wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

AZ DİLİ 3

Total questions: 50

Worksheet time: 2hrs 40mins

Name
Class
Date
1.

Hansı sənəd hüquqi məzmuna malik deyil?

a)

Əmr

b)

konstitusiya

c)

fərman

d)

qanun

e)

ərizə

2.

Əməli yazılar ədəbi dilin hansı üslubuna aiddir?

a)

elmi

b)

rəsmi-işgüzar

c)

bədii

d)

publistik

e)

fərdi

3.

Aşağıda verilənlərdən yalnız biri işgüzar sənəddir:

a)

nazirin əmri

b)

sərəncam

c)

konstitusiya

d)

prezidentin fərmanı

e)

ərizə

4.

Verilmiş başlıq hansı əməli yazı formasına aiddir? “Anadolu liseyinin direktoru M.Rəhimovaya həmin liseyin Xa sinif şagirdi S.Məmmədovdan...”

a)

etibarnamə

arayış

b)

xasiyyətnamə

c)

protokol

d)

ərizə

e)

etibarnamə

5.

Mübahisə zəminində bir nəfər digərinə maddi və mənəvi zərər yetirmişdir. Zərərçəkmiş şəxs lazımi orqanlara hansı sənədi təqdim etməlidir?

a)

akt

b)

nizamnamə

c)

izahat

d)

bəyannamə

e)

ərizə

6.

Məzmununa görə ərizənin neçə növünə təsadüf olunur

a)

5

b)

3

c)

1

d)

4

e)

2

7.

Təqdimata aid olan xüsusiyyətlərdən biri səhv xarakterizə edilib:

a)

Təqdimat yalnız xoş niyyətlər üçün yazılır

b)

“Təqdimat” ərəb sözüdür

c)

Təqdimatın forması təxminən ərizə forması kimidir

d)

Təqdimat aşağı vəzifəli şəxsin yuxarı vəzifəli şəxs qarşısında hər hansı bir məsələni qaldırması, xahiş etməsi zərurətində yazılır

e)

Yuxarı qurumun iclasında müzakirə edildikdə, təqdimatın tam mətni oxunur

8.

Bioqrafiya nədir?

a)

bir şəxsin əmək fəaliyyətini təsvir edən rəsmi sənəd

b)

dövlətin hər bir vətəndaşa verdiyi hüquqi sənəd

c)

bir şəxsin öz əli ilə yazdığı tərcümeyi-hal

d)

kiminsə tərcümeyi-halının başqası tərəfindən yazılması

e)

bir şəxsin özü haqqında yazdığı ətraflı məlumat

9.

Fikirlərdən biri səhvdir:

a)

Təqdimat rəsmi üslubda yazılmalıdır

b)

Tərcümeyi- hal elmi və publisistik üslubda da ola bilər

c)

İşgüzar sənədlər həcmcə, adətən, rəsmi sənədlərə nisbətən böyük olur

d)

Rəsmi – işgüzar sənədlərdə qaralamaya, mətn üzərində qaralayaraq düzəliş etməyə icazə verilmir

e)

Rəsmi-işgüzar sənədlərin bəzi növlərində rəsmi üslubla bərabər, bədii üslubun elementlərinə də rast gəlmək mümkündür

10.

Tərtibedilmə formasına görə hansı sənədlər oxşardır?

a)

tərcümeyi-hal - annotasiya

b)

teleqram –qəbz

c)

reklam – etiket

d)

ərizə - təqdimat

e)

protokol- akt

11.

Verilmiş əməli yazı nümunələrindən hansılar yalnız şəxsin öz xətti ilə yazılmalıdır?

a)

məktub və xasiyyətnamə

b)

protokol və əmr

c)

fərman və təqdimat

d)

tərcümeyi-hal və ərizə

e)

zəmanət və arayış

12.

Məzmunca bir-birinə oxşayan və eyni zamanda müəyyən xüsusiyyətlərə görə bir-birindən fərqlənən sənədlər hansılardır?

a)

töhmət, ərizə

b)

arayış, reklam

c)

teleqram, izahat

d)

tərcümeyi-hal, xasiyyətnamə

e)

protokol, bildiriş

13.

