wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Gömrük rəsmiləşdirilməsi

Total questions: 18

Worksheet time: 12mins

Name
Class
Date
1.

Gömrük rəsmiləşdirilməsi:

a)

Xarici iqtisadi fəaliyyət iştirakçılarının gömrük sərhəini keçməsi zamın yerinə yetirilməsi gömrük qanunvericiliyi ilə tələb olunan hərəkətlərin məcmusu

b)

Gömrük orqanlarının fəaliyyəti üzrə günlük, aylıq və illik hesabatların tərtib olunması

c)

Xarici iqtisadi fəaliyyət iştirakçılarının Azərbaycan Respublikasının ərazinə gətirdikləri mal və nəqliyyat vasitələrinin ölkə ərazisinə buraxılması prosedurlarının məcmusu

d)

Gömrük Məcəlləsinin tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlərin məcmusu;

e)

Azərbaycan respublikasının gömrük sərhədini keçən mal və nəqliyyat vasitələrinin gömrük vergi və rüsumlarına cəlb edilməsi tədbirlərinin məcmusu

2.

Gömrük rəsmiləşdirilməsi nə zaman başlayır

a)

Gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük sərhədini keçməsi ilə bağlı məlumat daxil olduğu vaxtdan başlanır

b)

Gömrük orqanlarının vəzifəli şəxslərinin təyin etdiyi vaxtdan başlayır

c)

Xarici iqtisadi fəaliyyət iştirakçılarının gömrük sərhədini keçdiyi andan başlayır;

d)

Bəyannaməçinin gömrük orqanına malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır;

e)

Xarici iqtisadi fəaliyyət iştirakçıları arasında malların alqı-satqısı üzrə müqavilə imzalandığı andan başlayır

3.

Gömrük sərhədindən keçirilən mallara dair sənədlər və məlumatlar, həmin malların gömrük nəzarəti altında olan mallar statusunu itirməsindən sonrakı hansı müddət ərzində saxlanılmalıdır

a)

Elektron sənədlər müddətsiz, kağızlar 5 il

b)

saxlanma üsulundan asılı olmayaraq 5 il

c)

Sənədlərlə məlumatlar saxlanılmır

d)

Saxlanma üsulundan asılı olmayaraq 3 il

e)

Elektron sənədlər 10 il, kağızlar 3 il

4.

İlkin gömrük - tarif münasibətlərində vergilərin və gömrük rüsumlarının ödənilməsi ilə bağlı öhdəliklər gömrük orqanının vəzifəli şəxsi tərəfindən hansı sənədin qəbul edilməsi ilə bağlıdır

a)

Nəqliyyat sənədi

b)

Daşımalar üzrə müşayiət sənədı

c)

Lizinq sazişləri

d)

Konsiqnasiya müqavilələri

e)

Bəyannamə

5.

Gömrük brokeri fəaliyyətini həyata keçirmək üçün lisenziyanı kim verir?

a)

Vergilər Nazirliyi;

b)

Azərbaycan Respublikası Nazirlər Kabineti;

c)

Dövlət Gömrük Komitəsi;

d)

Fövqəladə Hallar Nazirliyi

e)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;

6.

Gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin xüsusiyyətləri bunlardan asılı olaraq fərqləndirilir: 1.Gömrük sərhədindən keçirilən malların kateqoriyasına görə;

2.Gömrük sərhədindən keçirilmə üçün istifadə olunan nəqliyyat vasitəsinin növünə görə;

3. Malları keçirən şəxsə görə;

4.Malların mənşəyinə görə;

5.Göndərilmə və təyinat ölkəsinə görə.

a)

2;3;4.

b)

1;3;4

c)

3;4;5

d)

1;2;4

e)

1;3;5

7.

