wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Kurikulum sinaq №2 2022

Total questions: 10

Worksheet time: 9mins

Name
Class
Date
1.

Biri təhsilalma formasıına aid deyil:

a)

əyani

b)

qiyabi

c)

distant

d)

sərbəst

e)

informal

2.

Müəllim şagirddən passiv metalların hansılar olduğunu soruşur. Bu tapşırığa aid biliyin növünü müəyyən edin.

a)

konseptual

b)

metakoqnitiv

c)

prosedural

d)

spesifik

e)

terminoloji

3.

Hansı fikir yanlışdır?

a)

“Verilmiş düsturdan istifadə edərək məsələni həll edin” -tətbiq mərhələsinə aiddir

b)

“”Zəfər tarixi” mövzusunda hekayə yazın”-yaratmaq mərhələsidir

c)

“İqlim dəyişikliklərinin göstərilən səbəblərindən hansıları daha çox təsirlidir?”-təhlil mərhələsidir

d)

“ 18-ci əsr Azərbaycan ədəbiyyatının görkəmli yazarları kim olmuşdur?”-anlamaq mərhələsidir

e)

“ Etil spirtinin insan orqanizminə təsirini necə əsaslandırmaq olar? “- dəyərləndirmək mərhələsidir

4.

Uyğunluğu müəyyən edin.

1. Tənqidi təfəkkür

2. Yaradıcı təfəkkür

3. Məntiqi təfəkkür

a. Problemin həll yolunu fərqli aspekdən göstərir

b. Mülahizəni isbat etmək üçün arqumentlər gətirir

c. Ardıcıl və mərhələli düşünür

a)

1-a,2-b,3-c

b)

1-a, 2-c,3-b

c)

1-b,2-a, 3-c

d)

1-c, 2-b,3-a

e)

1-b, 2-c, 3-a

5.

“Müəllim ədəbiyyat dərsində əsəri mütaliə edən şagirddən əsərin sonunu təxəyyülündə canlandıraraq fikir bildirməsini istəyir. “ Verilmiş situasiyada hansı təlim üsulundan söhbət gedir?

a)

ziqzaq

b)

karusel

c)

proqnozlaşdırma

d)

auksion

e)

sinkveyn

6.

“İKT-nin imkanlarından məqsədyönlü istifadə edir” hansı səriştəyə aiddir?

a)

problem həlletmə

b)

ünsiyyət

c)

maliyyə savadlılığı

d)

informasiya savadlılığı

e)

rəqəmsal savadlılıq

7.

Hansı fikir yanlışdır?

a)

Summativ qiymətləndirmə hər fənn üzrə məzmun standartlarının mənimsənilməsi ilə bağlı təhsilalanların nailiyyət səviyyələrinin müəyyən olunmasıdır

b)

Milli qiymətləndirmə keyfiyyət dəyişikliklərinin dəyərləndirilməsi üçün təşkil olunur

c)

Attestasiya məqsədilə diaqnostik, formativ, summativ qiymətləndirmə təşkil olunur

d)

Yekun attestasiya ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə aparılır

e)

Tam orta təhsil səviyyəsində əyani və sərbəst təhsilalma formaları müəyyən olunur

8.

Uyğunluğu müəyyən edin.

1. Ardıcıl düşünmə

2.Verbal düşünmə

3.Qeyri-verbal düşünmə

a.Düşüncələri dilə gətirmək,fikir ifadə etmək bacarığıdır

b. Problem həll edərkən vizual mühakiməyə əsaslanmaq bacarığıdır

c. Səbəb-nəticə əlaqəsinin tapılması, əsaslandırma bacarığıdır

a)

1-a,2-b,3-c

b)

1-a, 2-c,3-b

c)

1-b,2-a, 3-c

d)

1-c, 2-a, 3-b

e)

1-b, 2-c, 3-a

9.

“Zavodlardan atılan zərərli qazlar atmosferə daxil olaraq, turşu xassəli maddələr əmələ gətirir. Turşu yağışları isə korroziyaya səbəb olmaqla metal birləşmələrin sıradan çıxmasına səbəb olur. Bütün bunlar insan həyatına ciddi təsir göstərir” göstərilən situasiyada hansı düşünmə forması istifadə olunur?

a)

sistemli

b)

analoji

c)

verbal

d)

deduktiv

e)

qeyri-verbal

10.

“Nərgiz : Kimya dərsində praktik işi yerinə yetirdikdən sonra kimyəvi qabların təmizlənməsi üçün fırçadan istifadə olunmalıdır

Ayşən: Demək istəyirsən ki, praktik iş səmərəli deyil? “

Verilmiş situasiyada Ayşən hansı məntiq xətasına yol verir?

a)

özünü bənzətmək

b)

sirkulyar arqument

c)

çoxmənalı danışmaq

d)

boş adam

e)

cəmiyyət tərəfindən qəbul edilmək