wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Albaniya Test - 2

Total questions: 18

Worksheet time: 10mins

Name
Class
Date
1.

Bu maddi mədəniyyət nümunələri haradan tapılmışdır?

1.Tunc dəbilqə---?

2. Silah nümunələri---?

a)

A) 1- Qəbələ;2-Ağsu

b)

B) 1-Mingəçevir; 2-Şamaxı

c)

C) 1-Qəbələ; 2-Şamaxı

d)

D) 1- Şamaxı; 2-Qəbələ

2.

Albaniyada eramızın ilk əsrlərinə aiddir:

a)

Su dəyirmanlarından istifadə

b)

Möhürlərin meydana gəlməsi

c)

Yerli şüşə qabların hazırlanması

d)

Şəhərlərin meydana gəlməsi üçün şəraitin yaranması

3.

Albaniyaya aid qədim qala divarları harada yerləşir?

a)

A) Şamaxıda ,Ağsuda

b)

B) Şəkidə,Torpaqqalada

c)

C) Qəbələdə Çuxur -Qəbələ kəndi;Qarabağda-Qalatəpə

d)

D) Şortəpə,Qalagah

4.

Qədim şəhərlər Albaniyada harada salnmışdır?

a)

Albaniyanın ən yüksək yerlərində

b)

Karvan yolları üzərində

c)

Din xadimləri tərəfindən

d)

Dini mərkəzlərin (məbədlərin) ətrafında

e)

Ayrı-ayrı hökmdarlar tərəfindən

5.

Albaniyafa şəhərlərin meydana gəlməsi üçün şərait nə zaman yarandı?

a)

A) e.ə.III əsrin birinci yarısından

b)

B) e.ə.I minilliyin ortalarından

c)

C) Eramızın ilk əsrlərindən

d)

D) E.ə.III əsrin II yarısından

6.

Bu döyüşlərdən birində hərbi hiylə (döyüş meydanında öncə süvariləri,onların arxasında qalxanla dizi üstə səssizcə piyadaları oturtdurub) işlədilmişdir:

a)

A) E.ə.53 Karra

b)

B) E.ə.36 Fraaspa

c)

C)E.ə.66 Kür çayı

d)

D) E.ə.65 Alazan(Qanıx)

7.

Roma sərkərdəsi Pompeyin Albaniyaya ilk hücumuna aid deyil:

a)

Romalılar öz qoşunlarını 3 düşərgədə yerləşdirdi.

b)

E.ə.II əsrdə Aralıq dənizi hövzəsində güclü dövlət olan Roma Albaniya əeazisini,Xəzər dənizi sahillərini tumaq istəyirdi

c)

Hücumlar qış vaxtı başladığından Pompey qışı Kür vadisində keçirməli oldu

d)

Padşah Oroys romalıların düşərgələrinə müxtəlif vaxtlarda hücum etməyi qərara aldı

e)

Albanlar Pompeyə heç bir müqavimət göstərmədilər

8.

Alanlarla bağlı düzgün olmayanı müəyyən edin:

a)

A) Eramızın I-lll əsrlərində Albaniya və Atropatenaya tez-tez yürüşlər etmişlər.

b)

B) Alanlarla bağlı katakomba qəbirləri (iri küplərdə və taxta qutularda dəfn) öyrənilmişdir

c)

C) Ən böyük yürüşləri 72-74-cü illərdə olmuşdur.Albaniyadan keçən alanlar Atropatenanı idarə edən parfiya canişini qüvvələrini məğlub edib qənimətlə qayıtmışdılar.

d)

D) Alanlar mədəni inkişaf səviyyəsinə görə albanlardan üstün olmuşlar

e)

E) Şimali Qafqazda və Don çayı sahilində yaşayan alanların Dərbənd və Dəryal keçidi ilə Cənubi Qafqaza və Ön Asiyaya yürüşlərində əsas məasəd- qarətçilik idi

9.

Bu məlumat hansı tarixçi tərəfindən verilmişdir?

"Mən eşitmişəm ki,Kaspilər balıq ovlayır,duzlayır,qurudur,dəvələrə yükləyib başqs şəhərlərə aparırlar.Kaspi torpağında böyük göl var.Orada "şişburun"adlanan böyük balıqlar olur.Kaspilər onları tutur,dəvələrə yükləyib Ekbatanaya aparırlar.Bu balıqların piyindən məlhəm düzəldirlər."

a)

A) Strabon

b)

B) Elian

c)

C) Dion Kassi

d)

D) Plutarx

e)

E) İosif Flavi

10.

