wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Otel menecmenti ilk 100

Total questions: 25

Worksheet time: 25mins

Name
Class
Date
1.

Otel menecmentinin əsas məqsədlərinə daxildir:

a)

Biznesin nəzərdə tutulmuş nəticələrinin proqnozlaşdırılması, planlaşdırılması və gözlənilən nəticələrə nail olunması

b)

Mikrosəviyyədə planlaşdırmanın düzgün və səmərəli təşkili

c)

Planlaşdırma, təşkil etmə, əsaslandırma, nəzarət, əlaqələndirmə

d)

Planlaşdırma, təşkil etmə, əsaslandırma, nəzarət, proqnozlaşdırma, sistemləşdirmə, əlaqələndirmə

2.

Subordinasiya nədir?

a)

Tabelik sistemi

b)

Bərabərlik prinsipi

c)

Paylanma sistemi

d)

Tabesizlik sistemi

3.

Otel menecmentində idarəetmə prosesi hansı səviyyələrdə həyata keçirilir?

a)

İdarəetmə prosesinin ierarxiyası, funksional idarəetmə prosesi, idarəetmə orqanları

b)

Texniki inkişaf, texniki hazırlıq, maliyyə və mühasibat uçotu, məhsul və xidmətin keyfiyyəti, əmək və əmək haqqı sistemi, marketinq və satış

c)

Komplekslilik, lokallıq və qloballaşma, problemin olması, funksional idarəetmə prosesi, idarəetmə orqanları

d)

Texniki inkişaf, texniki hazırlıq, maliyyə və mühasibat uçotu, məhsul və xidmətin keyfiyyəti, əmək və əmək haqqı sistemi, marketinq və satış, idarəetmə prosesinin iyerarxiyası, funksional idarəetmə prosesi, idarəetmə orqanları

4.

Innovasiyanın tətbiqi zamanı otellər hansı çətinliklərlə üzləşə bilərlər?

a)

İnnovasiyanın tətbiqi yüksək maliyyə tələb edir.

b)

İnnovativ ideya mükəmməl nəticə verə bilər

c)

Xammal və personal resurslarına ehtiyac yoxdur.

d)

Fəlsəfi, təbii, coğrafi

5.

Otel müəssisəsində innovasiyanın tətbiqi cəmiyyət üçün hansı müsbət nəticələr verə bilər?

a)

Məşğulluğun artması

b)

Sahibkarlığın azalması

c)

Xərclərin artırılması

d)

Köhnə xammal resurslarından istifadə

6.

Antiböhranlı idarəetmə texnologiyası nədən ibarətdir?

a)

Böhranı müəyyən etmək, profılaktikası, aradan qaldırılması

b)

Böhranı gücləndirmək

c)

İnvestisiyaları cəlb etmək

d)

Tədiyyəqabiliyyətliliyini bərpa etmək

7.

Antiböhranlı idarəetmədə investisiya siyasətinin əsas metodları hansılardır?

a)

İnvestisiyanın özünüödəmə müddətinin müəyyən edilməsi

b)

İnvestisiyaların özünüödəmə müddətinin müəyyən edilməməsi

c)

Planlaşdırma

d)

Qiymət və kredit

8.

İnnovasiya prosesinin məqsədi necə izah olunur?

a)

məsələnin yeni texniki həllini tapmaq, elmi- tədqiqat və təcrübə işlərinin aparılması, satışın hazırlanması və təşkili, yeni brendlərin bazarda yer tutması

b)

innovasiya müəssisənin elmi- texniki şərtlərini təmin etmək, keyfiyyəti artırmaq və təkmilləşdirici fəaliyyət mənasını ifadə edir

c)

elmi- tədqiqat və təcrübə işlərinin aparılması, satışın hazırlanması və təşkili, yeni brendlərin bazarda yer tutması

d)

firmanın potensialından, iqtisadi mühitdən, rəhbərin səriştəliliyindən, elmi- tədqiqat və təcrübə işlərinin aparılması, satışın hazırlanması və təşkili

9.

