wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

AZ 5

Total questions: 51

Worksheet time: 2hrs 42mins

Name
Class
Date
1.

Verilmiş sənədi müəyyənləşdirin: May ayının 15-də universitetin iclas zalında şairlərdən Fikrət Qoca və Zahid Xəlillə görüş keçiriləcək. Arzu edənlər iştirak edə bilərlər.

a)

protokol

b)

bildiriş

c)

akt

d)

ərizə

e)

arayış

2.

Ələt qəsəbəsinin Mərkəzi klubunda Azərbaycan Dövlət Kukla Teatrının qastrolu çərçivəsində bir neçə tamaşanın göstəriləcəyi planlaşdırılır. Qəsəbə sakinlərinə bu barədə məlumat vermək üçün klubun qarşısındakı lövhədə aşağıdakılardan hansını görə bilərik?

a)

reklam

b)

afişa

c)

akt

d)

annotasiya

e)

elan

3.

Bunlardan biri elan növü deyil:

a)

afişa

b)

reqlament

c)

bildiriş

d)

anons

e)

reklam

4.

Hansı sənədin sonunda imzaya ehtiyac duyulmur?

a)

akt

b)

afişa

c)

tərcümeyi hal

d)

arayış

e)

izahat

5.

Məntiqi ardıcıllığı davam etdirin: anons, reklam, afişa, ...

a)

rəy

b)

bildiriş

c)

teleqram

d)

təlimat

e)

dərkənar

6.

Bir adama şöhrət qazandırmaq, bir məhsulu fərqləndirmək və ya istehlakçı, müştəri, tamaşaçı cəlb etmək məqsədi ilə görülən tədbirlər necə adlanır?

a)

töhmət

b)

reklam

c)

protokol

d)

bildiriş

e)

afişa

7.

Bu və ya digər məlumatı insanlara qabaqcadan çatdırmaq üçün nəzərdə tutulur:

a)

müqavilə

b)

elan

c)

töhmət

d)

əmr

e)

saziş

8.

Anons, reklam, afişa, bildiriş və s. kimi işgüzar yazı nümunələri hansı sənəd formasına daha yaxındır?

a)

ərizə

b)

elan

c)

qəbz

d)

arayış

e)

izahat

9.

“Kapital” bank əhalinin nəzərinə çatdırır ki, əmanətlərə verilən orta illik gəlir 8 faizdən 10 faizə qaldırılmışdır. “Azəriqazbank” Verilmiş nümunənin hansı əməli yazı növünə aid olduğunu göstərin:

a)

reklam

b)

bildiriş

c)

teleqram

d)

arayış

e)

etibarnamə

10.

12-28 iyun 2017-ci il tarixində Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar

könüllüləri həmin tədbirlərdə iştirak etməyə dəvət edirik.

Təşkilat Komitəsi

Verilmiş nümunə hansı əməli yazı növünə aiddir?

a)

reklam

b)

çağırış

c)

teleqram

d)

anons

e)

afişa

11.

Akademik yazı qaydalarında beynəlxalq standartlar hansı rolu oynayır?

a)

təcrübə əhəmiyyət

b)

ümumi dil

c)

təsviri oxşarlıq

d)

məcazilik

e)

emal

12.

Təlimat haqqında verilənlərdən yalnız biri doğrudur:

a)

Ərəb sözü olub, zaminolma, bir şəxs haqqında verilən rəydir

b)

Hüquqi sənəd deyil

c)

İdarə, təşkilat, müəssisələrdə hər hansı bir qəbahətə görə yazılı və şifahi şəkildə qəbul edilən sənəddir

d)

Nazirlik, baş idarə, istehsalat birlikləri tərəfindən müəyyən bir işin və ya əmrin icrası üçün hazırlanan və aidiyyəti təşkilatlara göndərilən qaydalar sistemi barədə yazılı sənəddir

e)

Bir işin görülməsi üçün verilən hökm və göstərişi özündə əks etdirən sənəddir

13.

