WorksheetsMakro
Total questions: 35
Worksheet time: 35mins
Şəxsi Gəlir nəzərə almır?
Korparasiyanın qazandığı, lakin sahibinə ödəmədiyi mənfəəti, yəni saxlanılan gəlirləri
Onların borc kağızlarından əldə etdikləri faiz gəlirlərini
Ailə təsərrüfatlarının sosial rifah və sosial müdafiə kimi dövlət proqramlarından əldə etdikləri gəlirləri
Bunların hamısını
Korporativ Gəlir Vergisini və sosial sığorta ilə bağlı ödəmələri
Milli Gəlir (MG) necə hesablanır?
Ölkə vətəndaşlarının ümumi gəlirlərindən amortizasiya xərclərini çıxdıqdan sonra alınır
İstehlak, İnvestisiya, Dövlət Xərcləri və Xalis İxracatın cəmi kimi hesablanır
Hər hansı istehsalçının ÜMM-un istehsalına sərf etdiyi əlavə dəyərin cəmlənməsi ilə hesablanır
XMM-dən dolayı biznes vergilərini çıxmaqla və biznes dotasiyalarını əlavə etməklə hesablanır
Şəxsi gəlirdən şəxsi gəlir vergisi və digər qeyri-vergi ödəmələrini çıxdıqdan sonra qalan gəlirdir
Ümumi Daxili Məhsul (ÜDM) necə hesablanı
Ölkə vətəndaşlarının ümumi gəlirlərindən amortizasiya xərclərini çıxdıqdan sonra alınır
XMM-dən dolayı biznes vergilərini çıxmaqla və biznes dotasiyalarını əlavə etməklə hesablanır
Yerli vətəndaşların xaricdə əldə etdiyi gəlirləri ÜDM-yə əlavə etməklə və xaricilərin ölkədə qazandıqları gəlirləri ÜDM-dən çıxmaqla alınır
İstehlak, İnvestisiya, Dövlət Xərcləri və Xalis İxracatın cəmi kimi hesablanır
Şəxsi gəlirdən şəxsi gəlir vergisi və digər qeyri-vergi ödəmələrini çıxdıqdan sonra qalan gəlirdir
Aşağıda göstərilənlərdən hansı ÜMM-ə daxil edilir
köhnə avtomobilin alınmas
ölkənin özəl firmasında müvəqqəti işləyən xarici menecerin gəliri
özəl firmaların faiz ödəmələri
xarici firmanın ölkədə əldə etdiyi mənfəət
ölkə vətəndaşlarının xarici firmaların səhmlərinə görə aldıqları dividentlər
İnsan kapitalı bir çox cəhətdən fiziki kapitala bənzəyir. Doğru olanını seçin:
Fiziki kapital kimi, insan kapitalı hər hansı dövlətin əmtəə və xidmət istehsal etmək qabiliyyətini artırır
İnsan kapitalınının iqtisadi artım üçün xüsusi əhəmiyyət kəsb etdiyini iddia edirlər
İnsan kapitalına qoyulan investisiya, fiziki kapitala qoyulan investisiya kimi alternativ dəyərə malikdir
Bunların hamısı
Fiziki kapital kimi, insan kapitalı da istehsal olunmuş istehsal amilidir
Əgər insan kapitalı müsbət təsirlərə malikdirsə
beyin axını həmin insanların daha varlı olmasına səbəb olar
bunların hamısı
beyin axını həmin insanların rifah halına təsir etməz
beyin axını həmin insanların daha kasıb olmasına səbəb olar
beyin axını kasıb dövlətin insan kapitalı ehtiyatını artırar
İnsan kapitalı nəyi ifadə edir?
