Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

azeb 211-240

Total questions: 30

Worksheet time: 15mins

Name
Class
Date
1.

Latın sözü olub, “qışqırmaq” mənasını verir:

a)

annotasiya

b)

reklam

c)

teleqram

d)

ərizə

e)

protokol

2.

Verilmiş sənədi müəyyənləşdirin: May ayının 15-də universitetin iclas zalında şairlərdən Fikrət Qoca və Zahid Xəlillə görüş keçiriləcək. Arzu edənlər iştirak edə bilərlər.

a)

protokol

b)

bildiriş

c)

akt

d)

ərizə

e)

arayış

3.

Ələt qəsəbəsinin Mərkəzi klubunda Azərbaycan Dövlət Kukla Teatrının qastrolu çərçivəsində bir neçə tamaşanın göstəriləcəyi planlaşdırılır. Qəsəbə sakinlərinə bu barədə məlumat vermək üçün klubun qarşısındakı lövhədə aşağıdakılardan hansını görə bilərik?

a)

reklam

b)

afişa

c)

akt

d)

annotasiya

e)

elan

4.

Bunlardan biri elan növü deyil:

a)

afışa

b)

reqlament

c)

bildiriş

d)

anons

e)

reklam

5.

Hansı sənədin sonunda imzaya ehtiyac duyulmur?

a)

akt

b)

afişa

c)

tərcümeyi-hal

d)

arayış

e)

izahat

6.

Məntiqi ardıcıllığı davam etdirin: anons, reklam, afişa, ...

a)

rəy

b)

bildiriş

c)

teleqram

d)

təlimat

e)

dərkənar

7.

Bir adama şöhrət qazandırmaq, bir məhsulu fərqləndirmək və ya istehlakçı, müştəri, tamaşaçı cəlb etmək məqsədi ilə görülən tədbirlər necə adlanır?

a)

töhmət

b)

reklam

c)

protokol

d)

bildiriş

e)

afişa

8.

Bu və ya digər məlumatı insanlara qabaqcadan çatdırmaq üçün nəzərdə tutulur:

a)

müqavilə

b)

elan

c)

töhmət

d)

əmr

e)

saziş

9.

Anons, reklam, afişa, bildiriş və s. kimi işgüzar yazı nümunələri hansı sənəd formasına daha yaxındır?

a)

ərizə

b)

elan

c)

qəbz

d)

arayış

e)

izahat

10.

“Kapital bank” əhalinin nəzərinə çatdırır ki, əmanətlərə verilən orta illik gəlir 8 faizdən 10 faizə qaldırılmışdır. “Kapital bank” Verilmiş nümunənin hansı əməli yazı növünə aid olduğunu göstərin:

a)

reklam

b)

bildiriş

c)

teleqram

d)

arayış

e)

etibarnamə

11.

12-28 iyun 2017-ci il tarixində Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar könüllüləri həmin tədbirlərdə iştirak etməyə dəvət edirik. Təşkilat Komitəsi Verilmiş nümunə hansı əməli yazı növünə aiddir?

a)

reklam

b)

çağırış

c)

teleqram

d)

anons

e)

afişa

12.

Göstərilən xüsusiyyətlər hansı əməli yazı nümunəsinə aiddir? 1) Onun mətni iki hissədən ibarət olur. 2) I hissədə sənədin tərtib edilməsinin səbəbi göstərilir. 3) II hissədə isə onun tərtib edilməsinin məqsəd və vəzifələri, aparılmış işin mahiyyəti və xarakteri, müəyyən edilmiş faktlar, habelə nəticə və təkliflər ifadə olunur. 4) Bu sənədi vəzifələri göstərilməklə onun tərtib olunmasında iştirak edən bütün şəxslər imzalayır.

a)

əmr

b)

akt

c)

sərəncam

d)

fərman

e)

müqavilə

13.

Akt haqqında deyilənlərdən biri səhvdir:

a)

Akt onun tərtib olunmasında iştirak edən bütün şəxslər tərəfindən imzalanır

b)

Yalnız komissiyanın sədri tərəfindən imzalanır.

c)

Aktın sonunda ( imzadan əvvəl) onun nüsxələri haqqında məlumat verilir

d)

• Akt bir neçə bənddən ibarət ola bilər

e)

Aktın başlığı həmin aktda göstərilən məsələni qısa şəkildə əks etdirməlidir.

