wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Mövzu 3.Büdcə hüququ

Total questions: 18

Worksheet time: 13mins

Name
Class
Date
1.

Dövlət büdcəsinin gəlirlərinin məbləğinin yuxarı həddi hansı qanuncericiliklə tənzimlənir?

a)

Konstitusiya ilə

b)

AR-nın "Vergi Məcəlləsi" ilə

c)

AR-sı Prezidentinin müvafiq Fərmanları ilə

d)

”Büdcə sistemi haqqında” AR-nın Qanunu ilə

e)

Hər il üçün qəbul edilən ”Dövlət büdcəsi haqqında” AR-nın Qanunu ilə

2.

Dövlət büdcəsinin məqsədi nədir?

a)

ölkənin müdafiə qüdrətinin artırılması, milli təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir

b)

ölkənin iqtisadiyyatını inkişaf etdirmək, əhalinin sosial-mədəni ehtiyaclarını ödəmək və yoxsulluğu aradan qaldırmaq üçün lazım olan maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir

c)

doğru cavab yoxdur

d)

ölkənin məhsuldar qüvvələrini hər tərəfli inkişaf etdirmək, regionların tarazlı sosial-iqtisadi inkişafına nail olmaq və əhalinin maddi rifah halını daha da yaxşılaşdırmaq

e)

Ölkənin iqtisadi, sosial və diğər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir

3.

Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitinin istifadə müddəti nə zaman başa çatır?

a)

müvafiq büdcə ilinin icrasının başa çatmasına bir ay qalmış

b)

müvafiq İcra hakimiyyətinin qərarı ilə müəyyən edilən müddətdə

c)

müvafiq büdcə ilinin başa çatmasından bir ay sonra

d)

doğru cavab yoxdur

e)

qanunvericilikdə nəzərdə tutlmuş hallar istisna olmaqla, müvafiq büdcə ilinin sonunda

4.

Yerli büdcələrin Ehtiyat fondlarının vəsaitlərindən istifadə qaydaları hansı icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir?

a)

Rayon və ya Şəhər Maliyyə İdarəsi

b)

Nazirlər Kabineti

c)

Müvafiq rayon və ya şəhər icra hakimiyyətinin başçısı

d)

Maliyyə Nazirliyi

e)

Müvafiq bələdiyyələr

5.

Naxçıvan Muxtar Respublikasının büdcəsinin Ehtiyat Fondundan istifadə qaydaları hansı icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir?

a)

Naxçıvan MR-nın Ali Məclisinin Sədri

b)

AR-nın Nazirlər Kabineti

c)

Naxçıvan MR-nın Maliyyə Nazirliyi

d)

AR-nın Maliyyə Nazirliyi

e)

Naxçıvan MR-nın Nazirlər Kabineti

6.

AR-nın Prezidentinin Ehtiyat Fondunun vəsaiti hansı tədbirlərə yönəldilir?

a)

Qabaqcadan müəyyən edilmiş mühüm məqsədli proqramların icra edilməsinə

b)

Ümumxalq referendumlarının keçirilməsinə

c)

Beynəlxalq tədbirlərin həyata keçirilməsinə

d)

Ölkədə seçkilərin keçirilməsinə

e)

Ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən tədbirlərə

7.

Maddi hüquq normalarına aiddir:

a)

büdcənin tərtibi qaydaları

b)

göstərilənlərdən heç biri aid deyil

c)

büdcə layihəsinin müzakirəsi və təsdiqi

d)

büdcənin icrası haqqında hesabatın müzakirəsi və təsdiqi qaydaları

e)

dövlət büdcəsinin gəlirlərinin tərkibi və normaları

8.

Yerli özünüidarəetmə orqanlarının büdcə səlahiyyətlərinə aiddir:

a)

dövlət büdcəsindən yerli büdcələrə dotasiya verilməsi qaydalarının müəyyən edilməsi.

b)

bələdiyyə vergilərinin büdcə səviyyələri arasında bölüşdürülməsi

c)

vahid büdcə təsnifatının təsdiq edilməsi

d)

dövlət büdcəsinin idarə edilməsi

e)

yerli büdcələrdən maliyyə yardımının və ssudaların verilməsi;

9.

