NEW
Font size
WorksheetsFirma iqtisadiyyatı - FL - M12-13
Total questions: 15
Worksheet time: 13mins
Reklamın iqtisadi mahiyyəti budur:
tələb əyrisini sağa doğru hərəkət etdirməsindədir
tələb əyrisini sola doğru hərəkət etdirməsindədir
tələb əyrisinin istiqamətinin dəyişməsindədir
tələbi artırmasına rəğmən tələb əyrisini sabit saxlamasındadır
tələblə təklif arasında tarazlıq yaratmasındadır
Reklamın başlıca məqsədi budur:
rəqib firmanın məhsuluna istehlakçının inamını azaltmaqdır
məhsula tələbin formalaşdırılması və firmanın imicinin yüksəldilməsidir
məhsul satıçı artırmaqla istehsal xrclərinə qənaət etməkdir
bazara giriş maneələri yaratmaqdır
müştərilərin zövqlərinin qeydinə qalmaq və onların alıcılıq imkanlarını artırmaqdır
İnstitusional reklamlar nə üçündür?
məhsulu istehlakçılara tanıtmağa xidmət edir
istehlakçını malın xüsusiyyətləri barədə məlumatlandırır
firma və təşkilatların reklamını nəzərdə tutur
istehlakçını məhz reklam olunan malı almağa sövq etdirir
institutsional dəyişikliklər barədə məlumat verir
Reklamın intensivliyini ölçmək üçün hansı göstəricidən istifadə olunur?
“reklamın yayım çevrəsi” göstəricisindən
“reklam – məhsul” göstəricisindən
“reklam – xərclər” göstəricisindən
“reklam – gəlirlər” göstəricisindən
“reklam – elastiklik” göstəricisindən
Ticarət markası nədir?
malın istehsalçısının kimliyini nümayiş etdirən, məhsulu onun istehsalçısı ilə eyniləşdirən simvoldur
bir məhsulu digər oxşar məhsullardan ayıran ad, anlayış, simvol, rəng, dizayn və ya bunların müxtəlif kombinasiyasıdır
hüquqi cəhətdən qorunan firma adı, firma nişanı, əmtəə nümunəsi və ya onların əlaqələndirilməsidir
bir malı (əmtəəni, xidməti) şəkilləndirən standartların tətbiq edilməsidir
məhsulun səmərəli pərakəndə satışının təmin edilməsinə yönəldilmiş fəaliyyətlərin məcmusudur
Məcmu tələb sabitdirsə, reklam fəaliyyətinin yeganə nəticəsi:
rəqiblər arasında qiymət savaşının başlaması olacaq
rəqiblər arasında bazar paylarının dəyişilməsi olacaq
qiymətin marjinal xərclərdən aşağı düşməsi olacaq
reklam verən firmanın bazarı tərk etməsi olacaq
istehsal xərclərinin nəticəsiz artması olacaq
Tələbin reklam üzrə elastikliyi nə qədər çox olarsa:
“reklam – satış həcmi” göstəricisi bir o qədər aşağı olar
“reklam – satış həcmi” göstəricisinin qiyməti mənfi (0-dan az) olar
“reklam – satış həcmi” göstəricisinin qiyməti 0-dan böyük olar
“reklam – satış həcmi” göstəricisi bir o qədər yüksək olar
“reklam – satış həcmi” göstəricisinin qiyməti marjinal xərclərə bərabər olar
Asimmetrik informasiyanın birinci tipi:
müqavilənin imzalanmasından sonra yaranır və sövdələşmə tərəflərindən birinin digərinə qarşı yönəlmiş, lakin bilavasitə müşahidə olunması çətin olan gizli hərəkətləri ilə bağlı olur
adətən sövdələşmə prosesində yaxud müqavilənin bağlanması anında sövdələşmədə iştirak etməyən kənar şəxslərin birbaşa və ya gizli davranışları ilə əlaqədar olur
müqavilənin imzalanmasından sonra yaranır və sövdələşmədə iştirak etməyən tərəflərdən birinin müqavilənin icrasına qarşı yönəlmiş gizli hərəkətləri ilə bağlı olur
adətən ya sövdələşmə prosesindən qabaq, ya da üqavilənin bağlanmasından sonra yaranır və gizli əlamətlərlə əlaqədar olur
adətən sövdələşmə prosesində yaxud müqavilənin bağlanması anında yaranır və gizli əlamətlərlə əlaqədar olur
Şaquli məhdudiyyətlər nədir?