Verilənlər içərisində hansı əməli yazı növünə aid xüsusiyyət yoxdur? 1) Hər hansı bir şəxsin kimliyini təsdiq etmək məqsədilə bu və ya digər təşkilat tərəfindən verilir. 2) Bu əməli yazı növündə «eşidildi», «çıxışlar», «qərar» sözləri də işlənir. 3) Latınca «qeyd aparmaq, əlavə etmək» deməkdir. 4) Təşkilat tərəfindən ayrılmış komissiyanın iştirakı ilə tərtib olunur.

a)

arayış

b)

etibarnamə

c)

akt

d)

annotasiya

e)

protokol

14.

Hansılar etibarnamə növü kimi düzgün göstərilmişdir? 1. birdəfəlik etibarnamə 2. daimi etibarnamə 3. xüsusi etibarnamə 4. ümumi və baş etibarnamə 5. universal etibarnamə

a)

1 2 4

b)

1 3 4

c)

2 3 5

d)

1 2 5

e)

2 4 5

15.

Vəkalətnaməyə uyğun gəlməyən cavab hansıdır?

a)

Vəkalətnamənin müddəti həm rəqəmlə, həm də hərflə göstərilir

b)

Alınan əşyanın miqdarı və ya materialın məzmunu göstərilir

c)

Məsul şəxsin imzası olur

d)

Verildiyi tarix göstərilir

e)

Vəkalətnamə ancaq daşınmaz əmlak üçün verilir

16.

«… xüsusi formada tərtib edilən sənəddir. Bu, qiymətli bir əşyanı müəyyən bir təşkilatdan almaq üçün şəxsə verilən sənəd formasıdır. Onu idarə və təşkilat etibar etdiyi şəxsin adına yazarkən müəssisənin möhürü ilə təsdiq edir və imza qoyur». Söhbət hansı sənəddən gedir?

a)

akt

b)

vəkalətnamə

c)

protokol

d)

xasiyyətnamə

e)

arayış

17.

Etibarnamə nə zaman yazılır?

a)

əmək müqaviləsi bağlanan zaman

b)

əmək intizamı pozulduğu zaman

c)

qiymətli kağızların qəbulu zamanı

d)

ticarət müqavilələri zamanı

e)

bir şəxsin və ya idarənin adından iş görülən zaman

18.

Hansı sənəddə şəxsiyyət vəsiqəsinin seriya nömrəsi də qeyd olunur?

a)

annotasiya

b)

etibarnamə

c)

protokolda

d)

ərizədə

e)

aktda

19.

Biri məntiqi pozur:

a)

sərəncam

b)

nota

c)

vəkalətnamə

d)

konstitusiya

e)

fərman

20.

Bu sənəd növü təkcə idarə və ya təşkilatın etibar etdiyi müəyyən şəxsə deyil, başqa bir təşkilata da verilə bilər. Söhbət hansı əməli yazı növündən gedir?

a)

protokol

b)

vəkalətnamə

c)

təqdimat

d)

izahat

e)

arayış

21.

Hansı sənəddə şəxsiyyət vəsiqəsinin seriya nömrəsi qeyd olunur?

a)

məktub

b)

vəkalətnamə

c)

ərizə

d)

rəy

e)

elan

22.

Hansı sənədin adı iki dildə olan sözlərin birləşməsindən yaranmışdır?

a)

fərman

b)

hesabat

c)

nizammnamə

d)

qaimə

e)

bəyanat

23.

Biri əqdin mahiyyətini əks etdirmir

a)

təşkilat

b)

ayrılma haqqında əqd

c)

tərtibetmə

d)

kəbinkəsmə

e)

nikah haaqında əqqd

24.

