Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

34-cu mövzu: Tərcümeyi-hal. Xasiyyətnamə. Arayış.

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

1. Kəmalə Hacıyeva ali məktəbə qəbul olmuşdur. Sənədlərini təqdim edərkən ondan özü haqqında ətraflı məlumat verilməsi tələb olunur. O, hansı əməli yazı nümunəsi yazmalıdır?

a)

ərizə

b)

xasiyyətnamə

c)

arayış

d)

tərcümeyi-hal

e)

bildiriş

2.

Verilənlərdən biri səhv fikirdir:

a)

Tərcümeyi-halla biblioqrafiya arasında fərq yoxdur.

b)

Bioqrafiya kiminsə tərcümeyi-halının başqası tərəfindən yazılmış formasıdır.

c)

Avtobioqrafiya şəxsin öz əli ilə yazdığı tərcümeyi-haldır.

d)

Memuar ədəbiyyatı avtobioqrafik xarakterdə olur.

e)

“Tərcümeyi-hal” ərəb sözüdür.

3.

1. Aşağıdakı işgüzar sənədlərdən hansını hazırlayarkən bu tələblər yerinə yetirilməlidir? 1. Sənədi idarə rəhbəri verir. 2. Sənəddə bu və ya digər şəxsin ictimai fəaliyyəti, əxlaqi və siyasi keyfiyyətləri obyektiv şəkildə ardıcıl sadalanır. 3. Haraya təqdim olunması göstərilir. 4. Dövlət əhəmiyyətlidirsə, müzakirə olunaraq yoxlanılır. 5. Həcmi 1- 2 səhifədən artıq olmur.

a)

ərizə

b)

protokol

c)

izahat

d)

xasiyyətnamə

e)

tərcümeyi – hal

4.

1. Yeni işə qəbul olunduqda, rəhbər vəzifəyə seçildikdə və ya dövlət orqanları tərəfindən tələb olunduqda hər hansı şəxs haqqında ... verilir.

a)

elan

b)

xasiyyətnamə

c)

protokol

d)

vəkalətnamə

e)

qəbz

5.

Biri özündə arayışın məzmununu ehtiva etmir:

a)

Arayışın hansı məqsədlə tərtib edildiyi qeyd edilmir.

b)

Arayiş müəssisə rəhbəri tərəfindən imzalanır.

c)

Bütün hallarda məsul şəxsin imzası möhürlə təsdiq olunmalıdır.

d)

Arayışın sonunda sənədin hara təqdim olunması qeyd edilməlidir.

e)

Bəzi hallarda fakültə dekanları da arayış verə bilərlər.

6.

Xasiyyətnamənin tərtib edilməsinə dair verilənlərdən biri yanlışdır:

a)

Xasiyyətnamədə bu və ya digər şəxsin ictimai fəaliyyəti, əxlaqı və şəxsi keyfiyyətləri obyektiv şəkildə sadalanır.

b)

Onun kimə, kimdən və haradan təqdim olunması göstərilir.

c)

Dövlət əhəmiyyətli bəzi xasiyyətnamələr müzakirə olunur və yoxlanır.

d)

Dövlət sənədi kimi xasiyyətnaməni yalnız idarə rəhbəri imzalayır.

e)

Xasiyyətnamə 1-2 səhifədən ibarət olur.

7.

“.... hər hansı bir şəxsin kimliyini təsdiq etmək məqsədi ilə bu və ya digər təşkilat tərəfindən verilən sənəddir”. Söhbət hansı sənəddən gedir?

a)

arayış

b)

protokol

c)

ərizə

d)

elan

e)

vəkalətnamə

8.

Hansı işgüzar sənəd fərdin özü tərəfindən hazırlanmır?

a)

izahat

b)

ərizə

c)

tərcümeyi-hal

d)

arayış

e)

etibarnamə

9.

Verilmiş sənəd növünü müəyyənləşdirin:“Əli Ramazan oğlu Məmmədov,

həqiqətən, Bakı şəhər 158 saylı məktəbin IX sinif şagirdidir”.

a)

ərizə

b)

akt

c)

protokol

d)

bildiriş

e)

arayış

10.

Xasiyyətnamə neçə şəxs tərəfindən təsdiq edilməlidir?

a)

ən azı iki şəxs tərəfindən

b)

bir şəxs tərəfindən

c)

yeddi şəxs tərəfindən

d)

dörd şəxs tərəfindən

e)

altı şəxs tərəfindən