Gömrük mədaxil orderlərindən nə zaman istifadə olunur

a)

Hüquqi şəxslər tərəfindən gətirilən mallar üçün gömrük prosedurlarının sadələşdirilməsi məqsədi ilə.

b)

Gətirilən mallar üçün gömrük prosedurlarının sadələşdirilməsi məqsədi ilə kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların rəsmiləşdililməsi zamanı;

c)

Hüquqi və fiziki şəxslər tərəfindən gətirilən mallar üçün gömrük prosedurlarının sadələşdirilməsi məqsədi ilə kommersiya məqsədli malların rəsmiləşdililməsi zamanı

d)

Fiziki şəxslər tərəfindən gətirilən mallar üçün gömrük prosedurlarının sadələşdirilməsi məqsədi ilə kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların rəsmiləşdililməsi zamanı;

e)

Fiziki şəxslər tərəfindən gətirilən mallar üçün gömrük prosedurlarının sadələşdirilməsi məqsədi ilə;

8.

Gömrük rəsmiləşdirilməsi hansı qaydada aparılır?

a)

Gömrük məcəlləsi, Gömrük tarifi haqqında qanun və digər qanunvericilik aktları

b)

Gömrük tarifi haqqında qanun və digər qanunvericilik aktları

c)

GM və gömrük və gömrük işi üzrə digər qanunvericilik aktları

d)

Beynəlxalq müqavilələr və bu məcəllə

e)

Gömrük Məcəlləsi

9.

Sənədlərin elektron formada təqdim olunması qaydaları hansı qanunla müəyyən edilir

a)

Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının Qanunu

b)

Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu

c)

Fərdi məlumatlar haqqında Azərbaycan Respublikasının Qanunu

d)

“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

e)

Dövlət sirri haqqında Azərbaycan Respublikasının Qanunu

10.

Gömrük rəsmiləşdirilməsi zamanı mal və nəqliyyat vasitələri hansı vergilərə cəlb oluna bilər?

a)

Dövlət rüsumu, gömrük haqqı

b)

Rüsum,ƏDV,aksiz,yol vergisi,yığım

c)

Rüsum, yığım

d)

Gömrük rüsumu,aksiz,yol vergisi

e)

ƏDV, aksiz, yol vergisi

11.

İlk növbədə və sadələşdirilmiş gömrük rəsmiləşdirilməsi kimlərə şamil edilir

a)

Avtomobillərə;

b)

Sərnişinlərə;

c)

Hərbi sursatlara;

d)

Beynəlxalq yüklər;

e)

Yardım xarakterli mallara;

12.

Beynəlxalq yükdaşımalar zamanı yolda qarşısıalınmaz səbəblərdən və ya qəza nəticəsində yüklərin hərəkətinin davam etdirilməsi mümkün deyilsə, daşıyıcı hansı hallarda məsuliyyətdən azad edili

a)

Vaxtında hadisə ilə əlaqədar yaxınlıqdakı polis şöbəsinə müraciət etmişsə

b)

Yol polisinə məlumat vermişsə;

c)

Yükün saxlanması və onun qeyri qanuni istifadəsinin qarşısının alınması üçün tədbirlər görmüşsə və vaxtında yük sahibini məlumatlandırmışsa

d)

Yükün saxlanması və onun qeyri qanuni istifadəsinin qarşısının alınması üçün tədbirlər görmüşsə və yaxınlıqdakı gömrük idarəsinə məlumat vermişs

e)

Yükün saxlanması və onun qeyri qanuni istifadəsinin qarşısının alınması üçün qəza yerində malların satışının təşkili məqsədilə tədbirlər görmüşsə;

13.

Gömrük rəsmiləşdirilməsinin icra qaydasına görə nəzərə alınmalıdır:

a)

sahibkarın pasport göstəriciləri;

b)

təqdim olunan sənədlər;

c)

təqdim olunan məlumatlar;

d)

gömrük rəsmiləşdirilməsinin yeri;

e)

gömrük rəsmiləşdirilməsinin vaxtı

14.

Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsini aparan gömrük orqanının müəyyən etdiyi iş vaxtından kənar vaxtda və ya müəyyən etdiyi yerdən kənarda gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları hansı miqdarda alınır

a)

50 faiz əlavə gömrük yığımı alınır;

b)

üçqat miqdarda;

c)

beşqat miqdarda

d)

adi qaydada, əlavə ödəniş olmadan

e)

ikiqat miqdarda;

15.

