wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Əlavə dəyər vergisi

Total questions: 20

Worksheet time: 17mins

Name
Class
Date
1.

ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün hesabat dövründən sonra hansı müddətdə vergi orqanına təqdim olunur?

a)

hesabat dövründən sonrakı ayın 5-dən gec olmayaraq

b)

hesabat dövründən sonrakı ayın 25-dən gec olmayaraq

c)

hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq

d)

hesabat dövründən sonrakı ayın 10-dan gec olmayaraq

e)

hesabat dövründən sonrakı ayın 15-dən gec olmayaraq

2.

Vergi tutulan idxal üzrə ƏDV Vergi Məcəlləsinə və gömrük qanunvericiliyinə uyğun olaraq gömrük rüsumlarının ödənilməsi üçün

nəzərdə tutulan qaydada hansı dövlət orqanı tərəfindən hesablanır və alınır?

a)

maliyyə orqanları tərəfindən

b)

Vergi orqanları tərəfindən

c)

Bələdiyyələr tərəfindən

d)

Gömrük orqanları tərəfindən

e)

Məhkəmə orqanları tərəfindən

3.

ƏDV-nin düzgün hesablanması və vaxtında ödənilməsi üçün kim məsuliyyət daşıyır?

a)

vergi orqanları və onların vəzifəli şəxsləri

b)

gömrük orqanları və onların vəzifəli şəxsləri

c)

vergi ödəyiciləri və onun vəzifəli şəxsləri

d)

vergi ödəyiciləri və onun ailə üzvləri

e)

maliyyə orqanları və onların vəzifəli şəxsləri

4.

Azərbaycan Respublikasının ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq olunmuş ticarət

əlavəsindən ƏDV hesablayan pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri həmin məhsulların uçotunu ayrıca aparmırsa,

həmin malların pərakəndə satışı zamanı ƏDV necə hesablanır?

a)

Ticarət əlavəsinin 50 faizindən hesablanır

b)

Ümumi dövriyyədən hesablanır

c)

Hesablanmır

d)

Həmin malların bir qismindən hesablanır

e)

Ticarət əlavəsindən hesablanır

5.

Vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməmişdirsə, o qeyri-rezidentdən hesablanan ƏDV-ni nə vaxt büdcəyə

ödəməyə borcludur?

a)

Ödəmə verildiyi gündən sonrakı 5 gün ərzində

b)

Ödəmənin həyata keçirildiyi gün ərzində

c)

Ödəmə verildiyi gündən sonrakı 10 gün ərzində

d)

Ödəmənin verildiyi ay üçün ƏDV bəyannaməsi verilərkən

e)

Ödəmə verildiyi gündən sonrakı 7 gün ərzində

6.

ƏDV-nin məqsədləri üçün vergi tutulan əməliyyatın dəyəri dedikdə nə başa düşülür?

a)

təqdim edilən malın [işin, xidmətin] ƏDV nəzərə alınmaqla, hər hansı vergi, rüsum və yığımlar nəzərə alınmadan dəyəri

b)

təqdim edilən malın [işin, xidmətin] ƏDV nəzərə alınmaqla dəyəri

c)

vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan

məbləği [hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmamaqla]

d)

təqdim edilən malın [işin, xidmətin]alıcı tərəfindən ödənilən dəyəri

e)

vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan

məbləği [hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmaqla]

7.

Vergi agenti qeyri-rezidentə ƏDV-nin hesablanması barədə vergi orqanına nə vaxt bəyannamə təqdim etməlidir?

a)

Ödəmə verilən aydan sonrakı ayın 10-dan gec olmayaraq

b)

Ödəmə verilən aydan sonrakı ayın 20-dən gec olmayaraq

c)

Ödəmə verilən aydan sonrakı ayın 1-dən gec olmayaraq

d)

Ödəmə verilən gündən sonra 7 gündən gec olmayaraq

e)

bəyannamə təqdim edilmir

8.

Malların göndərilməsi onların daşınmasını nəzərdə tutursa, ƏDV hesab-fakturasının 5 gün ərzində verilmədiyi halda vergi tutulan

əməliyyat nə vaxt aparılmış sayılır?

a)

ƏDV-nin ödənildiyi vaxt

b)

daşınmanın başa çatdırıldığı vaxt

c)

daşınmanın başa çatdırıldığı aydan sonrakı ayın 1-də

d)

daşınmanın başlandığı vaxt

e)

daşınmanın başa çatdırıldığı ayın sonuncu günündə

9.

Metropolitendə sərnişin daşıma xidməti ƏDV-yə hansı dərəcə ilə cəlb edilir?

a)

sıfır [0) dərəcə ilə

b)

ƏDV-yə qismən cəlb olunur

c)

20 faiz dərəcə ilə

d)

ƏDV-dən azaddır

e)

18 faiz dərəcə ilə

10.

