wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

mövzular üzrə testlər

Total questions: 20

Worksheet time: 10mins

Name
Class
Date
1.

əlverişli ticarət rejimi tətbiq edilən ölkələrin malları üçün gömrük rüsumunun dərəcələri kim tərəfindən müəyyən olunur?

a)

İqtisadiyyat Nazirliyi

b)

Nazirlər Kabineti

c)

Maliyyə Nazirliyi

d)

Dövlət Gömrük Komitəsi

e)

Milli Məclis

2.

Hər hansı gömrük prosedurunu seçmək yaxud başqasına dəyişmək həmişə mümkündürmü?

a)

regional gömrük bəyannaməsindən icazə aldıqda

b)

ancaq qabaqcadan tərtibat edilmiş gömrük gözətçi dəstəsindən (postundan) icazə aldıqda

c)

Gömrük Kodeksində bu həmişə təsdiq edilib

d)

ancaq DGK-nin icazəsini aldıqda

e)

əmtəənin yerləşdirildiyi prosedur və şərtlərin xüsusiyyətlərindən asılı olaraq gömrük prosedurunu seçmək həmişə mümkün deyil

3.

Yerdəyişmə kateqoriyasından və xüsusiyyətlərindən asılı olmayaraq gömrük orqanlarının daimi funksiyaları hansılardır?

a)

fiskal

b)

kontrol və hüquq-mühafizə

c)

hüquq-mühafizə

d)

fiskal, hüquq-mühafizə və kontrol

e)

kontrol və fiskal

4.

Malın mənşə ölkəsinin təyin edilməsi meyarları hansılardır?

a)

emal texnologiyası üzrə

b)

Hazır mallar üzrə

c)

Malın tam istehsal edildiyi ölkə hesab ediləcək malların siyahısının müəyyən edilməsi

d)

Texnoloji proseslər üzrə

e)

əmtəənin tərkibi meyarı

5.

İdxal və ixrac gömrük rüsumlarının dərəcələrini kim təyin edir?

a)

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

b)

Azərbaycan Respublikasının Milli Məclisi

c)

Gömrük nəzarətini həyata keçirən gömrük orqanı

d)

Azərbaycan Respublikasının Prezidenti

e)

Azərbaycan Respublikasının Nazirlər Kabineti

6.

Alınması gömrük orqanlarına həvalə edilmiş icbari ödənişlər?

a)

ƏDV, yol vergisi

b)

ƏDV, aksiz, yol vergisi

c)

Rüsum, rəsmiləşdirməyə görə yığım

d)

Malların saxlancına görə yığım, gömrük nəzarətinin həyata keçirilməsi ilə bağlı yığımlar

e)

Mənfəət vergisi, gömrük rəsmiləşdirilməsinə görə yığım

7.

Hansı mallara gömrük rüsumları tətbiq olunur?

a)

Müvəqqəti idxal prosedura altında ölkəyə gətirilən, sonra isə ölkənin gömrük ərazisində sərbəst dövriyyə üçün buraxılan mallar

b)

Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən mallar

c)

3-cü ölkələr üçün nəzərdə tutulan və Azərbaycan respublikasının ərazisindən tranzit proseduru altında keçən mallar

d)

Azərbaycan Respublikasının ərazisinə qaytarılan milli mədəniyyət sərvətləri

e)

Xarici ölkələrin nümayəndələri tərəfindən şəxsi istifadə üçün gətirilən mallara

8.

Malın mənşəyini təsdiq edən sənəd?

a)

lisenziyadır

b)

invoysdur

c)

sertifikatdır

d)

aktdır

e)

gömrük bəyannaməsidir

9.

Mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsini aparan gömrük orqanının müəyyən etdiyi iş vaxtından kənar vaxtda və ya müəyyən etdiyi yerdən kənarda gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları hansı miqdarda alınır?

a)

50 faiz əlavə gömrük yığımı alınır

b)

beşqat miqdarda

c)

ikiqat miqdarda

d)

adi qaydada, əlavə ödəniş olmadan

e)

üçqat miqdarda

10.

Gömrük borcunun ödənilməsinə görə məsul şəxs:

a)

gömrük orqanının vəzifəli şəxsi

b)

gömrük daşıyıcısı

c)

gömrük brokeri

d)

gömrük bəyannaməsini qəbul edən şəxs

e)

bəyannaməçi

11.

