wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Elektron ticaret 1

Total questions: 51

Worksheet time: 26mins

Name
Class
Date
1.

Elektron ticarətə nə aid deyil?

a)

İnternet vasitəsilə həyata keçirilən malların və xidmətlrəin alışı və satışı

b)

Malların, xidmətlərin, informasiyanın və ödənişlərin şəbəkə, İnternet vasitəsilə çatdırılması imkanları

c)

Ticarət müəssisələri ilə istehlakçılar arasında müxtəlif növ informasiya və əməliyyat mübadiləsi

d)

Turizm xidmətlərinin göstərilməsi üzrə yerinə yetirilən fəaliyyət

e)

Kompüter sistemlərindən istifadə etməklə həyata keçirilən malların və vidmətlərin alışı və satışı

2.

«Nəqliyyat növləri» təsnifatında 1 nömrəli kod hansı nəqliyyat növünü ifadə edir?

a)

poçt gındərmələrini

b)

dəmir yol nəqliyyatını

c)

dəniz nəqliyyatını

d)

hava nəqliyyatını

e)

avtomobil nəqliyyatını

3.

Azərbaycanda ”Elektron hökumət” Fəaliyyət proqramı nə vaxt qəbul olunub?

a)

2010-cu ildə

b)

2004-ci ildə

c)

2005-ci ildə

d)

2007-ci ildə

e)

2000-ci ildə

4.

Lokal - LAN (Local Area Network) şəbəkə nədir?

a)

bir təşkilatın kompüterlərini birləşdirən şəbəkə

b)

informasiyanın texniki vasitələrin köməyi ilə nəqli, saxlanması və işlənməsini təmin edən şəbəkə

c)

lokal şəbəkələri və fərdi istifadəçiləri birləşdirən şəbəkə

d)

iki və ya bir neçə kompüterin mübadilə məqsədi ilə bir birinə qoşulduqda yaranan şəbəkədir

e)

məlumatların nəqlinə nəzarət edən kompüter şəbəkə

5.

Elektron distribütor kimdir?

a)

şaquli veb-birliklərdir

b)

ayrı-ayrı elektron mağazalar birliyidir

c)

alıcıların birliyi, icmasıdır

d)

kataloq tipli əməliyyat sistemidir

e)

satıcıların birliyi, icmasıdır

6.

«Elektron hökümət»də xidmətlərin təqdim olunması üçün imkanlar yaradan əsas funksional qruplara nə aid deyil?

a)

idarələr (daxili effektivlik və nəticəlilik)

b)

hüquq-mühafizə orqanları

c)

idarələrarası əlaqələr (hökümət-hökumət)

d)

biznes (hökümət-biznes)

e)

vətəndaşlar (hökumət-vətəndaşlar)

7.

Xidmət nədir?

a)

şirkətin daha konkret olaraq müəyyən etdiyi hədəfdir

b)

satış üçün təklif olunan fəaliyyət, fayda və ya alıcının razı salınması, həmçinin heç bir əşyaya fiziki sahibliklə nəticələnməyən fəaliyyətdir

c)

ehtiyacı ödəyə bilən bir şeydir

d)

ehtiyacı ödəyə bilən və bazarın diqqətinə yönələn bir şeydir

e)

bazarın diqqətinə yönələn bir şeydir

8.

Sənəd dövriyyəsi sistemlərinin ümumi təsnifatına nə aid deyil?

a)

sənədləşmələrin inkişaf etmiş saxlanılma və axtarış sistemləri

b)

təşkilatın idarə edilməsinin və biliklərin toplanmasının dəstəklənməsinə yönəldilmiş sistemlər

c)

birgə işin dəstəklənməsinə yönəldilmiş sistemlər (collaboration)

d)

kargüzarlıq işinin təşkili sistemi

e)

inkişaf etmiş vasitələri olan iş axını sistemləri (workflow)

9.

BMT tərəfindən “Elektron kommersiya haqqında” Qanunun nümunəsi nə vaxt hazırlanıb?

a)

1995

b)

1990

c)

1996

d)

1985

e)

2000

10.

Azərbaycan Respublikasında elektron ticarətin hüquqi tənzimlənməsi zamanı hansı prinsip tətbiq olunmur?

a)

iştirakçıların hüquq bərabərliyi

b)

iştirakçıların iradə sərbəstliyi

c)

iştirakçıların əmlak müstəqilliyi

d)

mülkiyyətin toxunulmazlığının tətbiq olunmaması

e)

sahibkarlıq fəaliyyətinin maneəsiz həyata keçirilməsi

11.

