)

məhsulların nəql edilməsi üçün yük vahidi formalaşdırmaqdır;

c)

yükləmə-boşaltma üçün yük vahidi formalaşdır­maqıdır;

d)

məhsulların anbarlaşdırılması üçün yük vahidi formalaşdır­maqdır;

e)

yuxarıda göstərilən bütün variantlar doğrudur;

13.

Məhsulun həyat dövranının bu mərhələsində məhsulun qiyməti daha aşağı olur:

a)

bazara çıxma mərhələsində

b)

inkişaf mərhələsində

c)

artım mərhələssində

d)

stabillik mərhələsində

e)

böhran mərhələsində

14.

Bu bənddə göstərilənlərin hamısı qiymətin funksiyasına aiddir:

a)

tələblə təklifin tarazlaşdırılması, informasiya vermə, stimullaşdırma, uçot və gəlirlərin bölüşdürməsi

b)

hesabat, tələblə təklifin tarazlaşdırılması, informasiya vermə, uçot və gəlirlərin bölüşdürməsi

c)

tələblə təklifin tarazlaşdırılması, maya dəyərinin kalkulyasiyası, stimullaşdırma, uçot və gəlirlərin bölüşdürməsi

d)

ölçü, maya dəyərinin kalkulyasiyası, stimullaşdırma, uçot və gəlirlərin bölüşdürməsi

e)

tələblə təklifin tarazlaşdırılması, maya dəyərinin kalkulyasiyası, stimullaşdırma

15.

Məhsulun xarici bazarlarda maya dəyərindən (normal bazar dəyərindən) aşağı qiymətə satılması:

a)

barter adlanır

b)

kütləvi marketinq adlanır

c)

aktiv marketinq adlanır

d)

klirinq adlanır

e)

dempinq adlanır

16.

Aşağıda göstərilən qiymətlərdən hansı taxılın dünya bazarı qiyməti kimi qəbul edilir?

a)

tender qiymətləri

b)

hərrac (auksion) qiymətləri

c)

transfer qiymətləri

d)

məlumat qiymətləri

e)

birja kotirovkaları

17.

Qiymətin 10% azalması tələbin qiymət elastikliyinin birə bərabər olmasına gətirib çıxarmışdır. Belə olduğu halda tələbin həcmi:

a)

10% azalmışdır

b)

10% artmışdır

c)

1 % azalmışdır

d)

1 % artmışdır

e)

dəyişməmişdir

18.

Tələb bu halda elastik hesab olunur:

a)

qiymətin azalması tələbi əhəmiyyətli dərəcədə artırdığı halda

b)

qiymətin əhəmiyyətli azalması tələbi cüzi artırdığı halda

c)

qiymətin dəyişməsi zamanı tələbin dəyişmədiyi halda tələb

d)

qiymətdən asılı olmayaraq dəyişdiyi halda qiymətin

e)

dəyişməsindən asılı olmayaraq tələbin sabit qaldığı halda

19.

Elastiklik əmsalı 1-ə bərabərdir olduğu halda qiymətin 10% azalması tələbin həcmini:

a)

dəyişməyəcək

b)

1 %azaldacaqdır

c)

1 % artacaqdır

d)

10%azaldacaqdr

e)

10 %artacaqdır

20.

Rəqib müəssisələrin məhsullarının qiyməti qiymətqoyma prosesinin bu mərhələsində təhlil edilir:

a)

məsələnin qoyuluşu mərhələsində

b)

qiymətqoyma amillərinin təhlili mərhələsində

c)

qiymət strategiyasının hazırlanması mərhələsində

d)

ilkin qiymətin müəyyənləşdirilməsi mərhələsində

e)

qiymət güzəştlırinin müəyyənləşdirilməsi mərhələsində