şaquli əlaqələrdə olan firmalar arasındakı uzunmüddətli sazişlərdə olan tənzimləyici şərtlərdir
şaquli əlaqələrdə olan firmaların birləşməsi şərtləridir
şaquli nteqrasiya etmiş firmalar arasındakı uzunmüddətli sazişlərdə olan tənzimləyici şərtlərdir
müstəqil firmalar arasındakı qısamüddətli sazişlərdə olan tənzimləyici şərtlərdir
məhsulun satıcısı ilə onun son istehlakçısı arasında olan alqı-satqı müqaviləsinin şərtləridir
Firmaların şaquli ayrılması halında inhisar qiyməti ilə bağlı qərarın iki dəfə qəbul edilməsi belə adlanır:
qiymətin artması problemi
şaquli inteqrasiya problemi
iki dəfə qərarvermə problemi
ikiqat qiymətqoyma problemi
ikiqat marjinallaşma problemi
Şaquli əlaqələr dedikdə nə başa düşülür?
dəyər yaradılması zənciri ardıcıllığı üzrə fəaliyyətlərə daxil olmayan iki firma arasındakı saziş əsaslı münasibətlər başa düşülür
dəyər yaradılması zənciri ardıcıllığı üzrə fəaliyyət göstərən müstəqil firmalar arasındakı saziş əsaslı münasibətlər başa düşülür
son hazır məhsulun istehsalı üzrə dəyər yaradılması zəncirinin bütün yaxud müəyyən həlqələrində olan müəssisələrin istehsal və təşkilati baxımdan birləşməsi və ya qovuşması başa düşülür
son hazır məhsulun istehsalı üzrə dəyər yaradılması zəncirinin bütün yaxud müəyyən həlqələrində olan firmaların müstəqil fəaliyyətləri başa düşülür
son hazır məhsulun istehsalı üzrə dəyər yaradılması zəncirinin ayrı-ayrı həlqələrində fəaliyyət göstərən firmaların müstəqilləşməsi prosesi başa düşülür
Şaquli inteqrasiya dedikdə:
son hazır məhsulun istehsalı üzrə dəyər yaradılması zəncirinin bütün yaxud müəyyən həlqələrində olan müəssisələrin istehsal və təşkilati baxımdan birləşməsi və ya qovuşması başa düşülür
dəyər yaradılması zənciri ardıcıllığı üzrə fəaliyyət göstərən iki firma arasındakı saziş əsaslı münasibətlər başa düşülür
dəyər yaradılması zənciri ardıcıllığı üzrə fəaliyyətlərə daxil olmayan iki firma arasındakı saziş əsaslı münasibətlər başa düşülür
dəyər yaradılması zəncirinin bütün həlqələrində olan müəssisələrin fəaliyyətlərini öz aralarında razılaşdırılması başa düşülür
son hazır məhsulun istehsalı üzrə dəyər yaradılması zəncirinin ayrı-ayrı həlqələrində fəaliyyət göstərən firmaların müstəqilləşməsi prosesi başa düşülür
Resurs inteqrasiyası yaxud “geriyə doğru” inteqrasiya zamanı:
istehsalçı firma həm məhsul istehsalı üçün lazım olan resursların tədarükçülərini, həm də hazır məhsulun satışını həyata keçirən firmaları özünə birləşdirir
istehsal firması hazır məhsulun satışını həyata keçirən firmaları özünə birləşdirir
istehsalçı firma məhsul istehsalı üçün lazım olan resursların (xammal və materiallar, komplektləşdirici hissələr və s.) tədarükçülərini özünə birləşdirir
istehsal firması hazır məhsulun satışını həyata keçirən çox sayda müstəqil firmalarla əlaqələr qurur
istehsalçı firma məhsul istehsalı üçün lazım olan resursların (xammal və materiallar, komplektləşdirici hissələr və s.) tədarükçülərinə alternativlər axtarır
Balanslı inteqrasiya zamanı:
istehsal firması hazır məhsulun satışını həyata keçirən firmaları özünə birləşdirir
istehsalçı firma məhsul istehsalı üçün lazım olan resursların (xammal və materiallar, komplektləşdirici hissələr və s.) tədarükçülərini özünə birləşdirir
istehsalçı firma məhsul istehsalı üçün lazım olan resursların (xammal və materiallar, komplektləşdirici hissələr və s.) tədarükçülərinə alternativlər axtarır
istehsal firması hazır məhsulun satışını həyata keçirən çox sayda müstəqil firmalarla əlaqələr qurur
istehsalçı firma həm məhsul istehsalı üçün lazım olan resursların tədarükçülərini, həm də hazır məhsulun satışını həyata keçirən firmaları özünə birləşdirir
Şaquli məhdudiyyətlər dedikdə nə başa düşülür?
dəyər yaradılması zənciri ardıcıllığına daxil olmayan firmalar arasındakı sazişlərdəki tənzimləyici şərtlər başa düşülür
dəyər yaradılması zənciri ardıcıllığı üzrə fəaliyyət göstərən müstəqil firmalar arasındakı şaquli əlaqələri tənzimləyən sazişlərdəki tənzimləyici şərtlər başa düşülür
əyər yaradılması zənciri ardıcıllığı üzrə fəaliyyət göstərən firmalarla bu zəncirə daxil olmayan müstəqil firmalar arasındakı sazişlərdəki tənzimləyici şərtlər başa düşülür
dəyər yaradılması zənciri ardıcıllığı üzrə inteqrasiya etmiş həlqələr arasındakı istehsal-satış şərtləri başa düşülür
əsas firmanın öz tədarükçülərinə və ya satış bölmələrinə başqa firmalarla əməkdaşlıqla bağlı müəyyənləşdirdiyi məhdudlaşdırıcı xarakterli şərtlər başa düşülür