Hansı fikir səhvdir?

a)

Yazılı nitqin ifadə vasitələri hərf və yazı, şifahi nitqin ifadə vasitələri səs və sözdür

b)

Ədəbi dilin şifahi formasında cümlələr, əsasən, qısa və quruluşca sadə olur

c)

Şifahi ədəbi dilin leksikasında hamıya aydın, ümumişlək sözlərə geniş yer verilir

d)

Yazılı ədəbi dilin tempi sürətli, şifahi ədəbi dilin tempi isə aşağıdır, zəifdir

e)

Yazılı nitqdə həmsöhbətlə əks əlaqə olmur

25.

Monoloji nitqin xüsusiyyətlərindən biri səhv göstərilmişdir:

a)

Təşkil olunmuş, proqramlaşdırılmış nitqdir

b)

Dialoji nitqlə müqayisədə struktur baxımından sadədir

c)

Məqsəd nitqin əsas kommunikativ növlərindən istifadə etməklə hər hansı bir məzmunun başqasına çatdırılmasıdır

d)

Burada danışanın müsahibi ilə əks əlaqəsi olur

e)

Danışan deyəcəklərini əvvəlcədən düşünür, ifadə edəcəyi fikrin həcmini, xarakterini müəyyənləşdirir

26.

Aşağıdakılardan biri dialoji nitqin xüsusiyyətlərinə aid deyil:

a)

•İki və daha artıq şəxs arasında bir-birini izləyən, növbələşən canlı ünsiyyət, danışıqdır.

b)

Bu nitq formasında söhbətə öncədən hazırlıq görülür.

c)

Dialoji nitqi “mükalimə” də adlandırırlar.

d)

Bu, danışıq dili üçün səciyyəvi, yığcam nitqdir

e)

Dialoji nitqdə tərəflər daha fəal olurlar.

27.

Beynəlxalq akademik yazı haqqında fikirlərdən biri səhvdir:

a)

Vahid standartlar üzrə yazılmış mətndə hansı məlumatın harada olduğu əvvəlcədən bilindiyinə görə, zəruri informasiyanı tapmaq asan olur

b)

Bu qaydalar müəyyən nəticənin əldə edilməsinə yönəlmiş bir mexanizmdir

c)

Beynəlxalq akademik yazı standartları “ümumi dil” rolunu oynayır

d)

Fərqli ölkələrdən olan elm adamlarının yazı vasitəsilə bir-birini anlamasına yardım edir

e)

Beynəlxalq akademik yazı qaydaları oxuya təsir etmir

28.

Qloballaşmanın, informasiya-kommunikasiya bumunun özü ilə gətirdiyi yenilik və üstünlüklər nədən ibarətdir?

a)

elm və təhsil sahəsində yanaşmaların, standartların unifikasiyalaşması

b)

ümumi bir forma alması

c)

dünya elm ictimaiyyəti tərəfindən az istifadə olunması

d)

təhsil sahəsinə az nüfuz etməsi

e)

bəlli bir zamanda yayılma çətinliklərinin olması

29.

Biri təşkil olunmuş nitqə aid deyil:

a)

Müəllimlik fəaliyyətində nitqin bu formasından daha geniş istifadə edilir

b)

Bu nitq üçün hazırlaşmaq lazımdır

c)

Heç bir xüsusi hazırlıq olmadan, bədahətən, sərbəst söylənilən nitqdir

d)

Bu, əvvəlcədən planlaşdırılmış, nəzərdə tutulmuş nitqdir

e)

Təşkil olunmuş nitq deyəndə monoloji nitq nəzərdə tutulur

30.

Akademik yazının ən başlıca xüsusiyyəti nədir?

a)

Məsuliyyət tələb etməməsidir

b)

Orfoepik qaydalara əməl olunmasıdır

c)

Qalıcı və sənəd xarakterli olmasıdır

d)

Güvənsiz olmasıdır

e)

Sənət xarakterli olmasıdır

31.

Monoloji nitqin növlərindən biri səhv göstərilmişdir:

a)

mühazirə

b)

diskussiya

c)

məlumat

d)

çıxış nitq

e)

məruzə

32.

