wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Makroiqtisadiyyat

Total questions: 40

Worksheet time: 13mins

Name
Class
Date
1.

Xalis Şəxsi Gəlir necə hesablanır?

a)

•      XMM-dən dolayı biznes vergilərini çıxmaqla və biznes dotasiyalarını əlavə etməklə hesablanır

b)

Şəxsi gəlirdən şəxsi gəlir vergisi digər qeyri-vergi ödəmələrini çıxdıqdan sonra qalan gəlirdir

c)

YerlivətəndaşlarınxaricdəəldəetdiyigəlirləriÜDM-yəəlavəetməkləvəxaricilərinölkədəqazandıqlarıgəlirləriÜDM-dənçıxmaqlaalınır

d)

•      Ölkə vətəndaşlarının ümumi gəlirlərindən amortizasiya xərclərini çıxdıqdan sonra alınır

2.

Şəxsi Gəlir nəzərə almır?

a)

Ailə təsərrüfatlarının sosial rifah və sosial müdafiə kimi dövlət proqramlarından əldə etdikləri gəlirləri

b)

    Korparasiyanın qazandığı, lakin sahibinə ödəmədiyi mənfəəti, yəni saxlanılan gəlirləri

c)

  Korporativ Gəlir Vergisini və sosial sığorta ilə bağlı ödəmələri

d)

Bunların hamısını

3.

Milli Gəlir (MG) necə hesablanır?

a)

XMM-dən dolayı biznes vergilərini çıxmaqla və biznes dotasiyalarını əlavə etməklə hesablanır

b)

•      Hər hansı istehsalçının ÜMM-un istehsalına sərf etdiyi əlavə dəyərin cəmlənməsi ilə hesablanır

c)

Ölkə vətəndaşlarının ümumi gəlirlərindən amortizasiya xərclərini çıxdıqdan sonra alınır

d)

•      Şəxsi gəlirdən şəxsi gəlir vergisi və digər qeyri-vergi ödəmələrini çıxdıqdan sonra qalan gəlirdir

4.

Ümumi Daxili Məhsul (ÜDM) necə hesablanır?

a)

• Ölkə vətəndaşlarının ümumi gəlirlərindən amortizasiya xərclərini çıxdıqdan sonra alınır

b)

Şəxsi gəlirdən şəxsi gəlir vergisi və digər qeyri-vergi ödəmələrini çıxdıqdan sonra qalan gəlirdir

c)

İstehlak, İnvestisiya, Dövlət Xərcləri Xalis İxracatın cəmi kimi hesablanır

d)

  XMM-dən dolayı biznes vergilərini çıxmaqla və biznes dotasiyalarını əlavə edən

5.

  Aşağıda göstərilənlərdən hansı ÜMM-ə daxil edilir

a)

ölkə vətəndaşlarının xarici firmaların səhmlərinə görə aldıqları dividentlər

b)

•      xarici firmanın ölkədə əldə etdiyi mənfəət

c)

  köhnə avtomobilin alınması

d)

•      özəl firmaların faiz ödəmələri

6.

İnsan kapitalı bir çox cəhətdən fiziki kapitala bənzəyir. Doğru olanını seçin:

a)

Fiziki kapital kimi, insan kapitalı hər hansı dövlətin əmtəə və xidmət istehsal etmək qabiliyyətini artırır

b)

Bunların hamısı

c)

•      Fiziki kapital kimi, insan kapitalı da istehsal olunmuş istehsal amilidir

d)

•      İnsan kapitalınının iqtisadi artım üçün xüsusi əhəmiyyət kəsb etdiyini iddia edirlər

7.

Əgər insan kapitalı müsbət təsirlərə malikdirsə,

a)

beyin axını həmin insanların daha kasıb olmasına səbəb olar

b)

bunların hamısı

c)

•      beyin axını həmin insanların rifah halına təsir etməz

d)

•      beyin axını həmin insanların daha varlı olmasına səbəb olar

8.

İnsan kapitalı nəyi ifadə edir?

a)

•      əmtəə və xidmətlərin istehsal edilməsi üçün istifadə edilən avadanlıq və strukturları göstərir

b)

cəmiyyətin dünyanın necə işləməsi haqqında biliklərini ifadə edir

c)

biliklərin işçi qüvvəsinə köçürülməsinə sərf olunan sərvətləri göstərir

 

d)

bunların hamısı

9.

