NEW
Font size
WorksheetsMikro-m. 9- İstehsal amilləri bazarı -I var.
Total questions: 10
Worksheet time: 5mins
İstehsal amilləri bazarında tələbi yaradır:
birjaların iştirakçıları
dövlətin idarəetmə orqanları
əmtəə və xidmətlərin alıcıları
ev təsərrüfatları, ailələr
firmalar, şirkətlər
Marjinal məhsuldarlığın dəyəri (gəliri):
düzgün cavab yoxdur
mənfəətin artan miqdarını göstərir
bir əmtəənin satışından əldə olunan gəlirdir
əmtəələrin satışından əldə olunan ümumi gəlirdir
istehsal amillərinin marjinal məhsuldarlığı ilə əldə olunan əmtəənin bazar qiymətinin hasilinə bərabərdir
Firma hansı şərtlə əlavə işçiləri işə götürür:
əmək haqqının artması şərti ilə
marjinal məhsuldarlığın dəyəri işçilərin əmək haqqına bərabər olana qədər işçi işə götürür
işçi qüvvəsinin təklifi çox olduqda
işçilərin ixtisas səviyyəsi yüksək olduqda
işçilərin məhsuldarlığını müqayisə etməklə
Əmək təklifi əyrisi göstərir:
işçilərin iş və istirahət arasında seçimlərinin dəyişməsini
əmtəəyə tələbin əmək təklifinə təsirini
əmtəənin qiymətinin əmək təklifinə təsirini
əhali imiqrasiyasının əmək təklifinə əlaqəsini
əməyə tələblə əmək təklifinin əlaqəsini
Əmək təklifi əyrisinin yerdəyişməsinə səbəbdir:
əmtəələrin qiymətinin dəyişməsi
əməyin marjinal məhsuldarlığının dəyişməsi
əməyə olan tələbin dəyişməsi
alternativ imkanların dəyişməsi
əmək haqqının dəyişməsi
Əməyə tələb və təklifin tarazlığı halında:
əməyin marjinal məhsuldarlığının dəyəri ilə əmək haqqı bərabər olur
gəlir mənfəətə bərabər olur
gəlir xərclərindən az olur
işçilərin əmək haqqı azalır
mənfəət gəlirlə xərclərin fərqi kimi hesablanır
Firmanın torpaq və kapitalın miqdarını müəyyənləşdirmək üçün şərt:
torpaq və kapitalın marjinal məhsuldarlığının dəyəri istehsal amilinin qiymətinə bərabər olmalıdır
istehsal amilinin gətirdiyi gəlir onun qiymətindən çox olmalıdır
gəlirlə xərcin fərqi ilə müəyyənləşməlidir
torpaq və kapitalın təklifi tələbdən çox olmalıdır
torpaq və kapitalın tələbi təklifdən çox olmalıdır
İstehsal amilləri bazarında alış qiyməti:
torpaq və ya kapitalın birdəfəlik sahibkarlığını əldə etməsi üçün ödənilməli olan məbləğ
firmanın istehsal xərcləridir
istehsal amillərinin dəyərinin pulla ifadəsidir
firmanın əldə etdiyi gəlirdir
istehsal amillərinin alternativ dəyəridir
Qrafikdə əməyə tələb əyrisinin sağ tərəfə yerdəyişməsinin səbəbi:
bazar tarazlığının pozulması
istehsal xərclərinin artması
əmək təklifinin dəyişməsi
əməklə istehsal olunan əmtəənin qiymətinin azalması
əməklə istehsal olunan əmtəənin qiymətinin artması
İstehsal olunan əmtəənin qiymətinin dəyişməsi:
əməyə olan tələb əyrisinin yerdəyişməsinə səbəb olur
məhsuldarlığın azalmasına səbəb olur
tələb və təklifin bərabərləşməsinə səbəb olur
əhalinin miqrasiyasına səbəb olur
əməyin təklif əyrisi yastılaşır
