wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Sınaq 7

Total questions: 15

Worksheet time: 19mins

Name
Class
Date
1.

İnsanda ürəyin 1 saniyəlik tsikli şəraitində 200 ürək vurğusu olmuşdur.Bu vaxt ərzində 0,8 san ürək tsikli şəraitində neçə ürək vurğusu olar?

a)

150

b)

250

c)

200

d)

125

e)

100

2.

Bütün quşlar üçün səciyyəvi olan xüsusiyyət:

a)

beyin

yarımkürələrinə çoxlu şırım və qırışların olması

b)

arteriya damarlarında yalnız arterial qanın axması

c)

embrional inkişaf dövründə xordaya malik olmaları

d)

vena damarlarında yalnız venoz qan axması

e)

hər bir ayaqda 4 barmağın olması

3.

Yetkin insanda normada alt çənədəki köpək dişlərinin sayının bu çənədəki böyük azı dişlərinin sayınaolan nisbəti:

a)

2:1

b)

3:1

c)

1:3

d)

1:2

e)

1:4

4.

Arxey erasının ortalarında olmamışdır:

a)

xloroplast

b)

xlorofil

c)

nuklein turşusu

d)

xromosom

e)

bakteriya

5.

Fərdi inkişafında sürfə mərhələsi olmayan onurğalıların neçə sinfinin nümayəndələrində istiqanlılığa rast gəlinir:

a)

1

b)

4

c)

5

d)

3

e)

2

6.

Əgər kələm çiçəyinin quruluşu zəncirotu çiçəyinin quruluşu ilə oxşarlıq təşkil etsəydi,onda onun:

a)

ləçəklərin sayı kasa yarpaqlarının sayına bərabər olardı

b)

yumurtalıqların sayı yumurtacıqların sayına bərabər olardı

c)

kasa yarpaqlarının sayı artardı

d)

çiçəkləri bircinsli olardı

e)

erkəkciklərinin və dişiciklərinin sayı artardı

7.

Üzvi maddələri parçalayan mikroorqanizmləri birləşdirən termin:

a)

produsentlər

b)

koaservatlar

c)

redusentlər

d)

konsumentlər

e)

parazitlər

8.

İnsan parlaq işıqda rəngləri daha yaxşı seçir,çünki bu zaman:

a)

çöpcüklərin fəaliyyəti güclənir

b)

çöpcükləin fəaliyyəti zəifləyir

c)

kolbacıqların fəaliyyəti güclənir

d)

sarı ləkə itir

e)

kolbacıqların fəaliyyəti zəifləyir

9.

Hansı heyvanın bədəni sümük pulcuqlarla örtülmüşdü?

a)

tritonun

b)

bizquyruq skatın

c)

balina-akulanın

d)

latimeryanın

e)

neştərçənin

10.

Sınaq şüşəsinə doldurulmuş gölməçə suyunda evqlenalar və infuzor-tərliklər aşkar edilmişdir. Tədqiqatçılar bu ibtidailərdə cəmi 60 yığılıb-açılan qovuqcuq saymışdır.Nəzərə alsaq ki, şüşədəki evqlenaların sayı infuzorların sayında 2 dəfə azdır,onda sınaq şüşəsində cəmi neçə infuzor-tərlik olar?

a)

20

b)

15

c)

10

d)

24

e)

18

11.

Əgər birə ikinci döş buğumundakı hərəkət orqanlarını itirsəydi,onda onun cəmi neçə hərəkət orqanı qalardı?

a)

2

b)

8

c)

4

d)

10

e)

6

12.

Diploid aqava bitkisinin yalnız ontogenezin son ilində haploid(n),həm diploid (2n), həmdə triploid (3n) xromosom dəstli hüceyrələr olur.Bunu nə ilə izah etmək olar?

a)

yalnız ömrünün son ilində mitoz prosesinin getməsi ilə

b)

yalnız ömrünün son ilində əlavə tumurcuq əmələ gətirməsi ilə

c)

erkəkciyinin və dişiciyinin müxtəlif illərdə yetişməsi ilə

d)

yalnız ömrünün son ilində cinsi yolla çoxalması ilə

e)

meyoz prosesinin yalız dişiciyinin getməsi ilə

13.

İnsanın vəzilərdən hansının sekresiya maddələri həm orqan boşluğuna,həm də birbaşa qana tökülür?

a)

mədəaltı vəzinin

b)

qalxanabənzər vəzinin

c)

qaraciyərin

d)

böyrəküstü vəzilərin

e)

epifizin

14.

4n xromosom dəstli dişi bitkinin 2n xromosom dəstli erkək bitkinin tozcuğu ilə tozlanması nəticəsində alınan növlərarası hibridə Karpeçenko metodunu tətbiq etdikdən sonra onun endosperm hüceyrəsinin mitozun anafaza mərhələsindəki xromosom dəsti neçədir?

a)

18n

b)

20n

c)

8n

d)

16n

e)

12n

15.

Əlverişli şəraitdə 10 saat ərzində bir ilkin bakteriya hüceyrəsindən maksimum neçə nəsil yarana bilər?

a)

3

b)

30

c)

504

d)

72

e)

15