wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

TƏLƏB, TƏKLİF VƏ DOVLƏT SİYASƏTİ

Total questions: 20

Worksheet time: 10mins

Name
Class
Date
1.

Minimum əmək haqqını tarazlıq səviyyəsindən yuxarı qoymağın hansı yaş qrupunun işsizlik səviyyəsinə təsiri nədir?

a)

İşsizlik gənclər arasında azalır

b)

İşsizlik kollec məzunları arasında azalır

c)

İşsizlik yaşlılar arasında artır

d)

İşsizlik kollec məzunları arasında artır

e)

İşsizlik gənclər arasında artır

2.

Minimum əmək haqqı qanununun qəbul edilməsinin nəticəsi nədir?

a)

Əmək təklifinin azalması, əmək tələbinin artması

b)

Əmək təklifinin artması, əmək tələbinin azalması

c)

Əmək təklifinin artması, əmək tələbinin dəyişməməsi

d)

Əmək təklifinin azalması, əmək tələbinin dəyişməməsi

e)

Əmək təklifinin dəyişməməsi, əmək tələbinin azalması

3.

Bəzi tələbələrin təhsili tərk edib iş axtarmağa başlamalarının səbəbi nədir?

a)

Təhsil proqramlarının çətinliyi

b)

Minimum əmək haqqının azalması

c)

Təhsil haqqının artması

d)

Minimum əmək haqqının artması

e)

Təhsilə marağın azalması

4.

Minimum əmək haqqı qanununun əmək bazarına təsiri nədir?

a)

Digər ölkələrdən işçi axınını artırır

b)

İşçi çatışmazlığı yaradır

c)

Digər ölkələrə işçi axınını artırır

d)

Digər ölkələrdən işçi axınını azaldır

e)

Artıq işçi qüvvəsi yaradır - işsizlik

5.

Q. Menkyunun 'İqtisadiyyatın Prinsipləri' əsasında qiymət minimumunun ən yaxşı nümunəsi hansıdır?

a)

Benzin qiyməti

b)

Çörək qiyməti

c)

Ət qiyməti

d)

Mənzillərin icarə haqqı

e)

Minimum əmək haqqı

6.

Əgər qiymət minimumu tarazlıq qiymətindən aşağı təyin olunursa, nə baş verir?

a)

Qiymət minimumu bazarda malların çatışmazlığına səbəb olur

b)

Qiymət minimumunun heç bir təsiri yoxdur

c)

Qiymət minimumu istehsalın genişlənməsinə səbəb olur

d)

Qiymət minimumu istehsalın azalmasına səbəb olur

e)

Qiymət minimumu bazarda malların artıq olmasına səbəb olur

7.

Əgər qiymət maksimumu tarazlıq qiymətindən yuxarı təyin edilibsə, nə baş verir?

a)

Qiymət maksimumu bazarda malların çatışmazlığına səbəb olur

b)

Qiymət maksimumunun heç bir təsiri yoxdur

c)

İstehsal artır

d)

İstehsal azalır

e)

Qiymət maksimumu bazarda malların artıq olmasına səbəb olur

8.

Bazarda malların çatışmazlığının yaranma səbəbi nədir?

a)

İstehsalın azalması

b)

Tariflərin tarazlıq qiymətinin altında müəyyən edilməsi

c)

Bunların hamısı

d)

Bunların heç biri

e)

İxracın artması

9.

Qiymət maksimumunun tətbiqi müəyyən nəticələrə səbəb olur. Əgər qiymət maksimumu tarazlıq qiymətindən aşağıdırsa, onda:

a)

Malların artıqlığı baş verir

b)

Bazarda qıtlıq yaranır

c)

İstehsal artır

d)

Tələb azalır

e)

İstehsal azalır

10.

Tarazlıq qiymətindən yuxarı müəyyən edilmiş qiymət nədir?

a)

Qiymət maksimumu

b)

Qiymət minimumu

c)

Tələb qiyməti

d)

Təklif qiyməti

e)

Tarazlıq qiyməti

11.

Tarazlıq qiymətinin altında müəyyən edilmiş qiymət nədir?

a)

Qiymət minimumu

b)

Qiymət maksimumu

c)

Tələb qiyməti

d)

Təklif qiyməti

e)

Tarazlıq qiyməti

12.

Satıcıların maraqlarına xidmət edən qiymət:

a)

Tarazlıq qiyməti

b)

Tələb qiyməti

c)

Təklif qiyməti

d)

Qiymət maksimumu

e)

Qiymət minimumu

13.

Aztəminatlı alıcıların mənafeyinə xidmət edən qiymət, bu-

a)

Qiymət minimumu

b)

Qiymət maksimumu

c)

Tələb qiyməti

d)

Təklif qiyməti

e)

Tarazlıq qiyməti

14.

Qiymətin dövlət tənzimlənməsinin birbaşa üsullarına aiddir:

a)

Vergilər və subsidiyalar

b)

Qiymət minimumu və qiymət maksimumu

c)

Tələb qiyməti və qiymət maksimumu

d)

Təklif qiyməti və qiymət minimumu

e)

Tarazlıq qiyməti və qiymət maksimumu

15.

Qiymətin dövlət tənzimlənməsinin üsulları:

a)

Birbaşa və dolayı üsullar

b)

Dolayı üsullar

c)

Birbaşa üsullar

d)

Bunlardan heç biri

e)

Bunların hamısı

16.

Bir əmtəənin qanunla müəyyən olunmuş minimum qiyməti - adlanır:

a)

Qiymət maksimumu

b)

Təklif qiyməti

c)

Tələb qiyməti

d)

Qiymət minimumu

e)

Tarazlıq qiyməti

17.

Qiymət maksimumu..

a)

Bir əmtəəyə istehlakçı tərəfindən verilən maksimum qiymətdir.

b)

Bir əmtəənin qanunla müəyyən olunmuş minimum qiymətidir.

c)

Bir əmtəənin bazarda müəyyən olunmuş maksimum qiymətidir.

d)

Bir əmtəənin qanunla müəyyən olunmuş maksimum qiymətidir.

e)

Bir əmtəənin inhisarçı tərəfindən müəyyən olunmuş maksimum qiymətidir.

18.

Q.Mənkyunun "Ekonomiksin əsasları" dərsliyində dövlətin iqtisadiyyata müdaxiləsinin təhlil olunduğu sahələr:

a)

İstehsal və bölgü

b)

Qiymət və istehsal

c)

İstehsal və mübadilə

d)

Qiymət və vergi

e)

İstehsal və istehlak.

19.

Dövlətin bazarın fəaliyyətinə müdaxilə etməsinin zəruriliyi "Ekonomiks"in aşağıdakı prinsipində öz əksini tapır:

a)

Cəmiyyət inflyasiya ilə işsizlik arasında qısa müddətli seçimlə üzləşir.

b)

Adətən bazarlar iqtisadi fəaliyyətin təşkili üçün yaxşı üsuldur.

c)

Rasional insanlar marjinal faydanı düşünürlər.

d)

Bəzən dövlətlər bazar fəaliyyətinin nəticələrini yaxşılaşdıra bilər.

e)

Ticarət hər kəs üçün faydalı ola bilər.

20.

Dövlətin bazarın fəaliyyətinə müdaxilə etməsinin zəruriliyi:

a)

Başqa ölkələrlə əlaqələrin qənaətbəxş olmaması

b)

İşsizliyin səviyyəsinin yüksək olması

c)

Bazar mexanizminin tam təkmil olmaması

d)

Əhalinin həyat səviyyəsinin aşağı olması

e)

İqtisadiyyatın inzibati qaydada idarə olunmasının üstün olması