Müasir bazar təsərrüfatı şəraitində planlaşdırmanın artan rolunun əsas amilləri necə izah edilir?

a)

Firma həcminin genişlənməsi və onun fəaliyyətinin mürəkkəbləşməsi, xarici mühitin dəyişkənliyi, işçilərə rəhbərliyin yeni üsulları, iqtisadiyyatın təşkilində mərkəzdənqaçma qüvvələrinin güclənməsi

b)

mürəkkəb və qeyri-müəyyən mühitə yaxşı uyğunlaşmaq üçün firma xidmət etdiyi bazarın müxtəlif bölmələrinin tələbatlarını yaxşı görmək, fəaliyyətin yeni gəlirli növlərinə yiyələnmək məqsədilə özünün ayrı-ayrı bölmələrinə və menecerlərinə yüksək dərəcədə muxtariyyət və müstəqillik verməlidir ki, bu cür təşkilatçılıq bölmələrin çevikliyini və sahibkarlıq aktivliyini artırır.

c)

Nüfuzlu və iri maliyyə-sənaye qrupları iqtisadiyyatın reallığına çevrilməklə, iqtisadi münasibətlərin strukturu mürəkkəbləşdirir. Bunun səbəbi yüksəlişə meyl, riskin yenidən bölüşdürülməsi zərurəti, yəni biznesin yeni sferalarının investisiyalaşdırılmasıdır və s.

d)

Qərar qəbul edərkən xarici mühit haqqında daima yeniləşən informasiyalara, onların təhlilinə, yeni strateji və taktiki axtarışlara əsaslanmaq lazımdır. Yəni, əvvəlkindən fərqli olaraq strateji planlaşdırma təsərrüfat tsiklinin böyük hissəsini əhatə etməlidir ki, bu da xarici mühitin dəyişmələrinə uyğun qərarlar qəbul etməyə imkan yaradır

10.

Otellərdə zəif müştəri məmnuniyyətinin səbəbləri hansılardır? A) Keyfiyyətsiz qida təqdimatı B) İxtisaslı işçi heyəti çatışmazlığı C) Xidmətlərin çeşid müxtəlifliyi D) Yüksək qiymət E) İdarəetmə zəncirinin mükəmməlliyi

a)

A, B, D

b)

A, C, D

c)

B, D, E

d)

A, C, E

11.

Otel menecmentində bölgü hansı əlamətlər üzrə həyata keçirilir?

a)

Əlaqələndirici istiqamətlər üzrə

b)

Nəqliyyat müəssisələri, mehmanxana müəssisələri üzrə

c)

Təşkilatı strukturların lahiyələndirilməsi üzrə

d)

Əmək proseslərinin idarə edilməsi üzrə

12.

Bu üsluba görə ixtiyar bir rəhbərin səlahiyyətindədir və bütün işlər barədə yalnız ona məlumat verməyi tələb edir.

a)

Avtoritar

b)

Demokratik

c)

Liberal

d)

Təşkilati-inzibati

13.

Düzgün idarəetmə tətbiq etmək üçün hansı rəhbərlik üslublarından istifadə edilir?

a)

Avtoritar, demoktarik, liberal

b)

Təşkilati-inzibati, sosial, psixoloji

c)

Sosial-psixoloji, avtoritar, iqtisadi

d)

Təşkilati-inzibati, sosial, liberal

14.

Yanlış marketinq səyləri otel idarəetməsində hansı problemlərə yol açır?

a)

Zəif marketinq səyləri səbəbindən satış və marka tanınması yüksək dərəcədə təsirlənir

b)

Köhnə marketinq metodları daha çox gəlir gətirir

c)

Müasir marketinq trendləri otellərin iş gücünü azaltmır, əksinə artırır.

d)

OTA(Online Travel Agency) düzgün marketinq strategiyası deyil.

15.

Firma səviyyəsində mikroiqtisadi planlaşdırmanın olmaması otelin bir sıra mənfi hallarla qarşılaşmasına səbəb olur. Bunlardan biri səhvdir:

a)

Qısamüddətli hadisələri əsas götürərək gələcəyi proqnozlaşdıra bilirlər.

b)

Firmalar gələcək inkişaf və vəzifələri dəqiq başa düşmürlər

c)

Bazarın əsas tələblərini müəyyən etmək qabiliyyətində olmurlar

d)

Bazar fəaliyyətinin digər iştirakçılarına nisbətən daha zəif mövqeyə düşürlər

16.

Aşağıdakılardan hansı ödənişli xidmətə daxil deyil?

a)

müəyyən olunan vaxtda oyandırma

b)

paltarların yuyulması

c)

gec verilən səhər yeməyi

d)

turpaketə daxil olmayan içkilər

17.