Azərbaycanda e-ticarətin inkişafina mane olan səbəblərdən hansı daha az əhəmiyyət daşıyır?

a)

mentalitet

b)

malların çatdırılması ilə bağlı infrastruktur sisteminin hələ tam formalaşmaması

c)

elektron ödəniş kartlarının hələ az sayda olması

d)

İnternet-ödəmələrin təhlükəsizliyi

e)

vergilərlə bağlı problemlər

12.

İnternetlə ödənişin debet sisteminə nə aid deyil?

a)

elektron pullar

b)

kriptovalyuta

c)

elektron çeklər

d)

şəbəkə bazasında elektron pullar

e)

smart-kartlar bazasında elektron pullar

13.

Virtual birliklər (icmalar) modeli hansı modelə aid edilir?

a)

biznes-modelə

b)

provayderlərə

c)

ticarət nişanı modelinə

d)

istehsalat modelinə

e)

abunələr madelinə

14.

İnternet-iqtisadiyyat hansı tərkib hissələri özündə əks etdirmir?

a)

müxtəlif mübadilə mexanizminə malik olan bir-biri ilə bağlı elektron bazarları

b)

elektron ödəniş sistemlərini

c)

standartlara cavab verməyən mallara olan tələbi

d)

qanunvericilik siyasətini

e)

alıcıları, istehsalçıları, satıcıları

15.

Fiziki məkanda deyil, İnternet məkanında mövcud olan və ümumi maraqları bölüşdürən insan cəmiyyətləri necə adlanır?

a)

iqtisadçı   adamlarının cəmiyyəti

b)

əvvəllər alışı həyata keçirmiş istehlakçıların cəmiyyəti 

c)

 məqsədli cəmiyyət 

d)

virtual cəmiyyət

e)

biznes adamlarının cəmiyyəti

16.

INKOTERMS (International Commercial Terms) nədir?

a)

malların satışının hamı tərəfindən başa düşülməsini təmin etmək üçün sənəddir 

b)

malların saxlanılmasıının hamı tərəfindən eyni qaydada başa düşülməsini təmin etmək üçün sənəddir 

c)

bir sıra ölkələrdə malların göndərilməsinin bazis əsaslarını müəyyən edən məlumatlar toplusudur 

d)

beynəlxalq ticarət terminlərinin şəhretmə qaydalarıdır 

e)

rüsumların ödənilməsi qaydalarıdır 

17.

Hazırda qüvvədə olan INKOTERMS–in qəbul edildiyi il ?

a)

2005

b)

2004

c)

2016

d)

2020

e)

2010

18.

Web-səhifə nəyi ifadə edir?

a)

müştəriyə İnternet vasitəsilə alış etməyə imkan verən investisiya vasitəçisinin təqdim elədiyi xidmətdir

b)

saytların nəşr olunması üçün istifadə olunan əlavədir

c)

web-brauzer üçün təlimatın qeyd olunduğu mətn faylıdır

d)

kompüterdə yerləşdirilən xüsusi proqramdır

e)

xarici valyutanın alınıb-satıldığı web-səhifədir

19.

İnternet treydinq:

a)

bütün kommunal ödənişlərinin həyata keçirilməsidir

b)

müştəriyə İnternet vasitəsilə alış etməyə imkan verən investisiya vasitəçisinin təqdim elədiyi xidmətdir 

c)

təhsil xidmətləridir 

d)

xarici valyutanı almaq və satmaqdır

e)

informasiya texnologiyalarına xidmət olunmasına çəkilən xərclərin aşağı salınmasıdır

20.

İnformasiya təhlükəsizliyinin təmin olunmasında bütün təhlükə növlərinə qarşı müdafəsinin təmin olunması prinsipi nəyi əks etdirir?

a)

minimal risk prinsipini

b)

qeyri-müəyyənlik prinsipini

c)

«hamının hamıdan» qorunmasını

d)

şəxsi məsuliyyət prinsipini

e)

qanunilik prinsipini

21.

