WorksheetsSOSİAL İŞDƏ İDARƏETMƏ
Total questions: 20
Worksheet time: 20mins
İdarəetmədə hansı mərhələlərdən sonra tətbiqetmə mərhələsi həyata keçirilir?
Planlaşdırma, təşkiletmə, kadr hazırlığı
Planlaşdırmadan sonra
Planlaşdırma, nəzarət
Planlaşdırma, kadr hazırlığı
Hər hansı bir məqsəd üçün, ən azı üç nəfərin bir araya gələrək müntəzəm fəaliyyət göstərməsini necə adlandırmaq olar?
Sosial yardım
Sosial xidmət
Sosial iş
İdarəetmə
Müasir idarəetmənin xarakterik xüsusiyyətlərinə aid olmayan variantı göstər?
Ənənəvi idarəetmə peşəkar bir bürokratiyaya malikdir və işçilərin ömürlük məşğulluğu ətrafında təşkil olunur.
İşçilərin və menecerlərin davamlı təhsili.
Müasir idarəetmə bütün idarəetmə səviyyələrində strateji bir yanaşmadır və burada insan amili əsas amil kimi istifadə olunur.
Müştərilərlə ünsiyyət qurmaq üçün ünsiyyət bacarıqlarının inkişaf etdirilməsinə diqqət yetirmək.
Sosial işçi anlayışını sosial xidmətçi anlayışından fərqləndirən cəhət hansıdır?
Sosial işçi cəmiyyətin problemlərini görüb, lazımi qurumlara çatdırılmasında və həlli yollarının tapılmasında mühüm rol oynayan şəxsdir.
Sosial işçi eyni yaşayış sahəsində yaşayan ər-arvada sosial-məişət xidmətləri göstərən şəxsdir.
Sosial işçi əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara evdə reablitasiya xidmətləri göstərən şəxsdir.
Sosial işçi eyni yaşayış sahəsində yaşayan valideyn-övlada və bacı-qardaşa sosial-məişət xidmətləri göstərən şəxsdir.
Sosial iş davranışı digər fənlərdən hansı fərqli yanaşma kimi görür?
Digər fənlərdən daha dar mənada, yalnız sosial həmrəylik daxilində
baxır.
Davranışa digər elm sahələrindən daha fizioloji baxımdan baxır.
Digər davranış elmlərinin fərdi baxışlarından fərqli olaraq davranışı daha sosial olaraq görür.
Digər davranış elmlərinin davranışa olan bütün yanaşmalarından faydalanır
və geniş bir davranış qavrayışı yaradır
Sosial iş üzrə təhsil almayan birinin sosial iş idarəçiliyini aparması mümkündürmü?
Mümkündür
Ağlasığmazdır
Qismən mümkündür
Müraciətçi qismində mümkündür
Sosial iş hansı fərqli fenomen üzərində qurulmuşdur?
zaman, tədqiqat, təhsil
tədqiqat, təhsil, peşə
planlaşdırma, tədqiqat, zaman
zaman, təhsil, peşə
Sosial işin idarə olunmasında sosial siyasətin rolu hansı variantda düzgün göstərilib?
Sosial siyasət daha çox zəruri ehtiyaclara yönəldilir.
Sosial siyasət şəxsiyyətlərarası təcrübələrə daha çox önəm verir, sosial iş isə strateji planlaşdırma və təhlili vurğulayır.
Sosial siyasət dövlətin sosial sahədəki bütün siyasətlərini təyin edir, sosial iş isə bu siyasətləri imkansız qrupların ehtiyaclarına uyğun olaraq həyata keçirir.
Sosial siyasət uzunmüddətli strategiyalara yönəlir, sosial iş isə daha çox struktur dəyişikliyə yönəlir.
Sosial xidmətin idarə olunması xüsusiyyətlərinə aid olmayan variant hansıdır?
Sosial xidmət rəhbərliyini işindən və ya peşəsindən asılı olmayaraq sosial xidmət göstərdiyini düşünən hər kəs edə bilər
Sosial xidmətin idarə olunması peşə idarəetməsidir
Sosial xidmət rəhbərliyi idarəetmə zamanı insanların mənəvi gözləntilərini, onların əhval-ruhiyyəsini və almağa hazır olduqları daxili məmnuniyyəti nəzərə almalıdır
Sosial xidmət rəhbərliyi insanların əhval-ruhiyyəsini nəzərə alaraq sərt olmamalıdır
Aşağıda verilən variantlar içərisində yalnız bir variantda göstərilən prinsip sosial işdə nəzarət prosesi üçün doğru deyildir?
Sosial iş nəzarətçiləri təşkilatlar və xidmətlər haqqında prinsipləri və texnikaları öyrədir və sonra nəzarətin əsas olaraq özünü idarə etməsinə imkan verir.
İşçilər, onların nəzarətçiləri tərəfindən göstərilən məlumatlar və prinsiplərə uyğun olaraq seçilmiş məqsəd və hədəflərdən istifadə edərək özlərini idarə edirlər
Nəzarətçilər ehtiyac olduqda işçilərə kömək etmək və eyni zamanda adi tədris və təcrübələrdən öyrənmək üçün hazırlıqlı və uyğundurlar.
