NEW
Font size
WorksheetsGömrük isi. resmiləsdirilməsi
Total questions: 11
Worksheet time: 11mins
“Bəyanetmə” anlayışına Gömrük Məcəlləsində necə tərif verilmişdir?
Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi nəzərdə tutulan mal və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi
mal və nəqliyyat vasitələrinin dövlət sərhədindən keçirilməsi məqsədilə sərhəd orqanlarına mal sahibi tərəfindən yazılı formada lazımlı məlumatların bəyan edilməsi
Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi;
Xarici iqtisadi fəaliyyət iştirakçısının öz fəaliyyəti haqqında dövlət gömrük orqanlarına yazılı və ya elektron formalarda məlumat verməsi
Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməzdən əvvəl, gömrük nəzarəti altında olmayan mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi
Gömrük rəsmiləşdirilməsi zamanı mal və nəqliyyat vasitələri hansı vergilərə cəlb oluna bilər?
Gömrük rüsumu,aksiz,yol vergisi
Dövlət rüsumu, gömrük haqqı
Rüsum, yığım
Rüsum,ƏDV,aksiz,yol vergisi,yığım
ƏDV, aksiz, yol vergisi
İlk növbədə və sadələşdirilmiş gömrük rəsmiləşdirilməsi kimlərə şamil edilir:
avtomobillərə;
beynəlxalq yüklərə
sərnişinlərə;
hərbi sursatlara;
yardım xarakterli mallara;
Hansı hallarda malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları alınır
gömrük proseduru dəyişdirildikdə yeni gömrük proseduru üçün
humanitar və texniki yardım (qrant) yüklərinin rəsmiləşdirilməsi zamanı;
elektrik enerjisinin qarşılıqlı ötürülməsinin gömrük rəsmiləşdirilməsi zamanı;
Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik nümayəndəliklərin rəsmi istifadəsi üçün keçirilən malların gömrük rəsmiləşdirilməsi zamanı
mallar dövlətin xeyrinə imtina rejimi altında yerləşdirildikdə;
Gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin xüsusiyyətləri bunlardan asılı olaraq fərqləndirilir:
1) gömrük sərhədindən keçirilən malların kateqoriyasına görə;
2) gömrük sərhədindən keçirilmə üçün istifadə olunan nəqliyyat vasitəsinin növünə görə;
3) malları keçirən şəxsə görə;
4) malların mənşəyinə görə;
5) göndərilmə və təyinat ölkəsinə görə.
1;3;4.
1;3;5
3;4;5.
2;3;4.
1;2;4
Gömrük rəsmiləşdirilməsi:
Azərbaycan respublikasının gömrük sərhədini keçən mal və nəqliyyat vasitələrinin gömrük vergi və rüsumlarına cəlb edilməsi tədbirlərinin məcmusu;
Gömrük Məcəlləsinin tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlərin məcmusu;
gömrük orqanlarının fəaliyyəti üzrə günlük, aylıq və illik hesabatların tərtib olunması;
xarici iqtisadi fəaliyyət iştirakçılarının Azərbaycan Respublikasının ərazinə gətirdikləri mal və nəqliyyat vasitələrinin ölkə ərazisinə buraxılması prosedurlarının məcmusu
xarici iqtisadi fəaliyyət iştirakçılarının gömrük sərhəini keçməsi zamın yerinə yetirilməsi gömrük qanunvericiliyi ilə tələb olunan hərəkətlərin məcmusu
Bir YGB ilə neçə adda mal bəyan edilə bilər?
33 adda;
1 adda.
10 adda.
50 adda.
100 adda;
Gömrük brokeri fəaliyyətini həyata keçirmək üçün lisenziyanı kim verir?
Dövlət Gömrük Komitəsi;
Azərbaycan Respublikası Nazirlər Kabineti;
Fövqəladə Hallar Nazirliyi.
Vergilər Nazirliyi;
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;
Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsini aparan gömrük orqanının müəyyən etdiyi iş vaxtından kənar vaxtda və ya müəyyən etdiyi yerdən kənarda gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları hansı miqdarda alınır
adi qaydada, əlavə ödəniş olmadan
ikiqat miqdarda;
50 faiz əlavə gömrük yığımı alınır;
üçqat miqdarda;
gömrük dəyərindən 1,5 faiz
Azərbaycan Respublikasında gömrük rəsmiləşdirilməsi hansı dildə aparılır?
azərbaycan; rus; ingilis dillərində;
ingilis dilində;
azərbaycan dilində;
azərbaycan və ingilis dillərində;
azərbaycan; ingilis və fransız dillərində
Gömrük sərhədindən keçirilən mallara dair sənədlər və məlumatlar, həmin malların gömrük nəzarəti altında olan mallar statusunu itirməsindən sonrakı hansı müddət ərzində saxlanılmalıdır?
elektron sənədlər müddətsiz, kağızlar 5 il
sənədlər və məlumatlar saxlanılmır
elektron sənədlər 10 il, kağızlar 3 il
saxlanma üsulundan asılı olmayaraq 3 il
saxlanma üsulundan asılı olmayaraq 5 il
