Font size
Worksheets5A-Azərbaycan dili
Total questions: 22
Worksheet time: 25mins
Aşağıdakı sözlərdən hansı xüsusi isimdir?
A) Qasım
B) Ehtimal
C) Dərs
D) Maraq
Hansı sözü həm ümumi, həm də xüsusi isim kimi başa düşmək olar?
A) Yay
B) Bahar
C) Qış
D) Payız
Düzgün fikri qeyd edin:
A) Toplu isimlər qrammatik cəhətdən cəmdə hesab olunur
B) “lar” şəkilçisi leksik şəkilçidir
C) Bəzi toplu isimlər cəmlənə bilmir
D) İsimlər “lar” şəkilçisi qəbul etmədən də cəmlənə bilir
Hansı toplu ismə cəm şəkilçisi artırmaq olur:
Əhali
Camaat
İctimaiyyət
Ordu
Hansı cümlədə nöqtələrin yerinə uyğun gələn şəxs şəkilçisi digərlərindən fərqlidir?
A) O, tanınmış ədəbiyyatçı...
B) Cəlal ədəbli və sakit uşaq...
C) Mən sadəcə iştirakçı...
D) Əhməd aramızdakı ən gənc əsgər...
Hansı uyğunluq doğrudur?
1. Mənsubiyyət şəkilçili sözlər
2. Şəxs şəkilçili sözlər
a) ağacımız
b) insanam
c) körpəsən
d) evim
A) 1–a, b; 2–c, d
B) 1–a, d; 2–b, c
C) 1–a, c; 2–b, d
D) 1–b, c; 2–a, d
Cəm isimlər cərgəsini seçin:
Əhali, xalqlar
Ordular, sürülər
Camaat, kitab
Onlar, sözlər
Hansı söz mücərrəddir?
A) Düyü
B) Düymə
C) Dünya
D) Düşüncə
“Şagirdlərin səsi məktəbin həyətindən də eşidilirdi” cümləsində mənsubiyyət şəkilçili neçə söz var?
A) 1
B) 2
C) 3
D) 4
Təsirlik halda olan sözü göstərin:
A) Kitab bilik mənbəyidir
B) Kitabda maraqlı məlumatlar var
C) Kitabınız bizdə qalıb
D) Kitabı mənə ver
Təsirlik halda isim işlənmiş cümləni göstərin:
A) Misi gümüşə çevirmək olmaz
B) Saçlarınız qızılı rəngdədir
C) Kitab çoxdan çap olunub
D) Övladlarımız korluq çəkir?
Hansı cümlə çıxışlıq halda olan isimlə
başlanır?
A) Güldan qırıldı
B) Aydan çıxış etdi
C) Oyundan hamı razı qaldı
D) Qocadan dərin fikirlər eşitdik
“Vətən yetişdirdiyi oğulları ilə öyünür” cümləsində "vətən" sözü hansı haldadır?
A) Adlıq
B) Təsirlik
C) Yönlük
D) Yerlik
İsmin hansı halına aid nümunə yoxdur? Həyatın Həyatda Həyata Həyat
Yerlik, Yönlük
Çıxışlıq, yerlik
Adlıq, yiyəlik
Təsirlik, çıxışlıq
İsimlərdən ibarət cərgəni göstərin:
gözəl, qız, hava
müəllim, şagird, Bakı
oxumaq, telefon, canavar
kağız, Azərbaycan, yaraşıqlı
Hansı variantda nöqtələrin yerinə uyğun gələn bitişdirici samit digərlərindən fərqlidir?
A) Baba...ı bizə bu ağac haqqında yeni məlumatlar verdi.
B) İş masa...ı çox dağınıqdır.
C) Cemilin ata...ı çox zəhmətkeş insandır.
D) Onun bu acı tale...i hamımızı kədərləndirdi.
Hansı cümlə çıxışlıq halda olan isimlə başlanır?
Güldan qırıldı
Aydan çıxış etdi
Oyundan hamı razı qaldı
Çaydan qaynadı
“Yaralı əlini qoynuna apardı” cümləsində isimlər hansı haldadır? Diqqətli olun :)
Təsirlik yönlük
Yiyəlik yiyəlik
Yiyəlik yönlük
Təsirlik yiyəlik
Mənə olan sevginizi bir şəkillə ifadə edin :)
Gülən üz şəkli çək :)
Hansı cümlədə "müəllim" sözü təsirlik halda işlənmişdir?
A) Müəllim dərs deyir.
B) Müəllimimiz çox savadlıdır.
C) Müəllimi tanıyıram.
D) Müəllimlərimiz bizə kömək edir.
“Müəllim kitabı masanın üstündə qoydu” cümləsində "müəllim" sözü hansı haldadır?
C) Yönlük
B) Təsirlik
D) Yerlik
A) Adlıq
