Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Kargüzarlıq haqqında Təlimat

Total questions: 25

Worksheet time: 19mins

Name
Class
Date
1.

Təlimatla bağlı verilmiş düzgün fikir hansıdır?

a)

Sənəd dörddən çox ünvana göndərilə bilməz

b)

Sənəd dörd ünvana göndərildikdə göndəriş siyahısının tərtib edilməsinə ehtiyac olmur

c)

Sənəd dörddən çox ünvana göndərildikdə yalnız kuryerlə təqdim edilməlidir

d)

Sənədin üzərində dörd ünvan göstərilə bilər, bir şərtlə ki, göndəriş siyahısı tərtib edilsin

2.

Sənədin qeydiyyat nömrəsi ibarətdir:

a)

Sənədin sıra nömrəsindən və tarixindən

b)

İşin nomenklatur nömrəsindən və sənədin tarixindən

c)

Sənədin qeydə alınmasının sıra nömrəsindən və işin nomenklatur nömrəsindən

d)

İşin nomenklatur nömrəsindən, vərəqlərin sayından, sənədin tarixindən və sıra nömrəsindən

3.

Sənədin tarixi kimin tərəfindən qoyulur

a)

Sənədi hazırlayan və imzalayan şəxs tərəfindən

b)

Sənədi hazırlayan və təsdiq edən vəzifəli şəxs tərəfindən

c)

Sənədi imzalayan və təsdiq edən vəzifəli şəxs tərəfindən

d)

Sənədi hazırlayan və imzalayan səlahiyyətli şəxs tərəfindən

4.

Sənədin məqsədəuyğunluğunu və əsaslılığını qiymətləndirmək zəruri olduqda .... (fikri tamamlayın)

a)

sənədin razılaşdırılması tələb olunur

b)

sənədin təsdiq edilməsi tələb olunur

c)

sənədin çoxaldılması tələb olunur

d)

sənədin yoxlanılması tələb olunur

5.

Birinci nüsxədə mətnin axırıncı vərəqinin arxasında viza qoyulan sənədlər hansılardır?

a)

Məktublar

b)

Teleqramlar

c)

Bildirişlər

d)

Əmrlər

6.

Sənəd hansı məqsədlə rəsmiləşdirilir? (tam və doğru cavabı seçin)

a)

ona rəsmi xarakter vermək məqsədilə

b)

ona hüquqi xarakter və faktiki əsas vermək məqsədilə

c)

ona hüquqi qüvvə və rəsmi xarakter vermək məqsədilə

d)

ona möhür vurmaq və rəsmi qüvvə vermək məqsədilə

7.

Sənədlərə möhür elə vurulmalıdır ki....

a)

imzanın və şəxsi adın üstünü tutmasın

b)

vəzifə adının və soyadın üstünü tutmasın

c)

şəxsi imzanın və tarixin üstünü tutmasın

d)

vəzifə adının və şəxsi imzanın üstünü tutmasın

8.

Dövlət gerbi əks olunmuş möhürü olmayan təşkilatlar nə etməlidir?

a)

əsas möhürdən istifadə etməlidir

b)

ştampdan istifadə etməlidir

c)

dövlət gerbinin təsviri olan ştampdan istifadə etməlidir

d)

möhürsüz təsdiq etməlidir

9.

Kompüter üsulu ilə sənədlərin hazırlanması zamanı verilən ölçülərdən hansı düzgün deyil?

a)

sağdan 12 mm saxlanıla bilər

b)

soldan 25 mm saxlanılmalıdır

c)

yuxarıdan 16 və ya 19 mm saxlanılmalıdır

d)

sağdan azı 8 mm saxlanılmalıdır

10.

Sənədlərə edilən əlavələrdən (qoşmalardan) hansı düzgün deyil?

a)

müvafiq sərəncam mahiyyətli sənədlərlə təsdiq edilən əlavələr

b)

əsas sənədin məzmununu izah edən əlavələr

c)

əsas sənədin məzmununu tamamlayan əlavələr

d)

əsas sənədin məzmununu təsdiq edən əlavələr

11.

Təsdiqetmə qrifi sənədin hansı hissəsində olur?

a)

Titul vərəqinin yuxarı sağ küncündə

b)

Birinci vərəqin yuxarı sağ küncündə

c)

Titul vərəqinin yuxarı sol küncündə

d)

Birinci vərəqin aşağı sağ küncündə

12.

