wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

İqtisadiyyat ÜDM

Total questions: 20

Worksheet time: 20mins

Name
Class
Date
1.

ÜDM nəyi ölçür?

a)

İqtisadiyyatın gəlirlərini və xərclərini ölçür

b)

Yalnız iqtisadiyyatdakı xərcləri

c)

Yalnız iqtisadiyyatdakı gəlirləri

d)

Qiymətlərdəki artımı ölçür

2.

Verilmiş zaman müddətində ölkə daxilində istehsal olunan bütün son əmtəə və xidmətlərin bazar dəyəri nədir?

a)

Ümumi Daxili Məhsul

b)

Son məhsul

c)

Məcmu təklif

d)

Qiymət

3.

ÜDM aşağıdakıların cəminə bərabərdir:

a)

Istehlak xərcləri, investisiya, dövlət xərcləri və xalis ixrac

b)

Istehlak xərcləri, dövlət xərcləri, ixrac

c)

Istehlak xərcləri, investisiya, dövlət xərcləri, idxal

d)

Istehlak xərcləri, investisiya, dövlət xərcləri

4.

İstehsal olunmuş əmtəə və xidmətlərin cari qiymətlərlə dəyərləndirilməsinə nə deyilir?

a)

Nominal ÜDM

b)

Real ÜDM

c)

ÜDM

d)

ÜDM deflyatoru

5.

Real ÜDM nədir?

a)

İstehsal olunmuş əmtəə və xidmətlərin baza ilindəki qiymətlərlə dəyərləndirilməsi

b)

İstehsal olunmuş əmtəə və xidmətlərin cari qiymətlərlə dəyərləndirilməsi

c)

İstehsal olunmuş əmtəələrin cari qiymətlərlə dəyərləndirilməsi

d)

İstehsal olunmuş xidmətlərin baza ilindəki qiymətlərlə dəyərləndirilməsi

6.

ÜDM deflyatoru nəyi ölçür?

a)

Qiymətlərin orta səviyyəsini

b)

ÜDM-in cari qiymətlərlə ifadəsi

c)

ÜDM-in baza qiymətlərilə ifadəsi

d)

Adambaşına düşən ÜDM-i

7.

ÜDM haqda fikirlərdən biri yanlışdır:

a)

Həm son, həm də aralıq məhsulların dəyəri ÜDM-ə aid edilir

b)

Təkcə son məhsulların dəyəri ÜDM-yə daxildir

c)

ÜDM-yə cari dövrdə istehsal olunmuş əmtəə və xidmətlər daxildir

d)

ÜDM, xüsusi zaman intervalı müddətində baş verən istehsalın dəyərini ölçür

8.

Nominal ÜDM-in real ÜDM-ə nisbətinin faizlə ifadəsi nəyi göstərir?

a)

ÜDM deflyatoru

b)

Adambaşına düşən ÜDM

c)

Potensial ÜDM

d)

Cari ildəki ÜDM

9.

Y = C + I + G + NX düstürundakı NX nəyi göstərir?

a)

Xalis ixracı

b)

Istehlak xərclərini

c)

Investisiya xərclərini

d)

Dövlət xərclərini

10.

Ev təsərrüfatlarının xərcləri ÜDM-in tərkibində istehlak xərcləri kateqoriyasında nəzərə alınır. Yalnız bir xərc növü investisiya xərci hesab olunur ki, aşağıdakılardan hansıdır?

a)

Yeni evlərin alınması

b)

Yeni maşınların alınması

c)

Stolüstü kompüterlərin alınması

d)

Dövlət istiqrazlarının alınması

11.

Aşağıdakılardan hansı verilmiş ildəki ÜDM-in məbləğini artırar?

a)

Insanlar yerli hava yolları şirkətlərindən daha çox istifadə edərlərsə

b)

Könüllü işləyənlərin sayının artması

c)

Qeyri-qanuni əmtəələrin satışının artması

d)

Insanların çoxu evdə oturub uşaqlarını özləri böyütmək qərarı alarlarsa

12.

Aşağıdakılardan hansını transfert xərcə aid etmək olar?

a)

işsizliyə görə ödəniş

b)

əmək haqqı

c)

dövlətin məhsul alışı xərcləri

d)

qiymətli kağız alışı

13.

ÜDM nə zaman artar?

a)

Uzunmüddətli istehlak məhsullarının istehlakı artdıqda

b)

Transfert xərclər artarsa

c)

Ixrac azalarsa

d)

Idxal artarsa

14.

Aşağıdakılardan biri ÜDM-ə daxil edilir:

a)

Ölkə ərazisində istehsal olunmuş məhsul və xidmətlərin dəyəri

b)

Qeyri-qanuni yollarla istehsal edilmiş və satılmış əmtəələr

c)

Keçmişdə istehsal edilmiş məhsullara aid sövdələşmələr

d)

Evdə istehsal və istehlak olunan və heç zaman bazara daxil olmayan əmtəə və xidmətlərin dəyəri

15.

2005-ci ilin ÜDM-i 2004-cü ilin ÜDM-dən daha çoxdursa deməli,

a)

Ölkədəki istehsal səviyyəsi arta, azala və ya olduğu kimi qala bilər

b)

Ölkədəki istehsal səviyyəsi artıb

c)

Ölkədəki istehsal səviyyəsi azalıb

d)

Ölkədəki istehsal səviyyəsi olduğu kimi qalmışdır

16.

Əgər ayaqqabı istehsalçısı 100 dollara dəri və 50 dollara ip alarsa və bunlardan ayaqqabi istehsal edərək 500 dollara satarsa, bu ÜDM-də hansı məbləğlə nəzərə alınar?

a)

500 dollar

b)

150 dollar

c)

650 dollar

d)

350 dollar

17.

Əgər siz 30000 manatlıq yeni Mercedec avtomobili almısınızsa, bu ÜDM-ə necə təsir göstərəcək?

a)

Xalis ixrac 30000 manat azalacaq

b)

Xalis ixrac 30000 manat artacaq

c)

Investisiya 30000 manat artacaq

d)

Istehlak xərcləri 30000 manat artacaq

18.

2017-ci ildə real ÜDM 50 milyon dollar, ÜDM deflyatoru isə 120%-dirsə, nominal ÜDM neçəyə bərabərdir?

a)

60 milyon dollar

b)

0.4 milyon dollar

c)

6000 milyon dollar

d)

20 milyon dollar

19.

İnflyasiyanın effektlərinə görə korrektə edilmədən elan edilən faiz dərəcəsi nədir?

a)

Nominal faiz dərəcəsi

b)

Istehlakçının qiymət indeksi

c)

Yaşayış minimumu

d)

ÜDM deflyatoru

20.

ÜDM deflyatoru necə hesablanır?

a)

nominal ÜDM-in real ÜDM-ə nisbətinin faizlə ifadəsi

b)

real ÜDM-in nominal ÜDM-ə nisbətinin faizlə ifadəsi

c)

ÜDM-in əhali sayına nisbəti

d)

ÜDM-in ÜMM-ə nisbəti