Müdafiənin təmin olunması zamanı kimin, nə vaxt, harada və necə obyektin təhlükəsizliyini pozmaq cəhdinin naməlum olması nəyi əks etdirir?

a)

minimal risk prinsipini

b)

qeyri-müəyyənlik prinsipini

c)

qanunilik prinsipini

d)

şəxsi məsuliyyət prinsipini

e)

hamının hamıdan qorunması prinsipini

22.

İnformasiyanın qəbul olunması və ötürülməsinin hansı topologiyası var?

a)

«bitişik çütlük»

b)

TCP

c)

IP

d)

«ulduz»

e)

1P6V

23.

İşgüzarlıq fəaliyyəti modelinə nə daxil deyildir?

a)

broker əməliyyatları

b)

reklam

c)

informasiya agentliyi (informasiya təchizatçısı)

d)

ticarət modeli

e)

mal göndərişi modeli

24.

Debet kartı ilə kredit kartı arasındakı fərq nədən ibarətdir?

a)

hər iki kart sahibi məhdudiyyətsiz vəsait xərcləyə bilər

b)

kredit kartı autentifikasiya olunmur

c)

kartın sahibi əvvəlcədən emitent bankdakı hesabına müəyyən məbləğdə vəsait yerləşdirir

d)

bunlar arasında heç bir fərq yoxdur

e)

kredit kartında olan vəsaitlər daha yaxşı qorunur

25.

Elektron hökumət barədə aşağıdakı ifadələrdən hansı yanlışdır?

a)

təqdim olunan dövlət xidmətlərinin effektivliyinin qaldırılması məqsədi ilə yaradılır

b)

elektron hökumət ənənəvi hökumətin əlavəsi və yaxud analoqudur

c)

İKT-dən fəal istifadə olunması əsasında qarşılıqlı təsirin yeni üsullarını müəyyən edir

d)

hökumət, biznes və vətəndaşlar arasında inteqrasiyanın yeni formalarına nail olmağa imkan yaradır

e)

burada istifadə olunan texnologiyalar siyasi kommunikasiyanın imkanlarını genişləndirir

26.

Elektron ticarətdə ayrı-ayrı alıcılar və bütövlükdə cəmiyyət nöqteyi-nəzərindən nə nəzərdən keçirilə bilər?

a)

elektron ticarətdən əldə olunan iqtisadi səmərəlilik

b)

kommersiya fəaliyyətinin iqtisadi təhlili

c)

elektron ticarətin həyata keçirilməsindən əldə olunan iqtisadi fayda, xeyir

d)

infrastruktur sahələrin iqtisadi səmərəliliyi

e)

kommersiya sahələrinin iqtisadi effektivliyi

27.

Anbarların idarə edilməsinin avtomatlaşdırılmış sistemi (WMS) nəyi yerinə yetirmir?

a)

anbardan buraxılan mal ehtiyatlarını izləyir

b)

malların son istehlakçıya satış prosesini izləyir

c)

anbardan buraxılan mal ehtiyatlarını yaradır

d)

mal ehtiyatlarının idarə edilməsi ilə bağlı prosesləri avtomatlaşdırır

e)

anbardan malların yüklənib göndərilməsini təmin edir

28.

Elektron hökumətdə qarşılıqlı təsirlərin növlərinə nə aid deyildir?

a)

hökumət və vətəndaşlar arasında (G2C, Government-to-Citizen)

b)

hökumət və biznes arasında (G2B, Government-to-Business)

c)

hökumətlə istehlakçılar arasında (G2C, Government-to-Consumer)

d)

hökumətin müxtəlif qolları arasında (G2G, Government-to-Government)

e)

hökumətlə dövlət qulluqçuları arasında (G2E, Government-to-Employees)

29.

İnternetin ödəniş sistemi nədir?

a)

ödəniş terminallarından istifadə etməklə aparılan əməliyyatlardır

b)

pərakəndə ticarət müəssisələrində malların kassada ödənilməsidir

c)

kredit kartları vasitəsilə ödənişin yerinə yetirilməsidir

d)

İnternet vasitəsilə alışı/satışı prosesində maliyyə, kommersiya təşkilatları və istifadəçilər arasında hesablaşmaların aparılması sistemidir

e)

bank çekləri vasitəsilə ödənişin yerinə yetirilməsidir

30.