İnkişafın səmərəlilik effekti nədir?

a)

  varlı ölkələrin yoxsul ölkələrə nisbətən daha sürətlə inkişaf etməsi xüsusiyyətidir

b)

yoxsul ölkələrin varlı ölkələrə nisbətən daha sürətlə inkişaf etməsi xüsusiyyətidir

c)

iqtisadi rifahın cəmiyyət üzvləri arasında adil surətdə bölüşdürülməsi xüsusiyyətidir

d)

cəmiyyətin malik olduğu qıt sərvətlərdən maksimum dərəcədə faydalanmaq xüsusiyyətidir

10.

Verginin azalması ailə təsərrüfatlarının istənilən faiz dərəcəsində əmanət toplamaq həvəsini artırdığı üçün:

a)

təklif olunan siyasət hər bir faiz dərəcəsində borc kapitalının təklifini artıracaqdır

b)

təklif olunan siyasət hər bir faiz dərəcəsində borc kapitalının tələbini artıracaqdır

c)

təklif olunan siyasət hər bir faiz dərəcəsində borc kapitalının tələbini azaldacaqdır

d)

  hər bir faiz dərəcəsində investisiya miqdarını və bununla da borc kapitalına olan tələbi artıracaqdır

11.

Əgər r faiz dərəcəsidirsə, onda N ildən sonra alınacaq X məbləğinin cari dəyəri necə hesablanır?

a)

(1+r)N x X

b)

  X ⁄ rN

c)

  X ⁄ (1−r)N

d)

X (1+r)N

12.

Verilmiş səhm indeksində olan bütün səhmləri alan qarşılıqlı fonddur:

a)

Birgə fondlar

b)

İndeks fondları

c)

Maliyyə fondu

d)

  Sığorta fondu

13.

   Federal Ehtiyatlar Sisteminin monetar siyasət vasitələrinə 3 alət daxildir:

a)

  Mübadilə vasitəsi, hesablama vahidi, əmanət vasitəsi

b)

  Faiz norması, istehlakın və yığımın həcmi

c)

Gəlirin həcmi, istehlakın həcmi, psixoloji amil

d)

Açıq bazar əməliyyatları, ehtiyatlar üzrə tələblər, diskont faizi

14.

Birləşmiş Ştatların iqtisadiyyatındakı pul kütləsinin M1 pul aqreqatına aşağıdakılardan hansıları aiddir:

a)

Digər çek depozitləri

b)

Tələb üzrə depozitlər

c)

Bunların hamısı

d)

Səyahətçi çekləri

15.

Ölkədəəmtəəvəxidmətlərinalqı--satqısınıtəminedən,nəğdvənəğdsiz(ödəmə)formalardaolanpulvəsaitlərinin(pulaqreqatlarının)məcmusu:

a)

Pul kütləsi

b)

Pul sistemi

c)

Pula olan tələb

d)

Pul aqreqatı

16.

“Qiymətləri ölçmək və borcları qeydiyyata almaq üçün insanların istifadə etdiyi meyar” - pulun hansı funsiyasına aiddir:

a)

  Likvidlik

b)

  Mübadilə vasitəsi

c)

Hesablama vahidi

d)

  Yalnız likvidlik və əmanət vasitəsi

17.

  Mübadilə vasitəsi funksiyasını … pullar yerinə yetirir.

a)

Ancaq real

b)

  İdeal, xəyal edlilən

c)

  Ancaq nağdsız

d)

  Plastik kartlı

18.

  Ən yüksək likvidliyə malikdir:

a)

Avtomobil

b)

Banknot

c)

Qzııl

d)

Mənzil

19.

   Deyvid Hyuma görə:

a)

Pul təklifinin dəyişməsi həm nominal dəyişənlərə, həm də real dəyişənlərə təsir edir

b)

Pula olan tələbin dəyişməsi nominal dəyişənlərə təsir etsə də real dəyişənlərə təsir etmir

 

c)

Pul təklifinin dəyişməsi nominal dəyişənlərə təsir etsə real dəyişənlərə təsir etmir

d)

Pula olan tələbin dəyişməsi real dəyişənlərə təsir etsə də nominal dəyişənlərə təsir etmir

20.

Real faiz dərəcinin hesablanma qaydasını müəyyən edin:

a)

Real faiz dərəcəsi= Nominal faiz dərəcəsi +İnflyasiya dərəcəsi

b)

Real faiz dərəcəsi=Nominal faiz dərəcəsi –Borclar üzrə faiz dərəcəsi

 

c)

Real faiz dərəcəsi=Nominal valyuta məzənnəsi – İnflyasiya məzənnəsi

d)

Real faiz dərəcəsi= Nominal faiz dərəcəsi İnflyasiya dərəcəsi

21.