Müəssisənin bir əməliyyat çərçivəsində bir vergi ödəyicisindən digər vergi ödəyicisinə təqdim edilərkən bu əməliyyatın ƏDV tutulan

əməliyyat sayılmaması üçün təqdim edən və alan tərəflər vergi orqanına neçə gün ərzində müraciət etməlidirlər?

a)

təqdim edilmədən sonra 30 gündən gec olmayaraq

b)

vergi orqanına müraciətin edilməsinə ehtiyac yoxdur

c)

təqdim edilmədən sonra 10 gündən gec olmayaraq

d)

təqdim edilmədən sonra 5gündən gec olmayaraq

e)

təqdim edilmədən sonra 15 gündən gec olmayaraq

11.

Şəxs ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçərkən vergi orqanı həmin şəxsi ƏDV ödəyicilərinin qeydiyyat reystrində qeydə

almağa və ərizə verildikdən sonra neçə iş günündən gec olmayaraq ona müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə

qeydiyyat bildirişi verməyə borcludur?

a)

10 gün

b)

3 gün

c)

20 gün

d)

5 gün

e)

15 gün

12.

Əlavə dəyər vergisi nədir?

a)

vergi tutulan dövriyyədən hesablanan vergi

b)

vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq verilən hesab-fakturalara və

ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərq

c)

vergi ödəyicisinə verilən hesab-fakturalarda göstərilən verginin ödənilmiş məbləği

d)

vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq idxalda ƏDV-nin

ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərq

e)

vergi ödəyicisinə verilən hesab-fakturalarda göstərilən vergi

13.

ƏDV üzrə hesabat dövrü nə sayılır?

a)

təqvim ili

b)

təqvim ayı

c)

hesabat dövrü müəyyənləşdirilməyib

d)

hesabat ili

e)

rüb

14.

Vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin

fəaliyyətinə xitam verildikdə, ƏDV bəyannaməsi Vergi Məcəlləsində nəzərdə tutulmuş müddətdən gec olmamaq şərti ilə neçə gün

müddətində vergi orqanına təqdim edilməlidir?

a)

15 gün

b)

30 gün

c)

2 gün

d)

10 gün

e)

7 gün

15.

Hansı şəxslərin ƏDV hesab-fakturasını vermək hüququ vardır ?

a)

ƏDV məqsədləri üçün qeydiyyatdan keçməyən fiziki şəxslərin

b)

ƏDV məqsədləri üçün qeydiyyatdan keçən hüquqi və fiziki şəxslərin

c)

ƏDV qeydiyyatından asılı olmayaraq istənilən şəxslərin

d)

sahibkarlıq fəaliyyəti ilə məşğul olan çəxslərin

e)

ƏDV məqsədləri üçün qeydiyyatdan keçməyən hüquqi şəxslərin

16.

Hesabat dövrü ərzində ƏDV-nin məqsədləri üçün vergi tutulan dövriyyə necə müəyyənləşdirilir?

a)

yalnız verilən vergi hesab-fakturaları əsasında təqdim olunmuş malların [görülmüş işlərin və göstərilmiş xidmətlərin] dəyərinə görə

b)

vergi tutulan əməliyyatların ümumi dəyərinə görə

c)

hesab-faktura vermədən aparılan əməliyyatların dəyərinə görə

d)

gəlirdən onun əldə edilməsi ilə bağlı xərclər çıxılmaqla

e)

təqdim olunmuş malların [görülmüş işlərin və göstərilmiş xidmətlərin] alış və təqdimetmə qiymətləri arasındakı fərqə görə

17.

ƏDV-yə cəlb edilən malların idxalı zamanı ƏDV hansı faiz dərəcəsi ilə tutulur?

a)

sıfır [0] faiz

b)

18 faiz

c)

20 faiz

d)

bir hissəsi sıfır [0] dərəcə ilə bir hissəsi, 18 faiz dərəcə ilə

e)

15 faiz

18.

Malların ixracı ƏDV-yə hansı dərəcə ilə cəlb olunur?

a)

Malların ixracı vergidən azaddır

b)

Sıfır [0] dərəcə ilə

c)

20 faiz

d)

bir hissəsi sıfır [0] dərəcə ilə bir hissəsi, 18 faiz dərəcə ilə

e)

18 faiz

19.

Xaricdən alınan əvəzsiz maliyyə yardımları [qrantlar] hesabına malların idxalı, qrant üzrə resipiyentlərə malların təqdim edilməsi,

işlərin göstərilməsi və xidmətlərin göstərilməsi hansı dərəcə ilə ƏDV-yə cəlb olunur?

a)

ƏDV-dən azaddır

b)

Sıfır [0] dərəcə ilə

c)

20 faiz

d)

bir hissəsi sıfır [0] dərəcə ilə bir hissəsi, 18 faiz dərəcə ilə

e)

18 faiz

20.

Xarici valyutanın numizmatika məqsədləri üçün idxal edilməsi əlavə dəyər vergisinə hansı qaydada cəlb olunur?

a)

ƏDV-dən azaddır

b)

18 faiz dərəcə ilə vergiyə cəlb olunur

c)

15 faiz dərəcə ilə vergiyə cəlb olunur

d)

bir hissəsi sıfır [0] dərəcə ilə bir hissəsi, 18 faiz dərəcə ilə

e)

sıfır [0] dərəcə ilə vergiyə cəlb olunur