Valyutaların ifadə olunması üçün əlifba kodu» təsnifatında kodun birinci iki hərfi nəyə uyğundur?

a)

qablaşdırma növlərinin koduna

b)

dünya ölkələri təsnifatdakı koda

c)

nəqliyyat növlərinin koduna

d)

ölçü vahidləri koduna

e)

ödəniş növlərinin  koduna

31.

Ödəniş sistemində bank-ekvayer hansı funksiyanı yerinə yetirir?

a)

iştirakçılar arasında qarşılıqlı hesablaşmaları aparan mərkəz rolunu oynayır

b)

ənənəvi ödəniş sistemini təşkil edir

c)

satıcılara xidməti təşkil edən və elektron ödənişləri reallaşdırır

d)

alıcının hesablaşma hesabından köçürmələri təmin edir

e)

kredit kartlarının buraxılmasını təmin edir

32.

Elektron kommersiyanın (ticarətin) effektivliyinin qiymətləndirilməsinə olan metodiki yanaşma nəyi özündə əks etdirmir?

a)

effektivliyin kriterisinin formalaşdırılmasını

b)

təsərrüfat subyektinin fəaliyyətinin məqsədli funksiyasının müəyyən olunmasını

c)

elektron kommersiya ilə bağlı sahələrin nəticələrinin təsərrüfat subyektinin ənənəvi fəaliyyətinin nəticələri ilə müqayisə olunmasını

d)

effektivliyin qiymətləndirilməsinin predmet bazasının müəyyən olunmasını

e)

effektivlik göstəricilərinin və kriterisinin hesablanmasını

33.

Malların iriləşdirilmiş iqtisadi qruplar üzrə Təsnifatı (Classification by Broad Economic Categories, BE) tətbiq edilir

a)

emal olunma dərəcəsini müəyyənləşdirmək üçün 

b)

istifadə olunma müddətindən asılı olaraq qruplara bölmək üçün

c)

beynəlxalq ticarətin statistikası üçün 

d)

istifadə olunma müddətindən asılı olaraq müxtəlif qruplara bölmək üçün

e)

şəxsi istehlak prinsipi üzrə qruplara bölmək üçün 

34.

Missiya nəyi ifadə edir?

a)

şirkətin daha konkret olaraq müəyyən etdiyi hədəfdir

b)

şirkətin cəmiyyətdə hansı məqsədlərə nail olmaq istədiyini bildirir

c)

şirkətin cəmiyyətə baxışını bildirir

d)

şirkətin cəmiyyətdə müəyyən məqsədlərə nail olmaq istədiyini bildirir

e)

şirkətin cəmiyyətdə hansı vəzifələrə nail olmaq istədiyini bildirir

35.

Elektron poçtun çatışmazlığı nədən ibarətdir?

a)

telefondan fərqli olaraq eletron bildiriş təkcə mətndən ibarət olmur

b)

özündə telefonun və məktubun üstünlüklərini birləşdirir

c)

ona istənilən faylı bərkitmək mümkün olur

d)

müntəzəm olaraq poçtun yoxlanılmasını tələb edir

e)

reklamın aparılması alətlərindən biridir

36.

Kommersiya əməliyyatlarına aşağıdakılardan hansı aid deyil? 

a)

əmtəələrin pərakəndə və topdan alqı-satqısı 

b)

xeyriyyəçilik məqsədləri üzrə əməliyyatlar

c)

kommersiya banklarının əməliyyatları

d)

birja fəaliyyətində həyata keçirilən əməliyyatlar

e)

injinirinq, tikinti, nəqliyyat xidmətləri

37.

İnternet-mağazanın mövcudluğundan əldə olunan üstünlüklərə nə aiddir?

a)

vaxta qənaət olunması

b)

sövdələşmələrin keşirilməsindən effektivliyin artması

c)

qlobal bazarın mövcudluğu

d)

bütün cavablar düzdür

e)

məsrəflərin aşağı düşməsi

38.

«Şifr» anlayışı nədir?

a)

açıq mətni şifrləmək üçün şifr açarlarıdır

b)

kriptoqrafiyalı qurumların təhlil olunması və qırılıb sındırılması haqqında elmdir

c)

məlumatların qorunması haqqında elmdir

d)

bir qayda olaraq gizli olan ifadədir (söz, rəqəm və yaxud ifadə)

e)

məlumatın şifrlənməsini və şifrinin açılmasını təsvir eləyən riyazi düsturdur

39.