Pauza nitq prosesində aşağıdakı məqsədlərdən birinə xidmət etmir:

a)

növbəti deyiləcək fikirlərə diqqət cəlb etməyə

b)

ciddi xəbərdarlıq məqsədi ilə;

c)

qarşı tərəfə öz fikrini bildirməyə imkan yaratmağa

d)

danışanın problem ətrafında fikirləri bitdikdə, əlavə şərhə ehtiyac olmadıqda

e)

qarşı tərəflə danışmaq istəyinin olduğunu bildirməyə

33.

Yazılı nitqin xüsusiyyətlərinə aid olan cavab variantını seçin:

a)

Adresant və adresat arasında canlı əlaqə labüddür

b)

Çoxsaylı paralinqvistik vasitələrin iştirakı istisna olunmur

c)

Yüksək dərəcədə avtomatlaşmış nitqdir

d)

Yazılanları bir neçə dəfə götür-qoy etmək, düzəliş aparmaq, lazım olmayanı silmək, yenisi ilə əvəzləmək mümkündür

e)

Yüyrək nitqdir

34.

Şifahi nitqin xüsusiyyətlərinə aid olan cavab variantını seçin:

a)

Struktur mürəkkəbliyi mövcuddur

b)

Adresatla birbaşa əlaqəsi yoxdur

c)

Dil vahidlərindən qrammatik qanunauyğunluqlarla istifadə olunmasını tələb edir

d)

Dil vahidlərindən istifadə olunmasında sərbəstlik var

e)

Zəngin intonasiya çalarlıqlarına malik deyil

35.

Jestlər necə qruplaşdırılır:

a)

mürəkkəb və qarışıq

b)

sadə, birmənalı, mürəkkəb

c)

sadə, birmənalı, qarışıq

d)

sadə, mürəkkəb, qarışıq

e)

birmənalı, mürəkkəb, qarışıq

36.

Biri intonasiyanın funksiyalarına aid deyil:

a)

apelyativ funksiya

b)

kommunikativ funksiya

c)

delimitativ (hüdudlandırıcı) funksiya

d)

fəlsəfi funksiya

e)

emosional-ekspressiv funksiya

37.

Qeyri-verbal ünsiyyət vasitələrinin xüsusiyyətlərinə hansılar aid deyil?

a)

Verbal ünsiyyəti tamamlayır

b)

Nitqin məzmununu təsdiq və yaxud inkar edir

c)

Adresatla əlaqə qurulmasını çətinləşdirir

d)

Pauzaları əvəzləyir

e)

Ayrı-ayrı sözləri əvəzləyir

38.

İntonasiya haqqındakı bilgilərin bitkin olması üçün hansı anlayışları bilmək zəruridir? Səhv cavabı göstərin:

a)

ritm

b)

temp

c)

tembr

d)

ekstensivlik

e)

melodika

39.

İnsanlar iş vaxtlarının ən çox hissəsini nəyə həsr edir?

a)

yazmağa

b)

dinləməyə

c)

danışmağa

d)

baxmağa

e)

oxumağa

40.

Ünsiyyət vasitələri neçə qrupa ayrılır?

a)

3

b)

2

c)

5

d)

6

e)

4

41.

Sosial şəbəkələr bizə hansı imkanları verir? Səhv cavabı göstərin:

a)

Şəbəkə iştirakçıları ilə fikir mübadiləsi aparmaq

b)

Avtomatlaşdırılmış sosial mühit şəraitində özümüzə aid olan məlumatları paylaşmaq

c)

Şəbəkə daxilində maraqlar üzrə müxtəlif birliklər formalaşdırmaq

d)

Onlar üçün əhəmiyyətli olan materiallarıbölüşmək

e)

Digər şəbəkə iştirakçıları ilə ünsiyyəti məhdudlaşdırmaq

42.