“...... hər hansı bir şəxsin kimliyini təsdiq etmək məqsədi ilə bu və ya digər təşkilat tərəfindən verilən sənəddir”. Söhbət hansı sənəddən gedir?

a)

vəkalətnamə

b)

elan

c)

arayış

d)

ərizə

e)

protokol

14.

Tərcümeyi-halı xasiyyətnamədən fərqləndirən əsas əlamət hansıdır?

a)

Xasiyyətnaməni yalnız idarə rəhbəri imzalayır

b)

1-ci sənəd hər hansı şəxs barəsində başqası tərəfindən, 2-cisi isə şəxsin özü tərəfindən yazılır

c)

Tərcümeyi-halı ən azı iki məsul şəxs imzalayır

d)

1-ci sənəd şəxsin özü tərəfindən, 2-cisi isə müəyyən şəxs barəsində rəhbərlik tərəfindən yazılır

e)

Xasiyyətnamələrin heç biri dövlət əhəmiyyəti daşımır

15.

İşgüzar sənədi seçin:

a)

manifest

b)

bəyanat

c)

nota

d)

təqdimat

e)

sərəncam

16.

Yeni işə qəbul olunduqda, rəhbər vəzifəyə seçildikdə və ya dövlət orqanları tərəfindən tələb olunduqda hər hansı şəxs haqqında ... verilir.

a)

protokol

b)

elan

c)

qəbz

d)

vəkalətnamə

e)

xasiyyətnamə

17.

Verilən sənədlərdən hansı imzalanır?

a)

teleqram

b)

elan

c)

annotasiya

d)

təqdimat

e)

bildiriş

18.

Hansı sənədi təşkilat rəhbəri hazırlayır və möhür vurur?

a)

annotasiya

b)

arayış

c)

tərcümeyi hal

d)

anonsu

e)

aktı

19.

"Verilmiş sənəd növünü müəyyənləşdirin:“Əli Ramazan oğlu Məmmədov həqiqətən, Bakı şəhər 158 saylı məktəbin IX sinif şagirdidir”

a)

akt

b)

ərizə

c)

bildiriş

d)

protokol

e)

arayış

20.

İctimai həyatın müxtəlif sahələrində istifadə edilən və şəxsin özü haqda ətraflı məlumat verməsi məqsədi ilə yazılan sənəd necə adlanır?

a)

xasiyyətnamə

b)

annotasiya

c)

tərcümeyi hal

d)

protokol

e)

akt

21.

Tərcümeyi-halın 1-ci cümləsində hansı durğu işarələrindən istifadə olunur?

a)

nöqtəli vergül

b)

iki nöqtə

c)

nida və tire

d)

sual və vergül

e)

vergül və nöqtə

22.

Motivasiya məktubu yazarkən nələrə əməl edilməlidir? Yanlış fikri göstərin:

a)

Bu məktubu standart internet resurslarından mümkün qədər uzaq duraraq, özünüzün yazıb hazırlamanız daha məqsədəuyğundur

b)

Yazdığınız dilin qrammatik qaydalarına riayət etməlisiniz

c)

Məktubun həcminin 1,5-2 səhifə həddini keçməsinə yol verməməlisiniz

d)

Məktubla müraciət etdiyiniz universiteti və ya təşkilatı xeyli tərifləməlisiniz

e)

Esse və məktub formatının tələblərinə əməl etməlisiniz

23.

Məktublarınstrukturuna daxil olan hissələrdən biri artıqdır

a)

fərqləndirici və yekunlaşdırıcı hissə (sonluq)

b)

ümumi hissə

c)

müraciət hissəsi (başlanğıc)

d)

başlanğıc, ümumi, yekunlaşdırıcı hissə

e)

məktublarda nəzakət qaydalarına əməl edilən hissə

24.

Biri elektron məktubun məzmununa uyğun deyil:

a)

Lakonik və anlaşıqlı yazışmaya üstünlük vermək

b)

Qısaltmalardan, gündəlik məişət ifadələrindən, jarqonlardan və s. imtina etmək

c)

Dilin qrammatik qaydalarına riayət etmək

d)

Sadə və aydın yazmaq

e)

Mövzu ilə birbaşa əlaqədar olmayan fikir və ifadələrdən istifadə etmək

25.