Dövlət İcra hakimiyyəti orqanlarının büdcə səlahiyyətlərinə aiddir:

a)

sadalananların heç biri.

b)

büdcənin Milli Məclisdə müzakirəsini təşkili;

c)

büdcə qanununun qəbul edilməsi

d)

büdcənin icrası haqqında hesabatın müzakirəsi və təsdiqi

e)

büdcə layihəsinin hazırlanması və Milli Məclisin müzakirəsinə təqdim etməsi

10.

Yerli özünüidarəetmə orqanlarının büdcə səlahiyyətlərinə aid deyil:

a)

bələdiyyə qarşılıqlı əlaqələrinin həyata keçirilməsi qaydalarının müəyyən edilməsi.

b)

bələdiyyə gəlirlərinin büdcəyə yönəldilməsi qaydalarının müəyyən edilməsi

c)

yerli büdcələrin tərtibi və baxılması

d)

yerli büdcələrdən maliyyə yardımının və ssudaların verilməsi

e)

dövlət xarici borcunun formalaşdırılması, ödənilməsi və ona xidmətin təmin edilməsi;

11.

Azərbaycan Respublikası Milli Məclisinin büdcə səlahiyyətlərinə aid deyil:

a)

büdcənin icrasına nəzarət etmək

b)

büdcə sisteminin qurulmasının əsas prinsiplərini müəyyən etmək

c)

büdcə layihəsini təsdiq etmək;

d)

büdcə layihəsinin müzakirəsini təşkil etmək

e)

büdcə layihəsinin tərtibi;

12.

Prossesual hüquqi normalarına aid edilir:

a)

dövlət büdcəsinin gəlirlərinin tərkibi

b)

xərclərin büdcə həlqələri arasında bölüşdürülməsi normaları

c)

yerli büdcənin gəlir mənbələri;

d)

göstərilənlərdən hər biri prossesual normalara aiddir

e)

büdcənin icrası haqqında hesabatın müzakirəsi və təsdiqi qaydaları;

13.

Büdcə hüququ normalarına aiddir:

a)

siyasi və prossesual normalar

b)

siyasi və inzibati normalar.

c)

prossesual və inzibati normalar

d)

maddi və siyasi normalar;

e)

maddi və prossesual normalar

14.

Büdcə quruluşunu, büdcə prosesini, habelə büdcənin icrasının təşkili sahəsində bütün dövlət hakimiyyət orqanlarının səlahiyyətlərini

müəyyən edən hüquqi normaların məcmusu necə ifadə olunur:

a)

qanunvericilik aktları

b)

səlahiyyət həddi

c)

norma və normativlər

d)

Nazirlər Kabinetinin qərarları

e)

büdcə hüququ

15.

AR-nın dövlət büdcəsinin icrasına ali nəzarəti hansı orqan həyata keçirir?

a)

AR-nın Prezidenti

b)

AR-nın Nazirlər Kabineti

c)

AR-nın Nazirlər Kabineti və Maliyyə Nazirliyi

d)

AR-nın Maliyyə Nazirliyi

e)

AR-nın Milli Məclisi və Hesablama Palatası

16.

Konstitusiyaya əsasən AR-da vergiləri, rüsumları və ödənişləri hansı orqan müəyyən edir?

a)

AR-nın Nazirlər Kabineti

b)

AR-nın Vergilər Nazirliyi və Gömrük Komitəsi

c)

AR-nın Prezidenti

d)

AR-nın Maliyyə Nazirliyi

e)

AR-nın Milli Məclisi

17.

Büdcənin prosesual hüquqi normalarının tərkibini göstərin: 1.Büdcələrin tərtibi 2.Gəlirlərin və xərclərin büdcələr arasında bölğüsü 3.Büdcələrin layihələrinin müzakirəsi və təsdiqi 4.Xərclərin təyinatı və xərc normaları 5.Büdcələrin icrası haqqında hesabatların hazırlanması, müzakirəsi və təsdiqi 6.Büdcələrin xüsusi və tənzimləyici gəlirlərinin müəyyən edilməsi

a)

1,2,5

b)

1,5,6

c)

4,5,6

d)

2,5,6

e)

1,3,5

18.

Büdcə hüquqi normalarını göstərin.

a)

İnzibati və sahə hüquqi normalar

b)

Inzibatı-ərazi hüquqi normalar

c)

İnzibatı-siyasi hüquqi normalar

d)

Onların hamısı

e)

Maddi və prosessual hüquqi normalar