wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

BÜDCƏ SİSTEMİ Mövzu 6 Büdcənin gəlirləri. Vergili g

Total questions: 20

Worksheet time: 15mins

Name
Class
Date
1.

Hüquqi və fiziki şəxslərin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət (bələdiyyə) büdcəsinə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişlər necə adlanır?

a)

subsidiya

b)

cərimə və sanksiyalar

c)

subvensiya

d)

dotasiya

e)

vergilər

2.

Büdcə gəlirlərinin əsas maddi mənbəyini təşkil edir:

a)

müəssisələrin əldə etdiyi xalis mənfəət.

b)

vətəndaşların şəxsi gəlirləri

c)

milli sərvət

d)

xarici dövlətlərin milli gəliri və milli sərvəti

e)

ÜDM

3.

Dolayı vergilərə aiddir:

a)

aksizlər, torpaq vergisi

b)

əlavə dəyər vergisi, torpaq vergisi

c)

əlavə dəyər vergisi, əmlak vergisi

d)

aksizlər, əmlak vergisi

e)

aksizlər, əlavə dəyər vergisi

4.

Birbaşa vergiləri göstərin:

a)

ƏDV, fiziki şəxslərin gəlir vergisi

b)

mənfəət vergisi, əlavə dəyər vergisi

c)

mənfəət vergisi, aksizlər

d)

mədən vergisi, aksizlər.

e)

mənfəət vergisi, fiziki şəxslərin gəlir vergisi

5.

Dövlət büdcəsinin gəlirlərinə aid edilir:

a)

bələdiyyə müəssisələrin mənfəət vergisi

b)

fiziki şəxslərin əmlak vergisi;

c)

fiziki şəxslərin torpaq vergisi

d)

heç biri.

e)

fiziki şəxslərin gəlir vergisi

6.

Müvafiq qanunvericilik ilə müəyyən olunmuş qaydada dövlət büdcəsinə, NMR büdcəsinə və yerli büdcələrə daxil olan vergilər, rüsumlar, digər ödənişlər və daxilolmalar:

a)

heç biri

b)

büdcənin vəsaitləri

c)

büdcənin vergili gəlirləri

d)

dövlət gəlirləri

e)

büdcənin gəlirləri

7.

Vergi bazası kimi nələr əsas götürülür?

a)

İdxal olunan mallar və s

b)

Məcmu gəlir, əmək haqqı

c)

Mal dövriyyəsinin həcmi, mülkiyyət

d)

Doğru cavab yoxdur

e)

Qeyd olunanların hamısı

8.

Büdcəyə daxil olan vergilər hansı qruplara bölünür?

a)

Dövlət vergilərinə və yerli (bələdiyyə) vergilərə

b)

Mərkəzləşdirilmiş vergilər və qeyri mərkəzləşdirilmiş vergilərə

c)

Doğru cavab yoxdur

d)

Respublika vergilərinə, rayon, şəhər vergilərinə və yerli (bələdiyyə) vergilərinə

e)

Dövlət vergilərinə, Muxtar Respublika vergilərinə və yerli (bələdiyyə) vergilərinə

9.

Dövlət büdcəsinin yerli gəliri nədən ibarətdir?

a)

Onların hamısı

b)

”Büdcə sistemi haqqında” Qanunula müəyyən olunan gəlirlər

c)

Qanunvericilik əsasında müəyyən olunan bələdiyyə büdcəsi üzrə gəlir

d)

Dövlət büdcəsindən ayrı-ayrı şəhər və rayonlara ayrılan dotasiyalar, subsidiyalar və subvensiyalar

e)

Dövlət büdcəsində müəyyən edilən normativlər əsasında formalaşan ayrı-ayrı şəhər və rayonlar üzrə gəlir

10.

“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında “AR-nın Qanununa əsasən bələdiyyə büdcəsinə hansı gəlirlər aid edilmişdir? 1.Fiziki

şəxslərdən əmlak vergisi 2.Fiziki şəxslərdən gəlir vergisi 3.Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi 4.Fizizki şəxslərdən torpaq vergisi 5.Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan mənfəət vergisi 6.Yol vergisi 7.Yerli əhəmiyyətli tikinti materialları üzrə

mədən vergisi 8.Küçə (divar) reklamlarının yerləşdirilməsi və yayım üçün ödəniş

a)

2,4,6,7,8

b)

1,3,6,7,8

c)

2,3,5,6,8

d)

3.4.5.6.7

e)

1,4,5,7,8

11.