Hansı hallarda malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları alınır?

a)

humanitar və texniki yardım (qrant) yüklərinin rəsmiləşdirilməsi zamanı

b)

Gömrük proseduru dəyişdirildikdə yeni gömrük proseduru üçün

c)

elektrik enerjisinin qarşılıqlı ötürülməsinin gömrük rəsmiləşdirilməsi zamanı;

d)

Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik nümayəndəliklərin rəsmi istifadəsi üçün keçirilən malların gömrük rəsmiləşdirilməsi zamanı

e)

mallar dövlətin xeyrinə imtina rejimi altında yerləşdirildikdə;


16.

Hansı malların gömrük rəsmiləşdirilməsi güzəştli və sadələşdirilmiş qaydada həyata keçirilir?

1. Təbii fəlakətlər və digər fövqəladə hallar zamanı zəruri olan malların və nəqliyyat vasitələrinin;

2. canlı heyvanların, tez xarab olan malların, radioaktiv maddələrin;

3. kütləvi informasiya məqsədləri üçün materialların;

4. Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının;

5. Azərbaycan Respublikası Mərkəzi Bankının ünvanlarına göndərilən malların;

6.Nüvə reaktorları və xüsusi hazırlanmış və ya istehsal edilmiş avadanlıqlar və komponentlər.

a)

1;2;3.

b)

hamısının;

c)

1;3;4;5.

d)

2;3;4;6.

e)

2;4;6.

17.

Səlahiyyətli iqtisadi operator kimdir?

a)

Azərbaycan Respublikasında uçota alınmış hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər

b)

malların və nəqliyyat vasitələrinin buraxılışından sonra gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünün müəyyən edilməsi, eləcə də, şəxslərin mal və nəqliyyat vasitələri barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət edilməsi haqqında öhdəliklərini yerinə yetirilməsinin yoxlanılması məqsədi ilə gömrük orqanları tərəfindən həyata keçirilən tədbirlər;

c)

gömrük bəyannaməsini hazırlayan və ya adından gömrük bəyannaməsi hazırlanan şəxs, yaxud həmin şəxsin gömrük proseduru ilə bağlı hüquq və öhdəliklərinin ötürüldüyü şəxs

d)

Ümumdünya Gömrük Təşkilatının normaları və standartlarına uyğun olaraq, gömrük nəzarətinin sadələşdirilmiş forma və üsullarından istifadə edilməsinə qanunvericiliyə əsasən səlahiyyət verilmiş hüquqi şəxs;

e)

hüquqi şəxslər və digər idarə, müəssisə və təşkilatlar

18.

Gömrük təmsilçisiliyinə aid olanları seçin.

1. Hər bir şəxs gömrük orqanları ilə münasibətlərində Gömrük Məcəlləsində və gömrük işi üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş fəaliyyəti həyata keçirmək üçün gömrük təmsilçisi təyin edə bilər.

2. Gömrük təmsilçiliyi birbaşa (təmsil edilən şəxsin tapşırığı ilə onun adından və onun mənafeyi üçün), yaxud dolayı (təmsil edilən şəxsin tapşırığı ilə öz adından və onun mənafeyi üçün) ola bilər.


3. Gömrük təmsilçiliyi fəaliyyətini tənzimləyən qaydaları müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

4. Gömrük təmsilçisi hansı şəxsin mənafeyi üçün fəaliyyət göstərdiyini və gömrük təmsilçiliyinin birbaşa, yaxud dolayı həyata keçirildiyini gömrük orqanına bildirməməlidir.

5. Gömrük təmsilçisi kimi fəaliyyət göstərdiyini bildirməyən, yaxud bunu bildirən, lakin müvafiq səlahiyyəti olmayan şəxs, öz adından və özünün mənafeyi üçün fəaliyyət göstərən hesab olunur.


6.Gömrük orqanı gömrük təmsilçiliyini birbaşa, yaxud dolayı həyata keçirən şəxsdən ona müvafiq səlahiyyətin verildiyini təsdiqləyən sənədin təqdim olunmasını tələb etməməlidir

a)

1,5,6

b)

2,3,5

c)

1,3,5

d)

2,4,6

e)

1,2,3