wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Tozlanma,mayalanma,meyvə və toxum

Total questions: 20

Worksheet time: 31mins

Name
Class
Date
1.

Şagird çiçəklər üzərində apardığı müşahidələrin nəticələrini dəftərində qeyd etmişdir.O,həm A,həm də B bitkisinin çarpaz tozlandığını qeyd etmişdir.Aşağıdakılardan hansı şagirdin bu nəticəyə gəlməsinə səbəb ola bilər?

a)

Çiçəklərin ikiqat yanlıqlı olması

b)

Çiçəklərdə əlvan çiçək tacının olması

c)

Yumurtalıqlarda yumurtacıq sayı

d)

Erkəkciklərin yerləşməsi

2.

Şəkildə iki müxtəlif çiçək təsvir olunmuşdur.Bu çiçəklər haqqında aşağıda verilmiş fikirlərdən hansı yanlışdır?

a)

A bitkisi küləklə çarpaz tozlanan bitki ola bilər

b)

B bitkisi həşəratlarla çarpaz tozlanan bitki ola bilər

c)

A bitkisi birtoxumlu,B bitkisi çoxtoxumlu meyvə əmələ gətirir

d)

A bitkisinin bir çiçəyindən 1,B bitkisinin çiçəyindən çoxlu meyvə əmələ gəlir

3.

Şəkildə verilmiş çiçəyin küləklə çarpaz tozlanmasını ehtimal etməyə əsas verən əlamət hansıdır?

a)

Yumurtalığın yarımalt vəziyyətdə olması

b)

Erkəkcik saplarının uzun olması

c)

Çiçəklərin tam olması

d)

Dişicik ağızcığının hamar olması

4.

Aşağıda verilmiş proseslərlə şəkildə nömrələnmiş hissələr arasında uyğunluq hansı variantda düzgün verilmişdir?

a- ikiqat mayalanma

b- tozcuq borusunun əmələ gəlməsi

c- qametlərin yaranması

a)

a-4;b-2;c-1

b)

a-3;b-1;c-2

c)

a-4;b-1;c-2

d)

a-2;b-4;c-1

5.

Şəkildə erkəkcik tozcuğunun yetişməsi prosesi təsvir olunmuşdur.Aşağıdakılardan hansı uyğun deyildir?

a)

1-meyoz

b)

2-mikrospor

c)

3 mitoz

d)

4- erkək qamet

6.

Çiçəkli bitkilərdə rüşeym kisəsində meyoz,mayalanma və mitoz prosesləri zamanı xromosom sayında baş verən dəyişikliklər əks olunmuşdur.Proseslərin ardıcıllığına əsasən hansı qrafik daha düzgündür?

a)

I

b)

II

c)

III

d)

IV

7.

Aşağıdakılardan hansı mürəkkəb meyvə ilə toplu meyvəni bir-birindən fərqləndirmir?

a)

Meyvələr bir çiçəkdəki çoxlu dişicikdən əmələ gəlir

b)

Meyvələr çiçək qrupundakı ayrı-ayrı çiçəklərdən əmələ gəlir

c)

Hər meyvə ayrıca bir dişicikdən əmələ gəlir

d)

Meyvələr eyni çiçək yatağının üzərində yerləşir

8.

Şagird çiçəyin əsas hissələrində baş verən proseslərdən birini şəkildəki kimi təsvir etmişdir.Bu təsvirə əsasən aşağıdakı nəticələrdən hansı və ya hansılara gəlmək olmaz?

I Proses yumurtacığın ana hüceyrəsində baş verir

II Proses erkəkcik tozluğun ana hüceyrəsində baş verir

Bu proses dişi qametin yaranması prosesidir

a)

Yalnız II

b)

Yalnız III

c)

I və III

d)

II və III

9.

Ikiqat mayalanma zamanı aşağıdakı birləşmələrdən hansı baş vermir?

a)

Antipod+ sinergit (əks qütblərdəki nüvələr)

b)

Yumurtahüceyrə + spermi

c)

Mərkəzi hüceyrə + spermi

d)

Antipod +spermi

10.