əmtəə və xidmətlərin istehsal edilməsi üçün istifadə edilən avadanlıq və strukturları göstərir
Bunların hamısı
cəmiyyətin dünyanın necə işləməsi haqqında biliklərini ifadə edir
vahid vaxt ərzində istehsal olunan məhsulun miqdarını göstərir
biliklərin işçi qüvvəsinə köçürülməsinə sərf olunan sərvətləri göstərir
İnkişafın səmərəlilik effekti nədir?
iqtisadi rifahın cəmiyyət üzvləri arasında adil surətdə bölüşdürülməsi xüsusiyyətidir
istehsal amilləri artdıqca hər bir əlavə istehsal amili vahidindən əldə olunan gəlirin azalması xüsusiyyətidir
varlı ölkələrin yoxsul ölkələrə nisbətən daha sürətlə inkişaf etməsi xüsusiyyətidir
cəmiyyətin malik olduğu qıt sərvətlərdən maksimum dərəcədə faydalanmaq xüsusiyyətidir
yoxsul ölkələrin varlı ölkələrə nisbətən daha sürətlə inkişaf etməsi xüsusiyyətidir
Verginin azalması ailə təsərrüfatlarının istənilən faiz dərəcəsində əmanət toplamaq həvəsini artırdığı üçün:
hər bir faiz dərəcəsində investisiya miqdarını və bununla da borc kapitalına olan tələbi dəyişdirəcəkdir
təklif olunan siyasət hər bir faiz dərəcəsində borc kapitalının tələbini artıracaqdır
təklif olunan siyasət hər bir faiz dərəcəsində borc kapitalının tələbini azaldacaqdır
təklif olunan siyasət hər bir faiz dərəcəsində borc kapitalının təklifini artıracaqdır
hər bir faiz dərəcəsində investisiya miqdarını və bununla da borc kapitalına olan tələbi artıracaqd
Əmanətlərini artırmaq istəyənlərin təklif etdiyi vəsaitlərlə, investisiya etmək istəyənlərin tələb etdiyi vəsaitlərin uzlaşdırılmasını təmin edən hansı mexanizmdir?
bazar mexanizmi
səmərəli bazarlar hipotezi
bazarların irasionallığı
milli hesablar sistemi
maliyyə sistemi
ABŞ dövlətinin kredit riski aşağı olduğu üçün:
dövlətin buraxdığı istiqrazlar adətən çox yuxarı faiz verir
çox aşağı faiz dərəcəsi təklif edən dəyərsiz səhmlər buraxır
çox yüksək faiz dərəcəsi təklif edən dəyərsiz səhmlər buraxır
dövlətin buraxdığı istiqrazlar adətən çox aşağı faiz verir
çox yüksək faiz dərəcəsi təklif edən dəyərsiz istiqrazlar buraxır
Son alqı-satqı günündə satılan səhmlərin miqdarıdır:
dividentin həcmi
səhm üzrə gəlir
səhm indeksi
qiymət-mənfəət nisbəti
əməliyyat həcmi
Müəssisədə qismən sahibkarlığa iddia sənədidir
Çeklər
Bank sertfikatlari
Veksel
Səhm
İstiqraz
Kiçik ərzaq dükanı biznesini maliyyələşdirmək üçün hansı maliyyə vasitəçilərindən istifadə edə bilər?
istiqraz və səhm bazarından
birgə fondlardan
kredit ittifaqlarından
yerli banklardan
sığorta şirkətləri və kredit təklif edən şəxslərdən
Səmərəli Bazar Hipotezinin ikinci mənası odur ki:
bazar qiymətində təklif edilən səhmlərin sayı, məhz insanların almaq istədikləri səhmlərin sayından çoxdur
bazar qiymətində təklif edilən səhmlərin sayı, məhz insanların almaq istədikləri səhmlərin sayına bərabərdir
bazar qiymətində tələb edilən səhmlərin sayı, məhz insanların satmaq istədikləri səhmlərin sayından çoxdur
bazar qiymətində təklif edilən səhmlərin sayı, məhz insanların almaq istədikləri səhmlərin sayından azdır