14.

Akt haqqında yazılanlardan biri doğru deyil:

a)

Akt imzalanmalıdır

b)

Tərtib olunarkən “Akt” sözü vərəqin yuxarı hissəsində böyük hərflərlə yazılmalıdır

c)

Tərtib edənlərin imzasının olması zəruri deyildir.

d)

Yoxlanılan hadisə haqqında dəqiq məlumat verilməlidir

e)

Hər bir akt təşkilat tərəfindən ayrılmış komissiyanın iştirakı ilə tərtib olunur

15.

Aktın tərtib olunması ardıcıllığını düzgün sıralayın: 1) Aktı tərtib edənlərin vəzifəsi, soyadı, adı və atasının adı yazılır. 2) Yoxlamanın müddəti həm rəqəm, həm də hərflərlə qeyd olunur. 3) “Akt” sözu vərəqin yuxarı hissəsində böyük hərflə yazılır. 4) Aktın sonunda nəticə verilir. 5) Akt sözünün altında il, ay, gün və aktın tərtib edildiyi yer göstərilir. 6) Aktı tərtib edənlərin imzası aktın sonunda qoyulur. 7) Yoxlanılan hadisə haqqında dəqiq məlumat verilir.

a)

3, 5, 2, 4, 7, 1, 6

b)

3, 5, 1, 7, 2, 4, 6

c)

7, 3, 2, 4, 1, 6, 5

d)

4, 2, 1, 7, 3, 5, 6

e)

5, 1, 6, 3, 2, 7, 4

16.

Bəşəriyyət yeni bir kommunikasiya dövrünə nə vaxt qədəm qoydu?

a)

XX əsrin axırlarında

b)

XIX əsrin sonlarında

c)

XX əsrin əvvəllərində

d)

XXI əsrin əvvəllərində

e)

XX əsrin ortalarında

17.

Pauza nitq prosesində aşağıdakı məqsədlərdən birinə xidmət etmir:

a)

növbəti deyiləcək fikirlərə diqqət cəlb etməyə

b)

qarşı tərəfə öz fikrini bildirməyə imkan yaratmağa

c)

danışanın problem ətrafında fikirləri bitdikdə, əlavə şərhə ehtiyac olmadıqda

d)

qarşı tərəflə danışmaq istəyinin olduğunu bildirməyə

e)

ciddi xəbərdarlıq məqsədi ilə

18.

Yazılı nitqin xüsusiyyətlərinə aid olan cavab variantını seçin:

a)

Yüksək dərəcədə avtomatlaşmış nitqdir.

b)

Çoxsaylı paralinqvistik vasitələrin iştirakı istisna olunmur.

c)

Yüyrək nitqdir.

d)

Adresant və adresat arasında canlı əlaqə labüddür.

e)

Yazılanları bir neçə dəfə götür-qoy etmək, düzəliş aparmaq, lazım olmayanı silmək, yenisi ilə əvəzləmək mümkündür.

19.

Şifahi nitqin xüsusiyyətlərinə aid olan cavab variantını seçin:

a)

Dil vahidlərindən qrammatik qanunauyğunluqlarla istifadə olunmasını tələb edir.

b)

Adresatla birbaşa əlaqəsi yoxdur.

c)

Struktur mürəkkəbliyi mövcuddur.

d)

Zəngin intonasiya çalarlıqlarına malik deyil

e)

Dil vahidlərindən istifadə olunmasında sərbəstlik var.

20.

Jestlər necə qruplaşdırılır:

a)

birmənalı, mürəkkəb, qarışıq

b)

mürəkkəb və qarışıq

c)

sadə, mürəkkəb, qarışıq

d)

sadə, birmənalı, qarışıq

e)

sadə, birmənalı, mürəkkəb

21.

Biri intonasiyanın funksiyalarına aid deyil:

a)

apelyativ funksiya

b)

fəlsəfi funksiya

c)

emosional-ekspressiv funksiya

d)

kommunikativ funksiya

e)

delimitativ (hüdudlandırıcı) funksiya

22.

