wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Mövzu 6 Dövlət və bələdiyyə maliyyəsi

Total questions: 20

Worksheet time: 21mins

Name
Class
Date
1.

Variantlardan hansında yerli büdcə anlayışı öz əksini tapmışdır?

a)

Yerli büdcə bələdiyyə statusuna uyğun olaraq özünüidarəetmə prinsiplərini reallaşdırmaq, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyənləşdirilmiş bələdiyyə səlahiyyətlərini həyata keçirmək üçün formalaşan və istifadə olunan maliyyə vəsaiti

b)

büdcə həlqələrinin məcmusudur

c)

büdcədənkənar fondların məcmusudur

d)

dövlətin mərkəzləşmiş vəsaitidir

e)

sadalanan fikirlərin hamısı yerli büdcəni ifadə edir

2.

Sadalananlardan hansı mərkəzləşdirilmiş dövlət gəlirlərini ifadə etmir?

a)

vergilərdən daxilolmalar

b)

büdcədənkənar dövlət fondların vəsaitlər

c)

xarici iqtisadi fəaliyyətdən gəlirlər

d)

müəssisələrin pul fondları

e)

büdcə vəsaitləri

3.

Yerli büdcələrin (bələdiyyə büdcələrinin) tarazlaşdırılması üçün istifadə olunur:

a)

Dotasiyalar, subvensiyalar

b)

Büdcə ssudası, kompensasiyalardan alınan vəsaitlər

c)

Subvensiyalar, müsadirələr

d)

Transfert ödənişlər, cərimələr

e)

Subsidiyalar, pullu xidmətlərdən gəlirlər

4.

Dövlət gəlirləri haqqında deyilən səhv fikir hansıdır?

a)

Dövlətin və dövlət müəssisələrinin sərəncamından maliyyə resurslarının formalaşdırılması ilə əlaqədar olan maliyyə münasibətləridir

b)

Dövlət gəlirlərinin bütün mənbələrini iki qrupa ayırmaq olar: daxili və xarici

c)

Dövlət gəlirləri büdcə gəlirlərinin tərkib hissəsidir

d)

Dövlət gəlirlərinin formalaşdırılmasının əsas mənbəyi milli gəlirdir

e)

Mərkəzləşdirilmiş dövlət gəlirləri əsasən vergilərdən daxilolmalar, xarici iqtisadi fəaliyyətdən gəlirlər və əhali tərəfindən ödəmələr hesabına formalaşdırılır

5.

Bələdiyyə maliyyəsinin formalaşması və istifadəsi bu prinsiplərə əsaslanır. Səhv olanı göstərin

a)

yerli mənafeyin respublika mənafeyi ilə uzlaşması

b)

xəbərdaredici prinsip

c)

özünüidarəetmə

d)

müstəqillik

e)

aşkarlıq

6.

Yerli büdcənin müstəqilliyinə aid olmayan fikri seçin:

a)

Bələdiyyə yerli büdcəni iqtisadi qanunların tələblərinə uyğun müstəqil olaraq tərtib, müzakirə, təsdiq, icra və onun icrasına nəzarət edir

b)

Bələdiyyə yerli büdcənin maliyyə ilinin sonuna əmələ gəlmiş sərbəst qalıqlarına müstəqil sərəncam verir

c)

Yerli büdcənin müstəqilliyi öz mədaxil mənbələrinin olması və bələdiyyənin yerli büdcə vəsaiti barədə sərəncam vermək müstəsna hüququ ilə təmin edilir.

d)

Azərbaycan Respublikası qanunvericilik və icra hakimiyyəti orqanlarının bələdiyyələrin büdcə fəaliyyətinə müdaxiləsinə, Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla yol verilmir

e)

Yerli büdcə Milli Məclis tərəfindən- müzakirə, təsdiq və icra edilir

7.

Yerli büdcə layihəsinin qəbul edilməsi mərhələlərinə aid olmayanı göstərin

a)

büdcə layihəsinin tərtibi

b)

büdcənin icrası

c)

büdcənin təsdiqi

d)

yerli büdcə vəsaitlərinin dövlət büdcəsinə yönləndirilməsi

e)

büdcə layihəsinin müzakirəsi

8.

Aşağıdakılardan hansı dövlət maliyyəsinin prinsipinə aid deyil

a)

qanunverici və normativ bazanın vahidliyi

b)

maliyyə axınlarının mərkəzləşdirilmiş əsasda idarə edilməsi

c)

aşkarlıq və şəffaflıq

d)

məqsədli istiqamətlənmə

e)

xəbərdaredici

9.

Dövlət maliyyəsinin prinsipləri hansılardır

a)

qənaətcillik və rasionallıq, məqsədlərin reallaşdırılmasına elmi yanaşma, aşkarlıq və şəffaflıq, məqsədli istiqamətlənmə,maliyyə axınlarının mərkəzləşdirilmiş əsasda idarə edilməsi

b)

özünüidarəetmə, təsəttüfat müstəqilliyi, uzlaşma

c)

dövlət maliyyələşdirilməsi, kredit təminatı, təsərrüfat müstəqilliyi

d)

özünüinkişaf, məqsədli istifadə, səmərəlilik, uzlaşma

e)

təftişin əhatəliliyi

10.

Büdcə təsnifatına uyğun olaraq maliyyələşdirilməsi yerli gəlirlər və mərkəzləşdirilmiş gəlirlərdən ayrılan vəsait hesabına həyata keçirilən xərclər:

a)

ümumi xərclər

b)

yerli xərclər

c)

cari xərclər

d)

əsaslı xərclər

e)

dövlət xərcləri

11.

