Font size
Worksheets5 ci sinif Az dili ve riyaziyyat
Total questions: 19
Worksheet time: 12mins
Oktyabrın 29-da 5a sinfində summativ qiymətləndirmə keçirilirdi.23 şagirddən dördü imtahanda iştirak etmirdi.Müəllim davamiyyəti zəif olan bu şagirdlərin həm də imtahanda iştirak etmədiyini görüb onlar barəsində ... götürməyi qərara aldı. Ertəsi gün həmin şagirdlər sözü bir yerə qoyub müəllimin otağına gəldilər və belə bir b...hanə gətirdilər:”Müəllim,dördümüz də bir avtobusla gəlirdik,yolda təkər partladı.Ona görə də imtahana gecikdik.Xayiş edirik,bizdən ayrıca imtahan götürəsiniz”.Müəllim razılaşdı və bildirdi ki,sabah dərsdən sonra onları qiymətləndirəcək.İmtahanda verilən sualların cavablarını əzbərriyən şagirdlər əminliklə imtahana gəldilər.Müəllim onların hər birini bir küncdə otuzdurub imtahan vərəqlərini payladı.Vərəqdə bir sual var idi: Maşının hansı təkəri partlamışdı?
1.Belə bir sual qoymaqda müəllimin məqsədi nə idi?
A)Şagirdlərin yaddaşını yoxlamaq istəyirdi.
B)Şagirdlərin müşahidə qabiliyyətini yoxlamaq istəyirdi.
C)Şagirdləri çox çətinə salmaq istəmirdi.
D)Şagirdlərin yalanını üzə çıxarmaq istəyirdi
2.Oktyabrın 29-da imtahanda neçə şagird iştirak edirdi?
A)19
B)20
C)23
D)27
3.1-ci abzasda nöqtələrin yerinə nə yazılmalıdır?
A)Söz
B)Qeyd
C)Ölçü
D)İmtahan
4.Birinci imtahanda iştirak etməyən şagirdlər nə vaxt imtahan verməli oldular?
A)Oktyabrın 30-da
B)Oktyabrın 31-də
C)Noyabrın 1-də
D)Noyabrın 2-də
5.Hansı atalar sözü mətnin məzmununa uyğun deyil?
A)Söz danışıqdan keçər
B)El bir olsa,dağ oynadar yerindən,
Söz bir olsa,zərbi kərən sındırar.
C)Yalançının evi yandı,heç kim inanmadı.
D)Yalançını evinəcən qovarlar.
6.”Sözü bir yerə qoyub” ifadəsini bir sözlə necə ifadə etmək olar?
A)Fikirləşib
B)Dərdləşib
C)Sözləşib
D)Hazırlaşıb
7.Hansı sözdə səslərin sayı hərflərin sayından çoxdur?
A)Müəllim
B)davamiyyət
C)zəif
D)imtahan
8.Altından xətt çəkilmiş söz belə tələffüz olunur:
A)[avtobusnan]
B)[aftobusla]
C)[oftobusnan]
D)[afdobusnan]
Qırmızı rənglə verilmiş hansı sözdə iki hərfin yazılışı səhvdir?
A)qiymətləndirmə
B)xayiş
C)əzbərriyən
D)künçdə
10.Hansı sözə saitlə başlanan şəkilçi əlavə edilsə, “q” samiti “ğ” ilə əvəzlənməyəcək?
A)vərəq
B)otaq
C)yumruq
D)soraq
”Zanbaq” sözünün səs tərkibi ilə bağlı hansı fikir yanlışdır?
A)Sözdə iki sait,dörd samit var
B)Sözdəki samitlərin hamısı cingiltilidir
C)Yazılışı ilə tələffüzündə iki fərqli məqam var
D)Ahəng qanununa tabe deyil.
12.Hansı söz orfoqrafik normalara uyğun yazılıb?
A)töbə
B)şöbə
C)nöbə
D)tölə
.Şeirdə hansı söz tələffüz formasında verilib?
Arpa çayı aşdı-daşdı. Sel Saranı aldı qaşdı.
A)aşdı
B)daşdı
C)aldı
D)qaşdı
14.Hansı sözün ilk saiti dəyişsə,yeni söz yaranmaz?
A)şahid
B)qadir
C)sahib
D)qalib
15.Ardıcıllığı davam etdirin:s,t,x,f
A)z,y,m
B)l,m,n,r
C)ş,ç,p
D)k,h,ğ
16.Hansı sözün sonunda cingiltili samiti kar qarşılığı ilə əvəz etdikdə yeni söz yaranar?
A)sənəd
B)qanad
C)palıd
D)söyüd
17.Hansı sözün son samiti “z” olmalıdır?
A)tənəffü...
B)tələffü...
C)həssa...
D)bəh...
Hansı cavab doğrudur?
A)126 x 18=2286
B)187 x 33=6117
C)245 x 20=4900
