Worksheetskommunikasiya mövzu 5 danışma və dinləmə-15
Total questions: 15
Worksheet time: 12mins
Uğurlu ünsiyyətin açarıdır:
1. Danışıq qabiliyyəti 2. Dinləmə 3. Yazma 4. Davranış 5. Oxuma
2,3;
3,4;
1,2;
4,5;
1,5
Nitq nədir?
Abstraktdır.
Daimidir.
Obyektivdir.
Dilin təzahürü və funksiyasıdır.
Səviyyələr üzrə təşkil olunur.
Biri nitqə aid deyil:
Nitq dildən ünsiyyət məqsədi ilə istifadə olunması prosesidir.
Eyni bir dil kollektivinin üzvləri ilə əlaqə üçün danışanların dildən istifadə etməsidir.
Nitq dil vasitəsi ilə insanların ünsiyyət formasıdır.
Ünsiyyətin işarələr sistemidir.
Nitq sırf qrammatik və sintaktik kateqoriyadır.
Müsahibin nitqinə nə zaman müdaxilə edilə bilər?
Maraqla danışdıqda;
İstənilən zaman;
Mövzuya uyğun nümunələr göstərdikdə;
Danışan bəhs etdiyi məsələdən uzaqlaşdıqda;
Müdaxilə edilməz.
Uyğunluğu müəyyənləşdirin:
I. Dil
II. Nitq
a. Ünsiyyət vasitəsidir.
b. Dilin təzahürü və funksiyasıdır.
c. Daimidir.
d.Dəyişkəndir.
e. Subyektivdir.
I-b,c; II - a, d, e
I-b,d; II - a, c, e
I-a,e; II - b, d, c
I-a,c; II - b, d, e
I-d,e; II - a,b,c
Müsahibinə təsir göstərmək üçün danışan nəyi nümayiş etdirməlidir? Səhv variantı göstərin:
Danışmağı bacarmalıdır.
Məqama uyğun geyim tərzini nizamlamalıdır.
Gözəl danışıq qabiliyyəti ilə seçilməlidir.
Çeviklik nümayiş etdirməlidir.
Şəxsi münasibətləri önə çəkməlidir.
Aşağıdakılardan biri refleksiv dinləməyə aid deyil:
ifadəni dəyişmə
qeyri-verbal reaksiya
həmsöhbətlə əks əlaqə qurmaq
hisslərin əks olunması
aydınlaşdırma
Danışıq insan fəaliyyətinin hansı sferalarını əhatə edir?
Bütün sfreralarını əhatə edir.
Tam əhatə etmir.
Fəaliyyət dairəsinin bir hissəsini əhatə edir.
Qismən əhatə edir.
50 faizini əhatə edir.
Nitq fəaliyyətinin növlərindən biri yanlışdır:
müşahidə
oxu
dinləmə
danışma
yazı
Dil nədir?
Konkretdir.
Xətt üzrə təşkil olunur.
Ünsiyyət vasitəsidir.
Dəyişkəndir.
Subyektivdir.
Aşağıdakılardan biri çətin dinləyicilər qrupuna aid deyil:
xəyalpərəst
sərbəst
məntiqli
sözkəsən
yalançı
Danışıq vasitəsilə insan ətraf varlığın hadisə və proseslərinə hansı münasibətlərini ifadə edir?
aktiv
stabil
passiv
qeyri-müəyyən
neytral
Müsahibin nitqinə hansı halda müdaxilə edilə bilməz?
məlum olan əşya və hadisə barədə danışıldıqda
hər hansı məsələ barədə aydın, məntiqli danışıldıqda
bəhs olunan məsələ ilə bağlı səhvə və ya dolaşıqlığa yol verildikdə
danışan bəhs etdiyi məsələdən uzaqlaşdıqda
müsahibin nitqini qüvvətləndirmək, fikrini təsdiq və təqdir etməyə ehtiyac duyulduqda
Çətin dinləyicilər sırasına aid edilən “məntiqli” dinləyicinin xüsusiyyətləri hansıdır?
Hər şeyi ölçüb-biçmək, əvvəlki məlumatlarla yeni məlumatları tutuşdurmaq, özünə faydalı olmayanları bir kənara tullamaq.
Öz zahiri görkəmi ilə təsir göstərmək hisslərinə qapılaraq söhbətin nədən getdiyini belə unutmaq.
Danışıq əsnasında öz ağlına gələnləri unutmaqdan ehtiyatlanmaq.
Öz daxili dünyası, daxili problemləri ilə yaşayaraq, daim bu problemləri götür-qoy etmək.
Qarşı tərəfi guya diqqətlə dinlədiklərini hər vəchlə gözə soxmaq.
Biri kommunikasiya mədəniyyətinin əsas meyarlarına aid deyil:
kommunikativ məqsədəuyğunluq
bəyanatın düzgünlüyü
təqdimatın ardıcıllığı
kommunikativ estetika
uyğunsuzluq
