NEW
Font size
WorksheetsFonetika. Leksika
Total questions: 20
Worksheet time: 10mins
Hansı sözdəki bütün samitlər kar qarşılığı olmayan cingiltili samitlərdir?
Dərman
Mənalı
Məhrəm
Məcnun
Hansı sözlərdə saitlərin hamısı açıqdır?
Kölgə, ovlaq, meşə
Boran, dərə, hünər
Polad, ağac, dadlı
Gənclik, məktəb, otaq
Hansı sözdə uzun tələffüz olunan sait işlənib?
Xəzinə
İnək
Həzin
Heca
Ahəng qanununun pozulduğu uzun saitli sözü müəyyənləşdirin.
Şose
Ticarət
Qanunsuzluq
Vitamin
Hansı cərgədəki sözlərə saitlə başlanan şəkilçi artırdıqda k-y, q-ğ əvəzlənməsi baş verir?
Qaynaq, mexanik
Qaynaq, çəllək
Çörək, texnik
Filoloq, göbələk
Tələffüzü səhv olan sözü müəyyənləşdirin:
[fısdıx]
[ma:ş]
[mətanətti]
[səlis]
Sözlərdən birinin yazılışı səhvdir:
Atlaz
İllüziya
Mətin
İxdiyar
Yazılışı ilə deyilişi fərqlənməyən sözü müəyyənləşdirin:
Addım
Şair
Yumşaq
Həftə
Cümlələrin birində bütün sözlər yazıldığı kimi də tələffüz edilir:
Qoyunçuluq faydalı sahədir.
Şirin meyvələrdən xoşum gəlir.
Tapşırıq yerinə yetirildi.
Arılar çiçəklərdən şirə çəkirlər.
Hansı cərgədəki qoşasamitli sözlərin yazılışı ilə tələffüzü fərqlənmir?
Addım, hoppanmaq, səkkiz
Toqqa, doqquz, hətta
Rəssam, güllə, qüvvə
Əlli, mütəkkə, saqqal
Başından tüstü çıxmaq frazeoloji birləşməsinə hansı məna uyğun gəlir?
Dil-dil ötmək
Yalvarıb-yaxarmaq
Yanıb-yaxılmaq
Nəfəsi kəsilmək
Otağın genişliyi və ürəyin genişliyi birləşmələrindəki genişlik sözü aşağıdakılardan hansı məna qrupuna aiddir?
Çoxmənalı sözlərə
Təkmənalı sözlərə
Sinonimlərə
Omonimlərə
Hansı sözün mənası düzgün izah olunmuşdur?
Sənəd-pəşə, ixtisas
Sabit-dəyişkən
Qadirlik-bacarıqsızlıq, qüdrətsizlik
Yarımada-üç tərəfi su ilə əhatə olunmuş quru sahə
Altından xətt çəkilmiş sözlər bir-birinə münasibətdə nə adlandırılmalıdır?
Dünyada düzlükdən yoxdur əlamət,
Əyrilik etməkdən qaçmalı, əlbət.
Omonim
Sinonim
Antonim
Çoxmənalı söz
Biri çoxmənalı söz deyil:
Dil
Diş
Mədə
Bel
Omonim ola bilən sözdür:
Dəniz
Qalıq
Tilov
Bənd
Antonimlərlə bağlı səhv fikirdir:
Antonim şəkilçilər antonimlik yaratmır.
Həmişə eyni nitq hissəsinə aid olur
Eyniköklü sözlər də antonim ola bilir.
Düzəltmə sözlər də antonim ola bilir.
Hansı frazeoloji birləşmənin mənası doğrudur?
Baş çəkmək-dərdləşmək
Cana doymaq-acmaq
Gözə kül üfürmək-natəmizlik
Canı boğazına yığılmaq-bezmek
Hansı cümlədə məcazi mənalı söz var?
Onların arasında soyuq münasibət yaranmışdı.
Arif bacısına soyuq su verdi.
Hava çox soyuq idi.
O, şirin çörəyi xoşlayır.
Mehriban sözünün leksik xüsusiyyətlərinə görə səhvi müəyyən edin:
Antonim qəddarlıq sözüdür.
Səmimi, istiqanlı sözləri ilə sinonimdir.
Təkmənalı sözdür.
Hamı tərəfindən başa düşülür.
