wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

kommunikasiya mövzu9 rəsmi-işgüzar üslub-15

Total questions: 15

Worksheet time: 9mins

Name
Class
Date
1.

Mübahisə zəminində bir nəfər digərinə maddi və mənəvi zərər yetirmişdir. Zərərçəkmiş şəxs lazımi orqanlara hansı sənədi təqdim etməlidir?

a)

ərizə

b)

akt

c)

nizamnamə

d)

izahat

e)

bəyannamə

2.

İşgüzar sənədlərə aid düzgün fikirləri seçin:

1) Bu sənədlərdə artıq sözlər və ifadələr işlədilmir.

2) İşgüzar sənədlər xüsusi dövlət əhəmiyyəti daşıyır.

3) İmla xətalarına yol verilmir.

4) Mütəxəssislər tərəfindən tərtib edilir.

5) Qüsurlu cümlələrə yol verilmir.

a)

1,2,4

b)

3,4,5

c)

1,3,5

d)

2,3,4

e)

2,4,5

3.

İşgüzar sənədi seçin:

a)

manifest

b)

bəyanat

c)

sərəncam

d)

təqdimat

e)

nota

4.

Ərizənin yazılış formasına verilən tələblərdən hansılar səhv göstərilmişdir?

1. Ərizənin məzmunu qısa, faktlar isə konkret olmalıdır.

2. Vərəqin ortasında bütün hərfləri eyni boyda olmaqla “ƏRİZƏ” sözü yazılmalıdır.

3. Ərizəyə möhür vurulur.

4. Ərizəni ərizəçi öz xətti ilə yazmalıdır.

5. Ərizənin sonunda imza və tarix göstərilməyə bilər.

a)

1, 2

b)

2, 5

c)

1, 4

d)

2, 4

e)

3, 5

5.

Məktəbi yenicə bitirmiş Ramin Bakı Baş Məşğulluq İdarəsinə işə düzəlmək üçün müraciət etməlidir. Bunun üçün o, hansı müraciət formasını seçməlidir?

a)

reklam

b)

izahat

c)

bəyanat

d)

akt

e)

ərizə

6.

Verilmiş başlıq hansı əməli yazı formasına aiddir?

“Anadolu liseyinin direktoru M.Rəhimovaya həmin liseyin Xa sinif şagirdi S.Məmmədovdan...”

a)

xasiyyətnamə

b)

arayış

c)

etibarnamə

d)

protokol

e)

ərizə

7.

Aşağıda verilənlərdən yalnız biri işgüzar sənəddir:

a)

ərizə

b)

prezidentin fərmanı

c)

konstitusiya

d)

sərəncam

e)

nazirin əmri

8.

Əməli yazılar ədəbi dilin hansı üslubuna aiddir?

a)

bədii

b)

rəsmi-işgüzar

c)

fərdi

d)

publisistik

e)

elmi

9.

Hansı sənəd hüquqi məzmuna malik deyil?

a)

əmr

b)

konstitusiya

c)

fərman

d)

ərizə

e)

qanun

10.

Rəsmi-işgüzar sənədlərə aid edilmiş xüsusiyyətlərdən biri yanlışdır:

a)

konkretlik

b)

çoxmənalılıq

c)

dəqiqlik

d)

yığcamlıq

e)

ardıcıllıq

11.

Dərkənar hissəsində "icra edilsin", "rədd edilsin", "məsələyə baxılsın", "müzakirə edilsin" və s. kimi ifadələr yazılan işgüzar sənəd növü hansıdır?

a)

akt

b)

ərizə

c)

xəbərdarlıq

d)

arayış

e)

əmr

12.

Bunlardan biri ərizəyə verilən tələblərə aid deyil:

a)

Başlığı, yəni kimə və kimdən yazılması dəqiq olmalıdır.

b)

Ərizə konkret şəxsə ünvanlanmalıdır.

c)

Ərizə notarial qaydada təsdiqlənməlidir.

d)

Ərizəçi ərizəni öz xətti ilə yazmalıdır.

e)

Məzmunu qısa, faktlar konkret olmalıdır.

13.

Aşağıdakılardan biri ərizəyə aid deyil:

a)

Ərizə mütləq imzalanmalıdır.

b)

Kimə və kimdən yazılması göstərilməsə də olar.

c)

Başlıq hissədə ərizəçinin adı, soyadı göstərilməlidir.

d)

Xahiş və şikayət xarakterli ərizələr vardır.

e)

Ərizəçinin öz xətti ilə yazılmalıdır.

14.

“Obrazlı ifadələrə, fərdi nitq xüsusiyyətlərinə rast gəlinmir”. Bu fikir hansı üslubun özəlliyini əks etdirir?

a)

məişət

b)

publisistik

c)

epistolyar

d)

rəsmi-işgüzar

e)

bədii

15.

Verilənlərdən yalnız biri rəsmi sənədlrin tərtib edilməsi zamanı tez-tez istifadə edilir:

a)

arxaik sözlər

b)

II şəxsin təkində olan sözlər

c)

dialekt sözləri

d)

məsdər tərkibləri

e)

ibarələr