wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

kommunikasiya mövzu 11məktubların rolu-15

Total questions: 15

Worksheet time: 9mins

Name
Class
Date
1.

Bunlardan biri rəsmi məktub növü deyil:

a)

təliqə

b)

tələbnamə

c)

təqdimat

d)

sorğu

e)

təlimat

2.

Verilən parça hansı əməli yazı nümunəsinin başlanğıc hissəsidir?

"Salam Nigar! Yeni ilin mübarək!

Səni ilk imtahan sessiyasını başa vurmaq münasibətilə təbrik edirəm! ..."

a)

məktub

b)

ərizə

c)

bildiriş

d)

təqdimat

e)

arayış

3.

Motivasiya məktubu yazarkən nələrə əməl edilməlidir? Yanlış fikri göstərin:

a)

Yazdığınız dilin qrammatik qaydalarına riayət etməlisiniz.

b)

Bu məktubu standart internet resurslarından mümkün qədər uzaq duraraq, özünüzün yazıb hazırlamanız daha məqsədəuyğundur.

c)

Esse və məktub formatının tələblərinə əməl etməlisiniz.

d)

Məktubla müraciət etdiyiniz universiteti və ya təşkilatı xeyli tərifləməlisiniz.

e)

Məktubun həcminin 1,5-2 səhifə həddini keçməsinə yol verməməlisiniz.

4.

Məktubların strukturuna daxil olan hissələrdən biri artıqdır:

a)

ümumi hissə

b)

fərqləndirici və yekunlaşdırıcı hissə (sonluq)

c)

məktublarda nəzakət qaydalarına əməl edilən hissə

d)

başlanğıc, ümumi, yekunlaşdırıcı hissə

e)

müraciət hissəsi (başlanğıc)

5.

Biri elektron məktubun məzmununa uyğun deyil:

a)

Dilin qrammatik qaydalarına riayət etmək

b)

Qısaltmalardan, gündəlik məişət ifadələrindən, jarqonlardan və s. imtina etmək

c)

Sadə və aydın yazmaq

d)

Lakonik və anlaşıqlı yazışmaya üstünlük vermək

e)

Mövzu ilə birbaşa əlaqədar olmayan fikir və ifadələrdən istifadə etmək

6.

E-mail göndərərkən nələrə diqqət yetirilməlidir? Yanlış cavabı göstərin:

a)

Rəsmi müraciət formalarından istifadə daha məqsədəuyğundur.

b)

Texniki cəhətdən düzgün tərtibat o qədər də əhəmiyyətli deyil.

c)

Məzmun qrammatik cəhətdən düzgün, sadə və aydın olmalıdır.

d)

E-mailləri vaxtında cavablandırmaq məqsədəuyğundur.

e)

Elektron yazışmanın mövzusu maraq doğurmalıdır.

7.

Aşağıdakılardan hansı məktubun növlərinə aid deyil?

a)

ədəbi məktublar

b)

rəsmi məktublar

c)

qapalı məktublar

d)

işgüzar məktublar

e)

açıq məktublar

8.

Məktub yazarkən gözlənilən sistemə aşağıdakılardan hansı aid deyil?

a)

ümumi hissə

b)

normativ hissə

c)

yekunlaşdırıcı hissə

d)

fərqləndirici hissə

e)

müraciət hissəsi

9.

“Hörmətli cənab!

Sizin sadaladığınız əmtəə məhsullarını bu gün almalıydıq. Təəssüf ki, indiyədək nə malın növü, nə də yüklənmə haqqında bildiriş almamışıq...”

Belə bir müraciət hansı əməli yazı nümunəsinə aiddir?

a)

məktub

b)

ərizə

c)

elan

d)

qəbz

e)

arayış

10.

Bunlardan hansı məktub növü deyil?

a)

rəsmi

b)

şəxsi

c)

işgüzar

d)

təbrik

e)

cavab

11.

“Məktub” sözü hansı mənşəlidir?

a)

türk

b)

tatar

c)

fars

d)

monqol

e)

ərəb

12.

Aşağıdakılardan birini rəsmi-işgüzar üslubun ən sərbəst forması hesab etmək olar:

a)

akt

b)

bildiriş

c)

arayış

d)

məktub

e)

ərizə

13.

“Salam, əziz dostum. Bu, mənim sənə əsgərlikdən göndərdiyim sonuncu

...” – verilmiş bu sözlərlə hansı əməli yazı nümunəsi başlayır?

a)

hekayə

b)

inşa

c)

elan

d)

məktub

e)

ərizə

14.

Biri işgüzar məktub nümunəsinə aid deyil:

a)

tövsiyə

b)

cavab

c)

məlumat

d)

təlimat

e)

sorğu

15.

Biri cavab tələb etməyən məktublar sırasında verilə bilməz:

a)

bildiriş

b)

xahişnamə

c)

zəmanət

d)

təlimat

e)

xəbərdarlıq