wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Az iqtisadiyyatı 6yeni

Total questions: 20

Worksheet time: 13mins

Name
Class
Date
1.

   Monetar siyasətdən nə zamandan başlayaraq istifadə olunur?

a)

XIX əsrin sonlarından

b)

XX əsrin sonlarından

c)

XIX əsrin ortalarından

d)

XVIII əsrdən

2.

Monetar siyasəti həyata keçirən müstəqil qurumlara aid deyil?

a)

Avropa Mərkəzi Bankı,

b)

ABŞ Pentagon

c)

Çin Xalq Bankı,

d)

Yaponiya Bankı

3.

Monetar siyasətin məqsədindən asılı olaraq bölünən növlərinə aşağıdakılardan hansılar aid deyil?

a)

Yumuşaq pul siyasəti

b)

Sərt pul siyasəti

c)

Daraldıcı siyasət

d)

Neytral pul siyasəti

4.

Yumuşaq pul siyasətini izah edir?

a)

bu siyasət şəraitində Mərkəzi Bank faiz dərəcəsində dəyişiklik etmir və beləliklə nə iqtisadi artım təşviq edilir, nə də inflyasiya ilə mübarizə aparılır.

b)

bu siyasət zamanı isə pul təklifi kəskin arta bilər və faiz dərəcəsi azaldılacaq.

c)

bu siyasət Mərkəzi Bankın faiz dərəcəsini aşağı salmaqla iqtisadi artıma təkan verir

d)

faiz dərəcəsi yuxarı səviyyədə saxlanılmaqla inflyasiya azaldılır.

5.

Pul siyasətinin əsas alətləri aşağıdakılardır: (Doğru olmayan variantı seçin)

a)

Faiz dərəcələrinin müəyyənləşdirilməsi

b)

Məcburi ehtiyat normaları

c)

Faiz dərəcəsinin yüksək saxlanması

d)

Kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi

6.

Müasir dövrdə transformasiya kanalları mövcuddur: (Doğru olmayan variantı qeyd edin)

a)

faiz dərəcələri,

b)

səhmlərin satışı

c)

kreditlərin verilməsi

d)

səhmlərin dəyəri

7.

Bu alət dövlət istiqrazlarının, şirkətlərin səhmləri və xarici valyutaların alınması və satılması ilə pulun miqdarının idarə edilməsinə səbəb olur.Söhbət hansı alətdən gedir?

a)

Transformasiya mexanizmi

b)

Açıq bazar əməliyyatları

c)

Neytral pul siyasəti

d)

Məcburi ehtiyat normaları

8.

...... bankın ehtiyat normasını artırıb azaldaraq bankların aça biləcəyi kreditin miqdarına və faizinə təsir etməsinə deyilir. (Boşluğu doldurun)

a)

Depozit əməliyyatlar

b)

Məcburi ehtiyat norması siyasəti

c)

Faiz dərəcələrinin müəyyənləşdirilməsi

d)

Beynəlxalq təcrübədə qəbul edilmiş pul siyasətinin digər alətləri

9.

2021-ci ildə ............. Azərbaycan Respublikası Mərkəzi Bankının pul-kredit sistemində başlıca prioriteti hesab olunur. (Boşluğu doldurun)

a)

makroiqtisadi sabitliyin qorunması

b)

faiz dərəcəsinin artırılması

c)

səhmlərin satışı

d)

kreditlərin verilməsi

10.

Mərkəzi Bankın maliyyə sabitliyi şəraitində pul-kredit sisteminin əsas prioritetləri aşağıdakı kimi müəyyənləşmişdir. (Doğru olmayan variantı qeyd edin)

a)

bank sisteminə etimadın qorunması;

b)

risklərin minimallaşdırılması;

c)

faiz dərəcəsinin artırılması

d)

maliyyə sektorunda idarəetmə potensialının və şoklara qarşı dayanıqlığın artırılması;

11.

2020-ci ildən başlayaraq restrukturizasiya olunmuş kreditlərin məbləği üzrə biznesinn payına düşən faiz dərəcəsi neçə olmuşdur?

a)

87%

b)

9%

c)

4%

d)

74%

12.

Valyuta Siyasətini (currency polisy) izah edir:

a)

ölkədə duran vacib strateji məsələlərin, iqtisadi artımın tənzimlənməsinin, inflyasiyanın buxovlanması, istehsalın səmərəliliyinin yüksəldilməsi, məşğulluğun təmin edilməsi və xarici iqtisadi əlaqələrin sabitləşməsinə xidmət edir

 

b)

dövlət istiqrazlarının, şirkətlərin səhmləri və xarici valyutaların alınması və satılması ilə pulun miqdarının idarə edilməsinə səbəb olur

c)

dövlət tərəfindən valyuta məzənnəsinin tənzimlənməsi məqsədi ilə həyata keçirilən hüquqi, iqtisadi, inzibati tədbirlərin kompleksidir

d)

bankın ehtiyat normasını artırıb azaldaraq bankların aça biləcəyi kreditin miqdarına və faizinə təsir etməsinə deyilir

13.

Valyuta siyasəti aşağıdakı formalarda həyata keçirilir. (Doğru olmayan variantı tapın)

a)

Diskont siyasət

b)

Daraldıcı siyasət

c)

Devalvasiya və revalvasiya

d)

Valyuta müdaxiləsi

14.

Valyuta məhdudiyyətləri:

a)

valyuta bazarlarında tələb və təklifin tarazlaşdırılması məqsədi ilə mərkəzi bankın valyutaların alqı-satqı əməliyyatlarında müntəzəm iştirakı.

b)

valyuta əməliyyatlarının inzibati tədbirlər və qanunverici aktlarla qadağan olunması və ya limitləşdirilməsi nəzərdə tutulur

c)

MB tərəfindən kreditlər üçün ssuda kapitalının tələb və təklifinin tənzimlənməsi məqsədi ilə faiz dərəcələrinin azalması və artması ilə müsayət olunan üçot-pul kredit siyasətidir

d)

Devalvasiya milli valyutanın xarici valyutalara nisbətən məzənnəsinin məqsədyönlü uçotlaşdırılmasıdır

15.

Beynəlxalq Valyuta Fonduna əsasən üzən valyuta məzənnəsinin neçə növü var:

a)

3

b)

5

c)

2

d)

8

16.

Neçənci ildən etibarən bütün banklarda əməliyyatlar beynəlxalq muhasibat standartlarına görə aparılmağa başlandı

a)

2001-ci ildən

b)

1991-ci ildən

c)

2004-cü ildən

d)

2002-ci ildən

17.

2004-cü ildə isə bankın adı Kapital Bank olaraq dəyişdirilmişdir. Söhbət hansı bankdan gedir?

a)

Əmanət Bank

b)

Birləşmiş Universal Bank

c)

Promstroibank

d)

Aqroprombank

18.

Banklarda xarici sərmayənin payı neçə faiz ilə məhduddur?

a)

30%

b)

50%

c)

23%

d)

24.1%

19.

........ sistemi beynəlxalq standartlara cavab verəcək şəkildə SWIFT əsasında qurulmuşdur: Söhbət hansı sistemdən  gedir?

a)

AZIPS

b)

AYİB

c)

KfW

d)

AMMB

20.

Bank sistemində nə zamandan etibarən Azərbaycanda “İnternet Bankçılığı” və “Mobil Bank” ödəmə sistemləri tətbiq olunmağa başlandı?

a)

2003-ci ilin avqust ayından

b)

2004-ci ilin yanvar ayından

c)

2005-ci ilin yanvar ayından

d)

2002-ci ilin dekabr ayından