NEW
Font size
WorksheetsYazılı işgüzar kommunikasiya. Müasir Azərbaycan dilinin rəsmi-işgüzar üslubunun xüsusiyyətləri.Ərizə, dərkənar.
Total questions: 10
Worksheet time: 5mins
2.Sənədlər tərtib olunarkən nələrə diqqət yetirmək lazımdır? Cavablardan biri səhvdir:
a) faktların konkretliyinə
b) məlumatların dəqiqliyinə
c) məlumatların etibarlı olmasına
d) faktların yoxlanılmasına
e) faktların qeyri-dəqiqliyinə
3.Dilimizdə işgüzar üslubun təşəkkülü nə vaxtdan başlayıb?
a) XV-XVI
b) IX
c) XVIII
d) XII
e) XXI
4. Ərizə hansı hallarda yazılır? Biri səhvdir:
a) vətəndaş hüququnun qorunması
b) qanuni mənafeyin həyata keçirilməsi
c) işə qəbulla əlaqədar
d) işdən azad olunma ilə əlaqədar
e) əsaslı faktor olmadan
5. Fikirlərdən yalnız biri doğrudur:
a) İşgüzar üslub idarə və işgüzar fəaliyyət sahələrində istifadə olunan funksional üslub növüdür.
b) Rəsmi məktublar yalnız elmi üslubda yazılır.
c) Rəsmi-işgüzar üslub özündə 3 tərkib hissəsini ehtiva edir.
d) Canlı danışıqda bədii üslub elementləri ilə yanaşı, elmi üslub elementləri də əsas yer tutur.
e) Məişət üslubundan yalnız publisistlər istifadə edirlər.
6. “Obrazlı ifadələrə, fərdi nitq xüsusiyyətlərinə rast gəlinmir”. Fikir hansı üslubun özəlliyini əks etdirir?
a) rəsmi-işgüzar
b) məişət
c) publisistikd
d) epistolyar
e) bədii
7. Biri ərizənin dil xüsusiyyətinə aid deyil:
a) Ərizə istənilən dildə yazıla bilər.
b) Ərizə dövlət dilində yazılır.
c) Ərizədə şəxsiyyəti təhqir edən ifadələrə yol verilməsi qadağandır.
d) Ərizə düşünülmüş şəkildə yazılmalıdır.
e) Ərizədə məddahlıq, yaltaqlıq ifadə edən sözlərə yer vermək olmaz.
8. Rəsmi sənədlərin tərtibində tez-tez işlədilənlərdən yalnız biri düzdür:
a) məsdər tərkibləri
b) ibarələr
c) dialektlər
d) arxaik sözlər
e) II şəxsin təkində olan sözlər
9. Məsdər tərkibləri rəsmi sənədlərdə hansı mahiyyəti daşıyır?
a) ümumiləşdirici
b) fərqləndirici
c) adi
d) xüsusi
e) obrazlı
10. Gündəlik həyatda hansı sənəd növündən daha çox istifadə edilir?
a) ərizə
b) təliqə
c) töhmət
d) akt
e) afişa
1. İşgüzar yazışmaların tərtib edilməsi üçün istifadə olunan qaydaları təzahür etdirmir:
a) səlislik
b) aydınlıq
c) məzmunluluq
d) savadlılıq
e) barışmazlıq
