WorksheetsIqtisadiyyat. Tələb-təklif-elastiklik
Total questions: 13
Worksheet time: 17mins
Tələbin qiymət elastikliyi necə hesablanır?
tələbin həcmindəki faiz dəyişikliyinin qiymətdəki faiz dəyişikliyinə nisbəti
tələbin həcmindəki faiz dəyişikliyinin gəlirdəki faiz dəyişikliyinə nisbəti
qiymətdəki faiz dəyişikliyinin tələbin həcmindəki faiz dəyişikliyinə olan nisbəti
qiymətdəki faiz dəyişikliyinin gəlirdəki faiz dəyişikliyinə olan nisbəti
Tələbin gəlir elastikliyi necə hesablanır?
Tələbin həcmindəki faiz dəyişikliyi / gəlirdəki faiz dəyişikliyi
Tələbin həcmindəki faiz dəyişikliyi / qiymətdəki faiz dəyişikliyi
Qiymətdəki faiz dəyişikliyi / tələbin həcmindəki faiz dəyişikliyi
Gəlirdəki faiz dəyişikliyi / tələbin həcmindəki faiz dəyişikliyi
Aşağıdakı əmtəələrdən hansına olan tələb qiymətə görə qeyri-elastikdir?
Zəruri istehlak malları
Dəbdəbə malları
Normal əmtəələr
Əgər əmtəənin çoxsaylı əvəzediciləri varsa
Aşağıdakı əmtəələrdən hansına olan tələb qiymətə görə elastikdir?
Dəbdəbə malları
Normal əmtəələr
Zəruri istehlak malları
Əgər əmtəənin əvəzedicisi yoxdursa
Əgər əmtəənin qiymətinin artması onun təklifinə heç bir təsir göstərmirsə, onda əmtəənin təklifi
Tam qeyri elastikdir, elastiklik 0-a bərabərdir
Tam elastikdir, elastiklik sonsuzluğa bərabərdir
Elastikdir, elastiklik 1-dən böyükdür
Qeyri-elastikdir, elastiklik 1-dən kiçikdir
Təklif əyrisinin yastılığının artması nəyi göstərir?
Təklif həcminin qiymət dəyişmələrinə qarşı həssalığı artır
Təklif həcmi qiymət dəyişmələrinə qarşı həssas deyil
Təklif həcminin qiymət dəyişmələrinə qarşı həssalığı azalır
Təklifin qiymət elastikliyi 0-a yaxınlaşır
Əgər əmtəəyə olan tələbin qiymətə görə elastikliyi 0-a bərabərdirsə, onda əmtəəyə olan tələb əyrisi:
şaquli düz xətdir
üfüqi düz xətdir
daha yastıdır
daha dikdir
Əgər əmtəənin qiymətinin artması faizi ona olan tələbin azalması faizinə bərabərdirsə,
elastiklik vahidə bərabərdir
qeyri-elastik tələbdir
elastik tələbdir
elastiklik sonsuzluğa bərabərdir
Hansı əmtəənin qiymətə görə elatikliyi daha yüksəkdir?
Lüks avtomobil
Çörək
tibbi xidmətlər
nəqliyyat xidmətləri
Yanacaq qiymətinin 10 % artması həftə ərzində alınmış yanacağın həcmini 5 % azaltmışdır. Tələbin qiymət elastikliyi nəyə bərabərdir?
0.5
0.2
2.5
25
Əmtəənin qiyməti 16 AZN-dən 24 AZN-ə artırsa, təklifin həcmi 90-dan 110-a artır. Orta nöqtə metodundan istifadə etməklə təklifin qiymətə görə elastikliyini hesablayın
1.5
0.5
0.2
2
Meyvə şirəsinin qiymətindəki 50 % artım, təklid olunan meyvə şirəsinin miqdarını 40 % artırmışdır. Təklifin qiymətə görə elastikliyi neçəyə bərabərdir ve necə hesab olunur?
1.25 %, elastik
50 %, elastik
0.8 %, qeyri-elastik
50 %, qeyri-elastik
Tələb elastik olarsa, qiymət ilə məcmu gəlir arasında əlaqə:
Tərs mütənasibdir
Düz mütənasibdir
Bərabərdir
Əlaqə yoxdur
