Worksheetsquiz 13
Total questions: 10
Worksheet time: 10mins
Sahədə olan firmaların sayı:
bazarın ölçüsünün (miqyasının) düz mütənasib, sabit və dəyişən xərclərin isə tərs mütənasib funksiyasıdır
bazarın ölçüsünün (miqyasının) tərs mütənasib, sabit və dəyişən xərclərin isə düz mütənasib funksiyasıdır
bazarın ölçüsünün (miqyasının) və sabit xərclərin düz mütənasib, dəyişən xərclərin isə tərs mütənasib funksiyasıdır
bazarın ölçüsünün (miqyasının) və dəyişən xərclərin düz mütənasib, sabit xərclərin isə tərs mütənasib funksiyasıdır
həm bazarın ölçüsünün (miqyasının), həm sabit xərclərin, həm də dəyişən xərclərin düz mütənasib funksiyasıdır
“Bloklanmş giriş” kimi tanınan hal nə zaman baş verir?
bazara giriş xərcləri çox yüksək olduqda
bazara giriş xərcləri çox aşağıdırsa
bazara giriş xərcləri orta səviyyədədirsə
bazara giriş xərcləri 0-a bərabərdirsə
bazara giriş xərcləri minimum səmərəli ölçüyə (MES) uyğundursa
Firmaların birləşmələri nədir?
2 və çox sayda müstəqil və bərabərhüquqlu şirkətin birləşərək yeni təsərrüfat subyektinin (şirkətin) yaranmasıdır
bir şirkətin başqa bir və ya bir neçə təsərrüfat subyektini alıb özünə birləşdirməsidir.
təsərrüfat cəmiyyəti (şirkət) üzərində nəzarəti əldə etmək məqsədiylə həyata keçirilən və şirkətin nizamnamə kapitalının (səhmlərinin, paylarının və s.) 30 faizindən çoxunun əldə edilməsi yolu ilə baş verən sövdələşmədir
resursların əldə edilməsinin alternativ imkanlarını xarakterizə edir və bu baxımdan tam bir bazar hadisəsidir
bunlaırn heç biri
Şirkətlərin üfiqi birləşmələri nədir?
eyni mal və xidmətləri təklif edən 2 və daha çox rəqib şirkətin bir şirkət formasında birləşməsidir
özünün tədarükçüsü olan yaxud ona xidmət göstərən firmaların əsas şirkət tərəfindən özünə birləşdirilməsidir
qarşılıqlı əlaqəli mallar buraxan şirkətlərin birləşməsidir
öz aralarında bir-biri ilə hər-hansı istehsal və ya satış münasibətləri ilə bağlı olmayan şirkətlərin birləşməsidir
müxtəlif biznes sahələrində fəaliyyət göstərən şirkətlərin birləşməsidir
. Şirkətlərin şaquli birləşmələri nədir?
özünün tədarükçüsü olan yaxud ona xidmət göstərən firmaların əsas şirkət tərəfindən özünə birləşdirilməsidir
öz aralarında bir-biri ilə hər-hansı istehsal və ya satış münasibətləri ilə bağlı olmayan şirkətlərin birləşməsidir
müxtəlif biznes sahələrində fəaliyyət göstərən şirkətlərin birləşməsidir
eyni mal və xidmətləri təklif edən 2 və daha çox rəqib şirkətin bir şirkət formasında birləşməsidir
qarşılıqlı əlaqəli mallar buraxan şirkətlərin birləşməsidir
Şirkətlərin üfiqi birləşmələrinin hansı üstünlük yaradır?
rəqabətqabiliyyətliliyin artırılması
məhsulların maya dəyərinin aşağı salınması
məhsulun rentabelliyinin yüksəldilməsi
istehsalın texnoloji prosesinin bir firma daxilində cəmləşməsi
bunların hamısı
Bunlardan hansı firmaların birləşmələrinin və birləşdirilmələrinin miqyas artımından qənaət mötivini əks etdirmir?
Bazar hakimiyyətinin güclənməsi
İstehsal miqyasının artımından qənaət
Maliyyə resurslarının əldə edilməsində qənaət
Tədqiqat və inkişaf sahəsində qənaət
Transaksiya xərclərinin aradan qaldırılması
Yırtıcı qiymətqoymanın izahı zamanı istifadə olunan “qalın pul kisəsi” yaxud “dərin cib” nəzəriyyəsində mühüm olan nədir?
firmalardan birinin maliyyə sıxıntısı durumunda olması, digərinin isə maliyyə problemlərinin olmaması
firmalardan birinin bazarda daha tez olması, digərinin isə sonradan bazara daxil olması
maliyyə problemləri olan 2 və ya daha çox firmanın bazara eyni zamanda daxil olmaq istəmələri
bazarda rəqabət aparan firmaların oxşar əlamətlərə malik olması
firmalardan birinin qiyməti xərclərdən aşağı təyin etməklə rəqiblərinə ziyan vurması
İstehsal güclərinin qabaqlayıcı yaradılması hansı halda etimad doğuran strategiya ola bilər?
istehsal gücünün yaradılmasına çəkilən xərclər çox yüksək və geri qaytarıla bilinməyən olduqda
istehsal gücünün yaradılmasına çəkilən xərclər çox aşağı və geri qaytarıla bilən olduqda
istehsal gücünün yaradılmasına çəkilən xərclər çox aşağı və və geri qaytarıla bilinməyən olduqda
istehsal gücünün yaradılmasına çəkilən xərclər dəyişən xərclərə bərabər və geri qaytarıla bilinməyən olduqda
istehsal gücünün yaradılmasına çəkilən xərclər çox yüksək və geri qaytarıla bilən olduqda
Aşağıdakılardan hansı bazara giriş maneəsi deyildir?
miqyasdan qənaətin çox kiçik olması
minimum səmərəli ölçü (MES)
miqyasdan qənaətin çox böyük olması
sahənin tarixi inkişaf xüsusiyyətləri
yeksək reklam xərcləri