Əmanətləriniartırmaqistəyənlərintəklifetdiyivəsaitlərlə,investisiyaetməkistəyənlərintələbetdiyivəsaitlərinuzlaşdırılmasınıtəminedənhansı mexanizmdir?

 

a)

  səmərəli bazarlar hipotezi

b)

   bazar mexanizmi

c)

maliyyə sistemi

d)

  bazarların irasionallığı

22.

ABŞ dövlətinin kredit riski aşağı olduğu üçün:

a)

çox yüksək faiz dərəcəsi təklif edən dəyərsiz istiqrazlar buraxır

b)

dövlətin buraxdığı istiqrazlar adətən çox aşağı faiz verir

c)

çox aşağı faiz dərəcəsi təklif edən dəyərsiz səhmlər buraxır

d)

  çox yüksək faiz dərəcəsi təklif edən dəyərsiz səhmlər buraxır

23.

Son alqı-satqı günündə satılan səhmlərin miqdarıdır:

a)

dividentin həcmi

b)

səhm indeksi

c)

qiymət-mənfəət nisbəti

d)

əməliyyat həcmi

24.

Müəssisədə qismən sahibkarlığa iddia sənədidir:

a)

Səhm

b)

İstiqraz

c)

Bank sertifikatı

d)

Veksel

25.

  Kiçik ərzaq dükanı biznesini maliyyələşdirmək üçün hansı maliyyə vasitəçilərindən istifadə edə bilər?

a)

sığorta şirkətləri və kredit təklif edən şəxslərdən

b)

yerli banklardan

c)

kredit ittifaqlarından

d)

birgə fondlardan

26.

  Səmərəli Bazar Hipotezinin ikinci mənası odur ki:

a)

bazar qiymətində tələb edilən səhmlərin sayı, məhz insanların satmaq istədikləri səhmlərin sayından çoxdur

b)

bazar qiymətində tələb edilən səhmlərin sayı, məhz insanların satmaq istədikləri səhmlərin sayına bərabərdir

c)

bazar qiymətində təklif edilən səhmlərin sayı, məhz insanların almaq istədikləri səhmlərin sayına bərabərdir

d)

bazar qiymətində təklif edilən səhmlərin sayı, məhz insanların almaq istədikləri səhmlərin sayından çoxdur

27.

Bazarda daha yaxşı nəticə göstərməyin qeyri-mümkün olduğunu deyir:

a)

  İndeks fondları

b)

  Ən fəal fond menecerləri

c)

Birgə fondlar

d)

Səmərəli bazarlar hipotezi

28.

Şirkətin mənfəətliliyini müəyyən edən amilləri göstərin:

a)

   Hansı hökumət tənzimlənməsi və vergi yükü ilə üzləşməsi

b)

        Bunların hamısı

c)

Müştərilərin sadiqliyi

d)

  İşçilərin həmkarlar təşkilatında birləşib-birləşməməsi

29.

  Səmərəli bazarlar hipotezinə əsasən:

a)

  insanlar səhm alıb satarkən səhmin əsas dəyəri haqqında məlumatları “Wall Street” təhlilçilərinin məsləhətlərinə qulaq asmaqla alırlar

b)

  insanlar səhm alıb satarkən səhmin əsas dəyəri haqqında məlumatları şirkətlərin illik hesabatlarını oxumaqla əldə edirlər

c)

insanlarsəhmalıbsatarkənsəhminəsasdəyərihaqqındaməlumatlarıfundamentaltəhlilləraparanvəqərarlarverənmenecerlərdənalırlar

d)

insanlar səhm alıb satarkən səhmin əsas dəyəri haqqında məlumatları rasional şəkildə istifadə edirlər

30.

  Sığorta bazarlarının riski bölüşmək qabiliyyətinə mane olan arzu edilməyən seçimi müəyyən edin:

 

a)

insanlar sığortanı aldıqdan sonra onlar riskli davranışlarına az diqqət yetirirlər

b)

insanlar sığortanı aldıqdan sonra onlar riskli davranışlarına çox diqqət yetirirlər

c)

böyük riskli şəxs aşağı riskli şəxsə nisbətən daha tez-tez sığortaya müraciət edir

d)

insanlar sığortanı aldıqdan sonra onlar riskli davranışlarına diqqət yetirmirlər

31.

  Fiziki vahidlərlə ölçülən dəyişənlər ... adlanır.

a)

  Monetar neytrallıq

b)

Real dəyişənlər

c)

  Klassik dixotomiya

d)

Nominal dəyişənlər

 

32.

