NEW
Font size
WorksheetsMövzu9 Müasir Azərbaycan dilinin rəsmi-işgüzar üslubu.
Total questions: 10
Worksheet time: 5mins
Rəsmi sənədlərin dili üçün nə əsas şərt sayılmır?
sözün təkmənalılığı
dil yığcamlığı
rəsmi şəxsin imzası
hüquqi məzmuna malik olması
fərdi nitq ünsürləri
Bütün üslublara aid olan cəhət hansıdır?
elmi terminologiyadan geniş istifadə
obrazlılıq, məcazilik, ümumişlək sözlərdən istifadə
dəqiq, konkret, standart ifadələrdən istifadə
dilin fonetik, leksik və qrammatik normalarına əməl olunması
çoxmənalılığa, emosionallığa geniş yer verilməsi
Yalnız biri rəsmi-işgüzar üslub üçün əlamətdardır:
obrazlı ifadələrin işlənməsi
fərdi nitq ünsürlərindən istifadə
standart formaların, nitq şablonlarının mövcudluğu
lüğət tərkibinin əhatəliliyi
sintaksisinin əlvanlığı
Əsasən, mütəxəssislər və işçi qrupları tərəfindən hazırlanır və hüquqi məzmuna malik olur:
bədii əsərlər
publisistik məqalələr
bədii-publisistik əsərlər
rəsmi sənədlər
işgüzar sənədlər
Hansı sıra rəsmi sənədlərdən ibarətdir?
arayış, etiket
ərizə, bildiriş
sərəncam, fərman
izahat, tərcümeyi-hal
protokol, reklam
Mübahisə zəminində bir nəfər digərinə maddi və mənəvi zərər yetirmişdir. Zərərçəkmiş şəxs lazımi orqanlara hansı sənədi təqdim etməlidir?
izahat
ərizə
arayış
xasiyyətnamə
təqdimat
Verilmiş fikirlərdən hansı səhvdir? Ərizənin sonunda:
İmza qoyulur.
Yazılma tarixi göstərilir.
Möhür vurulur.
Ərizəni yazan şəxsin adı və soyadı qeyd olunur.
Möhür vurulmur.
Ərizə nə məqsədlə yazılır?
xahiş etmək
elan vermək
münasibət bildirmək
izah etmək
məlumat vermək
Ərizə haqqında verilənlərdən biri səhvdir:
Başlığı, yəni kimə və kimdən yazılması dəqiq olmalıdır.
Sonda gün, ay, il yazılmalı və yazanın şəxsi imzası qoyulmalıdır
Ailə üzvləri barəsində də qısa məlumat verilməlidir.
Məzmun qısa, faktlar isə konkret və aydın olmalıdır.
Şəxsin özü tərəfindən yazılmalıdır.
"Sənədləşdirilsin", "ödənilsin", "obyektiv həll edin", "etiraz etmirəm" və s. Göstərilən ifadələrin aid olduğu sənəd növünü göstərin:
arayış
izahat
məktub
dərkənar
akt
