wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Nəzəri mexanika - 2

Total questions: 10

Worksheet time: 8mins

Name
Class
Date
1.

Qüvvələr sistemi nəyə deyilir?

a)

Cismə təsir edən qüvvələrin sayına

b)

Cismə təsir edən qüvvələrin ən böyüyünə

c)

Cismə təsir edən qüvvələrin həndəsi cəminə

d)

Eyni cismə təsir edən qüvvələrin yığınına

e)

Cismə təsir edən qüvvələrin cəbri cəminə

2.

"Sistemin bir-birindən asılı olmayan mümkün yerdəyişmələrinin sayına mexaniki sistemin............................. deyilir" ifadəsində nöqtələrin yerinə düzgün olan cavabı seçin

a)

ideal rabitələrin sayı

b)

sərbəstlik dərəcələrinin sayı

c)

ona təsir edən qüvvələrin sayı

d)

onu təşkil edən elementlərin sayı

e)

rabitələrin sayı

3.

Aşağıda göstərilən hansı hallarda cisim sərbəst cisim adlanır?

a)

müstəvi üzərində yastı paralel hərəkət etdikdə

b)

cisim fəzada istənilən istiqamətdə yerdəyişmə aldıqda

c)

fəzada ancaq fırlanma hərəkət etdikdə

d)

fəzada ancaq irəliləmə hərəkəti etdikdə

e)

fəzada həm fırlana həm də irəliləmə hərəkəti etdikdə

4.

Rabitənin reaksiya qüvvəsi necə yönəlir?

a)

Cismə təsir edən qüvvənin əksi istiqamətində

b)

Ağırlıq qüvvəsi istiqamətində

c)

Cismin hərəkəti istiqamətində

d)

Qeyri-sərbəst cismin hərəkət edə bilmədiyi istiqamətin əksinə

e)

Cismə təsir edən qüvvə istiqamətində

5.

Maddi nöqtələr sisteminə təsir edən qüvvələr aşağıdakılardan hansılardır?

a)

inersiya və reaksiya qüvvələri

b)

ağırlıq və reaksiya qüvvələri

c)

inersiya ilə aktiv qüvvələri

d)

aktiv və reaksiya qüvvələri

e)

ağırlıq və inersiya qüvvələri

6.

Maddi nöqtənin kinetik enerjisinin dəyişməsi nəyə bərabərdir?

a)

maddi nöqtəyə təsir edən qüvvənin işinə

b)

maddi nöqtəyə təsir edən qüvvəyə

c)

maddi nöqtəyə təsir edən qüvvənin törəməsinə

d)

maddi nöqtəyə təsir edən qüvvənin moduluna

e)

maddi nöqtəyə təsir edən qüvvənin gücünə

7.

Maddi sistemə təsir edən xarici qüvvələr aşağıdakılardan hansıdır ?

a)

Sistemin maddi nöqtələrinin qarşılıqlı təsir qüvvələri

b)

Ancaq sistemin nöqtələrinin ağırlıq qüvvələri

c)

Sistemdən kənar maddi nöqtələrin həmin sistemə etdikləri təsir qüvvələri

d)

Sistemdən kənar nöqtələrin ağırlıq qüvvələri

e)

Sistemdən kənar maddi nöqtələrin qarşılıqlı təsir qüvvələri

8.

Aşağıdakı ifadəni tamamlayın: “Qüvvəni öz təsir xətti boyunca cismin bir nöqtəsindən digər nöqtəsinə köçürdükdə,......”

a)

Cismə təsir edər

b)

Onun həmin cismə olan təsiri dəyişməz

c)

Cismin sürətini artırar

d)

Cisim sürətini azaldar

e)

Cismi özü ilə bərabər sürüyər

9.

Hansı hərəkətdə kütlə cismin ətalət ölçüsü sayılır?

a)

Yastı parallel

b)

Bir tərpənməz nöqtəsi olduqda

c)

İrəliləmə hərəkəti

d)

Fırlanma hərəkəti

e)

Mürəkkəb hərəkət

10.

Sistemin kütlələr mərkəzi başqa cür necə adlanır?

a)

sistemin qüvvə mərkəzi

b)

sistemin cazibə mərkəzi

c)

mexaniki sistemin inersiya mərkəzi

d)

sistemin hərəkət mərkəzi

e)

sistemin ağırlıq mərkəzi