E-mail göndərərkən nələrə diqqət yetirilməlidir? Yanlış cavabı göstərin:

a)

E-mailləri vaxtında cavablandırmaq məqsədəuyğundur

b)

Rəsmi müraciət formalarından istifadə daha məqsədəuyğundur

c)

Elektron yazışmanın mövzusu maraq doğurmalıdır

d)

Texniki cəhətdən düzgün tərtibat o qədər də əhəmiyyətli deyil

e)

Məzmun qrammatik cəhətdən düzgün, sadə və aydın olmalıdır

26.

Aşağıdakılardan hansı məktubun növlərinə aid deyil?

a)

rəsmi məktublar

b)

açıq məktublar

c)

işgüzar məktublar

d)

qapalı məktublar

e)

ədəbi məktublar

27.

Məktub yazarkən gözlənilən sistemə aşağıdakılardan hansı aid deyil?

a)

yekunlaşdırıcı hissə

b)

fərqləndirici hissə

c)

normativ hissə

d)

ümumi hissə

e)

müraciət hissəsi

28.

Məktublarınnövlərindən biri səhvdir:

a)

aşağı təşkilatlardan daxil olan məktublar

b)

yuxarı təşkilatlardan hər hansı bir idarə və müəssisələrə daxil olan məktublar

c)

işgüzar məktublar

d)

ayrı-ayrı şəxslərdən gələn məktublar

e)

şəxsi məktublar

29.

“Hörmətli cənab! Sizin sadaladığınız əmtəə məhsullarını bu gün almalıydıq. Təəssüf ki, indiyədək nə malın növü, nə də yüklənmə haqqında bildiriş almamışıq...” Belə bir müraciət hansı əməli yazı nümunəsinə aiddir?

a)

arayış

b)

ərizə

c)

qəbz

d)

elan

e)

məktub

30.

Bunlardan biri rəsmi məktub növü deyil:

a)

təlimat

b)

təqdimat

c)

sorğu

d)

tələbnamə

e)

təliqə

31.

Bunlardan hansı məktub növü deyil?

a)

cavab

b)

təbrik

c)

rəsmi

d)

işgüzar

e)

şəxsi

32.

“Məktub” sözü hansı mənşəlidir?

a)

monqol

b)

türk

c)

fars

d)

ərəb

e)

tatar

33.

Aşağıdakılardan birini rəsmi-işgüzar üslubun ən sərbəst forması hesab etmək olar:

a)

bildiriş

b)

akt

c)

ərizə

d)

arayış

e)

məktub

34.

Bunlardan biri elan növünə aid deyil:

a)

bildiriş

b)

anons

c)

afişa

d)

reklam

e)

açıq məktub

35.

"“Salam, əziz dostum. Bu, mənim sənə əsgərlikdən göndərdiyim sonuncu ...” – verilmiş bu sözlərlə hansı əməli yazı nümunəsi başlayır?

a)

elan

b)

inşa

c)

məktub

d)

hekayə

e)

ərizə

36.

Biri işgüzar məktub nümunəsinə aid deyil:

a)

cavab

b)

tövsiyyə

c)

xasiyyətnamə

d)

məlumat

e)

sorğu

37.

Verilmiş fikirlərdən yalnız biri protokola aiddir:

a)

Yoxlamanın müddəti həm rəqəm, həm də hərflərlə qeyd olunur

b)

Şəxsin kimliyini təsdiq etmək məqsədilə bu və ya digər təşkilat tərəfindən verilir

c)

Bədii üsluba əsaslanır

d)

Şikayət və ya xahiş etmək məqsədilə yazılır

e)

Təşkilatın adı, tarix və yığıncağın keçirildiyi yer, çıxışlar və qərarlar qeyd olunur

38.

Protokolla bağlı verilmiş fikirlərdən biri səhvdir:

a)

Sədr və katib tərəfindən imzalanır

b)

İclaslarda söylənilən çıxışları və qərarları təzahür etdirmək üçün yazılır

c)

Təşkilatın adı, tarix və yığıncağın keçirildiyi yer qeyd olunmalıdır

d)

Faktlar (oxuduğu, işlədiyi yerlər, nailiyyətləri və s.) ardıcıl sadalanmalıdır

e)

Dövlətlərarası saziş, müqavilə və s. bağlanan zaman keçirilən yığıncaqlarda da yazılır

39.

