NEW
Font size
WorksheetsQanunvericilik - 2
Total questions: 40
Worksheet time: 20mins
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin tərkibini Naxçıvan Muxtar Respublikasının Baş nazirinin təklifi ilə kim təsdiq edir?
NMR Ali məclisi
Prezident
Milli Məclis
AR Ali məhkəməsi
Bələdiyyənin iclaslarını kim çağırır?
Bələdiyyə üzvləri
Prezident
Milli Məclis
Bələdiyyənin sədri
Hansı məsələ ilə bağlı bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qərar qəbul edilir?
yerli ekoloji proqramların qəbul və icra edilməsi
yerli vergi və ödənişlərin müəyyən edilməsi
yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi
bələdiyyənin reqlamentinin təsdiq edilməsi
Referendumda qəbul olunmuş aktlar yalnız dərc edildikdə onların tətbiqi və icrası kimlər üçün məcburi deyil?
vətəndaşlar
hüquqi şəxslər
yerli icra hakimiyyəti orqanları üçün
bələdiyyələr
Azərbaycan Respublikasının Prezidentinin fərmanları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olmamalıdır. Yalnız dərc edilmiş fərmanların tətbiqi və icrası kimlər üçün məcburidir?
Vətəndaşlar
Bütün vətəndaşlar
yerli icra hakimiyyəti orqanları üçün
bələdiyyələr
Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (... aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Hansı aktlar istisna edilir?
Fərmanlar
Qanunlar
Qərarlar
Konstitusiya və referendumla qəbul edimiş aktlar
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hansı məsələlərə dair referendum keçirilə bilməz?
ölkənin müəyyən hissəsinə muxtariyyət hüququnun verilməsi
dövlət rəmzlərinin dəyişdirilməsi
dövlət sərhədlərinin dəyişdirilməsi
vergilər və dövlət büdcəsi
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hamı bərabərdir:
Prezident qarşısında
hüquq və öhdəliklər qarşısında
dövlət qarşısında
qanun və məhkəmə qarşısında
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən dövlətin ali məqsədlərinə aiddir:
idarəetmədə hakimiyyət bölgüsü prinsipinin təmin edilməsi
dövlətin hüquqi əsaslarla idarə olunmasının təmin edilməsi
bilavasitə və nümayəndəli demokratiya təsisatlarının inkişaf etdirilməsi
Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikası Milli Məclisinin deputatlığından çıxanların yerinə seçkilər nə zaman keçirilmir?
Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyət müddətinin bitməsinə 60 gündən az müddət qalarsa
Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyət müddətinin bitməsinə 90 gündən az müddət qalarsa
Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyət müddətinin bitməsinə 30 gündən az müddət qalarsa
Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən təbii ehtiyatlar məxsusdur:
ölkədə yaşayan hər bir şəxsə
Azərbaycan xalqına
Azərbaycan vətəndaşlarına
Azərbaycan Respublikasına
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən vəzifəyə seçilmə və ya təyinat yolu ilə qanunvericilik, icra və ya məkhəmə hakimiyyəti orqanlarında işləyən, Konstitusiyaya sadiq qalacağına and içmiş şəxs hansı halda vəzifədən getmiş sayılır və bir daha bu vəzifəni tuta bilməz?
dövlətə qarşı cinayət ittihamı əsasında məhkum olunubsa
məhkəmənin qərarı ilə həmin şəxsin fəaliyyət qabiliyyətsizliyi təsdiq olunubsa
xüsusilə ağır cinayətin törədilməsində məhkum olunubsa
Azərbaycan Respublikasının vətəndaşlığından çıxıbsa
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikasının Milli Məclisinin deputatı hansı halda mandatından məhrum edilmir?
cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda
seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda
başqa dövlətin vətəndaşlığını qəbul etdikdə
elmi, pedaqoji və yaradıcıllıq fəaliyyəti ilə məşğul olduqda
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan xalqının suveren hüququdur:
1. suveren dövlətdə yaşamaq 2. sərbəst və müstəqil öz müqəddəratını həll etmək 3. dövlət büdcəsinə nəzarət etmək 4. öz idarəetmə formasını müəyyən etmək 5. sağlam ətraf mühitdə yaşamaq
2,4
3,5
4,5
1,2
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən dövlət təminat verir:
inhisarçılığa
sərvətlərin bərabər bölgüsünə
azad sahibkarlığa
iqtisadi inkişafa
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən səlahiyyətlərinə aid edilmiş işlər üzrə yuxarı instansiya məhkəməsidir:
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
apellyasiya məhkəməsi
Azərbaycan Respublikasının Ali Məhkəməsi
ağır cinayətlərə dair işlər üzrə məhkəmə
"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının qanununa əsasən dövlət qulluqçusu barəsində tətbiq edilən intizam-tənbeh tədbirlərinə aid deyil?
xəbərdarlıq
töhmət
bir il müddətinədək vəzifə maaşının 5 faizdən 30 faizədək azaldılması
ixtisas pilləsinin bir pillə aşağı salınması
Azərbaycan Respublikasının Konstitusiyasına görə iqtisadi inkişaf və dövlətlə bağlı müddəalardan düzgün olanları seçin:
1. Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı xüsusi mülkiyyət növünə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir.
2. Hər kəs qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər.
3. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.
4. Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır.
5. Azərbaycan dövləti azad sahibkarlığa təminat verir.
6. Azərbaycan dövləti iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir.
1,2,3
4,5,6
1,2,6
3,4,5
"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası qanununa əsasən dövlət qulluğunun əsas prinsiplərində nəzərdə tutulmamışdır:
Azərbaycan Respublikasında qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının səlahiyyət hüdudlarının müəyyən edilməsi
dövlət qulluğuna qəbulun şəffaflığı
qanunçuluq
təqsirə görə məsuliyyət
"Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"a əsasən geniş protokolun giriş hissəsində verilir:
1. iclası aparan sədrin adı və soyadı
2. təşkilatın rəhbərinin adı və soyadı 3. qərarın mətni
4. iclas katibinin adı və soyadı 5. məruzələrin qısa mətni 6. müzakirə ediləcək məsələlərin adı
2,4,5
2,3,6
1,2,3
1,4,6
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən qanun və ya qərar layihəsi Prezident, Ali Məhkəmə, Prokurorluq və ya Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən təcili elan edildiyi halda səsə qoyulur:
25 gün ərzində
20 gün ərzində
dərhal
10 gün ərzində
"Elektron sənəd və elektron imza haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən elektron sənədə dair tələblərlə bağlı doğrudur:
1. Elektron sənəd texniki və proqram vasitələrinin köməyi ilə yaradılmalı, saxlanılmalı, emal edilməli, ötürülməli və qəbul edilməlidir. 2. Elektron sənəd identikləşdirməyə imkan verən rekvizitlərə malik olmalıdır. 3. Elektron sənəd müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilmiş quruluşa malik olmalıdır. 4. Elektron sənəd texniki və proqram vasitələrinin köməyi ilə əyani qavranılan (vizual) şəkildə təqdim olunmalıdır. 5. Elektron sənədin identikləşdirilməsi, həqiqiliyinin müəyyənləşdirilməsi üçün zəruri olan rekvizitlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
1,2,4
2,4,5
2,3,4
1,3,5
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən ölkə ərazisində ödəniş vasitəsi kimi istifadə edilməsi nəzərdə tutulmuşdur:
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş pul vəsaitləri
manatın
bütün beynəlxalq pul vahidlərinin
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş pul vahidlərinin
"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluqçusunun üzərinə qoyulan vəzifələrlə bağlı aşağıda göstərilənlərdən biri düzgündür:
Dövlət qulluqçusu tərəfindən vətəndaşların şərəfi ilə bağlı məlumatların gizliliyinin təmin edilməsi istisna edilmişdir.