Dərkənar sənədin hansı hissəsində olur?

a)

yuxarı sol hissədə

b)

yuxarı sağ küncdə

c)

aşağı sol küncdə

d)

aşağı sağ hissədə

13.

Verilən sənədlərdən hansının mətni giriş və əsas hissədən ibarətdir?

a)

qərar

b)

akt

c)

əmr

d)

protokol

14.

Hansı sənədin mətni şərh və sərəncam hissəsindən ibarətdir?

a)

akt

b)

əmr

c)

protokol

d)

arayış

15.

İmzalanmış sənədlər göndərilmək üçün hara verilir?

a)

icraçıya

b)

kargüzarlıq xidmətinə

c)

kuryerə

d)

poçtalyona

16.

Sərəncam mahiyyətli sənədlərin layihələri nə zaman baxılmaq və imzalanmaq üçün təşkilatın rəhbərliyinə verilir?

a)

qeydə alındıqdan sonra

b)

razılaşdırıldıqdan sonra

c)

hazırlandıqdan sonra

d)

yoxlanıldıqdan sonra

17.

Təşkilat daxilində sənədlərin çatdırılmasını həyata keçirir:

a)

struktur bölməsinin kargüzarlıq üçün məsul olan əməkdaşları

b)

təşkilatın rəhbərinin müəyyən etdiyi şəxslər

c)

kargüzarlıq xidmətinin əməkdaşları

d)

kuryerlər

18.

Nəzarətə götürülən sənədlərdən hansı düzgün deyil?

a)

təşkilatların özlərinin icra müddəti göstərilən tapşırıqlarını nəzərdə tutan sənədlər

b)

dövlət orqanlarının icra müddəti göstərilən tapşırıqlarını nəzərdə tutan sənədlər

c)

yuxarı təşkilatların icra müddəti göstərilən tapşırıqlarını nəzərdə tutan sənədlər

d)

qanunvericilik aktlarının icrası ilə əlaqədar sənədlər

19.

Sənədlərin ümumi icra müddəti necə müəyyən olunur?

a)

qanunvericiliyin tələblərinə uyğun olaraq təşkilatın özü tərəfindən

b)

yuxarı təşkilatlar tərəfindən

c)

qanunvericiliyin tələblərinə uyğun olaraq rəhbərlik tərəfindən

d)

yuxarı təşkilatın tələbi ilə kargüzarlıq xidməti tərəfindən

20.

Sənədlərin icra müddəti nə vaxtdan hesablanır?

a)

icra edilmək üçün verildiyi vaxtdan

b)

imzalandığı vaxtdan

c)

qeydiyyata alındığı vaxtdan

d)

təşkilata daxil olduğu vaxtdan

21.

Surət qeydi sənədin hansı hissəsində olur?

a)

yuxarı sağ küncdə

b)

yuxarı sol sahədə

c)

aşağı sol hissədə

d)

aşağı sağ küncdə

22.

Təlimata əsasən verilən yazılışlardan düzgün olanları seçin: (çoxseçimli sual)

a)

Azərbaycan Respublikasının Təhsil naziri

b)

Azərbaycan Respublikasının İqtisadiyyat Naziri

c)

Azərbaycan Respublikasının Baş naziri

d)

Azərbaycan Respublikasının Baş Prokuroru

e)

Azərbaycan Respublikası Energetika Nazirliyinin Maliyyə və təsərrüfat şöbəsi

23.

Nəzarətdədir ştampı sənədin hansı hissəsində olur?

a)

birinci vərəqin yuxarı sağ kənarında

b)

titul vərəqinin yuxarı sol küncündə

c)

birinci vərəqin aşağı sağ küncündə

d)

titul vərəqinin aşağı sol küncündə

24.

Teleqramlara kim viza verir?

a)

təşkilat rəhbərliyi

b)

icraçı

c)

teleqramı göndərən şəxs

d)

kargüzarlıq xidməti

25.

Telefonoqram verilərkən göstərilən məlumatlardan hansı düzgün deyil?

a)

telefonoqramı imzalamış şəxsin soyadı

b)

telefonoqramı imzalamış şəxsin vəzifəsi

c)

telefonoqramın verildiyi saat

d)

mətni ötürənin adı

e)

telefonoqramı imzalamış şəxsin ünvanı