Aşağıdakılardan hansılar büdcənin qeyri-vergili gəlirlərinə aiddir

a)

Gömrük rüsumları

b)

Mədən vergisi

c)

Göstərilənlərin hamısı

d)

Dövlət rüsumları

e)

doğru cavab yoxdur

12.

Büdcələrin xüsusi gəlirləri nədən ibarətdir?

a)

Dovlət fondlarında büdcələrə ayrılmış xüsusi vəsait

b)

Dövlətin ayırdığı maliyyə yardımı

c)

Doğru cavab yoxdur

d)

Büdcə kreditləri

e)

AR-nın qanunvericiliyi ilə müvafiq büdcələrə təhkim edilmiş vergili və digər ödənişlər

13.

Büdcə gəlirlərinin növlərini göstər?

a)

Büdcə və büdcədənkənar;

b)

Funksional, iqtisadi və institusional.

c)

İnvestisiya və sosial xarakterli

d)

Operativ və kapital;

e)

Vergili və qeyri-vergili;

14.

Dövlət vergiləri dedikdə, hansı vergilər nəzərdə tutulur:

a)

bələdiyyə vergiləri, Naxçıvan MR vergiləri

b)

fiziki şəxslərin torpaq vergisi, fiziki şəxslərin əmlak vergisi

c)

Vergi Məcəlləsi ilə müvafiq olaraq Naxçıvan MR-ın qanunla müəyyən edilən və Naxçıvan MR-da ödənilən vergilər

d)

Naxçıvan MR-da və regionlarda tətbiq edilən vergilər

e)

Vergi Məcəlləsi ilə müəyyən edilən və AR-ın ərazisində ödənilməli olan vergilər

15.

Vergitutma obyekti sayılır:

a)

gəlir, mənfəət, əmlak, ailə üzvlərinin sayı

b)

mənfəət, yığım, müəssisənin pul fondunun həcmi

c)

gəlir, mənfəət, yığım, əmlak

d)

təqdim edilmiş malın dəyəri, müəssisənin pul fondunun həcmi

e)

gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malın dəyəri

16.

Azərbaycan Respublikasının vergi sistemi hansı vergilərdən ibarətdir:

a)

dövlət, yerli

b)

dövlət, muxtar respublika

c)

yalnız dövlət

d)

muxtar respublika, yerli

e)

dövlət, muxtar respublika, yerli

17.

Büdcə gəlirləri ibarətdir:

a)

əsaslı daxilolmalar, yığımlar

b)

büdcə ssudaları

c)

yalnız qeyri-vergilər

d)

yalnız vergilər

e)

vergilər, qeyri-vergili gəlirlər, əsaslı daxilolmalar

18.

Mənfəət vergisinin ödəyiciləri kimlərdir? 1. Dövlət müəssisələri 2. Qeyri-dövlət müəssisələri 3.Rezident ödəyicilər 4.Rəsmi ödəyicilər 5.Qeyri-rezident ödəyicilər

a)

1.3

b)

1.4

c)

2.5

d)

2.4

e)

3.5

19.

Torpaq vergisinin ödəyiciləri kimlərdir?

a)

torpaq sahəsi olan və ondan istifadə etməyənlər

b)

torpaq sahəsindən qeyri təyinat üzrə istifadə edənlər

c)

torpaq sahələrindən yalnız sahibkarlıq məqsədi üçün istifadə edən şəxslər

d)

həyətyanı torpaq sahələrindən məqsədəuyğun istifadə edənlər

e)

mülkiyyətində və ya istifadəsində torpaq sahəsi olan bütün fiziki və hüquqi şəxslər

20.

Dövlət rüsumu hansı hallarda tutulur?

a)

məhsul alqı-satqısı olduqda

b)

kommunal xidmətlərə görə

c)

idxal-ixrac əməliyyatları və məhsul satışı zamanı

d)

borc öhdəliyi baş verdikdə

e)

Dövlət orqanları tərəfindən müəssisə , təşkilat və fiziki şəxslərə göstərilən xidmətlər və hüquqi hərəkətlər zamanı