wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Firmanin iqtisadiyyati1

Total questions: 10

Worksheet time: 10mins

Name
Class
Date
1.

Sahə bazarı dedikdə nə başa düşülür?

a)

Oxşar istehlak təyinatlı mal və xidmətlərin mübadiləsi ilə bağlı münasibətlərdə olan alıcı və satıcıların məcmusu

b)

Oxşar İstehsal təyinatlı mal və xidmətlərin mübadiləsi ilə bağlı münasibətlərdə olan alıcı və satıcıların məcmusu

c)

Sahə bazarı termini altında oxşar təyinatlı mal və xidmət deyil, sadəcə konkret mal və xidmət növləri üzrə bazar

d)

Konkret mal və xidmət növləri üzrə deyil, sadəcə oxşar istehlak təyinatlı mal və xidmətlərin alqı satqısı

2.

Konkret dövrdə bir məhsulun bütün firmalar tərəfindən təklif olunan miqdarların cəmi necə adlanır?

a)

Məcmu bazar təklifi

b)

Məcmu bazar tələbi

c)

Sahə bazarının miqyası

d)

Tələb miqdarı

3.

Aşağıdakılarıdan hansı sahə bazarının sərhədlərinə aid deyil?

a)

əmtəə sərhədləri

b)

məkan sərhədləri

c)

zaman sərhədləri

d)

d)) təklif sərhədləri

4.

4. Hər hansı bir mala olan tələbin yalnız onun öz qiymətindən yox, həm də başqa malların qiymətlərindən asılı olaraq dəyişilməsi dedikdə nə başa düşülür?

a)

Tələbin çarpaz elastikliyi

b)

Məcmu bazar tələbi

c)

Tələb əyrisi

d)

Bazar təklifi

5.

Firmanın məhsulun qiymətini mənfəətli bir şəkildə marjinal xərclərdən yüksək təyin edə bilmə qabiliyyəti necə adlanır?

a)

Tələb gücü

b)

Səmərəlilik

c)

Bazar gücü

d)

Rəqabət gücü

6.

Lerner indeksinin hesablanması üçün istifadə edilən distur aşağıdakılardan hansıdır?

a)

L=P+MC/MC

b)

L=MC-P/MC

c)

L=MC+P/MC

d)

L=P-MC /MC

7.

Aşağıdakı fikirlərdən biri doğru deyil:

a)

Yüksək qiymət resursların qeyri-səmərəli bölgüsünə gətirib çıxarır

b)

Böyük bazar gücünə malik olan firmanın istehsalın səmərəliliyini təmin etməyə stimulu olur

c)

Bazar gücü istehsalın səmərəliliyini aşağı salmaqla firma daxilində resursların səmərəsiz istifadəsinə səbəb olur

d)

Bazar gücü renta axtarışının yaranmasına səbəb olur.

8.

Hansı dövlət siyasətinin başlıca məqsədi firmanın bazardakı mövqeyini xarici rəqiblər qarşısında gücləndirməkdir?

a)

Tənzimləmə siyasəti

b)

Antiinhisar siyasəti

c)

Sənaye (sahə) siyasəti

d)

Antitrest siyasəti

9.

Bazardakı müəyyən bir malı yaxud çeşitli malları istehsal edən firmaların sayı və ölçü paylanması bazar quruluşunun dörd təməl xüsusiyyətindən hansına aiddir?

a)

Alıcıların təmərküzləşmə dərəcəsi

b)

Satıcıların təmərküzləşmə dərəcəsi

c)

Məhsulun fərqləndirilməsi dərəcəsi

d)

Bazara giriş maneələri

10.

Əks-əlaqəli QDN paradiqması çərçivəsində yanlış olan fikir hansıdır?

a)

Dövlət müdaxiləsi dövlət və özəl sektorun tənzimlənməsində müsbət təsir yarada bilər

b)

Məhsuldarlığın necə artmasından asılı olmayaraq,firmaların üfüqi birləşmələri qiymət artımına səbəb ola bilməz

c)

Gəlirlərin bölgüsü sosial baxımdan ədalətli olmalıdır. İnflyasiya səviyyəsinin məhdudlaşdırılması bunu təmin edə bilər.

d)

İstehsalçıların fəaliyyəti resursların, xüsusilə əmək resurslarının tam və dolğun istifadəsinə imkan verməlidir.