Gömrük rüsumları nədir?

a)

malların gömrük ərazisinə gətirilməsi və bu ərazidən aparılması zamanı gömrük orqanları tərəfindən alınan gömrük ödənişlərinin bir növü

b)

malların “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq müəyyən edilən dəyəri

c)

Məcəllə ilə nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən alınan vergilər, gömrük yığımları, dövlət rüsumu və haqq

d)

malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi ilə əlaqədar alınması gömrük orqanlarına həvalə olunmuş əlavə dəyər vergisi, yol vergisi və aksizlər

e)

tranzit malların gömrük orqanından daşınması üçün tələb edilən ödəniş

12.

Gömrük proseduru nədir?

a)

Gömrük ödənişlərinin xüsusiyyətini müəyyən edən hüquqi normaların məcmusu

b)

gömrük nəzarətinin icra edilmə xüsusiyyətlərini müəyyən edən qanunların məcmusu

c)

sərhəddən keçirilən anda əmtəənin vəziyyəti

d)

gömrük tərtibatının icra edilmə xüsusiyyətlərini müəyyən edən qanunların məcmusu

e)

sərhəddən keçirilən nəqliyyat vasitələri yaxud əmtəənin statusunu müəyyən edən qanunların məcmusu

13.

AR Gömrük tarifi haqqında qanuna görə gömrük tarifinin əsas məqsədləri

a)

AR iqtisadiyyatını xarici rəqabətdən qorumaq

b)

Valyuta gətirilməsi və aparılmasını qadağan etmək

c)

Malların istehsal və istehlakını inhisara almaq

d)

İdxal və ixracın əlverişli nisbətini təmin etmək

e)

AR üzrə əmtəələri qiymətləndirmək.

14.

Gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu hansıdır?

a)

Dəyərin çıxılma üsulu

b)

Eyni malların sövdələşmə qiyməti üsulu

c)

Ehtiyat üsulu

d)

Dəyərin toplanması üsulu

e)

Gətirilən malların sövdələşmə qiyməti üsulu

15.

Qiymətləndirmənin ehtiyat üsulu nə vaxt tətbiq olunur?

a)

Əvvəlki 5 üsuldan istifadə mümkün olmadıqda

b)

Gömrük orqanlarının vəzifəli şəxsi tövsiyə etdikdə

c)

Əvvəlki 4 üsuldan istifadə mümkün olmadıqda

d)

Gətirilən malların sövdələşmə qiyməti üsulundan istifadə mümkün olmadıqda

e)

Əvvəlki 6 üsuldan istifadə mümkün olmadıqda

16.

Gömrük dəyərinin müəyyən edilməsinin neçə üsulu var?

a)

5

b)

4

c)

7

d)

15

e)

6

17.

Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən malın gömrük dəyəri dedikdə nə başa düşülür?

a)

Malın gömrük sərhədindən keçirildiyi anda bu mal üçün faktiki ödənilmiş və ya ödəniləcək sövdələşmə qiyməti

b)

Malın gömrük sərhədindən keçirildiyi anda bu mal üçün faktiki ödənilmiş və ya ödəniləcək pərakəndə satış qiyməti

c)

Malın gömrük sərhədindən keçdikdən sonra bu mal üçün faktiki pdənilmiş və ya ödəniləcək bazar qiyməti

d)

Malın gömrük sərhədindən keçirildikdən sonra bu mal üçün istehsalçı tərəfindən qiymətləndirilən istehsal xərcləri

e)

Malın alqı satqı qiyməti

18.

Seçilmiş gömrük dəyər qiymətləndirilməsi üsulunun düzgünlüyünə kim nəzarət edir?

a)

Bəyannaməçi

b)

Beynəlxalq müşahidəçi

c)

Dövlət Gömrük Komitəsi

d)

Gömrük brokeri

e)

Gömrük orqanları

19.

Malın gömrük qiymətləndirilməsi sistemi hansı beynəlxalq prinsipə əsaslanır?

a)

BYD Sazişinə

b)

GATT-ın II maddəsinə

c)

GATT-ın VII maddəsinə

d)

TRİPS sazişinə

e)

ÜTT-nin “Çoxtərərfli Ticarət Sazişləri”-nə

20.

Aşağıdakılardan hansı xarici iqtisadi fəaliyyətin tənzimləmə vasitələri kimi iştirak etmir?

a)

İnzibati tənzimlənmə vasitələri - idxal və ixraca qoyulan qadağa və məhdudiyyətlər, idxalın lisenziyalaşdırılması və kvotalaşdırılması

b)

İnzibati tənzimləmə metodları

c)

Yerli istehsalçılara mal idxalı üçün edilən müxtəlif yardım tədbirləri

d)

İqtisadi tənzimlənmə vasitləri

e)

Texniki tənzimlənmə vasitələri- standartlar və normalar, standartalara uyğunluğun təyinetmə metodları,təhlükəsizlik normaları və qaydaları, əmtəələrin sertifikatlaşdırma sistemləri və s.