Protokol haqqında yazılanlardan biri doğru deyil:

a)

Yunan sözüdür- ``protok``-ilk, ``kolos``-yapışdırmaq deməkdir

b)

Əməli yazı nümunəsidir, rəsmi sənəd formasıdır

c)

Bir neçə aktual məsələni özündə əks etdirə bilər

d)

Protokol bir şəxs tərəfindən imzalanır

e)

Dövlət qanunu, qayda pozulubsa, akta əlavə olaraq yazılır

40.

Protokol nə vaxt yazılır?

a)

hər hansı idarə və ya şəxsin adından iş görən zaman

b)

qiymətli bir əşyanı müəyyən təşkilatdan almaq məqsədilə

c)

hər hansı faktı aşkarlamaq məqsədilə

d)

ezamiyyətə göndərilən zaman

e)

konfrans, iclas, qurultayda söylənilən çıxışları qeyd etmək məqsədilə

41.

"Müşavirə, konfrans və iclaslarda söylənilən çıxışları, qəbul edilən qərarları özündə təzahür etdirmək üçün, həmçinin hər hansı bir qaydanın, yaxud qanunun pozulması zamanı tərtib olunan akta əlavə etmək üçün yazılır:

a)

qərar

b)

təqdimat

c)

ərizə

d)

protokol

e)

akt

42.

Bunlardan biri protokolda öz əksini tapmır:

a)

çıxışların qısa məzmunu

b)

sədr və katibin imzası

c)

xülasə

d)

gündəlik məsələlər

e)

qərar

43.

Protokol kimlər tərəfindən imzalanır?

a)

yalnız katib

b)

yalnız sədr

c)

sədr və katib

d)

məruzəçi

e)

iclasda iştirak edən bütün şəxslər

44.

Sənəd formalarından hansı təqvim ili boyunca nömrələnir və kitabda qeydə alınır?

a)

ərizə və arayışlar

b)

bildiriş və zəmanətlər

c)

tərcümeyi-hal və xasiyyətnamələr

d)

əmr və protokollar

e)

hesabat və izahatlar

45.

Məntiqi ardıcıllığı tamamlayın: Annotasiya, rəy, reklam …

a)

konstitusiya, nota

b)

bəyanat, manifest

c)

qanun, qərar

d)

protokol, ərizə

e)

fərman, sərəncam

46.

Aşağıdakı xüsusiyyətlər hansı sənədə aiddir? 1. İclasın gündəliyi 2. Eşidildi 3. Çıxışlar 4. Qərar

a)

elan

b)

akt

c)

ərizə

d)

protokol

e)

arayış

47.

Ərəbcədən götürülmüş bu söz verilən tapşırığın yerinə yetirilməsi, görülmüş işin nəticəsi haqqında məsul şəxsə, təşkilata, ictimaiyyətə yazılı şəkildə verilən rəsmi məlumatdır:

a)

protokol

b)

bəyanat

c)

izahat

d)

hesabat

e)

vəkalətnamə

48.

Aşağıdakılardan biri iclasdan sonra tərtib olunur:

a)

məktub

b)

refeat

c)

rekvizit

d)

protokol

e)

əmr

49.

Bu əməli yazı növünün “Gündəlik”, “Çıxışlar” və “Qərar” hissələri olur. Söhbət hansı əməli yazı növündən gedir?

a)

məktub

b)

protokol

c)

ərizə

d)

etibarnamə

e)

bildiriş

50.

Bu əməli yazı nümunəsində iclasın keçirilməsi, orada müzakirə olunan məsələlər, söylənilən mülahizələr və çıxarılan qərarlar əks olunur. Sonda sədr və katib tərəfindən imzalanır. Söhbət hansı əməli yazıdan gedir?

a)

akt

b)

protokol

c)

ərizə

d)

bildiriş

e)

məktub

Similar Resources on Wayground