Aşağıdakı birləşmələrdən hansı ikiqat mayalanma zamanı baş vermir?

a)

Haploid (n) nüvələrin birləşməsi

b)

Haploid hüceyrələrin birləşməsi

c)

Diploid (2n) hüceyrələrin birləşməsi

d)

Diploid və haploid hüceyrələrin birləşməsi

11.

Aşağıdakı proseslərdən hansı dişicikdə baş vermir?

a)

Erkək qametofitin (mikroqametofit) yaranması

b)

Erkək qametlərin yaranması

c)

Makroqametofitin yaranması

d)

Ziqotun yarnması

12.

Ali sporlu bitkilərdən fərqli olaraq toxumlu bitkilərdə tozcuq borusunun yaranmasının səbəbini nə ilə izah etmək olar?

a)

Sporlu bitkilərdə ikiqat mayalanmanın getməməsi ilə

b)

Sporlu bitkilərin erkək qametlərinin qamçılı olması ilə

c)

Endospermin əmələ gəlməsi ilə

d)

Sporlu bitkilərdə nəsil növbələşməsi ilə

13.

Şəkildə 1 və 2 rəqəmi ilə göstərilən proseslərdən hansı bütün çiçəkli bitkilərdə baş versə də,sonradan hamısında eyni əhəmiyyət daşımır?

(a)  

14.

Şəkildə 1 və 2 rəqəmi ilə işarələnmiş proseslərdən hansının nəticəsində əmələ gələn hüceyrələrdəki xromosom yığımı digər bitki qruplarının heç birində olmur?

(a)  

15.

Çiçəkli bitkilərdə toxumun hissələrindən hansının əmələ gəlməsində tozlanma və mayalanma prosesinin əhəmiyyəti yoxdur?

a)

Rüşeym

b)

Endosperm

c)

Qabıq

d)

Ləpə yarpaqları

16.

Toxumlu bitkilərdə mayalanma prosesi hansının əmələ gəlməsində əhəmiyyətli olmaya bilər?

a)

Yalnız toxum qabığı

b)

Rüşeym

c)

Yalnız endosperm

d)

Toxum qabığı və endosperm

17.

Bitki toxumları əmələ gələn kimi cücərmirlər.Onlarda absiz turşusu sintez olunur və toxum sükunət halında qalır.Əlverişli şərait olduqda absiz turşusunun sintezi dayanır,gibberillin hormonu sintez olunaraq bitkini sükunət vəziyyətindən çıxarır.Aşağıdakı qrafiklərdən hansında bu iki hormonun sintezinin bir-birindən asılılığı düzgün verilməmişdir?

a)

I

b)

II

c)

III

d)

IV

18.

Toxumların cücərməsi zamanı baş verən proseslərin ardıcıllığı hansı variantda düzgün verilmişdir?

I sitokininlərin yaranması (mitoz bölünmənin sürətlənməsi)

II gibberilinlərin yaranması (toxumun sükunət halından çıxması)

III Osmos yolu ilə suyun toxuma daxil olması

IV Hüceyrələrin fərqliləşməsi

a)

I,IV,III,II

b)

III,I,II,IV

c)

III,II,I,IV

d)

II,III,I,IV

19.

Toxumun cücərməsi üçün aşağıdakılardan hansına ehtiyac yoxdur?

a)

İşıq

b)

İstilik

c)

Su

d)

Hava

20.

Toxumun cücərməsi zamanı ilk olaraq aşağıdakı hissələrdən hansı inkişafa başlayır?

a)

Triploid hüceyrədən əmələ gələn hissə

b)

Yerin cazibə qüvvəsinə müsbət cavab verən hissə

c)

Günəş işığına müsbət cavab verən hissə

d)

Yalnız yumurtacığın xüsusiyyətlərini daşıyan hissə