Qeyri-verbal ünsiyyət vasitələrinin xüsusiyyətlərinə hansılar aid deyil?

a)

Verbal ünsiyyəti tamamlayır

b)

Adresatla əlaqə qurulmasını çətinləşdirir.

c)

Pauzaları əvəzləyir

d)

Ayrı-ayrı sözləri əvəzləyir.

e)

Nitqin məzmununu təsdiq və yaxud inkar edir.

23.

İntonasiya haqqındakı bilgilərin bitkin olması üçün hansı anlayışları bilmək zəruridir? Səhv cavabı göstərin:

a)

temp

b)

ekstensivlik

c)

melodika

d)

ritm

e)

tembr

24.

Insanlar iş vaxtlarının ən çox hissəsini nəyə həsr edir?

a)

yazmağa

b)

dinləməyə

c)

danışmağa

d)

baxmağa

e)

oxumağa

25.

Ünsiyyət vasitələri neçə qrupa ayrılır?

a)

3

b)

2

c)

5

d)

6

e)

4

26.

Hansı fikir səhvdir?

a)

Yazılı nitqin ifadə vasitələri hərf və yazı, şifahi nitqin ifadə vasitələri səs və sözdür.

b)

Yazılı ədəbi dilin tempi sürətli, şifahi ədəbi dilin tempi isə aşağıdır, zəifdir

c)

Şifahi ədəbi dilin leksikasında hamıya aydın, ümumişlək sözlərə geniş yer verilir

d)

Ədəbi dilin şifahi formasında cümlələr, əsasən, qısa və quruluşca sadə olur.

e)

Yazılı nitqdə həmsöhbətlə əks əlaqə olmur.

27.

Monoloji nitqin xüsusiyyətlərindən biri səhv göstərilmişdir:

a)

Dialoji nitqlə müqayisədə struktur baxımından sadədir

b)

Burada danışanın müsahibi ilə əks əlaqəsi olur.

c)

Təşkil olunmuş, proqramlaşdırılmış nitqdir.

d)

Danışan deyəcəklərini əvvəlcədən düşünür, ifadə edəcəyi fikrin həcmini, xarakterini müəyyənləşdirir.

e)

Məqsəd nitqin əsas kommunikativ növlərindən istifadə etməklə hər hansı bir məzmunun başqasına çatdırılmasıdır.

28.

Aşağıdakılardan biri dialoji nitqin xüsusiyyətlərinə aid deyil:

a)

İki və daha artıq şəxs arasında bir-birini izləyən, növbələşən canlı ünsiyyət, danışıqdır

b)

Bu nitq formasında söhbətə öncədən hazırlıq görülür.

c)

Dialoji nitqi “mükalimə” də adlandırırlar

d)

Bu, danışıq dili üçün səciyyəvi, yığcam nitqdir

e)

Dialoji nitqdə tərəflər daha fəal olurlar

29.

Beynəlxalq akademik yazı haqqında fikirlərdən biri səhvdir:

a)

Beynəlxalq akademik yazı standartları “ümumi dil” rolunu oynayır.

b)

Beynəlxalq akademik yazı qaydaları oxuya təsir etmir.

c)

Vahid standartlar üzrə yazılmış mətndə hansı məlumatın harada olduğu əvvəlcədən bilindiyinə görə, zəruri informasiyanı tapmaq asan olur.

d)

Bu qaydalar müəyyən nəticənin əldə edilməsinə yönəlmiş bir mexanizmdir

e)

Fərqli ölkələrdən olan elm adamlarının yazı vasitəsilə bir-birini anlamasına yardım edir.

30.

Qloballaşmanın, informasiya-kommunikasiya bumunun özü ilə gətirdiyi yenilik və üstünlüklər nədən ibarətdir?

a)

dünya elm ictimaiyyəti tərəfindən az istifadə olunması

b)

elm və təhsil sahəsində yanaşmaların, standartların unifikasiyalaşması

c)

bəlli bir zamanda yayılma çətinliklərinin olması

d)

təhsil sahəsinə az nüfuz etməsi

e)

ümumi bir forma alması