Konsiqnator kimdir?

a)

malın pərakəndə satışı ilə məşğul olandır

b)

hüquqi şəxs kimi malın sahibi, satıcıdır

c)

distribütor, komissioner funksiyalarını yerinə yetirəndir

d)

əhaliyə pullu xidmət göstərənlərdir

e)

sifarişçinin tapşırığı ilə vasitəçilik edən fiziki şəxsdir

40.

1983-cü ildə Gömrük əməkdaşlığı Şurası tərəfindən hazırlanmış təsnifat hansıdır?

a)

«Payterm» təsnifat 

b)

Xarici iqtisadi fəaliyyət üzrə əmtəə (mal) nomenklaturası

c)

«Nəqliyyat növləri» təsnifatı 

d)

malların təsvirinin və kodlaşdırılmasının Harmonizasiya edilmiş sistemi, HS 

e)

«Daşınma növləri» təsnifatı

41.

.«Elektron imza və elektron sənədlər haqqında» 2004-cü il Qanununda hansı anlayış yoxdur?

a)

imza açarının sertifikatı

b)

imza açarı sahibinin eyniləşdirilməsi

c)

imza açarı sahibinin sertifikatı

d)

rəqəmli elektron imzanın bağlı açarı

e)

rəqəmli elektron imzanın açıq açarı

42.

Alıcı öz biznesinin iqtisadi effektivliyini alışın həyata keçirilməsi hesabına artırır: bu, hansı modeldə müşahidə olunur?

a)

B2B

b)

B2C

c)

B2G

d)

B2C və B2B

e)

B2A

43.

«Payterms» ödəniş şərtləri üçün ixtisarlar təsnifatında COLLECT kodu nəyi ufadə edir?

a)

kompensasiya olunan ödənişi

b)

hissə-hissə ödənişi

c)

akkreditivi

d)

razılaşma üzrə ödənişi

e)

inkassonu

44.

Elektron ticarətin texnoloji əsasını nə təşkil edir?

a)

lokal şəbəkə

b)

qlobal şəbəkə

c)

ekstranet

d)

regional şəbəkə

e)

İntranet

45.

İnternetin mahiyyətini aşağıdakılardan hansı daha tam ifadə edir?

a)

istifadəçilər arasında əlaqə vasitəsi

b)

reklam vasitəsi

c)

efir vasitəsilə yayımlanan informasiya şəbəkəsi

d)

məlumat-axtarış texnologiyası

e)

çoxsaylı kompüterlər sisteminin bir-birinə bağlı olduğu qlobal səviyyədə yayımlanan əlaqə şəbəkəsi

46.

B2B modeli haraya yönəlir?

a)

biznes-məsrəflərə

b)

alıcı və firmalara

c)

biznes strukturlarına

d)

biznes və dövlətə

e)

biznesə və alıcılara

47.

İnternetdə broker əməliyatları hansı formatlarda olmur?

a)

İnternetdə broker əməliyatları hansı formatlarda olmur?

b)

elektron distribütor, virtual mollar

c)

üçüncü şəxsin bazarı, niformatik brokerrec

d)

alış-satış, birja

e)

virtual oyunlar

48.

Ticarət internet-meydançasının təşkilatçı-sahibinin kimin olmasından asılı olaraq hansı meydança tipi mövcud deyil?

a)

supplier-driven

b)

buyer-driven

c)

kombinə olunmuş ticarət meydançaları

d)

second-party-driven

e)

third-party-driven

49.

«Xarici iqtisadi fəaliyyət üzrə əmtəə (mal) nomenklaturası» təsnifatında malın hansı əlaməti göstərilmir?

a)

malın qiyməti haqqında informasiya

b)

malın mənşəyi

c)

malın kimyəvi tərkibi

d)

malın təyinatı

e)

malın hazırlandığı materialın növü

50.

icazəsiz daxilolmalardan qorunmasını təmin eləyən şəbəkəarası ekran necə adlanır?

a)

çerri-piker

b)

Wallstreet

c)

kokpappet

d)

finereader

e)

firewall

51.

Müxtəlif təşkilatlar arasında müxtəlif qarşılıqlı əlaqələr üsullarını nəzərdə tutan elektron kommersiya növü:

a)

B2C

b)

D2G

c)

B2B

d)

B2A

e)

C2C