wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Torpaq cografiyasi - 1

Total questions: 20

Worksheet time: 13mins

Name
Class
Date
1.

Dağlıq ölkələrin torpaq örtüyü üçün səciyyəvi əlamətlər hansılardır?

a)

Şaquli zonallıq

b)

Üfüqi zonallıq

c)

Humus qatının zəif olması

d)

Sarı torpaqların geniş yayılması

e)

Hündürlüyə qalxdıqca humus qatının zəifləməsi

2.

Şəkildə hansi landşaftın torpaqların yayıldıgı ərazilər göstərilib?

a)

Arktika və tundra

b)

Antarktida

c)

Subarktika

d)

Şimal

e)

Qütb

3.

Qaratorpaqların yayıldığı ərazilərdə torpaqəmələgətirən süxur əsasən hansı çöküntülərdir?

a)

Qədim allüvial çöküntülər

b)

Qırmızı çöküntülər

c)

Əhəngdaşı süxurlar

d)

Kabonatlı gillicələr

e)

Lösşəkilli çöküntülər

4.

Uyğunluğu tamamlayın:

I. Tayqa zonası

II. Tundra zonası

1 – podzol torpaqlar

2 – tundra – qleyli torpaqlar

3 – meşələrin olmaması

4 – iynəyarpaqlı meşələr

a)

I – 1, 3; II – 2, 4

b)

I – 2, 4; II – 1, 3

c)

I – 1, 4; II – 2, 3

d)

I – 2, 3; II – 1, 4

e)

I – 1, 2; II – 3, 4

5.

Xəritədə hansı landşaftların torpaqlarının cografi yayılması göstərilib?

a)

Tayqa – meşə landşaftı

b)

Subtropik

c)

Ekvatorial

d)

Tropik

e)

Qütb

6.

Aç, A1 və A2 akkumulyativ humus qatının hansı yarımqatı olduğunu müəyyən edən cavab hansıdır?

I - Aç akkumulyativ humus 1 - Meşə döşəməsi (xəzəli)

II - A1 akkumulyativ humus 2 - Əsl akkumulyativ humus qatı

III - A2 akkumulyativ humus 3 - Elüvial qat ( elluvo – latınca yuyulma qatı)

4 - Çim qatı

5 - Şum (əkin ) qatı

6 - Torf qatı

a)

I – 1; II – 2; III – 3

b)

I – 4; II – 4; III – 6

c)

I – 6; II – 2; III – 5

d)

I – 5; II – 3; III – 2

e)

I – 4; II – 2; III – 3

7.

Xəritədə nəyin coğrafiyası göstərilib?

a)

İqlim qurşaqlarının

b)

Yağıntının paylanmasının

c)

Torpaq örtüyünün

d)

Günəş radiasiyasının

e)

Buxarlanmanın

8.

Tundranın əsas kənd təsərrüfatı bitkiləri hansılardır ?

a)

Pomidor, xiyar, kartof

b)

Kartof, kələm, soğan

c)

Kartof, pambıq, soğan

d)

Qarğıdalı, kələm, pomidor

e)

Kətan, kələm, soğan

9.

Qara torpaqlarda humusun miqdarı nə qədər olar?

a)

1 - 2 və 9 - 15 % - ə qədər

b)

1 - 2 və 14 % - ə qədər

c)

3 - 4 və 14 - 16 % - ə qədər

d)

1 - 3 və 6 - 10 % - ə qədər

e)

3 - 4 və 10 % - ə qədər

10.

Torpaq örtüyü hansı landşafta məxsusdur?

I – Subarktik

II – Tundra

III - Tayqa – meşə

IV – Tropik

V - Qütb

a)

II, III

b)

I, II

c)

IV, V

d)

I, V

e)

III, V

11.

Boz meşə torpaqları hansı iqlim şəraitində inkişaf edir?

a)

Quru

b)

Mülayim

c)

İsti

d)

Rütubətli

e)

Subboreal kontinental

12.

Meşə bozqır torpaqları hansı adı almışdır?

a)

hidromorf

b)

morr

c)

heterotrof

d)

avtomorf

e)

ototrof

13.

Boz meşə torpaqları hansı yarımtiplərə bölünürlər?

1 - Açıq boz

2 - Boz

3 - Bozumtul

4 - Qonur

5 - Tünd boz

a)

1, 5

b)

1, 2, 5

c)

2, 3, 5

d)

3, 4, 5

e)

2, 3

14.

Təbii münbitliyi nisbətən az olan torpaqlar hansıdır?

a)

Boz, boz - çəmən, şoran, boz - qonur

b)

Qırmızı - qonur, şoran, boz – qonur

c)

Qəhvəyi, dağ - meşə, dağ - çəmən

d)

Dağ - çəmən, dağ - meşə, qara

e)

Boz - qonur, şabalıdı, podzol

15.

Torpağın qara, tünd boz, tünd qonur rənglərinin əmələ gəlməsinə səbəb nədir?

a)

dəmir üç hidroksid Fe2O3·nH2O birləşmələri

b)

silisium, kalsium və alüminium birləşmələri

c)

çürüntü maddələri, yəni humus

d)

alüminium birləşmələri, humus

e)

dəmir və alüminium birləşmələri

16.

Şəkildə nə təsvir olunub?

a)

Torpağa forma verən maddələr

b)

Torpağın kimyəvi tərkibi

c)

Torpağın üzvi tərkibi

d)

Torpağın qranulometrik qruluşu

e)

Rəng üçbucağı

17.

Torpağın morfoloji əlamətlərini seçin.

1 - Torpaqəmələgətirən amillər

2 - Torpağın aşınması

3 - Torpağın genetik qatları

4 - Torpağın rəngi

5 - Mexaniki tərkibi

6 - Mineroloji tərkibi

a)

1, 2, 6

b)

3, 4, 5

c)

1, 4, 6

d)

2, 5, 6

e)

1, 3, 5

18.

Çimli podzol torpaqlar hansı ərazidə yayılmışdır?

a)

Şərqi Avropa ovalığından Amur sahillərinə qədər

b)

Alp dağlarından Ural dağlarınadək

c)

Karpatdan Ural dağlarına qədər

d)

Karpatdan Zabaykalyeyə qədər

e)

Aralıq dənizi sahiliboyu

19.

Tundra zonası torpaqlarının səciyyəvi xüsusiyyəti hansıdır?

a)

İynəyarpaqlı meşələrin çox yayılması

b)

İqlimin mülayim olması

c)

Meşənin olmaması

d)

Enliyarpaqlı meşələrin çox yayılması

e)

Meşənin olması

20.

Tayqa zonasında hansı torpaq örtükləri əmələ gəlir?

1 - Qleyli podzollu

2 – Qleyli torpaqlar

3 - Podzol illüvial torpaqlar

4 – Torflu torpaqlar

5 – Qleyli – torflu torpaqlar

a)

1, 4

b)

2, 5

c)

3, 4

d)

1, 3

e)

2, 4