Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

kommunikasiya mövzu 23 elmi konfrans, müşavirə, məqam...

Total questions: 10

Worksheet time: 9mins

Name
Class
Date
1.

Suallar hansı məqsədlərə xidmət edir?

1. Məlum olmayan informasiyanı dəqiqləşdirmək.

2. Mübahisəli fikirlərə münasibət bildirmək.

3. Anlaşıqlı olmayan məqamları aydınlaşdırmaq.

4. İnformasiyanı nəql etmək.

5. Kiməsə əmr etmək.

a)

1,2,3

b)

1,3,4

c)

2,4,5

d)

1,3,5

e)

2,3,4

2.

Polemika nədir?

a)

Bir işi, məsələni və s. müzakirə etdikdə öz fikrini qoruyan, sübut etməyə çalışanlar arasında başlanan bəhs, deyişmədır.

b)

Böyük və aktual elmi problemləri müzakirə etmək məqsədilə elmi təşkilatların nümayəndələrinin yığıncağıdır.

c)

Müəyyən elmi problemin müzakirəsi ilə əlaqədar bir və ya bir neçə sahənin alimlərinin, mütəxəssislərinin beynəlxalq elmi idarələr tərəfindən təşkil edilmiş yığıncağıdır.

d)

Hər hansı bir məsələnin birlikdə müzakirəsidir, iclasdır.

e)

Müəyyən bir məsələ barədə fikir mübadiləsidir, mübahisə, müzakirə, dartışmadır.

3.

Mübahisə nədir?

a)

Böyük və aktual elmi problemlərin müzakirəsi məqsədilə elmi təşkilatların nümayəndələrinin yığıncağıdır.

b)

Müəyyən bir məsələ barədə fikir mübadiləsi, mübahisə, müzakirə, dartışmadır.

c)

Hər hansı bir məsələnin birlikdə müzakirəsidir, iclasdır.

d)

Müəyyən elmi problemi müzakirə etmək məqsədilə bir və ya bir neçə sahənin alimlərinin beynəlxalq elmi idarələr tərəfindən təşkil edilmiş yığıncağıdır.

e)

Bir işi, məsələni və s. müzakirə etdikdə öz fikrini qoruyan, sübut etməyə çalışanlar arasında başlanan bəhs, deyişmədir.

4.

Müşavirə nədir?

a)

Müəyyən elmi problemi müzakirə etmək məqsədilə bir və ya bir neçə sahənin alimlərinin, mütəxəssislərinin beynəlxalq elmi idarələr tərəfindən təşkil edilmiş yığıncağıdır.

b)

Müəyyən bir məsələ barədə fikir mübadiləsi, mübahisə, müzakirə, dartışmadır.

c)

Hər hansı bir məsələnin birlikdə müzakirəsidir, iclasdır.

d)

Bir işi, məsələni müzakirə etdikdə öz fikrini qoruyan, sübut etməyə çalışanlar arasında başlanan bəhs, deyişmədir.

e)

Böyük və aktual elmi problemləri müzakirə etmək məqsədilə əlaqədar elmi təşkilatların nümayəndələrinin yığıncağıdır.

5.

Elmi konqres nədir?

a)

Bir məsələni götür-qoy etməkdir,məsləhət, məşvərətdir.

b)

Müəyyən bir məsələ barədə fikir mübadiləsi, mübahisə, müzakirə, dartışmadır.

c)

Müəyyən elmi problemin müzakirəsi ilə əlaqədar bir və ya bir neçə sahənin alimlərinin, mütəxəssislərinin beynəlxalq elmi idarələr tərəfindən təşkil edilmiş yığıncağıdır.

d)

Hər hansı bir məsələnin birlikdə müzakirəsidir.

e)

Böyük və aktual elmi problemləri müzakirə etmək məqsədilə elmi təşkilatların nümayəndələrinin yığıncağıdır.

6.

Elmi konfrans nədir?

a)

Müəyyən elmi problemi müzakirə etmək məqsədilə bir və ya bir neçə sahənin alimlərinin, yaxud mütəxəssislərinin beynəlxalq elmi idarələr tərəfindən təşkil edilmiş yığıncağıdır.

b)

Bir məsələni götür-qoy etməkdir,məsləhət, məşvərətdir.

c)

Hər hansı bir məsələnin birlikdə müzakirəsidir.

d)

Müəyyən bir məsələ barədə fikir mübadiləsi, mübahisə, müzakirə, dartışmadır.

e)

Böyük və aktual elmi problemlərin müzakirəsi məqsədilə elmi təşkilatların nümayəndələrinin yığıncağıdır.

7.

“Polemika” sözü mənşəcə hansı dilə aiddir?

a)

yunan

b)

latın

c)

italyan

d)

ingilis

e)

rus

8.

Biri mübahisə növü deyil:

a)

diskurs

b)

polemika

c)

debat

d)

diskussiya

e)

disput

9.

Göstərilən xüsusiyətlər akademik kommunikasiyanın elementlərindən birinə aiddir:

1) Subyektin gerçəkliklə üzləşdiyi anlardır.

2) Dinamik xarakterli anlayışdır.

3) Ünsiyyətdə olan tərəflərin münasibətlərinin toplusudur.

a)

müşavirə

b)

məqam

c)

polemika

d)

mübahisə

e)

müzakirə

10.

Biri məqamın özəlliklərini işıqlandırmır:

a)

Məqam subyektin gerçəkliklə üzləşdiyi andır.

b)

Məqam dinamik xarakterli anlayışdır.

c)

Məqam ünsiyyətdə olan tərəflərin münasibət toplusudur.

d)

Məqam sabitdir, heç bir vaxt dəyişmir.

e)

Məqamlar sistem təşkil edir.