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yerli özünüidarəetmə orqanlarının sərəncamına daxil olan pul vəsitləridir

a)

dövlət büdcəsinin gəlirləri

b)

yerli büdcənin gəlirləri

c)

ictimai təşkilatların gəlirləri

d)

dövlət müəssisələrinin gəlirləri

e)

dövlət gəlirləri

12.

Yerli büdcələrin icrası prosedurası hansı qanunvericilik sənədi ilə tənzimlənir

a)

AR "Vergi Məcəlləsi"

b)

«Büdcə sistemi haqqında» Qanunun 37-ci maddəsi

c)

AR "Dövlət borclarının idarəolunması" haqqında Qanun

d)

AR "Xarici dövlət borcları" haqqında Qanun

e)

AR "Bələdiyyələrin maliyyəsinin əsasları" haqqında Qanun

13.

Hansı vergi yerli vergiyə aid deyildir? 1. fiziki şəxslərin torpaq vergisi 2. fiziki şəxslərin gəlir vergisi 3. hüquqi şəxslərin torpaq vergisi 4. yerli əhəmiyətli tikinti materialları üzrə mədən vergisi 5. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi

a)

1; 4

b)

2.,3

c)

5

d)

4; 5

e)

3; 5

14.

Dövlət xərclərinin maliyyələşdirilməsi bu formalarda keçirilir. Aid olanı göstərin

a)

yalnız kredit təşkilatları tərəfindən

b)

dövlət maliyyələşdirməsi, özünümaliyyələşdirmə, kredit təminatı

c)

təsərrüfat müstəqilliyi, maddi məsuliyyət

d)

maliyyə ehtiyatları ilə təmin olunma şəklində

e)

sığortalanma vasitəsilə

15.

Dövlət xərclərinin obyekti kimi nə çıxış edir?

a)

maliyyə orqanları

b)

dövlətin və onun mülkiyyətində olan müəssisələrin sərəncamına səfərbərliyə alınmış gəlirlər

c)

maliyyə göstəriciləri

d)

sığorta haqları

e)

dövlətin idarəetmə orqanları

16.

Aşağıda deyilənlərdən hansı dövlət maliyyəsinin funksiyasına aid deyildir

a)

ÜDM və MG-in bölgüsü və yenidən bölüşdürülməsi

b)

məqsədli pul vəsaiti fondlarının yaradılması və istifadəsi üzərində nəzarət

c)

istehsal sahələrinin və dövlətin sosial siyasətinin aparılmasının maliyyə vəsaitləri ilə təmin olunması

d)

Məqsədlərin reallaşdırılmasının elmi araşdırılması

e)

iqtisadiyyatın dövlət tənzimlənməsi və onun stimullaşdırılması və məhdudlaşdırılması

17.

Qanunvericilik yerli büdcənin müstəqilliyinin müxtəlif formalarda təminatını nəzərdə tutur. Bu təminatlar sisteminə aid olmayanı göstərin

a)

Bələdiyyələr yerli büdcənin müstəqil olaraq özləri tərtib, müzakirə, təsdiq və ondan istifadə edir, habelə yerli büdcənin icrasına nəzarəti həyata keçirir

b)

Bələdiyyə yerli büdcənin maliyyə ilinin sonuna əmələ gəlmiş sərbəst qalıqlarına müstəqil sərəncam verirlər

c)

Bələdiyyələr yerli büdcə vəsaitinin xərc istiqamətlərini müstəqil müəyyən edirlər

d)

Yerli büdcə dövlət büdcəsinin mühüm tərkib hissəsidir

e)

Bələdiyyələr yerli vergi və ödənişləri qanunvericiliyə uyğun olaraq müstəqil olaraq özləri müəyyən edirlər

18.

Yerli büdcələrin büdcə ili hansı müddəti əhatə edir

a)

31 dekabr-1yanvar

b)

düzgün cavab yoxdur

c)

15 sentyabr-14 sentyabr

d)

1 yanvar- 31 dekabr

e)

1 sentyabr-31 avqust

19.

Sadalananlardan hansı dövlət maliyyəsini əks etdirmir?

a)

Milli sərvətin bir hissəsinin və ictimai məhsulun dəyərinin bölgüsü və yenidən bölgüsü ilə əlaqədar olaraq dövlətin və dövlət müəssisələrinin maliyyə resurslarının formalaşdırılması və cəmiyyətin sosial-mədəni ehtiyaclarını ödəyən, istehsalın təmin edilməsi, genişləndirilməsi, ölkənin müdafiəsi və idarəedilməsi tələbatlarının ödənilməsi məqsədilə yaranan pul münasibətləridir.

b)

Dövlət maliyyəsinin məqsədli istiqamətlənmə, aşkarlıq, şəffaflıq, qənaətcillik və rasionallıq kimi prinsipləri var

c)

Dövlət maliyyəsinin iqtisadi inkişafdakı rolu iqtisadiyyatın sabitləşdirilməsi, bazar münasibətlərinə uyğunlaşma, investisiya fəallığının stimullaşdırılması kimi fəaliyyəti ilə izah olunur.

d)

Dövlət maliyyəsi ölkənin maliyyə sisteminin tərkib hissəsidir.

e)

Dövlət maliyyəsinin formalaşması və istifadəsinin özünüidarəetmə, müstəqillik və yerli mənafeyin respublika mənafeyi ilə uzlaşması prinsipləri vardır

20.

Yerli büdcələr necə qəbul edilir?

a)

Ümumi büdcənin daxilində

b)

Bələdiyyə qərarı ilə bələdiyyənin icra orqanı tərəfindən Bələdiyyə Şurasında

c)

Rayon maliyyə şöbəsi tərəfindən

d)

Milli Məclisdə

e)

Rayon icra hakimiyyəti tərəfindən