wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

kommunikasiya mövzu 15 akt,müqavilə-15

Total questions: 15

Worksheet time: 12mins

Name
Class
Date
1.

Fikirlərdən yalnız biri doğrudur:

a)

Xasiyyətnamə tam rəsmi sənəddir.

b)

Akt tərtib edilərkən emosionallıq, subyektivlik ifadə edən fikirlərə yol verilmir.

c)

Ərizənin məzmunca 3 növü var.

d)

Təqdimat və tələbnamə eyni məzmunlu tam rəsmi sənədlərdir.

e)

Əmrin hüquqi əsası olmur.

2.

Hansı sənədi hazırlayarkən bu tələblər yerinə yetirilməlidir?

1. Sənədi tərtib edənlərin vəzifəsi, soyadı, adı və atasının adı göstərilməlidir.

2.Yoxlanılan hadisə haqqında dəqiq məlumat verilməlidir.

3.Yoxlamanın müddəti həm rəqəm, həm də hərflə qeyd olunmalıdır.

4.Yoxlamanın nəticəsi öz əksini tapmalıdır.

5.Sənədin sonunda tərtib edənlərin imzası qoyulmalıdır.

a)

izahat

b)

iş planı

c)

akt

d)

tərcümeyi-hal

e)

əqd

3.

Aktın mətni hansı tərkib hissələrindən ibarətdir?

a)

giriş və şərh

b)

giriş və sərəncam

c)

nəticə və sərəncam

d)

şərh və nəticə

e)

şərh və sərəncam

4.

Akt kim tərəfindən imzalanmalıdır?

a)

komissiyanın bir neçə üzvü

b)

aktın tərtibində iştirak edən bütün şəxslər

c)

baş mühasib

d)

sədr

e)

komissiyanın üzvlərindən biri

5.

Aşağıdakı fikirlərdən hansı akta aid deyil?

a)

Sonda tərtib edənlərin imzası qoyulur.

b)

Bir neçə faktı əks etdirə bilər.

c)

Əksər hallarda xüsusi təftiş komissiyasının iştirakı ilə tərtib olunur.

d)

Yoxlanılan hadisə haqqında dəqiq məlumat verilir.

e)

Kollektiv tərəfindən müzakirə edilir.

6.

Hər hansı bir təşkilat və ya müəssisədə aparılan yoxlamanın nəticələrini əks etdirən sənəd növü hansıdır?

a)

zəmanət

b)

protokol

c)

rəsmi məktub

d)

akt

e)

izahat

7.

Anar, Ramiz və Tahir zarafat edərkən bilmədən auditoriyanın pəncərəsini sındırmışlar. Sən isə qrup nümayəndəsi kimi bu hadisənin şahidi olan tələbə yoldaşlarınla birlikdə bir sənəd hazırlamalısan. Hansını seçsən, daha məqsədəuyğun olar?

a)

məktub

b)

qəbz

c)

arayış

d)

rəy

e)

akt

8.

“Müəyyən bir təşkilat tərəfindən ayrılmış komissiyanın iştirakı ilə tərtib olunur. Yoxlanılan hadisə haqqında dəqiq məlumat verilir. Burada hadisənin gedişi, materialın qiyməti, kəmiyyəti öz əksini tapır”. Verilənlər rəsmi-işgüzar üslubun hansı növünə aiddir?

a)

məlumat

b)

akt

c)

zəmanət

d)

rəsmi məktub

e)

izahat

9.

Bunlardan hansı məzmunca akt növü deyil?

a)

dövlət aktı

b)

cinayət aktı

c)

Azadlıq haqqında Konstitusiya aktı

d)

İctimai akt

e)

Hər hansı bir faktı aşkarlayan akt

10.

Bir neçə nəfərin iştirakı ilə tərtib edilib imzalanan sənəd necə adlanır?

a)

qaimə

b)

izahat

c)

məlumat

d)

təqdimat

e)

akt

11.

“...” ərəb mənşəli olub, iki hissədən ibarətdir və sözləşmə, razılaşma mənasındadır:

a)

xasiyyətnamə

b)

akt

c)

tələbnamə

d)

tərcümeyi-hal

e)

müqavilə

12.

Məzmununa görə müqavilənin növlərinə aşağıdakılardan hansı aid deyil?

a)

sülh müqaviləsi

b)

nikah müqaviləsi

c)

ticarət müqaviləsi

d)

özəl müqavilə

e)

əmək müqaviləsi

13.

Müqavilə haqqında yürüdülən fikirlərdən biri səhvdir:

a)

Məzmununa görə müqavilənin sülh, nikah, ticarət, əmək müqaviləsi və s. növləri vardır.

b)

Müqavilə bir nüxsədə tərtib edilir və imzalanır.

c)

Ən azı iki nüsxədə tərtib edilir.

d)

Müqavilə müəyyən şərtlər əsasında bağlanır və tərəflərin nümayəndələri tərəfindən təsdiqlənir.

e)

Quruluşuna görə müqavilələr sadə və mürəkkəb olur.

14.

Göstərilən xüsusiyyətlər hansı əməli yazı nümunəsinə aiddir?

1) Onun mətni iki hissədən ibarət olur.

2) I hissədə sənədin tərtib edilməsinin səbəbi göstərilir.

3) II hissədə isə onun tərtib edilməsinin məqsəd və vəzifələri, aparılmış işin mahiyyəti və xarakteri, müəyyən edilmiş faktlar, habelə nəticə və təkliflər ifadə olunur.

4) Bu sənədi vəzifələri göstərilməklə onun tərtib olunmasında iştirak edən bütün şəxslər imzalayır.

a)

fərman

b)

sərəncam

c)

əmr

d)

akt

e)

müqavilə

15.

Bunlardan biri rəsmi-hüquqi sənəddir:

a)

ərizə

b)

məktub

c)

müqavilə

d)

tərcümeyi-hal

e)

teleqram