Nəzarətçilər ehtiyac olduqda işçilərə köməklik göstərə bilsələr də işçilər nəzarətçilərinə öz fəaliyyətləri haqqında hesabat vermək məcburiyyətində deyillər.
Aşağıdakı ifadələrdən hansı yanlışdır?
Sosial işçi, qayğıya ehtiyacı olan şəxsləri müvafiq mənbələrlə bir araya gətirir
Sosial işçi, qayğıya ehtiyacı olan şəxslərə tibbi xidmət göstərir
Sosial işçi, qayğıya ehtiyacı olan şəxslərə sosial qayğı göstərir
Sosial işçi qayğı xidmətlərini koordinasiya edir
Sosial işçinin insanlararası münasibətlər üzrə bacarıqlarına aiddir:
Müxtəlif müştərilərin problemlərini dəyərləndirmək, müvafiq müdaxilə strategiyası tətbiq etmək, müştərinin olduğu vəziyəti yaxşlaşdırmaq üçün bir plan hazırlamaq
Sosial işçilər, uşaqlara və ailələrə məişət zorakılığı, etinasızlıq, maddə asılılığı və digər məsələlərin öhdəsindən gəlməyə köməklik edirlər
Sosial işçilər, müştərilərlə işləyən zaman empatiya qurmağı və anlayış göstərməyi bacarmalıdırlar
Sosial işçilər, uşaqlara və ailələrə dəstək ola bilmək üçün geniş sayda sənəd işləri ilə məşğul olmalı, müxtəlif hesabatlar və müştərinin məsələsi ilə bağlı protokollar hazırlamalı, habelə müştərinin əvəzinə bir sıra xidmət orqanlarına zəng etməlidirlər
DOST Agentliyinin strukturuna daxildir?
Məhkəmə Tibb Ekspertiza Mərkəzi
Pataloji Anatomiya Mərkəzi
TƏBİB
Agentliyin aparatı və DOST mərkəzləri
DOST mərkəzlərində göstərilən xidmətlərə aid deyil?
Əlillik və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi
Məşğulluq, əmək pensiyası və sosial müavinətlərin təyin olunması
İqtisadi islahatların həyata keçirilməsi
Ünvanlı dövlət sosial yardımının ayrılması
Qadın sığınacaqlarından faydalana biləcək qadınlarla bağlı göstərilən fikirlərdən hansı yanlışdır?
Həyat yoldaşları ilə yaranan mübahisələr səbəbiylə evlərini tərk edən və ya həyat yoldaşları tərəfindən tərk edilmiş və bu səbəbdən köməyə ehtiyacı olan qadınlar.
Fiziki, cinsi, emosional və iqtisadi şiddətə məruz qalan qadınlar
Narkotika və spirtli içkilər alüdəçisi olan və bu problemləri ilə əlaqədar müalicə olunsalar da pis vərdişlərindən əl çəkməyən qadınlar
Valideyinlərinin təkidi ilə istəmədikləri evliliyə məruz qalan qadınlar
Qeyri-hökümət təşkilatlarına aid olmayan variantı göstər?
İctimai birliklərin üzvləri Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxslər ola bilərlər.
Qeyri hökumət təşkilatları digər iş yerlərində olduğu kimi işə qəbul etdiyi işçilərlə əmək müqaviləsi bağlamalıdır.
Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi şəxslərin qeydiyyatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Qeyri-hökumət təşkilatları sosial iş fəaliyyətlərini müxtəlif layihələr əsasında həyata keçirirlər.
Həssas qruplarla işin idarə olunmasında diqqət edilməli məqam?
"Karpman drama üçbucaği"na (Qurban üçbucağina) düşməmək.
"Karpman drama üçbucaği"na (Qurban üçbucağina) uyğun həssas qruplarla işi idarə etmək.
Hər birinə fərdi yanaşaraq, onlara məsləhətlər vermək və onları idarə etməyə çalışmaq.
Zərərli sözlərdən istifadə edərək, onları zərərli davranışlardan çəkindirmək.
Həssas qruplar üzrə sosial işin təşkilində hansı terapevtik üsullardan istifadə olunur?
Norma və normativlər, gücləndirmə işləri
Anlama üsulları, psixodrama / sosiodrama, norma və normativlər
Standartlar, norma və normativlər
Gücləndirmə işləri, anlama üsulları, psixodrama / sosiodrama
Sosial iş sahəsində komanda işinin çətinliklərinə daxil deyil:
İş məmnuniyyəti və motivasiya
Hər bir sosial işçi iddia edir ki, o, bu işi özü görəcəkdir.
Digər sosial sahibinin işinin vacib olmadığını düşünür.
Hər peşə üçün müraciət edən şəxsin yalnız özünün (bir sosial işçinin) müraciət edən xəstəsi, problem sahibi olması.
“Ahtapot tipi” Komandalarda hansı idarəetmə yanaşmalarına üstünlük verilmir?
Komanda üzvlərindən gizli saxlanır
Qolların müstəqil hərəkət etməsini təmin edəcək məlumatlar üzvlərlə paylaşılmır
Fürsətlərdən çox problemlərə diqqət yetirilir və danışılır.
Uğurlu olan qiymətləndirilir.