    İnflyasiya insanları daha az pul saxlamağa sövq etdikdə israf olunan resurslar:

a)

Ayaqqabı altlığı xərcləri

b)

Fişer effekti

c)

Vergi effekti

d)

Menyu xərcləri

33.

Pulun kəmiyyət nəzəriyyəsi sabit kəmiyyət kimi nəyi nəzərdə tutur:

a)

  buraxılışın nominal həcmini

b)

qiymətlər səviyyəsini

c)

pulun dövretmə sürətini

d)

xalis kapital axınını

34.

ABŞ vətəndaşının “Telmex” və ya “Meksika” telefon şirkətinin səhmlərini alması:

a)

ABŞ-ın xalis kapital axınını azaldır

b)

ABŞ-ın xalis kapital axınını artırır

c)

ABŞ-ın xalis ixracatını artırır

d)

Beynəlxalq ticarətin həcminə təsir göstərir

35.

  Əgər xalis ixracat mənfidirsə:

a)

ixrac idxaldan azdır, yəni ölkə xaricə başqa ölkələrdən idxal etdiyindən çox əmtəə və xidmətlər ixrac edir

b)

  ixrac idxaldan azdır, yəni ölkə xaricə başqa ölkələrdən ixrac etdiyindən az əmtəə və xidmətlər idxal edir

c)

  ixrac idxaldan çoxdur, yəni ölkə xaricə başqa ölkələrdən idxal etdiyindən az əmtəə və xidmətlər ixrac edir

d)

ixrac idxaldan azdır, yəni ölkə xaricə başqa ölkələrdən idxal etdiyindən az əmtəə xidmətlər ixrac edir

36.

Yapon vətəndaşı ABŞ hökumətinin buraxdığı qiymətli kağızları aldıqda:

a)

   bu ABŞ-ın xalis ixracatı azaldır

b)

  bu beynəlxalq ticarətin həcminə təsir göstərir

c)

  bu ABŞ-ın xalis kapital axınını artırır

d)

bu ABŞ-ın xalis kapital axınını azaldır

37.

     Əgər ABŞ-da əmanətlər azalıbsa,

a)

onda xaricilərin ABŞ-a investisiya yatırmaması ümumiyyətlə investisiya yatırlmasından daha məqsədəuyğundur

b)

onda xaricilərin ABŞ-a investisiya yatırması ümumiyyətlə investisiya yatırlmamasından daha məqsədəuyğundur

c)

  bu azalma kapital ehtiyatının inkişafına müsbət, əmək məhsuldarlığına və real əmək haqqına mənfi təsir göstərəcək

d)

  bu azalma kapital ehtiyatının inkişafına, əmək məhsuldarlığına və real əmək haqqına müsbət təsir göstərəcək

 

38.

Əgər milli əmanətlərin səviyyəsi ticarət kəsiri yaratmadan aşağı düşürsə:

a)

ABŞ-da istehlak səviyyəsi artmalıdır

b)

  ABŞ-da investisiya səviyyəsi artmalıdır

c)

ABŞ-da investisiya səviyyəsi azalmalıdır

d)

  ABŞ-da dövlət xərcləri artmalıdır

39.

ABŞ-da real valyuta məzənnəsinin dəyər qazanması:

a)

  ABŞ-ın ixracını artırır, idxalını isə azaldır

b)

ABŞ məhsullarını xarici məhsullarla müqayisədə daha bahalı edir ABŞ-ın xalis ixracatı azalır

c)

   ABŞ məhsullarını xarici məhsullarla müqayisədə daha ucuz edir və ABŞ-ın xalis ixracatı azalır

d)

  ABŞ məhsullarını xarici məhsullarla müqayisədə daha bahalı edir və ABŞ-ın xalis ixracatı artır

40.

  Kapitalın Meksikadan uzaqlaşdırılması:

a)

Meksikanın faiz dərəcəsini azaldır və xarici valyuta mübadiləsi bazarında Meksika pesosunun dəyərini artırır

b)

Meksikanın faiz dərəcəsini artırır və xarici valyuta mübadiləsi bazarında Meksika pesosunun dəyərinə təsir etmir

c)

Meksikanın faiz dərəcəsini artırır xarici valyuta mübadiləsi bazarında Meksika pesosunun dəyərini aşağı salır

d)

Həm Meksikanın faiz dərəcəsini, həmdə xarici valyuta mübadiləsi bazarında Meksika pesosunun dəyərini artırır