Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Sınaq 29

Total questions: 15

Worksheet time: 20mins

Name
Class
Date
1.

Əgər məməli bir heyvanın döş qəfəsi 34 sümükdən ibarətdirsə,bu heyvanda maksimum neçə qabırğa ola bilər?

a)

20

b)

22

c)

18

d)

68

e)

24

2.

Əlverişli şəraitdə beş saat ərzində iki ilkin bakteriyadan maksimum neçə nəsil yaranar?

a)

36

b)

30

c)

504

d)

15

e)

72

3.

3 nərə,5 göl qurbağası və 2 timsahda cəmi neçə döş sümüyü gövdə skeletinə aiddir?

a)

10

b)

5

c)

2

d)

3

e)

7

4.

Aşağıdakılardan hansı kənd bitkilərinin ziyanvericisidir?

a)

qoturluq gənəsi

b)

tut ipəkqurdu

c)

tarantul

d)

pərbizən

e)

danadişi

5.

Palıdlıq biogeosenozunda bitki köklərinin neçə yarusu ayırd edilir?

a)

1

b)

6

c)

4

d)

5

e)

2

6.

Hansı canlılar arasında xemosintezedici orqanizmlər vardır?

a)

göbələklər

b)

bitkilər

c)

viruslar

d)

şibyələr

e)

bakteriyalar

7.

İnsanda döş qəfəsinin yastı olmayan sümüklərinin sayı ümumi skelet sümüklərinin sayının neçə faizini təşkil edir?

a)

~11,4%

b)

~15,6%

c)

~1,8%

d)

~5,5%

e)

~2,9%

8.

Örtülütoxumlu bitkinin çiçəyi öz-özünə tozlanarsa,bu bitkini adlandırmaq olar:

a)

birevli,bircinsiyyətli

b)

ikievli,bircinsiyyətli

c)

birevli,ikicinsiyyətli

d)

ikievli,ikicinsiyyətli

e)

tozcuq dənəsi və yumurta hüceyrəsi müxtəlif vaxtlarda yetişən

9.

Adi soğana aid hansı müddəa səhvdir?

a)

toxumunda endosperm hər tərəfdən rüşeymi əhatə edir

b)

birillik bitkidir

c)

çiçək qrupu sadə çətirdir

d)

soyuğadavamlıdır

e)

meyvəsi qutucuqdur

10.

Darvinə görə üzvi aləmin təkamülünün hərəkətverici qüvvələrinin sayı yalnız heyvan sistematikasında istifadə edilən əsas sistematik kateqoriyaların( taksonların) sayından nə qədər çox olar?

a)

4

b)

1

c)

6

d)

3

e)

2

11.

Qida maddələrinin udulmasını həm "faqeo",həm də "pino" yolu ilə həyata keçirən hansı canlıların hüceyrələridir?

a)

amöb.hidra

b)

yaşıl bakteriya,xlorella

c)

ulotriks,xlorella

d)

qırmızı bakteriya,vərəm çöpü

e)

yaşıl bakteriya,infuzor tərlik

12.

Əgər hər bir aminturşusu yalnız nukleotidlə kodlaşdırılarsa,zülal molekulunun quruluşunda ən çox neçə cür aminturşusu iştirak edə bilər?

a)

61

b)

4

c)

12

d)

8

e)

16

13.

Aşağıdakı orqanlardan hansının epiteli toxuması entoderma qatından inkişaf edir?

a)

ağciyərlərin və nazik bağırsağın

b)

vena və limfa damarlarının

c)

dərinin və arteriya damarlarının

d)

dərinin və ağciyərlərin

e)

limfa damarlarının və dərinin

14.

Cismin ölçüsünü 3600 dəfə böyüdən işıq mikroskopunun okulyar və obyektivinin böyütmə dərəcəsi neçədir?

a)

okulyar-25

obyektiv-65

b)

okulyar-45

obyektiv-90

c)

okulyar-36

obyektiv-60

d)

okulyar-45

obyektiv-70

e)

okulyar-50

obyektiv-72

15.

Adi şamın üzərində rənginə görə ən çox neçə növ qoza görmək olar?

a)

4

b)

5

c)

1

d)

3

e)

2