NEW
Font size
Worksheetskommunikasiya formaları mövzu 3-15
Total questions: 15
Worksheet time: 14mins
Güclü arqumentlərə aiddir:
1. dəqiq müəyyənləşdirilmiş və təsdiqlənmiş faktlar və fikirlər;
2. real həyatda istifadə edilən qanunlar, nizamnamələr, rəhbər sənədlər;
3. tanınmış ekspertlərin gəldiyi nəticələr, tanınmış mənbələrdən gətirilmiş sitatlar;
4. natamam və yoxlanılmamış statistik məlumatlardan çıxarılan nəticələr;
5. yalan bəyanatlar, saxta dəlillər.
4, 5
3, 5
1,2,5
1,2,3
2, 4
Zəif arqumentlərə aiddir:
1. az tanınan müəlliflərin fikirlərinə istinad;
2. şəxsi xarakterli mülahizələr;
3. ehtimallar, hisslər əsasında formalaşdırılmış fikirlər, ümumiləşdirmələr;
4. yoxlanılmış statistik informasiyalar;
5. saxta sənədlərdən çıxarılan nəticələr.
4,5
1,2,3
3,5
2,3,5
2,4
Əsassız arqumentlərə aiddir:
1. saxta faktlara söykənən fikirlər;
2. şübhəli, yoxlanılmamış mənbələrə istinadetmə;
3. qanuni qüvvəsini itirmiş qərarlar;
4. dəqiq müəyyənləşdirilmiş və təsdiqlənmiş faktlar və fikirlər;
5. şəxsi xarakterli mülahizələr.
1,2,3
4,5
3,5
1,2,5
2,4
İşgüzar söhbətin ümumi strukturuna aşağıdakılardan biri aid deyil:
əsaslandırma
həmsöhbətin şəxsi zonasına müdaxilə
problemin irəli sürülməsi və informasiyanın ötürülməsi
söhbətin başlanğıcı: əlaqəyaratma
işgüzar söhbətə hazırlıq: görüşün yerinin və vaxtının müəyyənləşdirilməsi
İşgüzar söhbər prosesində bunları etmək olmaz:
1. həmsöhbətin sözünü kəsmək;
2.həmsöhbətin həyəcanlanmasına əhəmiyyət vermək;
3.həmsöhbətin fikirlərinə neqativ münasibət sərgiləmək;
4.özü ilə həmsöhbəti arasındakı fərqi vurğulamaq;
5. söhbət zamanı tərəfdaşın psixi vəziyyətini anlamaq.
4.5
2,3,5
1, 3, 4
1,2,5
2,4
Danışıqlara hazırlığın əsas elementlərindən biri yanlışdır:
problemlərin həlli üçün tərəfdaşların axtarılması
nümayəndə heyətinin tərkibinə mütəxəssislərin seçilməsi
danışıqların planının və proqramının hazırlanması
danışıqların predmetinin müəyyənləşdirilməsi
tərəfdaşın nəzər-nöqtəsinə diqqətsizlik nümayiş etdirilməsi
Telefonla işgüzar söhbətə hazırlıq zamanı siz aşağıdakıları bacarmalı və yerinə yetirməlisiniz. Səhv cavabı göstərin:
danışığın planını tərtib etmək
işə aidiyyəti olan zəruri sənədləri, həmçinin təqvim və qeyd kitabçasını hazırlamaq
sualları və onların təqdim olunmasını dəqiqliklə düşünüb müəyyənləşdirmək
danışığın məqsədini və onun aparılma taktikasını dəqiq müəyyənləşdirmək
telefon danışığını kobud, sərt tonda aparmaq
Aşağıdakılardan biri işgüzar söhbətin əsas funksiyalarına aid deyil:
başlanmış tədbir və proseslərə nəzarət və onların koordinasiyası
xarici mühitdəki tərəfdaşlarla işgüzar əlaqələrin yaradılması
informasiya mübadiləsi
əsaslandırma
innovativ tədbir və proseslərin başlanılması
Aşağıdakılardan biri telefon danışığı kompozisiyasının əsas ünsürlərinə aid deyil:
vəziyyətin müzakirəsi
həmsöhbətin işin məğzi ilə tanış edilməsi
yekun sözü
telefon dialoqu zamanı məişət üslubuna aid olan sözlərdən, həmçinin qeyri-formal xitablardan istifadə edilməsi
qarşılıqlı təqdimolunma
Aşağıdakılardan biri mətbuat konfransının strukturuna və quruluşuna aid deyil:
özəl hissə
giriş hissə (davamı 3-4 dəqiqə)
salamlama
görüşün proqramı
tədbirin keçirilməsi səbəbinin izahı
İşgüzar söhbət prosesində nəyi etmək olar?
həmsöhbətin şəxsi zonasına müdaxilə etmək
özü ilə həmsöhbət arasındakı fərqi vurğulamaq
söhbətin tempini qəsdən sürətləndirmək
söhbət zamanı tərəfdaşın psixi vəziyyətini anlamaq
həmsöhbətin sözünü kəsmək
Aşağıdakılardan biri işgüzar söhbətin uğurlu olmasına yardım edən faktorlardan deyil:
professional biliklər
fikir aydınlığı
əsas müddəaların və fikirlərin təkrarı
əyanilik
qeyri-müəyyən ritm
Əvvəlcədən planlaşdırılmış üz-üzə görüşdə aparılan işgüzar söhbət prosesində müəyyənləşdirilir:
1. söhbətin predmeti;
2. müzakirə ediləcək məsələlər;
3. həyata keçirilməsi zəruri olan əsas niyyətlər;
4. tərəfdaşlar
5. imzalar
1, 2, 3
4, 5
3, 4, 5
1, 2, 5
2, 3
Müşavirəyə rəhbərlik edən şəxs aşağıdakılardan birinin icrasına məcbur deyil:
iclasa vaxtında başlamaq
reqlament barədə məlumat vermək
işin aparılması qaydalarını razılaşdırmaq, gündəliyi dəqiqləşdirmək
reqlament və protokola məsul şəxsi təyin etmək
iclasda tərəfdaşların hamısının fikirlərini nəzərə almaq
İşgüzar söhbətə hazırlıq prosesində hansı məqamlara xüsusi diqqət yetirmək lazım deyil:
Həmsöhbətə veriləcək zəruri sualların düşünülməsinə
Arzu olunan son nəticənin, reqlamentin, görüşün keçiriləcəyi yerin, görüşün strategiya və taktikasının müəyyənləşdirilməsinə
Görüşün şərtlərinin və keçirilmə yerinin müəyyənləşdirilməsinə
Materialların və sənədlərin hazırlanmasına
Ən kiçik detalları nəzərə almaqla özünü sığortalamağa cəhd edilməsinə