Dövlət qulluqçuları tərəfindən əlavə gəlirlərin mənbəyi və məbləği göstərməli olması istisna edilməmişdir.
Dövlət qulluqçuları tərəfindən rəhbərinin göstərişi ilə bütün hallarda əlavə iş görülməsi müəyyən edilmişdir.
Dövlət qulluqçularının hər bir halda tapşırılan vəzifələrinin icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi müayinədən keçməsi müəyyən edilmişdir.
"Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən elektron imza və elektron sənədin hüquqi qüvvəsi ilə bağlı yanlış müddəaları seçin:
Elektron sənədin istifadəsi qaydaları müvafiq dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin notariat qaydasında təsdiqi tələb olunduğu hallar istisna olmaqla, elektron sənəd kağız daşıyıcıda olan sənədə bərabər tutulur və onunla eyni hüquqi qüvvəyə malikdir.
Sertifikatlaşdırılmamış imza vasitələri ilə yaradıldığına görə elektron imza etibarsız sayıla bilməz.
Elektron sənəd Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq qeydiyyata alına və ya təsdiq oluna bilər.
"Dövlət qulluğuna əsasən" Azərbaycan Respublikasının Qanununa əsasən dövlət məvacibinin məbləği asılı deyil:
səlahiyyət həcmindən
vətəndaşlıqdan
tələb olunan peşəkarlıq səviyyəsindən
məsuliyyət dərəcəsindən
"Məlumat azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən məlumat azadlığının həyata keçirilməsinin əsas prinsiplərinə aiddir:
1. hər kəsin şəxsi və ailə həyatının sirrinin saxlanılması 2. məlumatın əhəmiyyətliliyi və faydalılığı 3. vəzifəli şəxslərin vəzifə borcunun yerinə yetirilmək üçün dövlət idarə və müəssisələrindən lazımi informasiya və materialların azad şəkildə əldə edə bilməsi 4. məlumat azadlığının təmin edilməsi
3,4
1,3
1,4
2,3
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən kimlərə qarşı ifadə verməyə məcbur edilmir?
1. şəxsin özünə 2. əmiyə(dayıya) 3. valideynlərə 4. xalaya (bibiyə) 5. qardaşa (bacıya) 6. ərə (arvada)
1,2,3,4
1,3,5,6
1,2,4,6
2,3,4,5
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən şəxs qanunu bilmədiyi halda məsuliyyətdən azad edilirmi?
Azərbaycan Respublikasının ərazisində yaşayan xarici vətəndaşlar azad edilirlər.
Azərbaycan Respublikasının ərazisində siyasi sığınacaq almış şəxslər azad edilirlər.
Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaçayan vətəndaşlığı olmayan şəxslər azad edilirlər.
Qanunu bilməmək məsuliyyətdən azad etmir.
"Vətəndaşların müraciətləri əsasında" Azərbaycan Respublikasının qanununa əsasən müraciətlərə baxılmanın əsas prinsiplərində nəzərdə tutulmamışdır:
Vətəndaşların müraciət etmək hüququ ilə dövlət maraqlarının uzlaşdırılması
hər kəsin şəxsi və ailə həyatının sirrinin saxlanılması
müraciətlərə baxılmasında ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi
müraciətlərə dair tələblərin vahidliyi
"Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən bu qanunun məqsədi üçün vəzifəli şəxs hesab edilmir:
Dövlət orqanlarında müvafiq struktur vahidlərində, dövlət, idarə, müəssisə və təşkilatlarında, habelə dövlətin nəzarət səhm zərfinə sahib olduğu təsərrüfat subyektlərində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər
öz nüfuzundan və ya əlaqələrindən istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək
Azərbaycan Respublikasının dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən olunmuş qaydada qeydə alınmış şəxslər
Yerli özünüidarəetmə orqanlarında təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən aşağıda göstərilən məsələlərin həllinə dair Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qanun qəbul edir?