bazar qiymətində tələb edilən səhmlərin sayı, məhz insanların satmaq istədikləri səhmlərin sayına bərabərdir
Bazarda daha yaxşı nəticə göstərməyin qeyri-mümkün olduğunu deyir:
İndeks fondlar
Birgə fondlar
Portfel menecerləri
Ən fəal fond menecerləri
Səmərəli bazarlar hipotez
Şirkətin mənfəətliliyini müəyyən edən amilləri göstərin:
Müştərilərin sadiqliyi
Hansı hökumət tənzimlənməsi və vergi yükü ilə üzləşməsi
Onun məhsuluna olan tələb
İşçilərin həmkarlar təşkilatında birləşib-birləşməməsi
Bunların hamısı
Səmərəli bazarlar hipotezinə əsasən
insanlar səhm alıb satarkən səhmin əsas dəyəri haqqında məlumatları şirkətlərin illik hesabatlarını oxumaqla əldə edirlər
insanlar səhm alıb satarkən səhmin əsas dəyəri haqqında məlumatları “Wall Street” təhlilçilərinin məsləhətlərinə qulaq asmaqla alırlar
insanlar səhm alıb satarkən səhmin əsas dəyəri haqqında məlumatları fundamental təhlillər aparan və qərarlar verən menecerlərdən alırlar
insanlar səhm alıb satarkən səhmin əsas dəyəri haqqında məlumatları rasional şəkildə istifadə edirlər
insanlar səhm alıb satarkən səhmin əsas dəyəri haqqında məlumatları irasional şəkildə istifadə edirlər
Sığorta bazarlarının riski bölüşmək qabiliyyətinə mane olan arzu edilməyən seçimi müəyyən edin:
insanlar sığortanı aldıqdan sonra onlar riskli davranışlarına az diqqət yetirirlər
böyük riskli şəxs aşağı riskli şəxsə nisbətən daha gec-gec sığortaya müraciət edir
böyük riskli şəxs aşağı riskli şəxsə nisbətən daha tez-tez sığortaya müraciət edir
insanlar sığortanı aldıqdan sonra onlar riskli davranışlarına çox diqqət yetirirlər
insanlar sığortanı aldıqdan sonra onlar riskli davranışlarına diqqət yetirmirlər
Əgər r faiz dərəcəsidirsə, onda N ildən sonra alınacaq X məbləğinin cari dəyəri necə hesablanır?
(2+r)N x X
X ⁄ (1−r)N
X ⁄ rN
(1–r)N x X
X ⁄ (1+r)N
Verilmiş səhm indeksində olan bütün səhmləri alan qarşılıqlı fonddur:
Sığorta fondu
Maliyyə fondu
Ən fəal fond menecerləri
Birgə fondlar
İndeks fondlar
Federal Ehtiyatlar Sisteminin monetar siyasət vasitələrinə 3 alət daxildir:
Gəlirin həcmi, istehlakın həcmi, psixoloji amil
Mübadilə vasitəsi, hesablama vahidi, əmanət vasitəsi
Faiz norması, istehlakın və yığımın həcmi
Açıq bazar əməliyyatları, ehtiyatlar üzrə tələblər, diskont faizi
Tələb üzrə depozitlər, səyahətçi çekləri, qısamüddətli depozitlər
Birləşmiş Ştatların iqtisadiyyatındakı pul kütləsinin M1 pul aqreqatına aşağıdakılardan hansıları aiddir:
Tələb üzrə depozitlər
Səyahətçi çekləri
Valyuta (nəğd pul)
Digər çek depozitlər
Bunların hamısı
Ölkədə əmtəə və xidmətlərin alqı--satqısını təmin edən, nəğd və nəğdsiz (ödəmə) formalarda olan pul vəsaitlərinin (pul aqreqatlarının) məcmusu:
Pul sistemi
Pul bazasi
Pula olan tələb
Pul kütləsi
Pul aqreqati
Qiymətləri ölçmək və borcları qeydiyyata almaq üçün insanların istifadə etdiyi meyar” - pulun hansı funsiyasına aiddir:
Likvidlik
Yalnız likvidlik və əmanət vasitəsi
Mübadilə vasitəsi
Əmanət vasitəsi
Hesablama vahid
Mübadilə vasitəsi funksiyasını … pullar yerinə yetirir.