Mehmanxanaların təsnifat sisteminin işlənib hazırlanmasını həyata keçirir və onlara nəzarət edir:

a)

Hər bir ölkənin rəsmi dövlət orqanları

b)

ÜTT

c)

Nazirlər Kabineti

d)

Turizm nazirliyi

18.

Müasir otel və ya otel tipli müəssisələr turizm sənayesində ən çox hansı xidmətlərin göstərildiyi və bilavasitə ən çox gəlirlər əldə olunduğu xidmət obyektləridir?

a)

Zərf xidmətlərin

b)

pullu xidmətlərin

c)

nəqliyyat xidmətlərinin

d)

sərt xidmətlərin

19.

Xarici turistə Azərbaycana səyahətə gəlmək üçün yerli turşirkət tərəfindən verilən sənəd hansıdır?

a)

Turizm Yollayışı-voucher

b)

Bəyannamə

c)

Göndəriş

d)

Viza

20.

Böyük ixtiralar və elmi- texniki təkliflərlə nəticələnir ki, bunların da bazasında köhnə texnologiyanın yenisi ilə əvəz edilməsi şərti ilə yeni texnologiya yaranır. Bu cümlə hansı növ innovasiya fəaliyyətini izah edir?

a)

Prinsipial innovasiya

b)

Radikal innovasiya

c)

Təkmilləşdirilmiş innovasiya

d)

Böyük innovasiya

21.

Şumpetere görə innovasiya nədir?

a)

innovasiya istehsal amillərinin yeni qaydada elmi-təşkilati kombinasiya edilməsidir

b)

«Polşa dilinin lüğətində» innovasiya nəsə yeni bir şeyin, yeniliyin islahatın tətbiqidir;

c)

innovasiya istehsal orqanizminin ilkin strukturunda dəyişikliklərdir

d)

biznes subyektlərində innovativ metodların inkişaf etdirmə perspektivlərinin axtarışıdır;

22.

Məhsulun həyata tsiklıinin birinci fazasında hansı işlər aparılır?

a)

yeni məhsulun yaradılmasına dair tədqiqatlar və araşdırmalar aparılır

b)

yeni məhsulun geniş miqyasda istehsalı texnoloji baxımdan mənimsənilir

c)

məhsul üzərində yenidən işlənilir.

d)

istehsal edilən məhsulun həcmi sabitləşdirilir

23.

......................... mövcud texnologiyanın, obyektlərin, məhsulun və texnikanın təkmilləşdirilməsinə yönəldilmiş innovasiyadır. Nöqtələrin yerinə aşağıdakılardan hansı uyğun gəlir?

a)

Təkmilləşdirilmiş innovasiya

b)

Böyük innovasiya

c)

Sadə innovasiya

d)

Prinsipial innovasiya

24.

Clayton M. Christensen böyük firmaların təqlid siyasətinin qarşısını almaq üçün həll yolu olaraq nə təklif edir?

a)

Yenilik sahibi olan firmaların əvvəlcə böyük firmaların daxil olmaq üçün əhəmiyyət vermədikləri sahələrə daxil olaraq müəyyən bir potensial topladıqdan sonra böyük korporasiyaların fəaliyyət göstərdiyi bazarlara girmələrini

b)

Bütün riskləri gözə alaraq yeniliyi istehsal edən böyük firma yeniliyin gətirəcəyi mənfəətdən yararlanmaz ikən, orta firmalar heç bir əziyyət çəkmədən bu yenilikdən böyük ölçüdə qazanc əldə edirlər

c)

İşlərini dövlətin innovasiyaların inkişafı sahəsində apardığı proqram çərçivəsində quran, innovasiyalı məhsulun yaradılmasında və realizə edilməsində birgə fəaliyyət göstərən subyektlərini və obyektlərini özündə ehtiva edir.

d)

Firmaların istehsal etdikləri innovativ məhsulun müəyyən müddət gizli saxlanılaraq qorunmasını

25.

Otellərin innovasiya prosesində qarşılaşdıqları qeyri-müəyyənliklər hansılardır?

a)

Maliyyə, texnoloji, təşkilati, bazar

b)

Humanitar, siyasi, iqtisadi

c)

Sosial, təbii, coğrafi

d)

Fəlsəfi, təbii, coğrafi