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin işinin təşkili
Naxçıvan Muxtar Respublikasının iqtisadi və sosial proqramlarının təsdiqi
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatının inkişaf istiqamətləri
Naxçıvan Muxtar Respublikasının büdcəsinin təsdiqi
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikasının Baş prokurorunun təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir:
Respublika ixtisaslaşdırılmış prokurorları
Azərbaycan Respublikasının Baş prokurorunun köməkçisi
Naxçıvan Muxtar Respublikasının prokuroru
Respublika ərazi prokurorları
"Məhkəmələr və hakimlər" haqqında Azərbaycan Respublikasının Qanununa əsasən müdafiə hüquqlarının təmin edilməsi ilə bağlı doğrudur:
1. Bütün hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. 2. Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunlarda nəzərdə tutulmuş hüquq və azadlıqların hər cür qəsdlərdən və qanun pozuntularından məhkəmə icraatının istənilən mərhələsində məhkəmə müdafiəsi hüququ təmin olunur. 3. Heç kəs məhkəmə müdafiəsi hüququndan məhrum edilə bilməz. 4. Azərbaycan Respublikası ərazisində yaşayan vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasında və digər qaunlarda nəzərdə tutulmuş hüquq pozuntularından məhkəmə icraatının istənilən mərhələsində məhkəmə müdafiəsi hüququ təmin olunur. 5. Yalnız təqsirləndirilən şəxsin tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququna təminat verilir.
1,2,5
1,2,4
2,3,5
2,3,4
"Məlumat azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən şəxsiyyətin onun haqqında məlumatın toplanılması ilə əlaqədar təsbit olunmuş hüquqlarına münasibətdə istisna kimi müəyyən edilmişdir:
Qanunla müəyyən edilmiş hallarda ibtidai araşdırma zamanı əldə olunmuş məlumatlar, habelə şəxsiyyətin dini etiqadı barədə əldə edilən məlumatlar
Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilən məlumatlar, habelə şəxsiyyətin dini və etnik məsuliyyəti barədə məlumatlar
Cinayət tədbirinin həyata keçirilməsi ilə bağlı əldə edilmiş məlumatlar, habelə şəxsiyyət haqqında toplanmış məlumatlar
Qanunla müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyəti zamanı əldə edilmiş məlumatlar, habelə cinayət işinin istintaqı ilə bağlı toplanan məlumatlar
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində fövqəladə vəziyyət tətbiq edilməsi ilə bağlı fərman qəbul etdikdə, həmin fərmanı 24 saat ərzində hansı orqanın təsdiqinə verir?
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin
Azərbaycan Respublikasının Milli Məclisinin
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin
"Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununun məqsədlərinə aiddir:
1. dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması 2. dövlət qulluqçularının attestasiyasının və xidməti fəaliyyətinin obyektiv qiymətləndirilməsinin təmin edilməsi 3. dövlət orqanlarında korrupsiyanın və dövlət qulluqçularında maraqların toqquşmasının qarşısının alınması 4. vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi 5. dövlət qulluqçularının ixtisas və peşə hazırlığının yüksəldilməsinin təmin edilməsi
2,3,4
1,3,4
1,4,5
1,2,3
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Milli Məclisdə ilk iclasın çağırılması üçün neçə deputatın səlahiyyəti təsdiq olunmalıdır?
83
125
65
93
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikasının Prezidenti qanunları ona təqdim olunmuş gündən başlayaraq neçə gün ərzində imzalayır?
14 gün
24 gün
56 gün
21 gün
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən sosial təminat hüququ ilə bağlı göstərilənlərdən biri düzgündür:
Hər kəs Azərbaycan Respublikasının Konstitusiyası ilə göstərilən hallarla yanaşı, qanunda göstərilmiş digər hallarda da sosial təminat hüququna malikdir.
Dövlət işsizliyin aradan qaldırılması üçün imkanlar yaradır.
Dövlət tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır.
Sosial müavinətlərin minimum məbləği qanunvericiliklə müəyyən edilir.