İdeal, xəyal edlilən
Plastik kartl
İdeal və real
Ancaq real
Ancaq nağdsiz
Ən yüksək likvidliyə malikdir
Dövlət istiqrazi
Qızıl
Mənzil
Banknot
Avtomobil
Deyvid Hyuma görə
Pul təklifinin dəyişməsi real dəyişənlərə təsir etsə də nominal dəyişənlərə təsir etmir
Pul təklifinin dəyişməsi həm nominal dəyişənlərə, həm də real dəyişənlərə təsir edir
Pul təklifinin dəyişməsi nominal dəyişənlərə təsir etsə də real dəyişənlərə təsir etmir
Pula olan tələbin dəyişməsi real dəyişənlərə təsir etsə də nominal dəyişənlərə təsir etmir
Pula olan tələbin dəyişməsi nominal dəyişənlərə təsir etsə də real dəyişənlərə təsir etmir
Real faiz dərəcinin hesablanma qaydasını müəyyən edin
Real faiz dərəcəsi= Nominal faiz dərəcəsi +İnflyasiya dərəcəsi
Real faiz dərəcəsi=Nominal valyuta məzənnəsi – İnflyasiya məzənnəsi
Real faiz dərəcəsi= Nominal faiz dərəcəsi +Borclar üzrə faiz dərəcəsi
Real faiz dərəcəsi= Nominal faiz dərəcəsi – İnflyasiya dərəcəsi
Real faiz dərəcəsi=Nominal faiz dərəcəsi –Borclar üzrə faiz dərəcəsi
Fiziki vahidlərlə ölçülən dəyişənlər ... adlanır
Klassik dixotomiya
Nominal əməkhaqqı
Monetar neytrallıq
Real dəyişənlər
Nominal dəyişənlər
İnflyasiya insanları daha az pul saxlamağa sövq etdikdə israf olunan resurslar:
Menyu xərcləri
Vergi effekti
Fişer effekti
Ayaqqabı altlığı xərcləri
İstehsal xərcləri
Pulun kəmiyyət nəzəriyyəsi sabit kəmiyyət kimi nəyi nəzərdə tutur:
qiymətlər səviyyəsini
xalis kapital axınını
buraxılışın nominal həcmini
pulun dövretmə sürətini
tədavüldə olan pulun həcmini
ABŞ vətəndaşının “Telmex” və ya “Meksika” telefon şirkətinin səhmlərini alması:
ABŞ-ın xalis kapital axınını azaldır
ABŞ-ın xalis kapital axınını artırır
ABŞ-ın xalis ixracatını azaldır
Beynəlxalq ticarətin həcminə təsir göstərir
ABŞ-ın xalis ixracatını artırır
Əgər xalis ixracat mənfidirsə:
ixrac idxalı üstələyir, yəni ölkə xaricə digər ölkələrdən aldığından daha çox əmtəə və xidmət satır
ixrac idxaldan azdır, yəni ölkə xaricə başqa ölkələrdən ixrac etdiyindən az əmtəə və xidmətlər idxal edir
ixrac idxaldan çoxdur, yəni ölkə xaricə başqa ölkələrdən idxal etdiyindən az əmtəə və xidmətlər ixrac edir
ixrac idxaldan azdır, yəni ölkə xaricə başqa ölkələrdən idxal etdiyindən az əmtəə və xidmətlər ixrac edir
ixrac idxaldan azdır, yəni ölkə xaricə başqa ölkələrdən idxal etdiyindən çox əmtəə və xidmətlər ixrac edir
Xalis Şəxsi Gəlir necə hesablanir?
Yerli vətəndaşların xaricdə əldə etdiyi gəlirləri ÜDM-yə əlavə etməklə və xaricilərin ölkədə qazandıqları gəlirləri ÜDM-dən çıxmaqla alınır
Şəxsi gəlirdən şəxsi gəlir vergisi və digər qeyri-vergi ödəmələrini çıxdıqdan sonra qalan gəlirdir
İstehlak, İnvestisiya, Dövlət Xərcləri və Xalis İxracatın cəmi kimi hesablanır
XMM-dən dolayı biznes vergilərini çıxmaqla və biznes dotasiyalarını əlavə etməklə hesablanır
Ölkə vətəndaşlarının ümumi gəlirlərindən amortizasiya xərclərini çıxdıqdan sonra alınır