Biri plagiatçılıq deyil:

a)

Başqalarının əsərlərini və ideyalarını tam rəsmi bəyanat vermədən öz əsərinə köçürmək və ya parafraz etmək;

b)

Şərikli müəllifliyə məcbur etmək;

c)

Mənbəyi və müəllifi göstərilmədən əsəri və ya onun bir hissəsini köçür-məklə yeni əsər yaratmaq

d)

Öz əsərini başqa adla nəşr etdirmək;

e)

Özgənin elmi, ədəbi, bədii və ya digər növ əsərini öz adı ilə nəşr etdirmək;

43.

Səhv cavabı göstərin: Akademik sosial şəbəkələr xüsusi əhəmiyyətə malikdir.

a)

elmi-analitik məlumatların ötürülməsində

b)

informasiya mübadiləsinin aparılmasında

c)

elmin populyarlaşdırılmasında

d)

istinadların sayının azalmasında

e)

alimlərin öz istinadlarını hesablamasında

44.

Alimlərin akademik sosial şəbəkələrdən (ASŞ) istifadəsini zəruri edən səbəblərdən biri yanlışdır:

a)

ASŞ beynəlxalq miqyasda ölkənin və elmi müəssisələrin elmi reytinqinin artmasını təmin edir

b)

Alimlərin akademik həyatda iştirakının yeni forma və perspektivlərini açır.

c)

Elmin populyarlığının azalmasında mühüm rolu oynayır

d)

Alimlərin elmi əsərlərinin dünya elmi ictimaiyyəti arasında yayılmasına şərait yaradır

e)

Müxtəlif coğrafi uzaqlıqla olan tədqiqatçıları bir araya gətirir

45.

Tələbələrin plagiatçılığa yol vermə səbəblərindən biri yanlışdır:

a)

Termin çatışmazlığı;

b)

Yazı bacarıqlarının yetərincə olmaması;

c)

İnternet mənbələrinin dəyərləndirilməsi ilə bağlı problemlər;

d)

Araşdırma bacarıqlarının yetərincə olması

e)

Düzgün istinad formalarını bilməmək

46.

Plagiatçılığın hansı formaları fərqləndirilir? Səhv cavabı göstərin:

a)

sözbəsöz plagiatçılıq

b)

struktur plagiatçılıq

c)

ideya plagiatçılığı

d)

açıq-aşkar plagiatçılıq

e)

maskalanmış və ört-basdır edilmiş plagiatçılıq

47.

Alimlərin reytinqi ResearchGate portalında necə hesablanır?

a)

Avtomatik hesablanır və analitik təhlil edilir

b)

Avtomatik hesablanır və təhlil edilmir

c)

Manual hesablanır

d)

Avtomatik hesablanır və statistik təhlil edilir

e)

Manual hesablanır və statistik təhlil edilir

48.

Texniki cəhətdən sosial şəbəkələrin neçə tipi var?

a)

3

b)

4

c)

5

d)

1

e)

2

49.

Bəşəriyyət yeni bir kommunikasiya dövrünə nə vaxt qədəm qoydu?

a)

XX əsrin ortalarında

b)

XX əsrin axırlarında

c)

XXI əsrin əvvəllərində

d)

XX əsrin əvvəllərində

e)

XIX əsrin sonlarında

50.

Nitqin yığcamlılığı dedikdə, nə nəzərdə tutulur? Yanlış cavabı göstərin:

a)

Yığcam nitq danışandan dərin bilik, həssas düşüncə, zəngin lüğət ehtiyatı tələb edir

b)

Yığcamlıq fikrin ən zəruri sözlərlə, söz birləşmələri və cümlələrlə ifadə olunmasıdır

c)

Yığcam nitq dedikdə, fikrin qısa və aydın, lakonik şəkildə ifadə olunması nəzərdə tutulur

d)

Fikri əhatə etməklə qısa danışmaq bacarığı istedad əlaməti deyil

e)

Yığcam nitq uzunçuluğa qarşı qoyulan bir anlayışdır

51.

Hansı sənəddə şəxsiyyət vəsiqəsinin seriya nömrəsi qeyd olunur?

a)

məktub

b)

vəkalətnamə

c)

ərizə

d)

rəy

e)

elan