I əsrdə yaşamış sərkərdə və tarixçi İosif Flavinin Albaniya ilə bağlı verdiyi məlumatları müəyyən edin:

a)

A)"Əsir götürülən albanların arasında kişilırdən az yara almayan çoxlu qadın var idi"

b)

B)"İndiki zamanda alban tayfalarına bir hökmdar başçılıq edir,amma əvvəllər hər tayfanın öz hökmdarı var idi"

c)

C) "İmperator Tiberi iber və alban basilevslərinə (hökmdarlarına) Parfiya hökmdarı Artaban ilə müharibəyə başlamaq üçün xeyli pul göndərmişdi"

d)

D) "Romalı Kanidi iber və alban hökmdarlarına qalib gəldi və Qafqaza çatdı"

11.

Pompeyin Albaniyaya yürüşü(e.ə.66-65) və Antoninin Şərqə yürüşü ilə bağlı (Antoninin sərkərdəsi Kanidinin 36-cı il yürüşü) bağlı məlumat verən antik dpvr müəllifləri:

a)

Strabon

b)

Plutarx

c)

Dion Kassi

d)

Ellian

12.

Albaniayada boyalı keramika nümunələri,şüşə ətir qabı tapılmışdır:

a)

A) Qəbələ Çuxur Qəbələ kəndi

b)

B) Şamaxı Şəhərgah

c)

C) Torpaqqala(Qax)

d)

D) Qarabağ Qalatəpə

e)

E) Xuçbala(Quba)

13.

Albaniya əhalisi yazı ilə tanış idi:

a)

A) E.ə.I minilliyin ortalarında Əhəmənilərin tərkibində olarkən

b)

B) E.ə. II əsrdə

c)

C) Eramızın II əsrində

d)

D) I minilliyin ortalarında

14.

Albanlar haqqında verilənlərdən doğru olmayanı müəyyən edin:

a)

A)Albanlar haqqında ilk məlumat verən yunan alimi Strabon olmuşdur

b)

B) Strabona görə albanlar iberlərlə Kaspi dənizi arasında yaşayırdılar

c)

C) Albaniyanın şimal sərhədi Qafqaz dağları,cənub sərhəddi Talış dağları,qərb sərhəddi İori,bəzən də Alazan çayı boyu uzanıb və indiki Gürcüstanın şərq hissəsi.

d)

D) Alban tayfa birləşməsi 20 tayfadan yaranmışdır

15.

Albanların qəbir tiplərindən deyil:

a)

A) Küp qəbirlər

b)

B) çiy kərpicdən düzəldilmiş abidə məzarlar (sərdabələr)

c)

C) Saxsı təknə qəbirlər

d)

D) Katakomba- quyu qəbirlər

e)

E) Piramidalar

16.

Uyğunluğu müəyyən edin:

1.leqlər 2.utilər 3.lpinlər

4. Gərgərlər(qarqarlar)

A) Qafqaz dağlarının şimal ətəklərində

B)Qarabağın düzənlik yerlərində

C) Alazan və Kür çayının qovşağında

D) Samur çaylnın yuxarı axarlarında

a)

A) 1-b; 2-a; 3-c; 4-d

b)

B) 1-d; 2-c; 3-a; 4-b

c)

C) 1-c; 2-d; 3-a; 4-b

d)

D)1-a; 2-b; 3-c; 4-d

e)

E) 1-d; 2-a; 3-c; 4-b

17.

Albaniyada orta əsrlərdə 3 tip şəhərlər vardır.

A) I tip şəhərlər-----?

B) II tip şəhərlər -----?

C) III tip şəhərlər ----?

1.Mühüm ticarət yollarlndan uzaq və qapalı şəhərlər,hərbi əhəmiyyətli qalalar,silah qarnizonları saxlanan şəhərlər(Şəki,Şəmkir,Girdiman,Naxçıvan)

2.Beynəlxalq ticarət yolları üstündə salınan şə-hərlər,iri inzibati və ticarət-sənətkarlıq mərkəzləri (Bərdə,Qəbələ,Dərbənd,Çola,Beyləqan)

3.Əkinçilik xarakterli şəhərlər,feodal viləyətlərinin inzibati mərkəzləri (Gavurqala-Ağdam,Torpaqqala-Qax, Mingəçevir)

a)

A) A-2; B-1; C-3

b)

B) A-3; B-1; C-2

c)

C) A-1; B-2; C-3

d)

D) A-3; B-2; C-1

18.

Qədim Albaniya dövlətinin tarixinə aiddir:

1. E.ə. III əsrin I yarısında hökmdar hakimiyyəti möhkəmlənmişdir

2. Din xadimləri cəmiyyətin ən ali təbəqəsini təşkil etmişdir

3.Roma respublikasına qarşı mübarizə aparmışdır

4. Makedoniyalı İskəndərə qarşı mübarizə aparmışdır

5. Əhalisi Göy, Günəş, Ay və digər tanrılara sitayiş etmişdir

a)

A) 1, 3, 5

b)

B) 1, 2, 3

c)

C) 2, 4, 5

d)

D) 1, 4, 5

e)

E) 2, 3, 4